Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qapçik burnu
Qapçıq burnu (ukr. Капчик, krımtat. Qapçıq, Къапчыкъ) — Krım yarımadasında, Novıy Svet şəhəri ərazisində yerləşən burun. Qoba-Qaya və Karaul Oba dağları arasında yerləşir. Qapçik burnu səmadan daşlaşmış nəhəng bir kərtənkələ kimi görünür. Burada İdman lotosu-82 filminin bir səhnəsi çəkilmişdir.
Barcil
Barcil (İdil – 731) — Xəzər xaqanının oğlu, sərkərdə. == Həyatı == Xəzərlər Azərbaycan ərazisində tez-tez görünürdülər. Xəlifə Yezid ibn Əbd əl-Malik 722–723-cü illərdə böyük ordu ilə Ərdəbilə qədər irəliləmişdi. Xəlifənin ordusu xəzərlər tərəfindən məhv edilmiş, xəzərlər böyük qənimət əldə etmişdilər. bu döyüşdə Barcil də iştirak etmişdi. İlk dəfə adı 722-ci ilə aid qaynaqlarda hallanır. Ərəb valisi Əl-Cərrah ibn Əbd-ül-Lah əl-Həkəmi Xəzər xaqanlığına hücum edərkən onu qarşılayıb vuruşmuşdu. 726/727-ci illərdə Xəzərlər xaqanın oğlunun, barcilin başçılığı altında yenidən Azərbaycana daxil olmuş, ancaq ərəblərin güclü müqaviməti ilə rastlaşıb geriyə çəkilməyə məcbur olmuşdular. Araz çayı sahilində, Varsanda güclü döyüşlər gedərkən Barcilin qoşunu böyük itki verib geri çəkilmişdilər. Ərəb ordusuna əl-Haris ibn Əmr başçılıq edirdi.
Lapçın
Lapçın — uzunboğaz ayaqqabı növü. Naxçıvan bölgəsinin dağlıq hissəsində və Qərbi Azərbaycanda (indiki Ermənistanda) dağ kəndlərində yaşayan azərbaycanlılar arasında geniş yayılmışdır. Üzlüyü tumac və keçədən, altı dəridən tikilirdi. Lapçınin ücü şiş və bir qədər yuxarı qatlanmış olur. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Qapıcıq
Qapıcıq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda dağ. Qapıcıq (dağ) — Ordubad rayonunda dağ. Qapıcıq (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.
Qapılı
Qapılı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-qərbdə, Arpaçayın yaxınlığında, İrəvan-Gümrü yolunun üstündə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin yaxınlığında urartu dövründən qalma uçuq qalanın qalıqları, divarları indi də durur. Toponim türk dilində "dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi", "dağ yamacında dərə" mənasında işlənən qapı sözünə -lı şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Qusanagyuğ (Aşıq kəndi) qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1829–30-cu illərdə Türkiyənin Alaşkert, Bulanix və Muşdan gətirilmişdir.
Arçil
II Arçil və ya Abdullah bəy (1713 – 1762) — I Yesenin oğlu, Kartli naibi. Arçil İslamı qəbul etmişdi. Abdullah bəy kimi tanınırdı. == Həyatı == 1713-cü ildə anadan olmuşdu. Müsəlman olduqdan sonra Abdullah bəy adını almışdı, 25 yaşında Nadir şahın naibi olan Arçil II Teymurazın dövründə Aşağı Kartli və Somxetinin hakimi oldu. 1747-ci ildə II Teymurazın yoxluğundan istifadə edərək Tiflisi ələ keçirən Arçil 1748-ci ildə məğlub olaraq dağlara çəkildi. == Ailəsi == Arçil I İrakli Baqrationinin qızı Kotevanla evlənmişdi. 5 oğlu və 1 qızı olmuşdu: Ağas (ö. 1765) - 1745-ci ildə Mariam Orbeliani ilə evlənmişdi. David (ö.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Qatil
Qatil — qətli törədən cinayətkar şəxsə verilən addır. Öldürən, adam öldürən, cani deməkdir.
