Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.
Qulaman (Raz və Cərgəlan)
Qulaman- İranın Şimali Xorasan ostanının Raz və Cərgəlan şəhristanının Qulaman bəxşində şəhər. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,867 nəfər yaşayır (860 ailə). === Milli tərkibi === Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan-türk dilində danışırlar.
Gülalan
Gülalan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Gülalan Xaçmaz-Niyazabad yolunda yerləşir. Qaraçı İnzibati Ərazi Dairəsi tərkibindədir. Qaraçı, Qaraqurdlu, Cığatay, Hacıqurbanoba, Qarabağı kəndləri ilə qonşudur. Gülalan gölü qoruğu kəndin ərazisində yerləşir.
Gülcahan Güləhmədova
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (23 iyun 1925, Bakı – 20 yanvar 2018) — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır. O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur. Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir. == Fəaliyyəti == Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir.
Gülcahan Salamova
Gülcahan Əhməd qızı Salamova (1 mart 1963) — Azərbaycannın teatr və kino aktrisası, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası. == Həyatı == Gülcahan Salamova 1963-cü il mart ayının 1-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Nərimanov rayonu 82 saylı orta məktəbi bitirib. 1988-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib. Həmin ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist-vokalist vəzifəsində işləyib. Çalışdığı müddətdə teatrın səhnəsində çoxsaylı obraz yaradıb. 1995-ci ildə "Bəşir" teatrında fəaliyyət göstərmişdir. Çoxsaylı intermediya və səhnəciklərdə iştirak etmişdir. G.Salamova 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Subaydır.
Gülcamal Qadınəfəndi
Gülcamal Qadınəfəndi (Osmanlı türkcəsi: سمايلي جنتلمان) (d. 1826 — ö. 15 dekabr 1851) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 35-ci Osmanlı sultanı V Mehmed Rəşadın anası. == Həyatı == Gülcamal Qadınəfəndi 1826-cı ildə Bosniya əyalətində dünyaya gəlmişdir. Əsl adı bilinmir. Kiçik yaşlarında bacısı Bimisal xanımla birlikdə Osmanlı sarayına alınmış, 1840-cı ildə isə Topqapı sarayında Sultan Əbdülməcidlə evlənmişdir. Bu nikahdan 5 övladı olsa da, bunlardan ikisi ölü doğulmuşdur. Gənc yaşında vəfat etdiyi üçün həyatda qalan üç övladı Sultan Əbdülməcidin digər xanımı Sərvətsəza xanımın himayəsində böyümüşdür. Belə ki, Gülcamal xanım 1851-ci ildə uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etdi. Cənazəsi Yeni məsciddə Validə Turhan Sultan türbəsinə dəfn olunmuşdur.
Gülyatan bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gülçavan (Marağa)
Gülçavan (fars. گلچوان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 152 nəfər yaşayır (32 ailə).
Gündaman (Bükan)
Gündaman (fars. گندمان‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (25 ailə).
Güzalan (Kəleybər)
Güzalan (fars. گوزالان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 751 nəfər yaşayır (161 ailə).
Əlzaman Rəhimov
Əlzaman Rəhimov (Əlzaman Sabir oğlu Rəhimov; d. 22.10.1958, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan diasporunun nümayəndəsi, Azərbaycanın "Tərəqqi" medalı və Rusiyanın "Dostluq" ordeni laureatı. İqtisad elmləri namizədi. == Həyatı == Əlzaman Rəhimov 1958-ci il oktyabrın 22-də Saatlı rayonunda anadan olub.Əlzaman Rəhimov 1981-1985-ci illərdə Saatlı rayonu Varxankənd məktəbində biologiya və coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir. 1985-1989-cu illərdə Moskva vilayətində Domodedovo şəhər zavodunda fəhlə kimi çalışmışdır.1990 -1991ci illərdə Moskvada "Sevpuxovskaya rastava", "Nərgiz" kooperativlərinin sahibkarı olmuşdur. 1992-ci ildə "Günay" tikinti kommersiya şirkətinin baş direktoru olmuşdur. == Mükafatları == "Za slujbu Rossii" ordeni, "İvan Kolita" ordeninə layiq görülmüşdür. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.28 dekabr 2016-cı il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib20 oktyabr 2015-ci ildə Rusiyanın "Dostluq" ordeni ilə təltif olunmuşdur.
Gülcahan Güləhmədova-Martınova
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (23 iyun 1925, Bakı – 20 yanvar 2018) — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır. O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur. Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir. == Fəaliyyəti == Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir.
Gülcamal Qadın Əfəndi
Gülcamal Qadınəfəndi (Osmanlı türkcəsi: سمايلي جنتلمان) (d. 1826 — ö. 15 dekabr 1851) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 35-ci Osmanlı sultanı V Mehmed Rəşadın anası. == Həyatı == Gülcamal Qadınəfəndi 1826-cı ildə Bosniya əyalətində dünyaya gəlmişdir. Əsl adı bilinmir. Kiçik yaşlarında bacısı Bimisal xanımla birlikdə Osmanlı sarayına alınmış, 1840-cı ildə isə Topqapı sarayında Sultan Əbdülməcidlə evlənmişdir. Bu nikahdan 5 övladı olsa da, bunlardan ikisi ölü doğulmuşdur. Gənc yaşında vəfat etdiyi üçün həyatda qalan üç övladı Sultan Əbdülməcidin digər xanımı Sərvətsəza xanımın himayəsində böyümüşdür. Belə ki, Gülcamal xanım 1851-ci ildə uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etdi. Cənazəsi Yeni məsciddə Validə Turhan Sultan türbəsinə dəfn olunmuşdur.
