Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qalvaniz
Qalvaniz və ya Sinklənmə — 450-455 dərəcədə ərimiş sinkə batırılmış poladın örtülməsi prosesinə verilən addır. Sink dəmirlə güclü bağlar yaradaraq üç fazalı təbəqə əmələ gətirir. Xüsusilə korroziyaya qarşı həyata keçirilən bu proses hər cür hava şəraitində açıq havada işləyəcək metalların ömrünü uzatmaq üçün istifadə olunur. Sinklənmiş metalın səthi xromla örtülərsə, onun ömrü artacaqdır. Sinklənmə prosesindən sonra sinklənmənin mikron dəyərinə, materiala yapışması müvafiqliyinə, deşiklərdəki buruqlara, yaxud çapıqlara, uclardakı sinklənmiş çöküntülərə, bir-birinə yapışmış materiallara, çöküntü yapışmasına, örtülməmiş yerlərə və kül yapışmasına, həmçinin də ağ paslara diqqət yetirilməlidir. Dəmir materialı istehsal mərhələsində sinklənməyə müvafiq dizayn edilməlidir. İçi boş materiallarda sink giriş dəlikləri və təzyiqli çıxış delikləri xüsusilə vacibdir. Sinklənmə prosesi aşağıdakı kimidir. O, yağdan təmizləmə, durulama, aşındırma, yaxalama, flukslama, qurutma və örtülmə mərhələlərindən ibarətdir. Sinklənə bilən bəzi kiçik hissələr də mövcuddur.
Qalvanik element
Qalvanik element — kimyəvi reaksiyanın enerjisini elektrik enerjisinə çevirməyə imkan verən cihaz. Səthində oksidləşmə prosesi gedən elektrod anod adlanır. Oksidləşməyə mənfi yüklü ionlar məruz qaldığından (məhz onlar elektron verə bilir) mənfi yüklü ionlar anion adı almışdır. Səthində reduksiya prosesi gedən elektrod katod adlanır. Müsbət yüklü ionlar reduksiya olunduğundan (məhz onlar elektron qəbul edə bilər) kation adlanır. Dövrədən elektrik cərəyanının axması üçün aşağıdakı şərtlər ödənməlidir: 1) yüklü hissəciklərin (elektronların, ionların) olması; 2) potensiallar fərqinin olması (fəzaca ayrılmış müsbət və mənfi yüklərin olması ilə təmin olunur); 3) dövrənin qapalı olması. == Tarix == Müxtəlif metalların kontakt sərhədində elektrik cərəyanın meydana gəlməsi hadisəsi italyan fizioloqu, Bolonya Universitetinin (Bolonya şəh., İtaliya) tibb üzrə professoru olan Luici Qalvani tərəfindən 1786-cı ildə kəşf edildi. Qalvani mis qarmaqlara bərkidilmiş təzə qurbağaya polad neştərlə toxunduqda, onun arxa ayaqlarının əzələlərinin yığılma prosesini təsvir edir. Nəhayət o öz müşahidələrini "canlıların elektriklənməsi" şəklində şərh etdi. Qalvaninin təcrübələrilə yaxından maraqlanan italyan fiziki və kimyaçısı Alessandro Volta bu təcrübədə tamamilə yeni bir hadisəni — elektrik cərəyanının yarandığını gördü.
Alvani Samebo
Alvani Samebo Tiflis quberniyasının Tianeti qəzasında kənd adı. == Toponimkası == Alvani Samebo — Tiflis quberniyasının Tianeti qəzasında kənd adı. Batumi əyalətinin Artvin dairəsində Alvanqala və Alvani-Kam, Alazan çayının aşağı axarında "Alvan düzü", Türkiyə ərazisində Alvankala toponimləri ilə mənşəcə eynidir.Qədim türkmənşəli Alban tayfa adının fonetik formasıdır. Qədim mənbələrdə "Alvan" formasındadır. Rus mənbələrində "Alvanğə" şəklindədir.
Galvan (Nəqədə)
Galvan (fars. ‎‎گلوان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 633 nəfər yaşayır (98 ailə).