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Qaçış
Qaçış — İdmanın ən sadə, mümkün, faydalı növlərindən biridir. Hər gün, səhər və ya axşam, dünyada yüzlərlə və minlərlə insan qaçışa çıxır. Bu, yalnız intensiv bir ritmdə gəzmək deyil, həm də öz sağlamlığınıza və formanıza qayğı göstərməkdir. == Haqqında == Qaçış hər şeydən əvvəl ürək üçün bir fiziki gərginlikdir. Praktik olaraq onun üçün əks-göstəriş yoxdur (aşağı təzyiqdən başqa), hətta yastıpəncə insanlar da düzgün seçilmiş ayaqqabı ilə qaça bilər. Qaçış bütün orqanizmə silkələnmə verir, bu hipertoniyadan, təngənəfəslikdən, zökəmdən ən yaxşı vasitədir. O, həmçinin qan dövranını yaxşılaşdırır və tonusda qalmağa kömək edir. Bundan başqa, qaçış bütün əzələ qruplarını formaya salır: siz qaçarkən yalnız baldır və bud işləmir, həm də qarın, əl, boyun fəaliyyətdə olur. Bununla bərabər fiziki gərginliyin bütün bədənə təsiri çox yumşaqdır. Ümumiyyətlə qaçış düzgün qidalanma ilə birgə arıqlamaq üçün ən yaxşı vasitədir.
Qacıq
Qacıq — Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda kənd. == Tarixi == Kənd 1911-ci ildən eyni addadır.
Kapril turşusu
Kapril turşusu (Oktan turşusu) С7Н15COOH - birəsaslı doymuş karbon turşusudur, yağlıtəhər rəngsiz, xoşagəlməz iyli, soyuqda kristallaşan mayedir. == Təbiətdə tapılması == Kapril turşusu qliserid şəklində inək yağın tərkibində olur; Limburq pendirində, sivuş yağında (izoamil efiri şəklində) və çuğundur bəkməzində tapılmışdır; bitki yağlarından kokos yağının (6-10%), babassu palma yağının (2-8%), tukuma palma yağının (Astrocaryum vulgare) (1,3%), murumuru palma yağının (Astrocaryum murumuru) (1,1%), palma yağının (0,1%-dən az) tərkibidə vardır [2]. == Alınması == Olein turşusunun quru qovulması və normal oktil spirtinin oksidləşməsi zamanı əmələ gəlir. == Mənbə == Solubility of octanoic acid in methanol Растительные масла, в которых содержится каприловая кислота [1].
Qamçılı xullar
Qamçılı xullar (lat. Mesogobius) — Xulkimilər fəsiləsinə daxil olan cins. Cinsə daxil olan balıqlar əsasən Qara dəniz və Xəzər dənizlərində yayılmışdır. == Növləri == Cinsə aşağıdakı növlər daxildir: Mesogobius batrachocephalus (Pallas, 1814) Mesogobius nigronotatus (Kessler, 1877) (?
Qapalı sistemlər
Qapalı sistemdə qarşılıqlı münasibətin və ya informasiya alış verişinin olmaması və ya buna səd çıkilməsi əsasdır. Şirkətlərdəki əməliyyatlardan əyani misal çəksək, AR-GE(Tədqiqat və təkmilləşdirmə) bölümü, müəyyən ölçüdə satınalma və finans bölümlərində informasiya çıxışının önlənməsi üçün qapalı bir sistem mexanizmi mənimsənir.
Qapalı çarşı
Qapalı çarşı — İstanbul şəhərində yerləşən dünyanın ən köhnə və böyük qapalı bazarı. == Ümumi məlumat == Qapalı çarşıda 64 Prospekt və Küçə, 16 Xan vardır. 22 ədəd qapısı vardır. 45.000 m² bağlı sahə üzərində qurulmuşdur, 3600 dükanı vardır. 97 ədəd məmulat satılmaqdadır. 1 ədəd İnternet portalı vardır.(www.kapalicarsi.org.tr) Sağlamlıq Mərkəzi vardır. Polis bölməsi vardır. Bütün Bank Şöbələri vardır. Poçtu vardır. Özünə aid Xüsusi Təhlükəsizlik Təşkilatı vardır.
Qapalı şəhər
Qapalı şəhər — səyahət və ya yaşayış məhdudiyyətlərinin tətbiq olunduğu, ziyarət və ya qalmaq üçün xüsusi bir icazə tələb olunduğu yaşayış məntəqəsidir. Bu cür yaşayış məntəqələri ənənəvi hərbi bazadan daha çox yer və ya azadlıq tələb edən həssas hərbi obyektlər və ya gizli tədqiqat institutları ola bilər. Qapalı şəhərlərdə əsasən, bu müəssisələrdə işləyən işçilər yaşayırlar. Qapalı şəhərlər ağır dərəcədə hərbiləşdirilmiş ölkələrin və ya gizli rejimlərin bir xüsusiyyətidir və hal-hazırda Sovet İttifaqının varisi olan ölkələrin bəzilərində mövcuddur. Bu gün Rusiyadakı bu cür yerlərə rəsmi olaraq “qapalı inzibati zona formasiyaları” deyilir (rus. закрытые административно-территориальные образования; Rom: zakrıtıye administrativno-territorialniye obrazovaniya və ya qısaca rus. ЗАТО; Rom: ZATO). == İstinadlar == == Əlavə ədəbiyyat == Bukharin, Oleg (September/October 1998). "Retooling Russia's Nuclear Cities". The Bulletin of the Atomic Scientists – Educational Foundation for Nuclear Science.
