Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pircana
Pircana — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Pircana kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Pircana Lürən kəndinin yanında yerləşən bir məhəllədir. Kənddə Cənubi Azərbaycandan gəlmə seyidlər məskunlaşmışlar. Oykonim kəndin ərazisindəki eyni adlı pirin adı ilə bağlıdır. == Əhalisi == Əhalinin sayı 521 nəfərdir.
Circaea
İkiləçək (lat. Circaea) — yağıotukimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == İkiləçək:The Plant List saytında takson barədə məlumat.
Gizvana
Gizvana və ya Çiftan (az-əbcəd. گیزوانا‎, fars. جزونق‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 26 nəfər yaşayır (9 ailə).
Gorxana
Gorxana (fars. گورخانه‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 198 nəfər yaşayır (61 ailə).
Nirvana
Nirvana (sanskr. निर्वाण nirvāṇaIAST, «sönmə, dayandırma, rahatlıq») ya da Nirvan (Əski Türkcə: Nirvan) — hinduizm dini fəlsəfəsində bütün canlıların ali məqsədini ifadə edən anlayışdır, həmçinin buddizmdə də mühüm rola malikdir. Nirvana anlayışının çoxlu mənaları olsa da, adətən istirablardan azad olma ilə əlaqələndirilir.
Pircanə
Pircana — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Pircana kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Pircana Lürən kəndinin yanında yerləşən bir məhəllədir. Kənddə Cənubi Azərbaycandan gəlmə seyidlər məskunlaşmışlar. Oykonim kəndin ərazisindəki eyni adlı pirin adı ilə bağlıdır. == Əhalisi == Əhalinin sayı 521 nəfərdir.
Girzan
Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Sircan
Sircan (fars. سیرجان‎, Sīrjān), İranın Kerman ostanında şəhər. == Coğrafiyası == Öz adını daşıyan Sircan şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 167.014 nəfərdir. Şəhər yerfıstığı məhsulu və kilimləriylə məşhurdur. Şəhər İranın sürətlə böyüyən şəhərlərindən birisidir. Xüsusilə yeni qurulan Sircan Azad İqtisadi Bölgəsi şəhərin inkişafında önəmli bir yer qazandırmış və Sircan idxalat və ixracat mallarının depolandığı və ölkə sənayesinin dayanağı halına gələn ən önəmli mərkəzlərdən birinə dönmüşdür. Sircanın xüsusi iqtisadi bölgəsinin böyük milli bir layihə olaraq seçilməsindəki sebeb, bölgənin başda coğrafi vəziyyəti olmaq üzrə, sahib olduğu digər məsələlər də var. Ölkənin ən böyük dəniz limanı Bəndər Abbasa 300 km məsafədə olan və Fars, Yəzd, Xorasan, Sistan və Bəlucistan və Hörmüzqan əyalətlərinin tam ortasında olan bu bölgə eyni zamanda Bəndər Abbas limanı yoluyla ölkəyə girən malların mübadiləsi və paylaşmasının aparıldığı önəmli bir kəsişmə nöqtəsində yerləşir.
Tirana
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Tircan
Tircan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Tircan kəndi qədim yaşayış məskənlərindən biridir. Aparılan tədqiqatlar aşkar etmişdir ki, kəndin yerləşdiyi ərazi bir neçə dəfə dəyişmişdir. 1.Soğanlıq (e.ə. I əsr) 2.Xəşdöşə (təxminən 1500 – 1620 – ci illər) 3.Köhnə kənd (1620 – 1907 – ci illər) 4.Kəndin indi yerləşdiyi yer (1907 – ci ildən başlayır) Son tarixi araşdırmalar onu deməyə əsas verir ki, kəndin şimalında Daşdəmir, Cavanşir və s. yerlərdə də yaşayış mövcud olmuşdur. Tircanın ilk yaşayış yeri indiki kəndin yerindən 1 km cənubda olan “Soğanlıq” adlanan yer olmuşdur. Eramızdan əvvəl 1 – ci əsrdə mövcud olmuş Alban dövlətinin tərkibinə aid olmuş “Soğanlığ” deyilən yerdə yerləşən Tircan kəndi cənubda Kükürdlü dərəsi, şərqdə Heyvalı, qərbdə Kor bulaq, şimalda isə indiki kəndin cənubuna qədər olan böyük bir sahəni əhatə etmişdir ki, bu da təxminən 70 – 80 ha bərabərdir. E.ə. Albaniya dövlətində 26 tayfa mövcud olmuşdur.
