Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Accipiter gularis
Yapon qırğısı (lat. Accipiter gularis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Accipiter virgatus gularis
Kiçik bildirçinçalan (lat. Accipiter virgatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Lüzarş
Lüzarş (fr. Luzarches) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 4.103 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 30 km şimalda, Serji belediyyənin 28 km şərqdə yerləşir.
Le-Plesse-Lüzarş
Le-Plesse-Lüzarş (fr. Le Plessis-Luzarches) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 140 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 28 km şimalda, Serji belediyyənin 30 km şərqdə yerləşir.
Kuzari
Kuzari (ərəb. كتاب الخزر‎ "Kitabül-hüccə vəd-dəlil fi nasr-əd-diniz-zəlil", tərcüməsi "Əzilmiş dinin müdafiə və isbatına dair kitab") — Yəhuda Haləvinin yazdığı ən mühüm kitabdır. == Mövzusu == Kuzari yəhudi dilində xəzər deməkdir. Müəllif bu əsərdə xəzərlərin iudaizmi qəbul etməsinə toxunmuş, bu məsələni fəlsəsfi yolla izah etməyə çalışmışdır. Burada xəzər xaqanının dinə dair yuxular görməsi və bunun yozulması üçün filosof, xristian və müsəlman din alimini saraya dəvət etməsi təsvir edilmişdir. Əsərdə yəhudilərin həqir görüldüyü üçün onların təmsilçisinin saraya dəvət edilmədiyi xüsusi vurğulanmışdır. Daha sonra bu şəxslərin xaqanla söhbətinin onu inandırmağa kifayət etmədiyi bildirilmiş, xaqanın da yəhudi mütəffəkiri ilə mükalimə aparmaq istəyinin yarandığı bildirilmişdir. Bu mükalimə zamanı iudaizmin həqiqi din olduğuna inanan xaqanın öz məiyyəti ilə bərabər yəhudiliyi qəbul etməsi və sünnət olunması təsvir olunmuşdur. == Məzmunu == Əsərin əsas mühüm məqamları fələsfi mülahizələrə aiddir. Müəllif yalnız ağılın köməyilə Tanrı iradəsinin anlaşılmasının qeyri-mümkünlüyü ifadə olunmuş, dinlə aptek müqayisə olunmuşdur.
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Brahma Kumaris
Brahma Kumaris — Hind dilindən tərcümədə adı "Brahmanın qızları" mənasını ifadə edən qeyri-ənənəvi dini cərəyan "Brahma Kumaris Ümumdünya ruhani universiteti" kimi də tanınmışdır. Cərəyanın banisi Dada Lehrac (1876-1969) hindli müəllim ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarından Heydərabad şəhərində zərgərlik mallarının satışı ilə məşğul olmuşdur. Altmış yaşında ikən Varanasi şəhərindəki dostlarından birinin evində meditasiya zamanı iki dəfə xəyal gördüyünü bildirmişdir. Birinci dəfə, tanrı – Şivanı qırmızıya çalan qızılı rəngdə gördüyünü, ikinci dəfə isə ona dünyanın tezliklə məhv ediləcəyi və "qızıl əsr"in gələcəyi haqqında vəhyin göndərildiyini iddia etmişdir. Gözəgörünmələrdən sonra Lehrac ticarəti buraxmışdır. Dünyanı yenidən quracaq böyük tanrı – Şivanın ruhunun Lehracın bədənində zühur etməsinə ilk dəfə onun həyat yoldaşı, qızları və gəlini inanmışlar. 1937-ci ildə Lehrac "Şri Prajapita Brahma" ("Tanrılar atası və dünyanın yaradıcısı") adını götürərək, yalnız qadınlardan ibarət "Brahma Kumaris"i yaratmışdır. O, 1938-ci ildə Kəraçi şəhərində cərəyanın "Om Mandali" adlı ilk mərkəzini təsis etmişdir. Lakin yarandığı ilk illərdən Lehraca sadiqlik andı içmiş qadınların ailələrində sabitlik pozulmağa başladığından, ictimaiyyətdə cərəyan rəhbərinə qarşı etirazlar baş qaldırmış, Lehrac əxlaqsızlıq, cadugərlik, hətta insanları hipnoz vasitəsilə təsir altında saxlamaqda ittiham edilmişdir.
