Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qızıltorpaq
Qızıltorpaq (əvvəlki adı: Dikdaş) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndi Qızıltorpaq kəndi adlandırılmışdır. Kəndin əhalisinin Qazax rayonunun Dağ Kəsəmən kəndindən və Ağstafa rayonundan gəlib burada məskunlaşması haqqında məlumat var. Kənd öz adını ərazidəki eyniadlı dağdan almış və Dikdaş adlandırılmışdır. 25 oktyabr 2011-ci ildən kəndin Qızıltorpaq kimi təsdiq olunmuşdur. Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.