Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hematit
Hematit — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Alümohematit (30 mol. %-dək Al2O3), hidrohematit (4-8% H2O). == Xassələri == Rəng – kristalları qara, torpaqvari aqreqatları parlaq-qırmızı rənglidir; Mineralın cizgisinin rəngi – albalı kimi qırmızı, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal; Şəffaflıq – qeyri-şəffaf, nazik qırıntıları yarımşəffafdır; Sıxlıq – 4,9-5,3; Sərtlik – 5,5-6,5; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – {0001} və {1011} üzrə; Sınıqlar – yarımqabıqlı; Başqa xassələr – yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: lövhə - və təbəqəvarı, romboedrik, nadir hallarda prizmatik və skalenoedrik; İkiləşmə: tez-tez rast gəlir; {1011} üzrə polisintetik; nadir hallarda – sadə; pinakoid üzlərində üçbucaqlı, romboedr üzlərində paralel diaqonal cizgilənmə səciyyəvidir; Mineral aqreqatları: bütöv sıx, vərəq-, pulcuq-, salxım-, böyrək və torpaqvari, konsentrik - zonal kütlələr, axın formaları, oolitlər, maqnetit üzrə psevdomorfozalar – martit, kristalların dəmir gülü şəklində bitişikləri, nadir hallarda təbəqəvari dendritlər; aqreqatlarının xarakterinə görə mineralın növ müxtəliflikləri: dəmir parıltısı – metal parıltılı lövhəvari əmələgəlmələr; dəmir xaması – əldə yağlı hiss edilən incəpulcuqlu kütlələr, qırmızı dəmir filizi – sıx gizlikristallik aqreqatlar, «qırmızı şüşə kəllə» – səthi parıldayan böyrəkvari kütlələr. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində – maqmatik, kontakt-metasomatik, hidrotermal, ekzogen və metamorfogen yolla əmələ gəlir. Hematitin ən iri yığınları çökmə mənşəli qonur dəmir filizi qatlarının regional metamorfizmi ilə əlaqədar olub, dəmirli kvarsitlərdə toplanır. Mineralın əsasən martitdən ibarət olan kontakt - metasomatik əmələgəlmələri maqnetitlə sıx assosiasiyada skarnlarda müşahidə olunur. Hematitin əhəmiyyətli kütlələri hidrotermal yolla əmələ gəlir. Aksessor mineral kimi tez-tez müxtəlif maqmatik əmələgəlmələrin, həm intruziv (xüsusilə turş), həm də effuziv süxurların tərkibində iştirak edir.
Alabaşlı hematit yatağı
Alabaşlı hematit yatağı — Azərbaycanın Gəncə şəhərindən 16 kilometr şimal-qərbdə, Şəmkirdən 20 kilometr şərqdə, Kiçik Qafqazın şimal-şərq yamaclarında hematit yatağı. Yatağın geoloji quruluşunda qalınlığı 200–250 metr olan vulkan mənşəli Orta Yura süxurları (tufqumdaşlı, tuf-brekçiya, tuf-konqlomerat) iştirak edir. Bu süxurlarda qalınlığı 1–3 metr olan 10-a qədər hematit layı var. Oxşarlığına və formasına görə yataqda üst və alt filiz təbəqələri ayrılır. Təbəqələrin yatım bucağı 15–20°-dir. Filizin tərkibində 18,3–48,4% dəmir olur. Filizdə hematitdən başqa pirit, xalkopirit, kvars, kaolinit və s. minerallar da var. Yataq hidrotermal mənşəlidir.
Dermatit
Dermatit (yun. δέρμα, δέρματος — dəri + lat. itis — keçmək, dönmək) — dərinin üzərinə xarici fiziki və ya kimyəvi faktorun birbaşa təsir etdiyi yerdə əmələ gələn iltihab. Bəzən bu termin daha geniş mənada dərinin hər hansı iltihabının adı kimi istifadə olunur (məs. atopik dermatit). Tibbdə çaşqınlığı azaltmaq üçün "kontakt dermatit" termini qəbul edilir. Digər səbəblərdən yaranan dəri zədələri toksikermiya adlanır. == Təsnifatı == Sadə — zərərverici faktorun təsiri altında dəri hüceyrələrində nekrobiotik dəyişikliklər nəticəsində sürətlə inkişaf edən dermatit; Allergik — həssaslaşmış limfositlərin təsiri nəticəsində gecikmiş tipli iltihablı dermatit.İnkişaf səbəblərinə görə dermatit travmatik, tibbi, termik (yanıq, donma), rentgen şüaları və müxtəlif radioaktiv maddələrin şüalanması, yaraya yaxın olması, ziyil, nekrobasil, parazitar (qotur) və s. əlamətlərə görə fərqlənir. == Etiologiyası == Allergenlər kimyəvi maddələr, dərmanlar, kosmetika və bitkilər ola bilər.