Güşayış (Vərziqan)
Güşayış (fars. گشايش‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (20 ailə).
Qazaros Avakyan
Qazaros Avetisoviç Avakyan (erm. Ղազարոս Ավետիսի Ավագյան, rus. Газа́рос Авети́сович Авакя́н; 15 mart 1918 və ya 12 sentyabr 1918, Çaykənd, Yelizavetpol qəzası – 22 yanvar 1945) — erməniəsilli SSRİ hərbçisi, leytenant. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. == Həyatı == Qazaros Avetisoviç Avakyan 12 sentyabr 1918-ci ildə Yelizavetpol qəzasının Çaykənd kəndində anadan olmuşdur. O, 1940-cı ildən Sovet Ordusunda xidmət edərək İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan müharibə illərində, 1943-cü ildə Smolenskdə, 1944-cü ildə isə Belorusiyada gedən döyüşlərdə vuruşmuşdur. O, 22 yanvar 1945-ci ildə Polşada, Ostrolenka şəhəri uğrunda gedən döyüşlərdə həlak olmuşdur. == Təltif və mükafatlar == Qazaros Avakyan "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. O həmçinin, ölümündən sonra, 24 mart 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qazaros Ağayan
Qazaros Stepanoviç Ağayan (erm. Ղազարոս Աղայան; 4 (16) aprel 1840, Xaçın, Gürcüstan quberniyası – 20 iyun (3 iyul) 1911, Tiflis) — erməni pedaqoqu və yazıçısı. == Həyatı == Qazaros Stepanoviç Ağayan 16 aprel 1840-cı ildə o vaxtlar Rusiya imperiyasına bağlı olan Gürcüstanın Xaçın kəndində anadan olmuşdur. Pedaqoji görüşlərində Konstantin Uşinskinin təliminə əsaslanmışdır. Ağayan məktəbi dinin təsirindən qurtarmağı, xalqa yaxınlaşdırmağı tələb edirdi. Ağayan erməni dili dərsliklərinin müəllifidir. "Həyatımızın əlamətdar hadisələri" (1893) və "Harutyun və Manvel" (1867) adlı xatirə əsərləri var. "İki bacı" (1872) romanında 1860–1870-ci illərdə erməni kəndindəki ictimai ziddiyyətlər əks olunmuşdur. Ağayan görkəmli uşaq yazıçıdır ("Gülnaz nənənin nağılları", 1904 və s.). Azərbaycan folkloruna yaxından bələd olmuş, haqqında qiymətli fikirlər söyləmişdir.
Kuzari (kitab)
Kuzari (ərəb. كتاب الخزر‎ "Kitabül-hüccə vəd-dəlil fi nasr-əd-diniz-zəlil", tərcüməsi "Əzilmiş dinin müdafiə və isbatına dair kitab") — Yəhuda Haləvinin yazdığı ən mühüm kitabdır. == Mövzusu == Kuzari yəhudi dilində xəzər deməkdir. Müəllif bu əsərdə xəzərlərin iudaizmi qəbul etməsinə toxunmuş, bu məsələni fəlsəsfi yolla izah etməyə çalışmışdır. Burada xəzər xaqanının dinə dair yuxular görməsi və bunun yozulması üçün filosof, xristian və müsəlman din alimini saraya dəvət etməsi təsvir edilmişdir. Əsərdə yəhudilərin həqir görüldüyü üçün onların təmsilçisinin saraya dəvət edilmədiyi xüsusi vurğulanmışdır. Daha sonra bu şəxslərin xaqanla söhbətinin onu inandırmağa kifayət etmədiyi bildirilmiş, xaqanın da yəhudi mütəffəkiri ilə mükalimə aparmaq istəyinin yarandığı bildirilmişdir. Bu mükalimə zamanı iudaizmin həqiqi din olduğuna inanan xaqanın öz məiyyəti ilə bərabər yəhudiliyi qəbul etməsi və sünnət olunması təsvir olunmuşdur. == Məzmunu == Əsərin əsas mühüm məqamları fələsfi mülahizələrə aiddir. Müəllif yalnız ağılın köməyilə Tanrı iradəsinin anlaşılmasının qeyri-mümkünlüyü ifadə olunmuş, dinlə aptek müqayisə olunmuşdur.
