Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəlincik
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Adi gəlincik
Adi gəlincik (lat. Mustela nivalis) — gəlincik cinsinə aid heyvan növü. Gəlincik dələkimilər fəsiləsinin ən kiçik nümayəndəsidir. Gəlincik yırtıcıdır. Bədəninin uzunluğu 21-26 sm, quyruğunun uzunluğu 2-5 sm, çəkisi isə 70-105 qramdır. Bədəni azca uzunsovdur. Sıx və qısa xəzə malikdir. Tükü yayda sarımtıl-boz, qışda isə boz rəngdə olur. Döş və qarın tükləri ağ rəngdədir. Başı kiçik, üzü nisbətən enlidir.
Gəlincik (dəqiqləşdirmə)
Gəlincik (lat. Mustela) — dələkimilər fəsiləsinə aid heyvan cinsi. Gəlincik (oyuncaq) — insanı təsvir edən oyuncaq növü.
Gəlincik (heyvan)
Gəlincik (lat. Mustela) — dələlər fəsiləsinə aid heyvan cinsi.
Gəlincik (oyuncaq)
Gəlincik — insanı təsvir edən oyuncaq növü. == Gəlinciklərə İranda münasibət == İllər uzunu Qərb mədəniyyəti və xüsusən də kino və musiqisi populyarlığının artması İranın ruhani təsisatlarında narahatlığa səbəb olub. İranın baş prokuroru Qurban Əli Doru Nəcəfəbadi bu cür təsirə malik və son illər geniş yayılan belə oyuncaqların qarçısını almaq üçün tədbirlər görməyə çağırıb. Onun dediyinə görə, Barbi gəlincikləri, Bətmen, Spaydermen, Harry Potter kimi oyuncaqların kompüter oyunları və filmlərlə yanaşı axını mənfi sosial təsirə malikdir və bunun ağır mədəni nəticələri ola bilər. İran, deyib baş prokuror, oyuncaqlar idxalı üzrə dünyada üçüncü yerdə olsa da, bir çox oyuncaqlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Keçmişdə İran rəsmiləri Barbi və bu gəlinciyin Ken adlı oğlan dostunun populyarlığını azaltmaq üçün bir sıra cəhdlər etmişlər, hətta İran dəyərlərinə uyğun paltar geyinmiş Sara və Dara adlı gəlinciklərin istehsalına başlanmışdır.
Qaraquyruq gəlincik
Qaraquyruq gəlincik və ya Qaqum (lat. Mustela erminea) — dələkimilər fəsiləsinə, Gəlincik cinsinə aid və Azərbaycanda nəsli kəsilmək üzrə olan heyvan növü. == Təsviri == Ölçüləri xırdadır: erkəklərin çəkisi 104 - 150 qr, dişilərinki 50 - 280 qr, bədənin uzuznluğu uyğun olaraq 20 - 40 və 17 - 27, quyruq 6.5 - 12 və 5.5 - 10.5 qulaq 1.5 - 2.4 və 1.4 - 2.3 sm-dir. Ölçülərində cinsi dimorfizm aşkar görünür. Bədəni uzunsov formalı və qısa ayaqlar üzərindədir. Xarici görünüşcə oxşar olan gəlincikdən daha iri ölçüləri, uzun quyruğu və ucunun qara olması ilə fərqlənir. Baş qısadır, girdə qulaq seyvanları vardır. Qışda xəzi sıxdır və qatı ağ rəngdədir (bəzən qarın hissəsi sarımtıl olur), yayda bəzən bədənin üst hissəsi qəhvəyi alt hissəsi ağ olur. Caynaqlar açıq rəngli və itidir. Qafqazda xırda ölçüləri və yay xəzinin kərpici-qəhvəyi rəngi ilə fərqlənən M. (M.) e.
Pandora (gəlincik)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. == Pandora kuklasının tarixi == 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Yokohama Gəlincik Evi
Yokohama Gəlincik Muzeyi (横浜人形の家, Yokohama Ninqyo no İe, azərb. Yokohama Gəlincik Evi‎) – Yaponiyanın Yokohama şəhərində yerləşən və gəlinciklərə həsr olunmuş muzey. Muzeydə 141 ölkədən toplanmış 10.000-dən çox gəlincik və gəlinciklərə aid əşya nümayiş etdirilir. == Tarixi == 1978-ci ilin sentyabrında Hideko Ono adlı şəxs gəlincik kolleksiyasını Yokoma şəhərinə bağışlamış və 1979-cu ilin martında Yokohama Gəlincik Muzeyinin əsası qoyulmuşdur. 1986-cı ilin iyununda indiki muzey binasının açılışı baş tutmuşdur. == Xüsusiyyətlər == Muzeydə Avropaya aid antik biskvit gəlinciklər, feodal Yaponiya dövrünə aid karakuri avtomatları, müxtəlif mədəniyyətlərə aid etnoloji fiqurlar, Mikki Mausun vintaj üslubundakı kuklaları və ənənəvi yapon gəlincikləri saxlanılır. Muzeyin kolleksiyasına Yaponiyada Yaşayan Milli Xəzinə elan olunmuş gəlincik ustalarının hazırladığı gəlinciklər də daxildir.Muzeydə saxlanılan ən məşhur gəlinciklər 1927-ci ilin martında ABŞ səfirliyi tərəfindən hinamatsuri münasibətilə yapon uşaqlara göndərilmiş "mavigözlü gəlinciklərdir". Yaponiyaya göndərilmiş 12.000-dən çox mavigözlü gəlincikdən ancaq 344-ünün salamat qaldığı təxmin olunur və onlardan 4-ü muzeydə saxlanılır. Daimi sərgidə nümayiş etdirilən mavigözlü gəlinciklər əslində replikadır, orijinal olanlar ancaq xüsusi tədbirlər zamanı sərgilənir. Muzeyin girişində yerləşən Paulina körpüsü yerli ibtidai məktəbə hədiyyə olunmuş mavigözlü gəlinciyin adını daşıyır.