Qapıcıq (Qafan)
Qapıcıq - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayının sağ sahilində yerləşmişdir. Toponim türk dilində «dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi», «dağ yamacında dar dərə» mənasında işlənən qapı (kapu) sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılılması ilə düzəlib. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır.
Qapıcıq (dağ)
Qapıcıq dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kiçik Qafqazın ən yüksək zirvəsidir. Oxçuçay ilə Gilançayın suayrıcındadır (hünd. 3905,2 m). Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik Qafqazın ən hündür zirvəsi. Nəsirvazçayın mənbə hissəsində, Nəsirvaz kəndindən 7 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Yamaclarında qədim buzlaq relyefi formaları (təknə, karr, moren), zirvəsində 3–4 m qalınlığında daimi qar örtüyü var. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-şərq kənarında, Mehri-Ordubad batolitinin ekzokontakt zolağında yerləşir.
Qapıcıq dağı
Qapıcıq dağı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Kiçik Qafqazın ən yüksək zirvəsidir. Oxçuçay ilə Gilançayın suayrıcındadır (hünd. 3905,2 m). Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik Qafqazın ən hündür zirvəsi. Nəsirvazçayın mənbə hissəsində, Nəsirvaz kəndindən 7 km şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Yamaclarında qədim buzlaq relyefi formaları (təknə, karr, moren), zirvəsində 3–4 m qalınlığında daimi qar örtüyü var. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının şimal-şərq kənarında, Mehri-Ordubad batolitinin ekzokontakt zolağında yerləşir.
Qapıçı (futbol)
Qapıçı və ya Qolkiper (ing. Goalkeeper sözündən; Goal – qapı, keeper – tutan) — futbolda müdafiənin ən arxasında dayanan və ilk vəzifəsi topun qapıya girməsinin qarşısını almaq olan futbolçu. Qapıçılar, əksəriyyətlə GK qısaltması ilə göstərilir. Azərbaycanca qısaltması QK-dir. Qapıçılar çox vaxt 1 nömrəsini daşıyırlar.Dünyada bir çox məşhur qapıçı var.Qapıçılar bəzən kapitan da olurlar.
Qavril Derjavin
Qavril Romanoviç Derjavin (3 (14) iyul 1743[…], Sokurı[d], Kazan quberniyası, Rusiya imperiyası – 8 (20) iyul 1816[…]) — Əslən tatar türklərindən olan Rusiya dövlət xadimi, şair. == Həyatı == İmperatriça II Yekaterinanın stats-sekretarı, senator, sonra imperator Pavelin zamanında Ali sovetin üzvü, dövlət xəzinədarı, imperator I Aleksandr dövründə Ədliyyə naziri olan böyük rus şairi Derjavin istər öz bioqrafları, istər digər tarixçilər tərəfindən tatar bəyi Baqrım Mirzənin varisi sayılır. Atası Böyük Pyotr dövründə orduda xidmətə başlamış və çarın öz alayında döyüşlərə girmişdi. Sonralar da öz qohumu olan bir qızla evlənmişdi. Atası özünün beş qardaşı arasında bölünmüş bir mirasa sahib idi. Ailənin ilk uşağı müqəddəs Qavriil (Cəbrayıl) günündə doğulduğundan adını Qavriil qoydular. Pyotrun qızı Yelizavetanın hakimiyyətinin ilk ili idi; bu qədim tatar məskəni üsyan alovları içində yanırdı. Tarix boyunca tatar vətəni olan bu yerlər: Volqa sahilləri və Uralboyu torpaqlar sürətlə ruslaşdırılır, görünməmiş vüsətlə bərəkətli Or çölləri köçürülmələrlə məskunlaşdırılırdı. Burada rus hərb qalaları kimi Orsk və Orenburq (hər ikisi Or çayı üstündə salınıb) tikilib möhkəmləndirilir, yeni müstəmləkələri itaətdə saxlamaqda olan istilaçı hərbi qüvvələri mühafizə edir. Yerli xalqların zorla xristianlaşdırmağa və müstəmləkəçilik zülmünə qarşı çıxışlarını amansızlıqla yatırdan çar hökuməti üsyanı qan içində boğmaqla susdururdu.
