Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lillənmə
Kirlənmə
Kirlənmə — hər hansı mühitə gətirilən yeni və ona xas olmayan fiziki, kimyəvi və bioloji ünsürlərin gətirilməsi ya da o ünsürlərinin miqdarının mühitdə artmasıdır. Kirlənmənin birbaşa obyektləri bioloji toplumun yaşadığı hava, su və torpaqdır. Kirlənmənin dolayı obyektləri kirlənmə qurbanlarıdır. Bunlar bitkilər, heyvanlar, mikroorqanizmlərdir. Ətraf mühitin çirklənməsi antropogen fəaliyyət prosesində müxtəlif maddələr və birləşmələrin atılması nəticəsində onun xüsusiyyətlərinin zərərli istiqamətdə dəyişməsidir. Təbii mühitin çirklənməsinin əsas mənbəyi istehsal və cəmiyyətin həyat fəaliyyəti prosesində əmələ gələn külli miqdarda tullantıların atılmasıdır. Çirkləndiricı elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, kükürd oksidi, bitki və heyvan ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.). ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səs-küyü daha çox ziyanlıdır. Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər.
Piylənmə
Köklük (və ya şişmanlıq, piylilik) — bədənin çəkisinin piy qatlarının hesabına artmasıdır. Piy qatları həm fizioloji yığılma yerlərində, həm də qarın nahiyəsində, baldır, dalaq kimi orqanlarda da yığıla bilər. Köklülük onun səbəblərindən asılı olaraq dərəcələrə bölünür. Kök olmaq heç də həmişə subyektiv səbəblərdən onunla bağlanan şəkər diabeti, hipertoniya və digər xəstəliklərin yaranmasına səbəb olmur. Bütün bu xəstəliklər piylənmə ilə bağlı olmayıb, onun yaranma səbəblərindən asılıdır. Məsələn: tez karbohidratların çatışmazlığından yaranan kökəlmə diabetə gətirib çıxarır, piysizlikdən və kompleks karbohidratların çatışmazlığından isə yaranma halları yoxdur. Ürək-damar sistemində problemlər əvəllər deyildiyi kimi piydən yox, bədəndə çatışmayan mayenin miqdarından yaranır. Köklük həm də, piy qatının genişlənməsinə təsir göstərir. Piy qatı yumşaqlığında, sərtliyində, maye tərkibində və həmçinin dəridə (tselülit) dəyişikliklər baş verir. Orta həddə olan piylənmə salamlığa o qədər də ziyan vurmur.
Gillette
Gillette — Procter & Gamble şirkətinə daxil olan kişilər üçün şəxsi qayğı məhsulları istehsalı ilə məşğul olan şirkət. Gillete əsasən üzqırxan istehsalı və satışı ilə məşhurlaşmışdır. Mərkəzi mənzil gərargahı Amerika Birləşmiş Ştatlarının Massaçusets şatının Boston şəhərində yerləşən Gillete şirkətinin əsası 1901-ci ildə amerika ixtiraçısı Kinq Kemp Jillet tərəfindən qoyulmuşdur. Gillete 2005-ci ildə Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. == Tarixi == Gillete markasının əsasını 1901-ci ildə amerika ixtiraçısı Kinq Kemp Jillet tərəfindən qoyulmuşdur. Kinq Kemp Jillet həyatı boyu ixtira etmək həvəsində olmuşdu. İxtiraya qədərki müddətdə müxtəlif firmalarda satıcı işləyən 40 yaşlı Jillet günlərin birində üzünü qırxarkən bu işi daha təhlükəsiz etmək üçün sıxılmış laylar arasında qalan və kütləşdikdə dəyişilə bilən ülgüclərdən ibarət üzqırxan alət düzəltmək fikrinə gəlir. 6 il sonra özünə şərik tapan Jillet ixtirasını reallaşdırmaq üçün çalışır, həmin ildə The Gillette Company adlı şirkətinin əsasını qoyur. O, 1904-cü ilin 15 noyabr tarixində öz ixtirasını patentləşdirir. Alətin əsas özəlliyi əvvəlkilərdən fərqli olaraq daha təhlükəsiz olması idi.