Qunars Astra
Qunars Astra (latış. Gunārs Astra‎; 22 oktyabr 1931, Riqa – 6 aprel 1988, Leninqrad) — Latviya milli müqavimət hərəkatının üzvü, siyasi məhbus, sovet dissidenti, radio mühəndisi. == Bioqrafiya == Qunars Astra Larion Astra və Elza Ernestina Astra ailəsində ikinci uşaq olaraq anadan olub. Hariys və Leon qardaşları. 1947-ci ildə Riqa şəhərində 48 saylı ibtidai məktəbi bitirib. 1952-ci ildə Riqa Elektromexanika Texnikumunu radio mühəndisi ixtisası üzrə bitirmişdir. 1952–1953-cü illərdə Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Latviya filialında təhsil alıb. 1958-ci ildə qiyabi olaraq Riqa Pedaqoji İnstitutunun Dillər və Ədəbiyyat fakültəsinə daxil olmuş, lakin 1958-ci ilin sentyabrında Latviya Dövlət Universitetinin tarix və filologiya fakültəsinə köçürülmüş və 1961-ci ilin fevralında həbs olunana qədər burada qiyabi ingilis dilini öyrənmişdir. 1961-ci ildə Qunars Astra casusluq, dövlətə xəyanət və antisovet təşviqat və təbliğatda ittiham olunurdu. O, 15 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını Mordoviya SSR-də və Perm vilayətində çəkib.
Garıs Əyribənd
Garis Əyribənd (əvvəlki adı: Qarıs Əyribənd) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsi tərkibindəki Qarıs Əyribənd kəndi Garıs Əyribənd kəndi adlandırılmışdır. == Toponimikası == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 719 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qarış (dəqiqləşdirmə)
Qarış — Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri. Yuxarı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Aşağı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd.
Zarıs nahiyəsi
Zarıs nahiyəsi — 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Həkəri sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə Osmanlı dövləti Zarıs nahiyyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb.
Aşağı Qarış (Baltas)
Aşağı Qarış (rus. Нижнекарышево, başq. Түбәнге Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Yuxarı Qarış): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (60 %), tatarlar (37 %) üstünlük təşkil edir.
Yuxarı Qarış (Baltas)
Yuxarı Qarış (rus. Верхнекарышево, başq. Юғары Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 22 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 92 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (71 %), tatarlar (28 %) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Filarit Abdulqazimoviç Bakirov (1950—2013) — teatr aktyoru, Başqırdıstanın Respublikası Xalq Artisti (1995). Teatr İşçiləri Birliyinin üzvü (1976). Flora Davletxanovna Axmerova (1928—2004) — yazıçı, diyarşunas, müəllim. RSFSR xalq təhsilində əla işçi (1964).
Sonuncu qarış (film, 1958)
"Sonuncu qarış" (rus. Последний дюйм) — rejissorlar Teodor Vulfoviç və Nikita Kurixinin filmi. == Məzmun == Sahilboyu Şimali Afrika. Müharibədən sonrakı illər. İşsiz təyyarəçi Ben Esliyə yüksək məbləğə təhlükəli iş olan köpək balıqlarının sualtı çəkilişini tapşırırlar. Benin oğlu Devi atasına yalvarır ki, bu səfərinə onu da aparsın. Ben və onun oğlu Devi uzaq kimsəsiz sahilə gedirlər. Sualtı çəkilişlərin birində Ben ağır zədə alır və bütün işlər Devinin öhdəsinə düşür. Devi atasının və eləcə də özünün həyatını xilas etmək naminə təyyarəni idarə etməli olur. Ben oğluna təyyarəni necə idarə etməyi bir-bir başa salır.