Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əyirdək
Əyirdək — südlə yoğrulub kərə yağında qızardılmış qoğal. Əyirdək adətən bayram mərasimlərində, səfərə çıxacaq adam üçün və s. hallarda hazırlanır. Un südlə yoğrulub xəmir hazırlanır, südə şəkər (çox hallarda bal) qatılaraq yoğrulur. Xəmiri doğrayaraq 1,5-2 sm diametrində uzununa yumurulayır, 2,5-3 sm uzunluqda hərsinlə xırdaladıqdan sonra yun daraqda doğranmış xırda xəmirin hər iki üzünü uzunasına darağın dişləri üzərinə basaraq paralel xətli nişanlar vurub, qaynayan yağda yaxşı-yaxşı qızardırlar. Əyirdək bişdikdən sonra qazandan çıxardılır və sərilərək soyudulur. Əyirdək uzun müddət qalır, öz keyfiyyətini saxlayır və xarab olmur. çox dadlı olduğundan onu yeməkdən heç kəs etiraz etmir.
Gətirmə konusu
Gətirmə konusu (yerüstü) -relyef forması, daima və müvəqqəti su axarlarının gətirdiyi kövrək materialların dərə, qobu və yarğanların aşağı hissəsində, dağlardan düzənliyə çıxdığı sahələrdə, axının canlı qüvvəsinin kəskin azalması nəticəsində, toplanmasından əmələ gəlir.Yastı yarımkonus görkəmində olub, zirvə hissəsi su axımının istiqamətinin əksinə yönəlir.Əsasən böyük gətirmə konusları dağ çaylarının qonşu düzənliyə çıxan sahələrində əmələ gəlir.
Aparatla əyirmə
Aparatla əyrimə – müxtəlif uzunluqlu liflərdən və ya lif qalıqlarından böyük xətti sıxlığa malik qalın xovlu yun və qarışıq iplik hazırlamaq üçün aparılan proses. İplik almaq üçün darama aparatında daranmış lif layı aparatın eni boyunca zolaqlara ayrılır, sonra zolaqlar eşilərək sıxlaşdırılır və ilkin iplik əmələ gətirir. Halqalı əyirmə maşınlarında ilkin iplikdən iplik alınır. Yunəyirmə prosesində Aparatla əyirmə mahud əyirməsi də adlanır.
Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. == Məzmun == Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.