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Alcea hyrcana
Hirkan gülxətmisi (lat. Alcea hyrcana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir.
Buxus hyrcana
Hirkan həmişəyaşıl şümşadı (lat. Buxus sempervirens subsp. hyrcana) — bitkilər aləminin şümşadçiçəklilər dəstəsinin şümşadkimilər fəsiləsinin şümşad cinsinin həmişəyaşıl şümşad növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Bioloji xüsusiyyətləri == Təbiətdə sıx budaqlı bir kol bitkisidir. Bəzən 6-10 m-ədək hündürlüyə çatan ağac şəklini alır. Gövdəsinin qabığı nazik, açıq bozumtul-sarı, hamar olub, qoca ağaclarda xırda çatlıdır. Çoxbudaqlı, sıxçətirli olub, cavan zoğlar dördüzlüdür. Bitkinin cavan zoğları yaşıl rəngdə olub, 4 guşəli, azca tüklüdür.
Capsella hyrcana
Adi quşəppəyi (lat. Capsella bursa-pastoris) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin quşəppəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bir və ya ikiillik bitkidir. Milşəkilli kök sisteminə malikdir. Gövdəsinin uzunluğu 10-40sm, yarpaqlı, sadə və ya budaqlanan, səthi qabırğalı, çılpaq və ya zəif tüklü, çiçəkləri və yetişməmiş meyvələri olur. Kök üzərindəki yarpaqları uzunsov-neştərşəkilli, meyvələrinin bir tərəfi daralaraq üçbucağabənzər dişli girintili-çıxıntılı və ya lələyəbənzər bölümlüdür. Gövdəki yarpaqları növbəli, oturaq, girintili-çıxıntılı dişcikli və ya bütöv, zirvə yarpaqları isə getdikcə azalandir. Çiçəyinin quruluşu K4L4E4+2D1 bərabərdir. Meyvələri sıxılmış çəlləyəbənzər, tərsüçbucağabənzər və ya üçbucaq-ürəkşəkilli formalı, zirvədə isə dişli, uzunluğu 3-8mm, eni 2-5mm-dir. Zəif iyli, özünəməxsus acı dadlıdır.
Centaurea hyrcana
Hirkan güləvəri (lat. Centaurea hyrcanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Məlumat azlığı" kateqoriyasına aiddir – DD. Azərbaycanın nadir növüdür. == Sinonimləri == Centaurea hyrcana Grossh. Jacea hyrcanica (Bornm.) Holub == Qısa morfoloji təsviri == Çoxillik qısa və yumşaq tüklənmiş ot bitkisidir. Gövdə dikduran, tilli-şırımlı, bir neçə sərilmiş budaqlı, 30-60 sm hündürlüyündədir. Kökətrafı və aşağı gövdə yarpaqlarının saplaqlarda daralmış, orta və yuxarı yarpaqlar isə oturaq və gövdəni yarımqucaqlamışdır, yumurtaşəkilli, uzunsov lansetvari və ya uzunsov ellpsvaridir. Sarğı uzunsov yumurtaşəkilli, 6-8 mm enindədir, sarğının yarpaqcıqları ensiz xətvari, uzun və lələkvari kirpikcikli, açıq-qəhvəyi və ya purpur-qəhvəyi rəngli əlavələrlə sarğını tor kimi bürümüşdür. Sarğının daxili yarpaqları xətvari və dairəvi, dişcikli əlavəlidir. Çiçəkləri çəhrayı rənglidir.
Circaea cordata
Ürəkvari ikiləçək (lat. Circaea cordata) — i̇kiləçək cinsinə aid bitki növü.