Qavril Kolesov
Qavril Qavrilov Kolesov — Rusiyanın dama ustası, 64 xanalı dama üzrə ixtisaslaşmış mütəxəsis. Kişilər arasında Rus və Braziliya daması üzrə dünya çempionu. 2010-cu ildə kişilər arasında Rus daması və bliz növü üzrə avropa çempionudur. Dəfələrlə kişilər arasında rus daması üzrə Rusiya çempionu, Dama üzrə Rusiya və dünya qrossmeysteri. == Bioqrafiya == Qavril Kolesov 7 sentyabr 1979 ildə Yakutiya MSSR Çurapçinski rayonu Dyabıla kəndində anadan olmuşdur. Artıq beş yaşından dama ilə məşğul olmağa başlayır. 1995 ildə D. P. Korkin adına respublika idman internat məktəbini bitirmişdir. 1996-cı ildə ilk dəfə olaraq Rus daması üzrə dünya çempionu olmuşdur. O, yakutlar arasında ilk beynəlxalq qrossmeysterdir. 2001-ci ildə Yakutiya Dövlət Universitetinin flialı olan Yakutiya pedoqojii instutunun Sosial müəllim fakultəsini bitirmişdir.
Qavril Qaydarcı
Qavril Arkadi oğlu Qaydarcı (02.09.1937, indiki Moldova Respublikası Qaqauz Yeri MV Kaul rayonunun Kırbaalı kəndi, - 14.02.1998, Kırbaalı)—Qaqauz şairi. == Həyatı == Ədəbiyyata şeirlə gələn Qavril Qaydarcının ilk kitabı 1972-ci ildə çap olunmuşdur. “Ana tarafım” adlandırdığı kitaba şair lirik və ictimai-siyasi məzmunlu şeirlə­rini toplamışdır. Onun poetik yaradıcılığından söz açanlar ru­mın şairi Mixay Emineskydan (1850-1989) təsirləndiyini ya­zırlar. Şair “Kaaviysin can” şeirində yazır: Qavril Qaydarcı insanları barışa, əmin-amanlığa, dincliyə, qardaşlığa çağıran misraları ilə daha çox yadda qalmışdır. Onun savaşa nifrət aşılayan “Eski okoplar” şeiri qaqauz məktəblilə­rinin toplantılarda, bayramlarda çox söylədikləri şeirlərdəndir. Dunay çayına müraciətlə yazdığı “Tuna, Tuna..” şeirində deyir: Şairin əsərlərində torpaq, ana vətən mövzusu aparıcıdır. Xalqının 20-ci yüzildə çəkdiyi əziyyətləri, məhrumiyyətləri poetik dillə qələmə almaqla gələcək nəsilləri bu acıları unutmamağa çağırır. “Ay Bucaam, Bucaam” şeirində yazır: Şair daha çox elmi yaradıcılıqla məşğul olduğundan şeirləri azdır. Bir də onun əsərlərinə 1981-ci ildə çap olunan “Çık, çık günəş” adlı topluda rast gəlirik.
Qavril Radomir
Qavril Radomir — Samuilin oğlu, çar. Atasının dövründə sərkərdəlik etmişdir, cəngavərliyi ilə şöhrət sahibi olmuşdur. Əmisi oğlu İvan Vladislavı və atasını ölümdən qurtarmışdır. Bununla belə 1014-cü ildə taxta çıxandan sonra Bizansa etdiyi hücumların birində Ostrovo yaxınlığında əmisi oğlu İvan Vladislav tərəfindən öldürülmüşdür.
Qavril İlizarov
Qavril Abramoviç İlizarov (15 iyun 1921, Belovej[d], Belostok voyevodluğu[d] – 24 iyul 1992, Kurqan) — cərrah-ortoped, akademik, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Elmlər Akademiyasının üzvü. == Həyatı == Qavril Abramoviç İlizarov 15 iyun 1921-ci ildə Polşada (indiki Belarus ərazisində) yəhudi ailəsində dünyaya gəlmişdir. Doğulandan sonra ailəsi Azərbaycanın Qusar rayonuna köçmüşdür. 1979-cu ildə Lenin mükafatı laureatı olmuşdur. 1981-ci ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür. Rusiya Elmlər Akademiyasının üzvü olmuşdur. 1990-larda ABŞ-yə səyahət etmişdir. 71 yaşında, 1992-ci il 24 iyulda ürək tutmasından vəfat etmişdir. Professor Qələndər Canbaxışov Azərbaycanda İlizarov üsulunun elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı kimi tanınır. == İxtiraları == İlizarov aparatını ixtira etmişdir.