Hepatit
Hepatit (yun. ἡπατῖτις yun. ἥπαρ, "qaraciyər") - qaraciyərin iltihabıdır və bir çox səbəbdən meydana gələ bilər. Adətən bu, viral infeksiyanın və ya spirtli içkilərin səbəb olduğu qaraciyərin zədələnməsinin nəticəsidir. Hepatitin bir neçə fərqli növü var. Bəzi növlər heç bir ciddi problem olmadan keçir, digərləri isə uzun müddətli (xroniki) ola bilər və qaraciyərdə çapıqlar (sirroz), qaraciyər funksiyasının itirilməsi və bəzi hallarda qaraciyər xərçənginə səbəb ola bilər. == Əlamətləri == Əzələ və oynaq ağrısı Yüksək temperatur İştahsızlıq Tünd rəngli sidik Solğun, boz rəngli nəcis Qaşınan dəri Gözlərin və dərinin saralması (sarılıq) Ürək bulanması, qusma, ishal Mədə – bağırsaq şikayətləri Qarnın üst bölgəsində ağrı Yorğunluq.Hepatit A-da 38 C yüksək temperaturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Temperatur, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönür. Xroniki hepatit, qaraciyərin funksiyaları dayanana qədər (qaraciyər çatışmazlığı) heç bir aşkar simptoma malik olmaya bilər və yalnız qan testləri zamanı aşkar edilə bilər. Sonrakı mərhələlərdə sarılıq, ayaqlarda, topuqlarda və ayaqlarda şişkinlik, nəcisdə və ya qusuntu kütləsində qan ola bilər.
Keratit
Kaeratit (rus. Керати́т) — gözün buynuz qişasının iltihabı. Travmatik və ya infeksion (qrip, vərəm) mənşəli ola bilər. Keratit bəzən görmənin itirilməsi ilə nəticələnə bilər. == Xüsusiyyətləri == Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır. Normada gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı "keratit" adlandırılır. Keratit həm 1, həm də hər 2 gözdə inkişaf edə bilər. Keratit təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər.
Peqmatit
Peqmatit — damar, linza, yuva, ştokvari və başqa formalı, mineral tərkibinə görə ana süxurdan fərqlənməyən, əsasən iri dənəli maqmatik süxur. Peqmatit turş (qranit, qranodiorit), əsasi (qabbro), qələvi (nefelinli siyenitlər) və başqa intruziv süxurlarla əlaqədardır. Turş süxurların peqmatit bir neçə qrupa ayrılır: keramik, muskovit, muskovit-nadir metal və nadir metal. Bu süxurlarda müxtəlif miqdarda turmalin, berill, floqopit, spodumen, nadir torpaq elementlərinin mineralları da olur. Qələvi süxur peqmatit nadir torpaq element (niobium, tantal, fosfor və s.) mineralları, əsasi süxur peqmatit isə nikel, dəmir, mis və başqa sulfidlərlə zəngin olur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Memati
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Hepatit A
Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi. == Xəstəlikdən qorunma üsulları == Xəstəlikdən qorunmaq üçün həkimlər tərəfindən uşaqlara peyvəndin olunması tövsiyə edilir. Açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət etmək başlıca qorunma amillərindən sayılır. Həkimlər bu xəstəliyin ən yaxşı müalicəsinin istirahət etmək olduğunu vurğulayır.Bu xəstəliyin müalicəsi zamanı ən azı 3 həftə yataq rejimində olmaq lazımdır. Bundan əlavə həkim tərəfindən tövsiyə edilən preparatları vaxtlı-vaxtında qəbul etsələr tez zamanda sağalmaq olar. Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir. Peyvəndin qoruyuculuğu 94 – 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.
Hepatit B
Hepatit B virusunun əmələ gətidiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər. == Təhlükəsi == Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxmaqda və bu günki ədədlərlə dünya əhalisinin 2/5-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1–2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir. == Risk daşıyan qruplar == Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır: a) Səhiyyə personalı, b) Çox sayda qan köçürmə edilən xəstələr, c) Hemofil və hemodializ xəstələr, d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar, e) Homoseksual və biseksual kişilər, f) Damar daxili narkotik istifadə edənlər, g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi, yurd və həbsxana kimi yerlərdə yaşayanlar, h) HBsAg müsbət olan anadan doğulan körpələr və b. == Hepatit B-nin yoluxması == Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.