Gavani (Miyanə)
Gavani (fars. گاواني‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (9 ailə).
Qalqançı
Aldan qalxanı
Aldan qalxanı (Aldan-Stanovoy qalxanı) – Uzaq Şərqdə, Sibir platformasının cənub-şərq hissəsində Kembriyə qədərki kristallik özül çıxıntısı. Əsasən, Aldan yaylası ilə üst-üstə düşür. Aldan qalxanı güclü dislokasiyaya və metamorfizmə uğramış, qranit intruziyaları ilə yarılmış Arxeozoy və Proterozoy yaşlı süxurlardan təşkil olunmuşdur. Qalxanın şimal hissəsi Kembrinin üfüqi yatımlı çökmə süxurları, şimal-şərq hissəsi Yuranın kontinental və dəniz çöküntüləri ilə örtülmüşdür; cənubda və qərbdə Baykal və Paleozoy qırışıqlığı sahələrindən dərinlik qırılmaları ilə ayrılır. Neogen – Dördüncü dövrdə Aldan qalxanının cənub hissəsi intensiv qalxmaya məruz qalmış və nəticədə Stanovoy silsiləsi yaranmışdır. Silsilənin şimal kənarı boyunca qırılmalarla hüdudlanan və Yuranın kontinental çöküntülərindən təşkil olunmuş çökəkliklər yerləşir. Aldan qalxanın Arxeozoy yaşlı süxurlarında dəmir və mika, Erkən Proterozoy yaşlı süxurlarında zəngin mis filizi, qızıl və pyezokvars, Yura yaşlı kontinental çöküntülərində daş kömür (Aldan kömürlü rayonu) yataqları aşkar edilmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.
Balanıc (Urmiya)
Balanıc (fars. بالانج‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,189 nəfər yaşayır (506 ailə).
Ferdinando Qaliani
Ferdinando Qaliani (it. Ferdinando Galiani; 2 dekabr 1728[…], Kieti, Abruttso – 30 oktyabr 1787[…], Neapol) — italiyalı iqtisadçı və Maarifçilik dövrünün yazıçısı. == Bioqrafiyası == İyirmi iki yaşında, ona İtaliyanın hüdudlarından çox kənarda şöhrət qazandıran iki əsər yazdı: birincisi, Neapolitan cəlladının ölümü ilə bağlı bir şeir zarafatı, ikincisi “Pul haqqında” traktatı. Qaliani burada əşyaların dəyəri, vergilər, pul faizləri, borc, bankların təbiəti və mənşəyi, dövlət borcları, məzənnə və sair sualları nəzərdən keçirir. Əşyaların yüksək qiymətinin əhalinin yoxsulluğunun sübutu olduğuna dair fikirləri mübahisələndirir və əksinə bəzi həddindən artıq hallar istisna olmaqla, əşyaların yüksək qiymətinin ölkənin rifahına və sərvətinə işarə etdiyini müdafiə edir. Həm də maraqların tənzimlənməsinin əleyhinə danışır və sikkəyə əmtəə kimi baxmağı tövsiyə edir. Dəyər nəzəriyyəsi marjinal fayda və tələbin qiymət elastikliyində azalma olduğunu göstərən faydalılıqla əlaqəli olaraq nəzərdən keçirilir. 1755-ci ildə Qaliani Amalfidə kanon vəzifəsinə qaldırıldı, 1759-cu ildə ilk olaraq Parisdəki Neapolitan səfirliyinin katibi təyin edildi və ertəsi il səfir kimi fəaliyyətə başladı; tezliklə bu addan imtina etdi, lakin Parisdə qaldı. Burada ensiklopediklər və bir çox görkəmli ictimai xadimlərlə tanış oldu, sonra uzun illər yazışmalarda bulundu. Onun Parisdə nəşr etdirdiyi “Dialogues sur le commerce des bleds” (Rusca tərcümələri P. Cuvillier və M. Dragomirov ), Fransız dilində kitabı onun nüfuzunu artırdı.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Qalanın dibində
Qalanın dibində - Azərbaycan xalq mahnısı. Bu mahnı əsasında rus bəstəkarı Mixail Qlinka öz "Ruslan və Lüdmila" operası üçün xor bəstələmişdi. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov bu mahnını öz "Arşın mal alan" operettasında istifadə etmişdir.
