Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əllahu əkbər
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Apis (münbitlik allahı)
Apis — Qədim Misir mifologiyasında müqəddəs öküz qiyafəsində, obrazında olan məhsuldarlıq, münbitlik allahı. Memfis şəhəri ona sitayişin mərkəzi idi. Apis Ptaxın və Ranın ruhu hesab edilirdi. Apisin mücəssəməsi xüsusi ağ ləkələri olan qara Öküz idi. Qədim misirlilər inanırdılar ki, Apis-öküzün qaçma ayini tarlaları münbitləndirir. Ptolemeylərin dövründə Osirisin Apislə vahid Serapis allahda birləşməsi baş vermişdir. Apisöküzün ölümü böyük bədbəxtlik hesab olunurmuş. Ölmüş Apisi balzamlayır və Memfis yaxınlığında xüsusi mərasimlə basdırırmışlar.
Artilleriya allahı (film, 2015)
Artilleriya allahı qısametrajlı sənədli televiziya filmi 2015-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film general Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film Rusiya İmperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini və Sovet hərb xadimi, artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar tərəfindən "Artilleriyanın allahı" ləqəbi verilən, Azərbaycan hərb tarixinə silinməz imzalar atmış görkəmli şəxsiyyət Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir.
Artilleriyanın allahı sayılırdı (film, 1996)
Artilleriyanın allahı sayılırdı (rus. Считался богом артиллерии) filmi rejissor Ziya Şıxlinski tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azanfilm studiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. == Məzmun == Film görkəmli Azərbaycan sərkərdəsi Əliağa Şıxlinskinin həyat və fəaliyyətinə həsr olunmuşdur. Kinolentin birinci hissəsi onun çar ordusunda podporuçik rütbəsindən general-leytenant və ordu komandiri rütbəsinədək yüksəlməyindən, ikinci hissəsi isə generalın Azərbaycandakı fəaliyyətindən və Azərbaycan milli silahlı qüvvələrinin yaradılmasından bəhs edir. == Film haqqında == Əsasən kinoxronikadan istifadə olunduğu üçün operator çəkilişdə iştirak etməmişdir.
Geylani Pənahov
Qeylani Pənahov (tam adı: Pənahov Qeylani Minhac oğlu; 25 avqust 1954, Qusar) — AMEA-nın müxbir üzvü (2014) [1], texnika elmlər doktoru, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri [2] == Həyatı == Pənahov Qeylani Minhac oğlu 1954-cü ilin 25 avqustunda Azərbaycan SSR Qusar rayonu Ənix kəndində anadan olmuşdur.1971-ci ildə Ənix kənd orta məktəbini bitirib, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - ADNSU) daxil olub,1976-cı ildə həmin institutun Neft və Mədən fakultəsinin dağ mühəndisi ixtisasını almışdır. İnstitutu qurtardıqdan sonra 1976-cı ildə Dağıstan Geoloji Ekspedisiyasında, 1977-1979-cu illərdə Ukraynanın Krivoy Roq şəhərində müxtəlif şaxtalarda usta vəzifəsində və Təhlükəsizlik Texnikası İnstitunda böyük mühəndis vəzifəsində işləmişdir. 1979-cu ildən 1988-ci ilə kimi Azərbaycan Neft və Kimya İnstitutunda (indiki ADNSU) kiçik elmi işçidən başlayaraq baş elmi işçiyə kimi müxtəlif vəzifələrdə çalışıb. 1984-1986-cı illərdə həmən İnstitutun aspiranturasında oxumuş və 1986-cı ildə texnika elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1988-ci ildən konkurs üzrə Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu “Neft və qazın qeyri xətti mexanikası” şöbəsinə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1996-cı ildə texnika elmləri doktoru alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1999-2002 ci illərdə "Maye və qaz axınlarında fiziki mexaniki proseslər laboratoriyasının" müdiri vəzifəsində işləmişdir. 2002-ci ildən "Maye və qaz mexanikası" şöbəsinin müdiridir. İnstitutda işlədiyi müddət ərzində Pənahov Q.M. bir çox elmi qrant layihələrinə rəhbərlik edərək başa çatdırmışdır. Pənahov Q.M. 180 elmi məqalənin müəllifidir ki, bunların 55-i Rusiya Federasiyasının və Azərbaycan Respublikasının patentini almışdır. 1999-2001-ci illər ərzində Azərbaycan Ali Attestasiya Komitəsində Riyaziyyat və Mexanika üzrə ekspert şurasının, 1998-ci ildən indiyə kimi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının və Azərbaycan Dövlət Neft Akademiyasında namizədlik və doktorluq müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şurasının üzvüdür.
Qeylani Pənahov

Qüllabi ilmə
Simmetrik ilmə (Türkbaf ilmə) — ilmə toxunuşu (düyün vurulması) qüllabi ilməyə müasir xalça elmində verilən addır. Simmetrik (Türkbaf) ilmə toxunuşu (düyün vurulması) əsasən türk xalqları ilə əlaqələndirilir. Farslar da xalça toxunuşunda "simmetrik" ("türkbaf") toxunuş üsulundan istifadə etmişlər. Xalça toxuculuğunda ilmələrin düyünlənməsi əsasən "simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulu ilə həyata keçirilir. "Simmetrik" ("Türkbaf") üsulu ilə toxunan xalçalarda ilmələr ərişin iki sapı ətrafında bağlanır. "Simmetrik" ("türkbaf" və ya "yandansalma") üsulunda ilmənin uclarından biri ərişin bağlanan sapları arasından keçirilir.