Hepatit C
Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. Bilinmədiyi dövrlərdə, hadisələr hepatit A və hepatit B xəstəliklərinə bənzədiyindən bu xəstəlik non A- non B hepatiti (A və B-yə bağlı olmayan) adı ilə xatırlanmaqda idi. == Ümumi məlumat == Hepatit C infeksion xəstəlikdir. Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasının – hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur.
Hepatit D
Hepatit D — Viruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik. Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər xəstəliyinə tutulma ehtimalı daha yüksək olur və xroniki infeksiya halında, hepatoselüler karsinom ehtimalı artır. == Patogeni == Hepatit delta virusu insan və heyvan patogenləri arasında bir sıra ümumi xüsusiyyətlərə malikdir, həm bitki viroidləri, həm də bitki viroidə bənzər satellit RNT-ləri ilə. Bu kiçik RNT tərkibli yoluxucu agent satellik virusdur, çünki o, hüceyrələrdə çoxalması və infeksiyanı inkişaf etdirməsi üçün hüceyrələrin hepatit B virusu ilə yoluxmasını tələb edir (genomunu paketləmək üçün hepatit B zərf zülallarından (S antigenləri) istifadə edir). Delta hepatit virusunun hüceyrə transkriptini tutan primitiv viroid kimi RNT-dən inkişaf etdiyinə dair fərziyyə var. Qanla ötürülən bu patogen qaraciyərdə çoxalır və tez-tez həm primatlarda, həm də primat olmayan məməlilərdə kəskin hepatitə səbəb olur.
Hepatit E
Hepatit E — (HEV) bir virusun yaratdığı qaraciyər xəstəliyi. Hepatit E virusu oral yolla, əsasən çirklənmiş su vasitəsilə ötürülür. Xəstəliyin ağır gedişi demək olar ki, yalnız hamilə qadınlarda müşahidə olunur. Hamiləliyin üçüncü trimestrində xəstəlik ən təhlükəlidir və bu dövrdə ölüm 25% -ə qədər çata bilər. == Etiologiyası == Xəstəliyin törədicisi Hepevirus cinsinə aid olan hepatit E virusudur (HEV). Virus ikosahedron formasına malikdir, üst qabığı yoxdur. Virus hissəciklərin ölçüsü 32–34 nm-dir, genomu təxminən 7,5 kb uzunluğunda tər ipli zəncirli kodlaşdırıcı RNT ilə təmsil olunur. Müxtəlif bölgələrdə — Asiya-Afrika, Meksika və Şimali Amerikada təcrid olunmuş beş HEV genotipi var: genotip 1 və 2 yalnız insanlarda, 3 və 4 zoonotik, insanlarda və isti qanlı heyvanlarda (qaban, maral) aşkar edilir, genotip 7 əsasən dromedarlara təsir göstərir. == Epidemiologiyası == Xəstəlik daha çox ekvatora yaxın inkişaf etməkdə olan ölkələrdə qeydə alınır. İnfeksiya mənbəyi əsasən xəstəliyin ilkin mərhələsində olan xəstə insandır.
Kontakt dermatit
Kontakt dermatit — kimyəvi və ya fiziki agentlərin təsirindən yaranan dərinin kəskin və ya xroniki iltihabı. Tez-tez allergik kontakt dermatitin səbəbi bəzi şampunların, losyonların, nəmləndirici kremlərin bir hissəsi olan törəmələrdən ayrılan formaldehidə reaksiyadır. == Epidemiologiyası == Kontakt dermatit bütün peşə dəri xəstəliklərinin 95%-ni təşkil edir. Kontakt dermatitin vaxtı və yayılması ilə bağlı dəqiq statistika azdır. Bir neçə aparılan tədqiqatın nəticələri metodoloji fərqlərə görə müqayisə edilə bilməz. == Simptomları == Kontakt dermatit, yad bir maddə ilə təmas nəticəsində yaranan lokallaşdırılmış səpgi və ya dəri qıcıqlanmasıdır. Kontakt dermatitə dərinin yalnız səthi bölgələri təsirlənir. Təsirə məruz qalan toxumanın iltihabı epidermisdə (dərinin ən xarici təbəqəsi) və xarici dermisdə (epidermisin altındakı təbəqə) mövcuddur.Kontakt dermatit şiddətli qaşınma ilə nəticələnir. Onların sağalması bir neçə gündən həftələrə qədər çəkə bilər. Hətta bir neçə gündən sonra kontakt dermatit yalnız dəri artıq allergen və ya qıcıqlandırıcı ilə təmasda olmadıqda yox olur.
