Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gecaçan dovşanalması
Gecaçan dovşanalması (lat. Cotoneaster serotinus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Çindir. == Botaniki təsviri == 3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqları sıx tükcüklərlə örtülmüşdür, sonralar isə çılpaqlaşır və tünd qəhvəyi rəng alır. Yarpaqlarının uzunluğu 3-8 sm, eni isə 2-3 sm olub, tərs yumurtavari və ya ovaldır. Üstü tünd yaşıl rəngli, çılpaqdır, alt səthi isə açıq yaşıl, demək olar ki, ağ rənglidir. Yarpaq saplağı 7-8 mm uzunluğundadır. Çiçəkləri 6 mm diametrində olub, 6-8 sm uzunluğunda qalxan çiçəkqrupuna yığılmışdır. İyulda çiçəkləyir, toxumları oktyabrdan-fevrala qədər yetişir.
Gecaçan dağlaləsi
Gecaçan dağlaləsi (lat. Tulipa tarda) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Kiçik dağlalələrin nümunə və nümayəndəsi hesab olunur. Ləçəyin sarı rəngi ətrafında, ağ rəng haşiyədə görülür. İki və ya üç gül bir budaqdan çiçəklənə bilər. Gülaçma vaxtı aprelin sonlarıdır.
Ecanan Şabadini
Şabadin (hal-hazırkı adı: Eğek və yaxud Yeğek erm. Եղեգ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi inzibati-ərazi vahidi tərkibində yerləşən kənd. Tarixən Ecanan Şabadini adı ilə də tanınan kənd 1988-ci ilin noyabr ayına kimi azərbaycanlılar yaşayan kənd olub.1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidi tərkibində olmuş kənd Qafan şəhərindən 13 km şimal-şərqdə, Qafan-Gorus yolunun sol tərəfində, meşəlik ərazidə yerləşir. == Tarixi == Qafan ərazisində tarixən iki Şabadin kəndi olub: Oxçu Şabadini və Ecanan Şabadini.1886-cı il kameral siyahıyaalınmasına əsasən Yelizavetpol quberniyası, Zəngəzur qəzasının III şöbəsinin Arçevanik kənd icması tərkibinə daxil olan Şabadin-Eqink (rus. Шабадин-Егинкъ) kimi göstərilən Ecanan Şabadini kəndində 48 evdə şiə etiqadlı Azərbaycan tatarlarından ibarət 261 nəfər (147 nəfəri kişi, 114 nəfəri qadın) əhali yaşayırdı. 1988-ci ilə kimi azərbaycanlılar yaşayan kənddə hal-hazırda ermənilər yaşayır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır. === Oxçu Şabadini === Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı olmuşdurş. Digər adı Oxçu-Şabadın. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.
Gəçsaran şəhristanı
Gəçsaran (farsca:گچساران)— İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dogonbadan şəhəridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 131628 nəfər və 28551 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti şiə müsəlmandırlar.
Əcanan mahalı
Əcənan mahalı — XIV əsr- əsr-1840 inzibati nahiyə. Qarabağda tarixi-coğrafi bölgə. == Ümumi məlumat == Mahal qərbdə Küpara mahalı, şimalda Bağabürd mahalı, şərqdə isə Sisyan mahalı ilə həmsərhəd idi. Mahalın mərkəzi Xalac obası idi. Mahalın son naibi, kələntər Hacı Ağalar bəy Sarıcalı-Cavanşir idi. Mahalda Xalac, Noraşenik, Arçazur, Axtaxana, Xоtanan, Çоbanlı, Оxtarlı, Tavrus, Qaradığa adlı kəndlər qərar tuturdu.1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə İsgəndərqalası livasının nahiyəsi 1. Məragid erm. kəndi (12 ailə) 2. Sərhəng erm. kəndi (8 ailə) 3.
Əcanan nahiyəsi