Genişzolaqlı şəbəkə
Genişzolaqlı şəbəkə — verilənlərin ötürülməsinin ayrılmış giriş və çıxış kanalları vasitəsilə yüksəktezlikli siqnalların köməyilə həyata keçirildiyi lokal şəbəkə növüdür. Belə şəbəkənin stansiyaları öz aralarında koaksial kabellər və ya optik lifli xətlərlə birləşirlər. Genişzolaqlı şəbəkədə verilənlər analoq siqnalların modulyasiyası yolu ilə ötürülür. Veriliş mühitinin buraxılış zolağı bir neçə intervala (zolağa) bölünür və onların hər biri rabitə kanalı kimi fəaliyyət göstərir; bu da televiziya proqramlarını, danışığı, ikilik ədədləri və s. eyni zamanda bir fiziki mühitlə ötürməyə imkan verir.
== Genişzolaqlı şəbəkə sürəti ==
Genişzolaqlı şəbəkədə sürət yüksək olur (20 Mbit/san və daha yüksək), ancaq onun quraşdırılması darzolaqlı şəbəkəyə nisbətən daha çətin olur və baha başa gəlir. Bu cür şəbəkələrdə əsas olaraq kabel televiziyasındakı texnologiya götürülür.
== Ədəbiyyat ==
İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.