Gelati monastırı
Gelati monastırı — Gürcüstanda ən mühüm orta əsr monastırı. Kilsənin mərkəzi və mədəni həyat, Katolikosun iqamətgahı XVI əsrin ikinci yarısından 1814-cü ilinə aiddir. YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir (1994). == Tarixi == Monastır 1106-cı ildə IV Kral David tərəfindən təsis edilib və məzarı olmuşdur. Monastır 1125-ci ilə qədər inşa edilib və beş il ərzində bu, Zaqafqaziyada ən yaxşı olan mozaika ilə bəzədilmişdir. Həmin dövrdə monastır Yunanıstanın qədim yunan fəlsəfəsinə maraq göstərən Gelati Akademiyasının kreslosu idi. 13-cü əsrdə müqəddəs Nikolay və müqəddəs Georgiya kilsələrinə eyni zamanda üç qatlı zəng daxil edildi. Divaryazısı 12–18-ci əsrlərdən etibarən Gürcüstan tarixinin müxtəlif dövrlərinə aiddir; Xüsusilə təpə başlarının portretləri diqqətəlayiqdir. Əvvəllər monastırda bir çox qiymətli nişan və tətbiqi sənət əşyası yerləşirdi; Sovet dövründə onları ələ keçirmiş və muzeylərə paylanmışdı. == İstinadlar == == Ədəbiyyat == Gelati monastırı // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Zəhra Nemati
Zəhra Nemati (30 aprel 1985, Kirman, İran) — İranlı oxatan. Zəhra Nemati İranı 2012-ci ildə Paralimpiya Oyunlarında təmsil etdi və biri qızıl, digəri gümüş medal olmaqla iki medal qazandı. O, həmdə İranı 2016-cı ildə Olimpiya Oyunları və Paralimpiya Oyunlarında təmsil etdi. Olimpiya Oyunlarında uğursuz çıxış etsə də, Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medal qazandı. O, həmçinin 2016-cı ilin Olimpiya Oyunlarının açılış mərasimində İran bayrağını apardı.
Memati Baş
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Məmati
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Qetit
Qetit — oksid və hidroksid metallar qrupundan olan mineral. == Xüsusiyyəti == Düsturu — FeOOH. Kimyəvi tərkibi Fe2O3=90% H2O = 10% Ng=2,415 np=2 Ng-Np=0,06 Rentgenoqrafik d\n reflekslər üzrə müəyyən edilir: 4,15+4,16A;2,67A, 2,43A,3,43A və s. Xüsusi çəkisi 4,3 Rütubətli tropiklərin — lateritlərin və başqa torpaqların xarakterik mineralıdır. Aşınma, torpaqəmələgəlmənin daha dayanıqlı məhsullarından biridir. Al və Ti mineral oksidlərlə bərabər həmişəyaşıl meşə torpaqlarının yuxarı horizontlarında nisbətən toplanma qabiliyyətinə malikdir.
Məmati Baş
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Qomati çayı
Qomati çayı (ing. Gomti, ing. Gomati, hind गोमती) — Qanq çayının qolu olub. Hindistan çayıdır. == Coğrafiyası == İnduizmin ən müqəddəs çaylarından hesab edilir. İnduizmə görə çay müdrik Vasiştxinin qızının özəlləşdirilmiş formasıdır. Belə ki, Qomati çayının suları ilə yuyunmaq bütün günahlardan təmizlənmək kimi izah edilir. Belə ki, Bxaqavata-puranedə bu çayın adı Hindistanın müqəddəs çay kimi çəkilir. Çayın mənbəyi Hindistanın Pilibxite bölgəsində Himalay dağlarındadır. Uzunluğu-900 km-dir.
Qənati-Məlik
Qənati-Məlik (Kirman) — İranın Rabor şəhristanında kənd. Qənati-Məlik (Fars) — İranda kənd.
Qənati-Məlik (Kirman)
Qanadi Malik — İranın Rabor şəhristanında kənd. == Əhalisi == 2006-cı ilin statistikasına görə 338 nəfər olmaqla 77 ailə qeydə alınmışdır. === Tanınmışları === Qasım Süleymani — general-mayor.