Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Godspeed You! Black Emperor
Godspeed You! Black Emperor – (əvvəlki yazılışı ilə Godspeed You Black Emperor!, adətən GYBE or GY!BE olaraq qısaltılır.) 1994-cü ildə yaranmış, Quebec əsilli post rock qrupudur. == Qrup haqqında == Albomlarını Constellation Records ilə yayımlayan ilk qrupdur və Montreal post rock səhnəsinin ən önəmli qruplarından biri sayılır. İlk albomlarını 1997-ci ildə yayımladıqdan sonra 1998-dən 2002-yə qədər hər il turneyə çıxdılar. 2003-cü ildə qrup üzvlərinin musiqi maraqlarının fərqli yönlərdə olduğunu və qərarsız olduqlarını bildirdilər. Qrupun dağılacağı ilə bağlı söz-söhbətlər yayılsa da qrup 2010-cu ildə bir turne üçün təkrar birləşdi. 2012-ci ildə isə Coachella Valley festivalında səhnə aldılar.
Gotvənd
Gotvənd — İranın Xuzistan ostanının şəhərlərindən və Gotvənd şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,428 nəfər və 4,422 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Gölkənd
Gölkənd (Göyçə) — Göyçə mahalında kənd. Gölkənd (Qaraqoyunlu) — Qaraqoyunlu mahalının kəndlərindən biri.
Qotvənd
Gotvənd — İranın Xuzistan ostanının şəhərlərindən və Gotvənd şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,428 nəfər və 4,422 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Xorsənd
Xorsənd — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,847 nəfər və 1,663 ailədən ibarət idi.
Gotvənd şəhristanı
Gotvənd şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Gotvənd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 58,311 nəfər və 11,440 ailədən ibarət idi.
Gölkənd (Göyçə)
Gölkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km məsafədə, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sonradan Gölkənd oykonimindəki kənd coğrafi nomeni ixtisar edilərək, erməni mənbələrində Göl formasında qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi" mənasında işlənən göl sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Liçk (Göl) qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır.
Gölkənd (Qaraqoyunlu)
Gölkənd kəndi — Qаrаqоyunlu elinin (dərəsinin) kəndlərindən biri. == Haqqında == Gölkənd kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in Mixaylovka – Çəmbərək (Krasnoselo-Qırmızıkənd) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Tərsəçay sahilində meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənddir. Kəndin azərbaycanlı əhalisi 1831-ci ildə 357, 1886-cı ildə 2157, 1914-cü ildə 1866, 1922-ci ildə 1015, 1931-ci ildə 1279, 1959-cu ildə 1123, 1979-cu ildə 2022 nəfər olub. Gölkənd kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Aygut" olaraq dəyişdirilmişdir. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir. Gölkənd Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olub. Adından da məlum olduğu kimi, bu kənd öz adını burada olan təbii göllərdən almışdır. Gölkənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl var idi. Onu da qeyd etmək zəruridir ki, Gölkənd orta məktəbi çox güclü təhsil ocağı olmuşdur.
Gövrənd (Vərziqan)
Gövrənd (fars. گوراند‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (37 ailə).
Qotvənd şəhristanı
Gotvənd şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Gotvənd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 58,311 nəfər və 11,440 ailədən ibarət idi.
Robin Qosens
Robin Everardus Qosens (5 iyul 1994, Emmerix-am-Rayn, Almaniya) — İtaliya A Seriyası təmsilçilərindən olan "Atalanta" klubunda və Almaniya milli futbol komandasında sol cinah müdafiəçisi kimi çıxış edən peşəkar Almaniya futbolçusu. == Klub karyerası == === Vitess === Qosens Almaniyanın Emmerix-am-Rayn şəhərində anadan olmuşdur. Fortuna Elten, Boxolt və Rede klublarda çıxış etdikdən sonra 4 iyul 2012-ci ildə Vitess klubunun akademiyasına qəbul olmuşdur. 13 avqust 2013-cü ildə o, klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Bundan əvvəl Bundesliqa təmsilçilərindən olan "Borussiya Dortmund" klubunda baxışda olsa da, nəticə uğursuz olmuşdur. Qosens özü bu hadisəni fiasko adlandırmışdır. === Dordrext === 14 yanvar 2014-cü ildə Qosens mövsüm sonuna qədər Dordrext klubuna icarəyə verilmişdir. O, peşəkar karyerasında debütünü üç gün sonra Ekselsior klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.Qosens peşəkar karyerasında ilk qolunu 7 fevralda Emmen klubuna qarşı oyunda vursa da, komandası rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur. Pley-off mərhələsi də daxil olmaqla mövsüm sonuna qədər Qosens 20 görüşdə meydana çıxdı. Komanda ikinci yeri tutaraq on doqquz illik fasilədən sonra yenidən Erediviziyaya vəsiqə qazandı.
Goşen (Vayominq)
Goşen Rayonu (ing. Goshen County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 12 538 nəfər olmuşdur. Rayonun paytaxtı Torrinqton şəhəridir.
