Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızçiçəyi
Qızçiçəyi (lat. Bellis) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var.
Suçiçəyi
Suçiçəyi (lat. varicella, yun. ανεμοβλογιά) — yoluxucu xəstəlik növü. == Xəstəliyin əlamətləri == Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində daha sonra isə bütün bədəndə görsənməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur. Dözülməz qaşınma müşahidə edilir, lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin əgər səpkilər qaşınıb qoparılsa onu yerlərində çapıqlar qalacaq, Bədəndə yüksək hərarət, İştahsızlıq və baş ağrısı,Su çiçəyindən qorunmanın bir üsulu çiçək peyvəndi olmaqdır. Peyvəndin qoruyuculuğu az olduğundan rutin istifadə olunmur. == Müalicəsi == Bədəndə olan qırmızı sulu ləkələri yaşıl briliant abısı ilə rəngləmək, dərini səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək. Su çiçəyi xəstəliyini herpetik viruslardan biri törədir.
Gəncineyi-fünun
"Gəncineyi-fünun" — Cənubi Azərbaycanda nəşr olunmuş jurnallardan biri. == Tarixi == H.Tağızadə, M.Şəbüstəri, H.Ədalətlə birgə Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Məhəmmədəli Tərbiyət tərəfindən çap olunmuşdur. 1902-ci ildə Təbrizdə nəşr olunan "Gəncineyi-fünun" tək Cənubi Azərbaycanda deyil, həmçinin bütün İranda ilk elmi-ədəbi jurnal hesab olunur. Məhəmmədəli Tərbiyət 1921-1925-ci illərdə Cənubi Azərbaycanın maarif naziri vəzifəsini daşıdığı zaman, ölkəyə maarif və mədəniyyətin qorunmasına böyük qayğı göstərir. Həmin illərdə Təbrizdə "Gəncineyi-fünun" jurnalının nəşrini bərpa edir. == Fəaliyyəti == Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi. Jurnalda nəşr olunan yazılar dörd mövzu ətrafında birləşirdi: Elm və texnika ilə bağlı yeniliklər. İncəsənətdən, tarix və ədəbiyyatdan bəhs edən "İncəsənət bələdçisi". Bu rubrikanı Məhəmmədəli Tərbiyət hazırlayırdı. "Qədim mədəniyyətlər, sivilizasiyalar".
Hirkan qızçiçəyi
Hirkan qızçiçəyi - (lat. Bellis hyrcanica Woronow.). Mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın endemik növüdür.Regional IUCN Statusu - VU D2 == Qısa morfoloji təsviri == Birillik ot bitkisidir. Gövdə əsasən 1-3 yarpaqlı, bəzən, 10 sm-ə qədər hündürlüyündə, bir yan budaqlıdır. Yarpaq ayası uzunsov tərs –yumurtavari, ayrılmış dişcikli, demək olar ki, çılpaq, sıxılmış qısa saplaqlıdır. Səbətin ayaqcıqları yuxarıdan meyvə vaxtı yoğunlaşır. Səbətcik 5 mm-ə qədər enindədir. Sarğı yarpaqları tükcüklü, uzunsov-yumurtavari, kütdür.
Çoxillik qızçiçəyi
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) - qızçiçəyi cinsinə aid bitki növü.Bellis perennis L. == Sinonim == Aster bellis E.H.L.Krause Bellis alpina Hegetschw. Bellis armena Boiss. Bellis croatica Gand. Bellis hortensis Mill. Bellis hybrida Ten. Bellis integrifolia DC. Bellis margaritifolia Huter Bellis minor Garsault [Invalid] Bellis perennis var. caulescens Rochebr. Bellis perennis f. discoidea D.C.McClint.
Qırçiçəyi (Aralıq)
Qırçiçəyi — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kəndin adı 1928-ci il qeydlərində Qıraçbağı kimi qeyd olunur. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 24 km, Aralıq qəsəbə mərkəzindən 21 km məsafədədir.
Suçiçəyi xəstəliyi
Suçiçəyi (lat. varicella, yun. ανεμοβλογιά) — yoluxucu xəstəlik növü. == Xəstəliyin əlamətləri == Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində daha sonra isə bütün bədəndə görsənməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur. Dözülməz qaşınma müşahidə edilir, lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin əgər səpkilər qaşınıb qoparılsa onu yerlərində çapıqlar qalacaq, Bədəndə yüksək hərarət, İştahsızlıq və baş ağrısı,Su çiçəyindən qorunmanın bir üsulu çiçək peyvəndi olmaqdır. Peyvəndin qoruyuculuğu az olduğundan rutin istifadə olunmur. == Müalicəsi == Bədəndə olan qırmızı sulu ləkələri yaşıl briliant abısı ilə rəngləmək, dərini səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək. Su çiçəyi xəstəliyini herpetik viruslardan biri törədir.
Üzən suçiçəyi
Şleyf qoşulması (Qızçiçəyi zənciri)
Şleyf qoşulması və ya qızçiçəyi zənciri (en. daisy-chain), (ru. шлейфовое подключение), (tr. papatya dizimi) – kompüterə bir neçə qurğunun ardıcıl qoşulması üsulu. “Qızçiçəyi zənciri” aşağıdakı kimi gerçəkləşdirilir: birinci qurğu kompüterə qoşulur, ikinci qurğu birinciyə, üçüncü qurğu ikinciyə qoşulur və s., sonuncu qurğu isə müqavimətə, yaxud terminatora qoşulur. Məsələn, bir SCSI-porta zəncirvari olaraq sərt disklər cə CD-ROM kimi yeddiyədək periferiya qurğusu qəşulur. Siqnallar zəncir boyu bir qurğudan sonrakına ötürülür. Son nəticədə bütün qurğuların qoşulduğu kanaldan (şindən) istifadə üstündə toqquşmalardan qaçmaq və nizamlılığı saxlamaq üçün qurğuların hər birinə öncəlik (prioritet) verilir; başqa variant da mümkündür, belə ki, hər bir qurğu “kanala” qulaq asır və yalnız xətt boşaldıqca verilişə başlayır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.