Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
La donna gravida
La donna gravida (it. La Gravida) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1504-1506-ci illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florensiya dövrünə aid edilir. "La donna gravida" əsəri hal-hazırda İtaliyada Florensiya şəhərində saxlanılır.
Find a Grave
Find a Grave (azərb. "Məzar tap"‎) — məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası. Sayt 1995-ci ildə Solt-Leyk-Siti sakini Cim Tipton tərəfindən məşhur adamların dəfn olunduğu yerlər haqqında ümumi bir məlumat bazası olmaması problemini aradan qaldırmaq məqsədilə yaradılıb. Sayt sürətlə böyümüş və 2015-ci ilin fevral ayına olan məlumatlara görə burada artıq 121 milyon qeyd toplanmışdır. Şəxs haqqında fərdi səhifədə onun doğum və ölüm tarixi, bioqrafik məlumatlar, dəfn olunduğu qəbiristanlığın adı, sahənin nömrəsi və şəxsin özünün, eləcə də məzarının fotosu yer alır.
Grave of the Fireflies
Grave of the Fireflies və ya Yaponiyada tanınan adı ilə Hotaru no Haka (火垂るの墓, azərb. Atəşböcəklərinin məzarı‎) – İsao Takahatanın rejissorluğu və ssenaristliyi ilə 1988-ci ildə çəkilən anime filmi. Film anime studiyası Studio Ghibli-nin məhsuludur. Anime filmi Akiyuki Nosakanın eyni adlı romanının motivləri əsasında çəkilmişdir. Belə ki Akiyuki Nosaka bu romanı İkinci dünya müharibəsi zamanı aclıqdan ölmüş bacısının həyat hekayəsini ondan üzr istəmək niyyəti ilə qələmə almışdır. Anime filmi kinotənqidçilər tərəfindən müsbət rəy almışdır və müharibə mövzusunda çəkilmiş ən təsiredici filmlərdən sayılır. Rocer Ebert filmi indiyə kimi ən güclü antimüharibə mövzusunda çəkilmiş dram filmlərindən biri olduğunu bildirib və 2000-ci ildə özünün "Great Movies" adlı film listinə daxil etmişdir. == Məzmun == Hadisələr İkinci dünya müharibəsinin sonlarına yaxın Yaponiyada baş verir.Film iki uşağın — 14 yaşlı Seita və 4 yaşlı Setsukonun həyatından bəhs edir. Film Seytanın 21 sentyabr 1945-ci ildə Sannomiya stansiyasında, qaranlıqda bir küncdə ölməsi ilə başlayır. Cəsədin ölüb-ölməməsini yoxlayan xidmətçilərdən biri onun cibindən Sakuma drops qutusu tapır və qutunun nə olduğunu anlamadan onu stansiyadan kənara atır.
Qravelot döyüşü
Seynt - Priva- Qravelot vuruşu (Saint - Privat - Gravelotte) - Fransa–Prussiya müharibəsi gedişində 18 avsqust 1870-ci ildə Mets şəhərindən 12 km şim.-qərb və qərbdə yerləşən bu iki kənd ərazisində fransız Reyn ordusu ilə 1-ci və 2-ci alman orduları arasında baş vermiş döyüş. Vuruşun başlanmasına marşal A. Bazenin Reyn ordusu(130 min adam 450 top) yaxşı təchiz olunmuş Ronkur, Sen - Priva, Qravelot mövqelərini tuturdu. Mövqenin sol cinahı Metsın fortlarına dayanırdı. Qoşunlarının əsas qüvvələrini Bazen mövqenin mərkəzində və sol cinahında yerləşdirmişdi. Prus kralı I Vilhelmin komandanlığı( faktiki olaraq - qərargah rəisi X.Moltkenin) altında 1-ci alman ordusu və 2-cinin yarısı(ümumiyətlə 220 min adam 726 top), kəşfiyat işini təşkil etmədən, şimala hərəkət edərkən franszı ordusu ilə qarşılaşdılar. Moltke, franszı qoşunlarının dislokasiyasını yanlış müəyyən edərək, öz qoşunlarının əsas zərbəsini fransız mövqelərinin mərkəzinə yönəltdi. 9-cu, sonra 8-ci və 7-ci korpuslar cəbhə hucumları ilə müdafiyəni yarmaq və fransız mövqelərini tutmağa çalışırdılar. Lakin onların sıx rota sütunları yivli Şaspo tüfəngləri ilə silahlanmış fransız atıcılarının atəşindən böyük itki verirdilər. Ancaq axşama yaxın alman qvardiya korpusu və 9 -10-cu korpusların briqadaları, atıcı zəncirlərə səpələnərək, artilleriyanın əzici üstünlüyü şəraitində, franszıları sıxışdıra bildilər, Sen-Priva və Qravelotu tutdular. Vuruşun sonunu, franszı mövqelərini dərin yandan alma təhlükəsi altına qoyan 12-ci alman korpusunun Ronkura hucumu həll etdi.
Francisco de Quevedo
Francisco Gómez de Quevedo Villegas y Santibanez Cevallos (14 (24) sentyabr 1584, Madrid – 8 sentyabr 1645[…]) — Francisco de Quevedo kimi tanınan, bir idi ispan yazıçı of Golden Age . İspan ədəbiyyatı tarixində, xüsusən də şeir yaradıcılığı ilə tanınan ən görkəmli müəlliflərdən biridir, eyni zamanda hekayə, teatr və müxtəlif fəlsəfi, siyasi, əxlaqi, zahid, humanist və tarixi bukletlər yazmışdır. O, lord adları keçirilən Torre de Juan Abad (bir çox çətinliklər sonra, 1620-ci ildə əldə edilən və cəngavər) Santiago Sərəncamı onun giriş rəsmi edildi (29 dekabr, 1617 Felipe tərəfindən imzalanmış, bir kral sertifikat vasitəsilə III və başlıq 8 fevral 1618-ci ildə göndərilmişdir).
Sen-Priva - Qravelot döyüşü