Kevin Qoden
Kevin Qoden (22 fevral 1999-cu ildə Almaniyada anadan olub) — Bundesliqa təmsilçilərindən olan Nürnberq klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniyalı futbolçudur. == Klub karyerası == === Köln === Qoden Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Qoden öz peşəkar karyerasında debütünü 19 dekabr 2017-ci ildə Şalke klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Kris Führixi əvəz etmişdir. Həmin görüşdə Köln kubok görüşündə rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur.2018-ci ilin may ayında Qoden Bundesliqa təmsilçilərindən olan Nürnberq klubu ilə mövsüm sonuna qədər müqavilə imzalamışdır. == Karyera statistikası == === Klub === 19 dekabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Nathan Qoşen
Nathan Qoşen (ivr. ‏נתן גושן‏‎; 6 avqust 1986, Lod, Mərkəz dairəsi) İsrail müğənni, mahnı müəllifi, bəstəkar, musiqi aranjmanı, musiqiçi və aktyordur.
Nathuram Qodse
Nathuram Vinayak Qodse (marathi नथूराम विनायक गोडसे; 19.5.1910–15.11.1949) — Hindistanlı siyasətçi, ekstremist, Mahatma Qandinin qatili. == Həyatı == Nathuram Qodse 19 may 1910-cu ildə Puna dairəsinin (indiki Maxaraştra ştatı) Baramati şəhərində anadan olub. Hindistan millətçi təşkilatlarında üzvülüyə malik idi. Mahatma Qandinin öldürülməsinin səbəbi onun Britaniya Hindistanının Hindistan Respublikasına və Pakistana bölünməsinə müqaviməti idi. Bu səbəbdən, xüsusən Hindistanın Pakistan hökumətinə ayrılma müqaviləsində nəzərdə tutulduğu kimi 550 milyon rupi ödəməsini israr edən də Qandi olmuşdur. Qodse, radikal hinduların tərəfdarı olaraq (millətçi Hindu Maxasabxa hərəkatının fəalı idi), Qandinin bu adımını xəyanət kimi qiymətləndirirdi. == Qandinin qətli == Qodse 1948-ci il 30 yanvar tarixində axşam ibadəti vaxtı yaxın məsafədən Beretta M1934 markalı tapançadan üç dəfə atəş açaraq Mahatma Qandini qətlə yetirmişdir. Qətli törətdikdən sonra qaçmağa çalışsa da, ətrafdakı insanlar tərəfindən yaxalanmış və məhkəmə tərəfindən edama məhkum edilmişdir. 1949-cu il 15 noyabr tarixində sui-qəsdin təşkilatçısı olduğu sübut edilən Narayan Apte ilə birlikdə asılmışdır. Sui-qəsdin daha 4 iştirakçısı müxtəlif müddətlərə, o cümlədən Nathuramın qardaşı Qopal Qodse 18 il həbs cəzasına məhkum edilmişdir.
Qoşen (Vayominq)
Goşen Rayonu (ing. Goshen County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 12 538 nəfər olmuşdur. Rayonun paytaxtı Torrinqton şəhəridir.
German Henrix Qossen
German Henrix Qossen (alm. Hermann Heinrich Gossen‎; 7 sentyabr 1810[…], Düren, Köln[d] – 13 fevral 1858[…], Köln, Reyn əyaləti[d]) —Almaniya iqtisadçısı. == Həyatı == == Fəaliyyəti == Avstriya məktəbinin əsas ideyalarının formalaşmasında XIX əsrin əvvəllərində yaşamış istedadlı alman iqtisadçısı German Henrix Qossenin çox mühüm rolu olmuşdur. Onun 1854-cü ildə çapdan çıxmış "İctimai mübadilə qanunlarının və insan fəaliyyətinin buradan irəli gələn qaydalarının inkişafı" haqqında əsərində məhsulun "son faydalığı" haqqında iki mühüm prinsip əks olunmuşdur ki, onlar da müasir iqtisad elmində Qossenin I və II qanunları adlanır. I qanuna görə subyektin sərəncamında olan nemətin kəmiyyəti artdıqca onun hər bir əlavə vahidinin son faydalığı da aşağı düşür, həmin sərvətlə təmin olunma həddindən artıq olduqda isə (son həddə çatdıqda) faydalıq sıfra çatır. Qossenin II qanununda göstərilir ki, istehlakın (tələbin) optimal quruluşu bütün əldə edilə bilən nemətlərin faydalığının tarazlığı şəraitində mümkün olur. Qossenin fikrincə, konkret tələbatı ödəyən məhsulun kəmiyyətcə hər bir artımı özündən əvvəlki "nüsxəyə" nisbətən daha az faydalıdır. İqtisadi resursların məhdudluğu şəraitində isə insanın ən vacib tələbatının ödənilməsinə xidmət edən "məhsulun son nüsxəsi" vardır. Buradan isə belə bir nəticə çıxarılır ki, məhsulun qiyməti fərdin tələbatını ödəmək üçün vacib olan "son nüsxənin" faydası ilə ölçülür, deməli, əmtəənin dəyəri onun son faydalığı ilə müəyyən olunur. Yeri gəlmişkən qeyd edək ki, Qossenin qanunları nəinki marjinalizmin Avstriya məktəbinin, eləcə də onun sonrakı iqtisadi məktəb və cərəyanların makroiqtisadi nəzəriyyəsində geniş istifadə olunmuşlar.
Sen-Qodens (rayon)
Sen-Qodens (fr. Saint-Gaudens) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Qaronna. Suprefektura — Sen-Qodens. Rayon əhalisi 2006-cı ildə 75 209 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 35 nəf / km². Rayon sahəsi — 2140 km².