Təzəkənd-i Gülçavan (Marağa)
Təzəkənd-i Gülçavan (fars. تازه كندگل چوان‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (18 ailə).
Yulaman (Avurğazı)
Yulaman (başq. Юламан, rus. Юламаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 34 km. == Tarixi == 1993—2008-ci illərdə keçmik Yulaman kənd şurasının mərkəzi olmuşdur. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (96%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Aleksandr Sergeyeviç Savelyev-Sas (26 sentyabr 1932) — çuvaş çairi və yazıçısı.
Luis Guzman
Luis Quzman isp. {{{1}}} Luis Guzmán - Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Luis Quzman
Luis Quzman isp. {{{1}}} Luis Guzmán - Puerto-Riko əsilli ABŞ aktyoru. Luis Quzman Nyu-Yorkda böyümüşdür.
Rayan Quzman
Rayan Quzman (ing. Ryan Guzman); d. 21 sentyabr 1987, Eybilin) — ABŞ modeli və aktyor. Aktrisa Ketrin MakKormiklə birgə 2012-ci ildə Step Up Revolution adlı 3D formatlı filmdə baş rolda çəkilib. Aktyorluq peşəsindən əvvəl o model biznesində işləyib. == Həyatı == Rayan atası meksikalı, anası isə Avropa kökənli bir amerikan ailəsində anadan olub. Hələ cavan yaşlarında Rayan anasının doğma şəhərinə, Kaliforniya ştatında yerləşən Sakramentoya köçdü. O Roklində yerləşən „Sierra College“inə daxil olur. Aktyorluq peşəsində debüt rol ona Bir addım irəli 4 dans filmi gətirdi. Aktyor peşəsindən əvvəl o model biznesində çalışıb.
Rodriqo Quzman
El Çapo Quzman
Xoakin Arçivaldo Quzman Loera (İspaniya dilində. Jonah Archivaldo Guzmán Loera), ancaq El Çapo (El Chapo) ləqəbi ilə tanınan Meksikanın narkotik qaçaqçılıq kartellərınin ən böyük başçılarındandır. 25 dekabr 1954, ya 4 aprel 1957-ci ildə Meksikanın Sınaola vilayətinin Badiraquato bölgəsində doğulmuşdur. 2014 ilində saxlanılmış ancaq 14 avqust 2014-ci ildə həbsxanada duşların altında 1.5 kilometr uzunluğunda tunel qazdırıb qaçdı. Amerika hökuməti Quzmanı tutmaq üçün gərəkli bilgiləri verənə 5 milyon dollarlıq mükafat vəd etmişdilər. dekabr 2015-ci ildə narkotik alverini sabotaj etdikləri nədəni ilə, İŞİD başçısı Əbubəkr Bəğədadını təhdid etmişdir. 8 yanvar 2016-cı il tarixində yenidən həbs edilmişdir. 19 yanvar 2017-ci ildə Meksikadan Amerikaya ekstradasiya edilib.
Xakobo Arbenz Quzman
Polkovnik Xakobo Arbenz Guzman (14 sentyabr 1913 - 27 yanvar 1971) — Qvatemalalı ordu zabiti, 1951-ci ildən 1954-cü ilədək xidmət göstərən demokratik yolla seçilmiş ikinci Qvatemala prezidenti. 1944-cü ildən 1951-ci ilədək Müdafiə naziri olmuşdur. On illik Qvatemala inqilabının önəmli şəxsiyyətlərindən biri olan Arbenz, 1954-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan bir çevrilişlə devrilmişdir. == Həyatı == Arbenz 1913-cü ildə Qvatemalanın ikinci ən böyük şəhəri olan Kesaltenanqoda doğulmuşdur. Atası 1901-ci ildə Qvatemalaya köçən İsveçrəli əczaçı, anası isə orta sinif nümayəndəsi olan bir ailənin qızı idi. Arbenzin ailəsi nisbətən yaxşı yaşayır və yuxarı sinif sayılırdı, buna görə də onun uşaqlığı yaxşı şəraitdə keçmişdir. Uşaqlıq illərində atası morfin asılılığına görə ailə biznesinə laqeyd yanaşmağa başladı. Bunun nəticəsində iflas etdi və ailəsini kəndə köçmək məcburiyyətində buraxdı. Xakobo iqtisadçı və ya mühəndis olmaq istəyirdi, lakin ailəsi yoxsullaşdığı üçün universitet təhsili ala bilmədi. İlk başda orduya qatılmaq istəməsə də Politexnikdə hərbi kursantlara təqaüd verilirdi.
Xoakin "El Çapo" Quzman