Roland Qlavani
Roland Qlavani (20 Aprel 1922 – 16 Yanvar 2017) — Fransalı ordu generalı.
Uçurtma qalxanı
Uçurtma qalxanı uçurtma şəklində olan orta əsr qalxanıdır. Uçurtma qalxanı bir çox cəngavər və insanlar tərəfindən qorunmaq üçün istifadə edildi, lakin iki əlli silahlar və daha çox hərəkətlilik üçün imtina edildi. Uçurtma qalxanlarının qalxan formasının səmərəliliyi süvari döyüşü baş verən zaman işə düşdü, bədənin çox hissəsini çiyinlərdən ayaqlara qədər qorumaq üçün faydalıdır və cəngavərə döyüşdə daha çox seçim imkanı verir.
Bahar qalxanı əməliyyatı
Bahar qalxanı əməliyyatı (türk. Bahar Kalkanı Harekâtı) - 2020-ci ilin fevralın 27-də Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı İdlib bölgəsində Suriya ordusu və müttəfiqlərinə qarşı başlatdığı hərbi əməliyyat. Rusiya və Türkiyə rəhbərlərinin görüşünün nəticəsində döyüş əməliyyatları ərazisində martın 6-da atəşkəs elan edilmişdir.
Fərat Qalxanı Əməliyyatı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Bir qalanın sirri
Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa edirlər. == Məzmun == Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir. == Film haqqında == Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi. "Bir qalanın sirri" filmi belə yarandı. Film rejissor Əlisəttar Atakişiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.
Alınmaz qalanın qəhrəmanları
Alınmaz qalanın qəhrəmanları qısametrajlı sənədli-bədii filmi rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın həyat və döyüş yollarından bəhs edir. == Məzmunu == Ekran əsəri Gədəbəy rayonundan olan dörd Milli Qəhrəman — Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir.
İsti Halvanın Dadı (1987)
== Məzmun == Film kooperativ hərəkatının yaranması-yeni istehsalat mexanizminin tətbiq olunması nəticəsində qarşıya çıxan psixoloji problemlərdən bəhs edir. Bir ailənin yaratdığı "Quba paxlavası" adlı kooperativdə cərəyan edən hadisələr filmin dramaturji əsasını təşkil edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Zaur Məhərrəmov, Nemət Rzayev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
İsti halvanın dadı (film, 1987)

Alınmaz qalanın qəhrəmanları (film, 2013)
Alınmaz qalanın qəhrəmanları qısametrajlı sənədli-bədii filmi rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın həyat və döyüş yollarından bəhs edir. == Məzmunu == Ekran əsəri Gədəbəy rayonundan olan dörd Milli Qəhrəman — Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir.
Bir qalanın sirri (film, 1959)
Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa edirlər. == Məzmun == Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir. == Film haqqında == Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi. "Bir qalanın sirri" filmi belə yarandı. Film rejissor Əlisəttar Atakişiyevin quruluşçu rejissor kimi kinoda ilk işidir.
Baltik sipəri və ya Baltik qalxanı
== Baltik sipəri və ya Baltik qalxanı == Baltik sipəri və ya Baltik qalxanı– Avropanın şimal – qərbində kembriyəqədərki süxurların səthə çıxdığı sahəyə deyilir. Baltik sipəri Finlandiya, Kareliyanı, Skandinaviya və Kola yarımadalarını əhatə edir. Baltik sipəri güclü metamorfizmə uğramış süxurlardan qneysdən, kristallik şistlərdən, fillitlərdən, konqlomeratlardan və arxey, proterozoy yaşlı mərmərlərdən ibarətdir. Baltik sipərində qranit intruziyalı sahələr də geniş yer tutur.