Yokohama Gəlincik Muzeyi

Gəlinlik
Gəlinlik, Nikah paltarı, Toy paltarı və ya Gəlin donu — toy mərasimi zamanı gəlinin geydiyi geyim. Donun rəngi, üslubu və mərasimsəl əhəmiyyəti toy iştirakçılarının din və mədəniyyətinə asılı ola bilər. Qərb mədəniyyətlərində gəlinlər çox vaxt 19-cu əsrdə Kraliça Viktoriya tərəfində məşhur olduğu ağ gelinlik seçirlər. Şərq mədəniyyətlərində, gəlinlər ümumiyyətlə şans simvolu olan qırmızı gəlinlikləri seçirlər. == Mədəni xüsusiyyətlər == === Qərb mədəniyyətləri === Bir toy, iki şəxs, ailə və ya ölkə arasındakı bir birlikdir. Orta əsrlərdə nəciblik və cəmiyyətin yuxarı təbəqələri arasında, sevgi, siyasət, cəmiyyətdəki mövqe, sərvət, mülahizələrə əsaslanaraq bir toy haqqında razılaşdılar. Toy mərasimində yeni ailələri təqdim etmək üçün gəlinlik geyinilirdi. Varlı ailələrin gəlinləri üçün geyimlər eksklüziv parçalardan tikilib xəz ilə bəzədilib. Əsrlər boyu gəlinlik geyimləri sosial vəziyyətlərinə və dəblərinə uyğun olmalı idi. Bir gəlinlik tikməyə sərf olunan sayğacın sayı gəlinin sosial vəziyyətini əks etdirir və ailənin var-dövlətinin dərəcəsini göstərirdi.
Vəlincik (Əcəbşir)
Vəlincik (fars. ولينجق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 509 nəfər yaşayır (115 ailə).
Əlincək (Əcəbşir)
Əlincək (fars. الينجق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (123 ailə).
Henriyə gəlincə (film, 1991)
Henriyə gəlincə - 1991-ci ildə Mayk Nikolsun rejissoru olduğu filmdir. == Süjet xətti == Nyu-Yorkun bacarıqlı hüquqşünası olan Henri Turner özünü tamamilə işinə həsr etmiş və ailəsinə ayırmağa vaxtı olmamışdır. Bir axşam siqaret almağa çıxır. Bu əsnada mağaza qarət edilir və Henri güllələnir. Nəticədə Henrinin beyni ciddi zədələnir. O, yaddaşını itirir və danışmağı və yeriməyi yenidən öyrənməyə məcbur olur. Xoşbəxtlikdən, Henrinin mehriban ailəsi vardır: arvadı Sara və qızı Reyçel. Onların qayğısı sayəsində Henri həyata qayıdır və öz həyat dəyərlərinə tamamilə yenidən baxır.
Gelencik
Gelencik — Rusiya Federasiyasında yerləşən, şəhər Krasnodar diyarına daxildir. == Tarixi == Qara dənizin Gəlincik buxtasında yerləşir. Kırım müharibəsinin məğlubiyyətindən sonra çar hökuməti Qara dəniz sahilləri üzərindəki qalaları möhkəmləndirmək və yeniləşdirmək məqsədilə bu yerlərə hərbiləşdirilmiş qüvvələr köçürüb məskunlaşdırmağı qərara aldı. Kənd və buxta öz təbii gözəlliklərinə görə Gəlincik adlanırdı. Amma bu adı rus dilinə bu yerlər fəth olunandan sonra sadəcə "nevesta" gəlin yox, "belaya nevesta" (ağ gəlin) kimi tərcümə edirlər. Bu da bahar gələndə Gəlinciyin başdan başa ağ çiçəklərə-şükufələrə bürünməsi ilə bağlıdır. "Bizim sanatoriya çiçəklənmiş armud, alma, badam və ərik ağaclarının ağ dalğalarında itib batmışdır. Deyirlər ki, bu yerlərin keçmiş sakinləri olan çərkəzlərin dilində bu cazibədar sahil kəndinin adı Ağ gəlin olmuşdur. Necə əziz, necə dəqiq addır. Belə ki, bu addan Padşah Süleymanın "Nəğmələr nəğməsi"ndən birbaşa axıb süzülən Şərq poeziyasının koloritli dilinin ətri gəlir" deyə yazıçı Kuprin yazırdı.