Tereza Pellati
Tereza Pellati (italyanca:Teresa Pellati) — İtaliya aktrisasıdır. == Seçilmiş filmoqrafiya == == Xarici keçidlər == Tereza Pellati — Internet Movie Database saytında.
Əbdülqədir Geylani
Əbdülqədir Geylani – İslam alimi, Qadiriyyə təriqətinin qurucusu. == Həyatı == İranın Gilan əyalətində 1078 (H. 471) də doğulub. Ləqəbi, Əbu Məhəmməddir. Mühyiddin, Gövs-ül-əzəm, Qütbü Rəbbani, Sultan-ul-övliya, Qütbü əzəm kimi ləqəbləri vardır. Atası Əbu Saleh bin Musa Cəngidostdur. Həsənin oğlu Həsəni Müsənnanın oğlu Abdullahın soyundandır. Anasının adı Fatimə, ləqəbi Ümm-ül-xeyr olub seyidədir. Bunun üçün Abdülqədir Geylani, həm seyid, həm şərifdir. Hüseynin övladına seyid, Həsəninkinə şərif deyilir. Abdülqədir Geylani 1166 (H.561) da Bağdadda vəfat etdi.
Corc Gellap
Corc Gellap (ing. George Horace Gallup, 18 noyabr 1901 — 26 iyul 1984) — alim, jurnalist, statistik, pedaqoq, ictimai rəyin öyrənilməsi üzrə elmi metodların müəllifi. 1928-ci ildə ABŞ-nin Ayova ştatında "Oxucuların qəzet materiallarına olan marağının müəyyənləşdirilməsinin obyektiv metodu" adlı PhD dərəcəi üzrə dissertasiyasını müdafiə etmişdir. 1932-36-cı illərdə reklam agentliyində çalışmış və ilk dəfə bazarın araşdırılması üçün müştərilərin sorğularını tətbiq etmişdir. 1935-ci ildə Amerika ictimai rəy institutunun əsasın qoymuşdur və bu institut artıq növbəti il prezident seçkiləri öncəsi sorğuların təşkilatçısı kimi məşhurlaşmışdır. 1958-ci ildə bu institut digər strukturlarla birgə The Gallup Organization adı altında birləşdirilmişdir.
Gelati monastırı
Gelati monastırı — Gürcüstanda ən mühüm orta əsr monastırı. Kilsənin mərkəzi və mədəni həyat, Katolikosun iqamətgahı XVI əsrin ikinci yarısından 1814-cü ilinə aiddir. YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir (1994). == Tarixi == Monastır 1106-cı ildə IV Kral David tərəfindən təsis edilib və məzarı olmuşdur. Monastır 1125-ci ilə qədər inşa edilib və beş il ərzində bu, Zaqafqaziyada ən yaxşı olan mozaika ilə bəzədilmişdir. Həmin dövrdə monastır Yunanıstanın qədim yunan fəlsəfəsinə maraq göstərən Gelati Akademiyasının kreslosu idi. 13-cü əsrdə müqəddəs Nikolay və müqəddəs Georgiya kilsələrinə eyni zamanda üç qatlı zəng daxil edildi. Divaryazısı 12–18-ci əsrlərdən etibarən Gürcüstan tarixinin müxtəlif dövrlərinə aiddir; Xüsusilə təpə başlarının portretləri diqqətəlayiqdir. Əvvəllər monastırda bir çox qiymətli nişan və tətbiqi sənət əşyası yerləşirdi; Sovet dövründə onları ələ keçirmiş və muzeylərə paylanmışdı. == İstinadlar == == Ədəbiyyat == Gelati monastırı // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
I Gelasi
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
Afroditanın qolları (film, 1987)
Afroditanın qolları qısametrajlı bədii filmi rejissor Davud İmanov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Film "Debüt" Studiyasında istehsal edilmişdir. Filmin qəhrəmanı (Rafiq Əliyev) heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür. Filmdə rolları Rafiq Əliyev, Olqa Zolotuxina, Muxtar Avşarov, Təvəkkül İsmayılov və Əliqulu Səmədov ifa edirlər. == Məzmun == Əgər insan münasibətlərindəki səmimiyyət aradan götürülərsə, bu münasibətlər pozularsa onları Afroditanın qolları kimi düzəltmək müşkül məsələdir. Filmin qəhrəmanı heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür.Heykəltəraş Cahid (Rafiq Əliyev) qəbirüstü büstlər düzəldir, müqabilində yaxşı qazanc əldə eləyir, amma onun maddi vəziyyəti bir sənətkar kimi mənəvi tənəzzülünün bahasına başa gəlir.
I Gelasi (Roma papası)