Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Günaydın, mələyim! (film, 2008)
== Məzmun == Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır. == Film haqqında == Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir. Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
Quanidin
Quanidin- kimyəvi formulu HNC(NH2)2 olan maddədir. Quanidinə karbon turşusu da demək olar. Yəni tərkibindəki C=O qrupu bir C=NH qrupu ilə və hər bir OH qrupu bir NH2 qrupu ilə əvəzlənir. Quanidin 1861 ildə Adolf Streker tərəfindən quaninin oksidləşməsindən alınmışdır. Eləcə də quanidin təbii aromatic birləşmələrdən də alınır. Sənayedə quanidini ammonium duzları və ya sianquanidinlə qarşılıqlı təsirindən alırlar : NH4NO3 + 2(NH2)2CO → (NH2)2C=NH*HNO3 + CO2 + 2NH3 və ya NH2-C(=NH)-NH-CN → [H2, Ni] NH2-C(NH)-NH2 Sidik cövhərinin istehsalında əmələ gələn qatranlardan alırlar. Duzlarını quanidin əsaslarından alırlar. Rəngsiz, kristallik mayedir. Partlayıcı maddələrin istehsalında istifadə edilən əsas xammaldır. Zülalda protein metabolizmin məhsulu kimi mövcuddur.
Morava (Dunayın sol qolu)
Morava (alm. March‎, mac. Morva, pol. Morawa) — Mərkəzi Avropada çay. Dunayın sol qoludur. Uzunluğu 388 kilometr, hövzəsinin sahəsi isə 26,6 min km2-dir. Avstriya, Çexiya və Slovakiya ərazisindən keçir. Sudet diyarından başlanır, Çexiya-Moraviya yüksəkliyi və Qərbi Karpat dağları arasında axır. Payızda daşır. Qodonin şəhərinədək gəmiçiliyə yararlıdır.