QISQANMAQ

f.
1. Sevdiyi, qəlbində məhəbbət bəslədiyi bir adama başqasının münasibətini çəkə bilməmək, yaxud yaxın bir adamının başqasına daha çox meyil və məhəbbət göstərdiyinə, daha çox sədaqətli olmasına şübhələnərək ruhi əzab çəkmək.
Hüsaməddin qaşqabağını turşutmuşdu; o, Qətibə ilə Toğrulun əlaqəsindən şübhələnir və qısqanırdı. M.S.Ordubadi.
Orda bütün gözlər səni süzərkən; Qısqanmağa başlayıram mən həmən. H.Cavid.

// Şübhələnmək, çəkinmək, ehtiyat etmək.
Dayı, məndən qısqanma, mən çörəyi dizi üstündə olan nəməkbəhəram adamlardan deyiləm. A.Divanbəyoğlu.

// bax qısqınmaq.
[Əziz bəy:] Yeri gələndə o özü də danışmaqdan çəkinən və qısqanan deyil! M.F.Axundzadə.

2. Qibtə etmək, həsəd aparmaq, paxıllıq etmək. Uşaq kiçik qardaşını qısqanır.
3. Xəsislik etmək, əsirgəmək, acgözlük etmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QISQANMAQ şübhələnmək — çəkinmək

Etimologiya

  • QISQANMAQ Əsli sıxılmaq feili ilə bağlıdır. Ümumiyyətlə, qıs feili olmayıb, sızmaq feili olub, indi bunlar iki müxtəlif sözdür
QISQANMA
QISQI

Digər lüğətlərdə

...ме́рность акци́зный впиха́ть карати́стка меси́льщица обоепо́лый романизи́роваться та́ловый бриг коло́да наду́в продукти́вность фанеро́вщик христианиза́ция мя absinthism alectryon lanugo parasite plough-tree summertime thereto tool cabinet заикание теологический