Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
GotoP
GotoP (ごとP, Goto Pī, d. 12 iyun 1969) — Yaponiya rəssamı. Yaponiyanın Gifu prefekturasının paytaxtı Gifu şəhərində anadan olmuşdur. İki vizual roman — "Wandaba Style" və "Close to: Inori no Oka" vizual romanlarının orijinal personaj dizayneridir. Ən tanınmış işi "Clannad" vizual romanına əsaslanan "Official Another Story Clannad" qısa hekayə kolleksiyası üçün çəkdiyi rəsmlərdir. == İşləri == Narcissu: Side 2nd Nagomi Hiyori Hidamari - GotoP Art Works Moegiiro Angel Beats!
CONOP 8888
CONOP 8888 (ing. CDRUSSTRATCOM CONPLAN 8888-11 Counter-Zombie Dominance Operations) – Amerika Birləşmiş Ştatları Strateji Komandanlığı tərəfindən hazırlanmış zombi hücumu zamanı sağ qalma planıdır. == Təsvir == CONOP (ing. Crisis Action Planning) böhranlı vəziyyətlərdə fövqəladə hallar planıdır. CONOP 8888 ABŞ hərbiçiləri üçün mülki şəxsləri və hakimiyyət orqanlarını zombilərdən, zombi təhlükəsinin aradan qaldırılmasından, diri ölülərin tamamilə məhv edilməsinə qədər qorunmaq üçün hərtərəfli fövqəladə təlimatları ehtiva edir. Sənəddə planın aşağıdakı məqsədləri var: bəşəriyyətin zombilərdən qorunması üçün şərait yaratmaq və ayıq-sayıq saxlamaq; zəruri hallarda zombilərdən insan həyatı üçün yarana biləcək təhlükəni aradan qaldıran əməliyyatlar həyata keçirmək; zombi hücumu zamanı və ondan sonra asayişin qorunmasında və əsas xidmətlərin bərpasında mülki hakimiyyət orqanlarına kömək etmək”. Sənədin müəllifləri "aydınlaşdırma qeydi" seqmentində qeyd edirlər ki, hazırlanmış plan zarafat deyil. Bununla belə, CONOP 8888 zombilərdən real vəziyyətlər üçün evfemizm kimi istifadə etsə də, sənəd zombilər üçün real təhlükənin olduğunu göstərir. Bu mövzu uzun müddətdir ki, təkcə hərbi-siyasi mühitdə maraq doğurmur. Məsələn, Amerika yazıçısı Maks Bruks tərəfindən zombilər arasında sağ qalmaq təlimatları haqqında yazılmış kitabı 2003-cü ildə nəşr olunmuşdur.
Norbert Qönött
Norbert Qönött (fr. Norbert Gœneutte; 23 iyul 1854, Paris, Fransa — 9 oktyabr 1894, Over-syür-Uaz) — fransız rəssam-impressionist, illüstrator, ilk növbədə Emil Zolyanın «Dünya» (1889) romanın rəssam müəllifi kimi tanınır. 150-dən çox ofortların və litoqrafiyanın müəllifidir. Paris şəhərində anadan olmuşdur. İzidor Pils adına İncəsənət məktəbində təhsil almışdır. Pilsin ölümündən sonra 1875-ci ildə Norbert təhsilini atır. Tezliklə Marselen Debuten ilə tanış olur daha sonra Renuar və Mane ilə görüşdüyü "Yeni Afina" (fr. Nouvelle Athènes) kafesinin tez-tez getdiyi bir yerə çevrilir. Мировое искусство. Импрессионизм.