Rus dilindəki qelistrop çiçəyinin türk dillərindəki adıdır. “Rusca-azərbaycanca lüğət” гелистроп sözünü kalka yolu ilə günçiçəyi kimi verib. Bu çiçək günəbaxan kimi boynunu həmişə günə tərəf əyir, yunanca ona “qelis ( günəş) trop (əyilən)” deyirlər. Çiçək günəbaxan kimi, həmişə günəşin ardınca meyillənir. Ona görə də ona aşıqotu (aşıq – “hərəkət edən”) deyilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)