Gillermo Cordan
Gillermo Paçeko
Gillermo Paçeko (d. 23 dekabr 1954) — Perulu keçmiş üzgüçü. Gillermo Paçeko Perunu 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Gillermo Paçeko birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:36.36 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Gilyerme Pato
Gilyerme Nunez Rodrigez (br-port. Guilherme Nunes Rodrigues; 17 fevral 2001, Kuarai[d], Riu-Qrandi-du-Sul), həmçinin Gilyerme Pato (br-port. Guilherme Pato) — Braziliya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın və Azərbaycan milli futbol komandasının hücumçusu. == Klub karyerası == Gilyerme Pato 1 fevral 2020-ci ildə "İnternasional" İK-nin heyətində, İpiranqa FK-na qarşı 0–0 hesabı ilə nəticələnən Qauşu liqası matçında debüt etmişdir. Pato 21 yanvar 2022-ci ildə Azərbaycanın "Neftçi Bakı" klubuna keçmişdir.
Gilerme Nunes
Gilerme Nunes kimi də tanınan Gilerme Nunes da Silva (12 iyul 1998) — Braziliya təmsilçilərindən olan "Qremio Brazil" klubunda müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Braziliya futbolçusu. == Klub karyerası == Nunes Riu-Qrandi-du-Sul ştatının Novo Hamburqo bölgəsində anadan olmuşdur. Gilerme 2014-cü ildə yerli İvoti/Qlobalfut klubundan Santos klubunun akademiyasına cəlb olunmuşdur. 5 noyabr 2015-ci ildə o, klub ilə üç illik peşəkar müqavilə imzalamışdır. 3 fevral 2018-ci ildə Gilerme Nunes baş məşqçi Jair Venturanın istəyi ilə əsas komandaya dəvət almışdır. O, peşəkar karyerasında debütünü on beş gün sonra Kampeonato Paulista liqasında San-Paulu klubuna qarşı oyunda etmişdir. O, Conatan Kopeteni əvəz etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 16 sentyabr 2015-ci ildə Gilerme Nunes FİFA U-17 Dünya Çempionatında iştirak etmək üçün Braziliya U-17 millisinə dəvət almışdır. O, növbəti il U-20 yığmasına çağırılmış, Yay Olimpiya Oyunlarına gedəcək heyəti müəyyən etmək keçirilən məşqlərdə iştirak etmişdir.
Nikolas Gillen
Nikolas Gillen (d.1902, Kuba-v.1989) — İspaniya Vətəndaş Müharibəsinin iştirakçısı, “Lenin Sülh Mükafatı” laureatı, Kuba Yazıçılar Birliyinin sədri. Nikolas Gillen 1902-ci ildə Kubada dünyaya gəlib. Gənclik illərindən başlayaraq mətbuatda müxtəlif şeirləri ilə çıxış edib. 1937-ci il İspaniya Vətəndaş Müharibəsinin iştirakçılarındadır. Altı il doğma vətənindən sürgün olunub və yalnız Kuba İnqilabı uğurla başa çatdıqdan sonra vətəninə qayıda bilib. Şeirlərində kapitalizmin ədalətsizliklərini göstərən, irqçiliyi pisləyən, yaradıcılığının ana xəttini “ağlar-qaralar” mövzusu təşkil edən şairin damarlarından həm afrikalı, həm də avropalı qanı axırdı. O, “Lenin Sülh Mükafatı” və bir neçə nüfuzlu ödüllərin sahibi olub, Kuba Yazıçılar Birliyinin sədri kimi yüksək vəzifədə çalışıb. Nikolas Gillen 1989-cu ildə uzun sürən xəstəlikdən vəfat edib.
Gillem Anqlada-Eskude
Gillem Anqlada-Eskude (isp. Guillem Anglada-Escudé; 1979, Terrassa, Kataloniya) — İspaniya astronomu. Onun 2016-cı ildə rəhbərlik etdiyi bir astronom qrupu Yerə ən yaxın potensial yaşamaq üçün uyğun planet olan "Proxima Centauri b"nin varlığını təsdiqləmişdir. Anqlada-Eskude "Time" jurnalına görə, 2017-ci ilin 100 ən nüfuzlu insanından biri və "Nature" jurnalına görə, 2016-cı ilin ən əhəmiyyətli 10 alimdən biri seçilmişdir. O, hal-hazırda İspaniyanın Kosmos Elmləri İnstitutunda elmi işçidir. == Publikasiyaları == Anglada-Escudé, Guillem; Amado, Pedro J.; Barnes, John; və b. "A terrestrial planet candidate in a temperate orbit around Proxima Centauri". Nature. 536 (7617). 2016: 437–440.