Coronilla hyrcana
Securigera cretica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sərilən və ya qalxandır. Yarpaqları birqatlələkvari, 9-11 yarpaqcıqlıdır; yarpaqcıqları pazvari və ya uzunsov-tərs-yumurtavari, üstdən yaşıl, altdan mavi-göyümtüldür. Salxımları 7(5)-9(11) çiçəkli, çətirvaridir. Ksacıq zəngçiçəyi formasında, tacı ağ və ya açıq çəhrayı, aşağı hissədə bənövşəyi rəngdədir. Bayrağın ayası yumurtavari-dəyirmi, qayıqcıq düz bucaq altında əyilmişdir. Paxlaları aralanmış, silindrikdir. Toxumları uzunsov və ya qısa silindrik, pas-sarı rəngdə, 3-3,5 mm uzunluqda, 1 mm enindədir.
Dactylis hyrcana
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid bitki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Ficus hyrcana
Adi əncir (lat. Ficus carica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü. == Sinonimləri == Caprificus insectifera Gasp. Caprificus leucocarpa Gasp. Caprificus oblongata Gasp. Caprificus pedunculata (Miq.) Gasp. Caprificus rugosa (Miq.) Gasp. Caprificus sphaerocarpa Gasp. Ficus albescens Miq. Ficus burdigalensis Poit.
Gurxana (Nəqədə)
Gurxana (fars. گورخانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 51 nəfər yaşayır (15 ailə).
Mentha pireana
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Quercus germana
Quercus germana (lat. Quercus germana) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Qurcana çayı üzərində tağlı körpülər
Tağlı körpülər — XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır.Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.
Nirvana (albom)
== Albom haqqında == "Nirvana" – Miri Yusifin dördüncü solo albomudur.
Nirvana (grup)
Nirvana — "Seattle"nin ana damarlarını təşkil edən Pearl Jam , Soundgarden , Alice in Chains ilə müəyyən bir müddət ərzində grunge rok a öz töfhəsini verən qrupdur. Kurt Kobeyn (vokal, gitarist), Krist Novoselic (bass) tərəfindən 1985-ci ildə Vaşinqtonda qurulub bu qrup. Bir neçə il ayrı-ayrı qruplarda ifa edən ikili 1988-ci ildə Chad Chaining-in(baraban alətləri) gəlməsiylə ilk albomlarını hazırlamağa başladılar. İlk mahnı "Love Buzz/Big Cheese"i 1988-ci ildə yayınlayan Nirvana,1989-cu ildə"Bleach" adlı ilk albomunu çıxartdı. Musiqi olaraq Melvins, Mudhoney, Black Sabbath və Led Zeppelin-dən yararlanan qrup, albomu olduqca ucuz qiymətə ərsəyə gətirə bilmişdilər. Albomun hazırlanmasına böyük köməyi olan Jason Everman albom çıxandan sonra qrupa 2-ci gitarist kimi qatıldı. Ancaq qrupun ilk Amerika turnesi sonrası Everman qrupdan çıxarıldı və o qısa müddətə "Soundgarden"ə qatıldı. 1990-cı ildə prodüser Butch Vig ilə birlikdə yeni albomun üzərində işləməyə başlayan Nirvana, ilk mahnı köçürmələrindən sonra Chainig ilə də yollarını ayırdılar. Melvins qrupunun köməyi ilə tanışdıqları Scream qrupundan Deyv Qrohlu (baraban) qrupa götürdükdən sonra həmin il Sonic Youth qrupunun köməyi ilə tanış olduqları David Geffen ilə razılaşaraq 2-ci albomu çıxartmağı qərara aldılar. 1991-ci ildə çıxarılan 2-ci albom "Nevermind" ilə musiqi dünyasında yeni bir dönəmi başladan Nirvana, özəlliklə albomun soundunda distore gitar riffleri, ağır baraban səsləri və səs-küylü bassları və Cobain-in vokalları ilə dövrün ən yaxşı grunge rocklarını dünyaya tanıtdılar.
Çorçana
Çorçana (gürc. ჩორჩანა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 80 nəfər idi. 2014-cü ildə 62 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh.
İrçan
İrçan — Azərbaycan Respublikasının Laçın rayonu İrçan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun İrçan kəndi Köhnəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İrçan kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Oykonim arçan (ardıc ağacı) sözündən olub, "ardıclı yer" mənasındadır. Türk dillərində ardıc ağacına "arça" da deyilir. Türkdilli xalqların toponimiyasında Arçan toponimi geniş areala malikdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.