Qelencik

Zelençuk
Zelençuk (abq. Зеленчыкв, Зеленчукская, qaraç.-balk. Зеленчук, Джаланджюк, noq. Зеленчукский) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Zelençuk rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiya == Zelençuk kəndi Çerkesskdən təqribən 60 km cənub-qərbdə, Xusa-Kardonikskaya çayının Böyük Zelençuk çayına töklüldüyü yerində yerləşir. Kənddən 9 km qərbdə Storojevaya kəndi, 6 km şərqdə isə Kardonikskaya Kəndi yerləşir. Əsas mənzil sahələri Böyük Zelençuk və Kusa-Kardonikskaya çayları arasındakı sahədə yerləşir. Kiçik hissəsi isə çayın sol sahilində cəmlənmişdir. Bir neçə küçə Xusı-Kardonikskaya çayının sağ sahilində, Zelençuk kəndinin şərq və şimal kənarında yerləşir.
Aleksandr Melniçuk
Aleksandr Savviç Melniçuk (ukr. Олександр Савич Мельничук, 1921-1997)—Ukrayna dilçisi. == Həyatı == == Yaradıcılığı == A.S.Melniçuk bir sıra mülahizələri ümumiləşdirərək dillərin monogenez və ya poligenez olması məsələsinin tarixi linqvistikanın mühüm bir bölməsi kimi son dərəcə aktual olduğunu göstərir. Müəllif yazır: "Hind-Avropa dilçiliyində etimoloji tədqiqatın dərinləşdirilməsi istiqamətində son dövrlərdəki araşdırmaların gedişində gözlənilmədən dünyanın bütün müasir dil ailələrinin vahid mənşəyini aydın şəkildə sübut edən özünəməxsus və inandırıcı faktlar əldə edilmişdir". A.S.Melniçuk dünya dillərinin mənşə birliyini aydınlaşdırmağın yeni üsulunu müəyyənləşdirmiş və məqalədə konkret bir nümunə əsasında fikrini isbata çalışmışdır. Təbii ki, müəllifin bu üsulu da tarixi-müqayisəli analiz prosesində hamı tərəfindən qəbul edilmiş fonetik qanunlara əsaslanır. Prinsipin əsasında söz kökündə artikulyasiya bazasına görə yaxın olan samitlər durur. Komparativistlər fərqli samitlərlə düzələn söz köklərini əksərən müqayisə üçün yaxın qoymamışlar. A.S.Melniçukun fikrincə, artikulyasiya bazasına görə eyni və ya yaxın olan samitlər əslində genetik cəhətdən eyni olan, lakin fonetik cəhətdən fərqlənən kökün variantlarını yaradan səslərdir. Mə’lumdur ki, bütün dil ailələrində samitlər başlıca olaraq iki qrupa – dilönü, dodaq və dilarxası, larinqal samitlərə ayrılır.
Gelencik buxtası
Gelencik buxtası — Qara dənizin şimal-şərq sahilində donmayan buxta. Qədim dövrlərdən hərbi və ticarət məqsədləri üçün istifadə edilmişdir. XX əsrin əvvəllərində ümumrusiya əhəmiyyətli kurort ərazisi kimi inkişaf etməyə başladı. Buxta1829-cu ildə Rusiya İmperiyasının tərkibinə daxil oldu. İnzibati cəhətdən buxta Rusiyanın Krasnodar diyarının bir hissəsidir. Körfəzin su sahəsi donmayan olduğundan, bir çox su quşları üçün vacib qışlama və yuvalama yeridir. Hazırda körfəzin sahilləri sıx məskunlaşıb və güclü antropogen təsirə məruz qalır. == Coğrafiyası == Gelencik buxtası Qara dənizin şimal-şərq hissəsindədir və at nalı şəkilli formaya malikdir. Dərinliyi azdır. Körfəzin qərb sahili alçaq, təpəlikdir və tədricən dənizə enir.
Zelençuk rayonu
Zelençuk rayonu (abq. Зеленчук район, kab.-çərk. Зеленчук район / Зеленчук куей, qaraç.-balk. Зеленчук район, noq. Зеленчук район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Zelençuk qəsəbəsidir. == Coğrafiyası == Urup rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 2930,72 km²-dir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə Qaraçay rayonu, qərbdə Urup rayonu, şimalda Krasnodar diyarı, Xabez rayonu. == Tarixi == 1922-ci ildə müasir Zelençuk rayonunun ərazisi Qaraçay-Çərkəz Muxtar Vilayətinin tərkibinə daxil olur.