Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Browning
Browning — 1927ci ildə ABŞ-nin Yuta ştatında yaradılmış odlu silahlar istehsal edən şirkətdir. Browning markası tapança və ağır pulemyot kimi odlu silahları ilə tanınır. Browning Browning M1919A6, Amerikan ağır pulemyotudur. Onun diapazonu və atəş gücü MG 42 ilə müqayisədə daha aşağıdır, Ancaq bu silah ən azı MG 42 qədər düşmənlər üzərində təsirli olmuşdur. İkinci dünya müharibəsində Amerika Ordusu tərəfindən geniş istifadə edilmiş və Amerikanın ağır pulemyotçu bölmələri tərəfindən müharibənin bir çox hissəsində istifadə edilmişdir. M4 Sherman tanklarının gövdə hissələrinə də Brownings pulemyotları yerləşdirilmişdi. Müttəfiq qüvvələrinin ən uğurlu silahlarından biridir. Bundan əlavə, Browning M1919A6 hava ilə soyudulan bir lüləyə malikdir.
Browning M1919
Browning M1919, Browning şirkəti tərəfindən istehsal edilən Amerika Birləşmiş Ştatları pulemyotudur. Silah ABŞ və bir çox başqa ölkələr tərəfindən yüngül piyada, cütləşdirilmiş, quraşdırılmış, təyyarə və zenit pulemyotu kimi istifadə edilmişdir. Silahın konstruktoru John Browning olmuşdur. Bu odlu silah 1919-1945-ci illərdə istehsal edilmişdir.
M2 Browning
M2 Browning .50 Kalibrlik Pulemyot, John Browning tərəfindən Birinci Dünya müharibəsinin sonlarına doğru konstruksiya edilmiş olan ağır pulemyotdur. Bu pulemyot John Browning'in daha əvvəl yaratmış olduğu M1919 Browning pulemyotuna xarici görünüş baxımından oxşayırdı. Lakin bu silah özü üçün nəzərdə tutulmuş olan daha güclü, daha böyük kalibrli 50 BMG və ya indiki adı ilə 12.7x99mm NATO standartlı gilizlərdən istifadə etmişdir. M2 "Ma Deuce" və ya "əlli" olaraq yad edilir. Yüngül zirehli döyüş maşınları, piyadalar, zirehsiz maşınlar və qayıqlar, yüngül istehkamlar və alçaqdan uçan təyyarələrə qarşı olduqca təsirlidir. == İstifadəçilər == ABŞ Almaniya Argentina Avstraliya Avstriya Bosniya və Herseqovina Belçika Benin Boliviya Braziliya Bolqarıstan Burkina-Faso Burundi Cibuti Çad Danimarka KDR Dominikan Respublikası Ekvador Salvador İndoneziya Efiopiya Mərakeş Kot-d'İvuar Filippin Fransa Qabon Qambiya Qana Qvatemala CAR Xorvatiya Hindistan Honduras İran İrlandiya İsrail İtaliya Yamayka Yaponiya Kamerun Kanada Qətər Səudiyyə Ərəbistanı Seneqal Serbiya Sinqapur Somali Tailand Fransa Polineziyası Tunis {{ {{{1}}}| miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} Uruqvay Venesuela Yeni Zelandiya Yəmən Yunanıstan == Xarici keçidlər == Aircraft Gunnery_.50 cal. M2 .50 Caliber Machine Gun at Federation of American Scientists Browning M2HB & M2HQCB (USA) Arxivləşdirilib 2010-08-26 at the Wayback Machine M2 .50 cal. Machine Gun at Olive-Drab.com Quad-50 M2 .50 cal. Machine Gun at Olive-Drab.com Browning M2 .50 Caliber Machine Gun at Gary's Olive Drab Page Browning M2 HB .50 Caliber Heavy Machine Gun, "Ambush in Mogadishu", Frontline, PBS Can you use the .50-caliber on human targets? Arxivləşdirilib 2016-08-21 at the Wayback Machine, Stars & Stripes Video of Operation on Youtube U.S. Army FM 23-65 Browning Machine Gun Caliber .50 HB, M2 Arxivləşdirilib 2012-11-06 at the Wayback Machine Browning .50 Cal.
J.K.Rowling
Qrikinq
“Moltanı dili”, qrikinq (ing.greeking, ru.“китайская грамота”, грикинг) — 1. Ekrana verilərkən həddindən artıq kiçik olan və ya oxunmaz olan mətnin əks etdirilməsi üçün boz rəngli düzbucaqlıların və ya qondarma simvolların tətbiqi. Bu üsuldan, məsələn, masaüstü nəşriyyat sistemlərində istifadə olunur; belə ki, istifadəçi bir və ya iki səhifənin strukturuna baxmaq istəyir, ancaq verilmiş çözümlülükdə mətnin özünü dəqiq vermək mümkün olmur. 2. Qrafik mühitdə: sənədin strukturunu göstərmək üçün onun tərkibini nəzərə almadan maketdə qondarma mətndən istifadə edilməsi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qroninge muzeyi
Qroninge muzeyi — (nid. Groeningemuseum, yaxınlıqdakı küçənin adı ilə) Belçikanın Brügge şəhərində bir bələdiyyə incəsənət muzeyidir. Erkən Niderland rəssamlığı kolleksiyası ilə məşhurdur. == Təsviri == Kolleksiyanın tarixini Belçikalılar 1716-cı ildə əsası qoyulmuş yerli Gözəl Sənətlər Akademiyasından başladırlar. Müasir muzey binasının tikintisi 1930-cu ildə başa çatmışdır (1994-cü ildə tikinti ilə genişləndirilmişdir). Binanın 15 salonunda muzey ekspozisiyasının əsas dəyərləri — köhnə Flaman ustalarının əsərləri sərgilənir. Ən məşhurları arasında Yan van Eykin (nid. "Madonna met kanunnik Joris van der Paele") (təxmini 1434–1436), İeronim Bosxun "Dəhşətli məhkəmə" (təxmini 1486), (nid. Gerard David)-in "Kambizin məhkəməsi" (1498), Hans Memlinqin "Müjdə bayramı" və "Xaçdan endirilmə", (nid. Hugo van der Goes), (nid.
Herman Görinq
Herman Görinq (alm. Hermann Wilhelm Göring‎; 12 yanvar 1893[…], Rozenxaym, Bavariya – 15 oktyabr 1946[…]) — Üçüncü Reyxin yeganə reyxsmarşalı (1940), alman siyasətçi, hərbçi və Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) rəhbər şəxslərindən biri. Herman Görinq Üçüncü Reyxin Hərbi Hava Qüvvələri olan Lüftvaffenin rəhbəri olmuşdur. 1943-cü ildə Polis və İqtisadiyyat Naziri vəzifələrində çalışan Görinq 1933-cü ildə alman gizli polisi olan Gestaponu yaratması ilə də məşhurdur. == Həyatı == Herman Gerinq I Dünya müharibəsində iştirak etməklə yanaşı, II Dünya Müharibəsinin də əsas fiqurlarından biri olub. Gerinqin Hollandiya müharibəsi və 1940-cı ildə Fransa müharibəsində əhəmiyyətli rolu olur. Fransanın məğlubiyyətindən sonra Hitler onu "Dəmir xaç" ordeni ilə mükafatlandırır. 1940-cı il iyulun 19-da Hitler fərman verərək Gerinqə "Reichsmarschall des Grossdeutschen Reiches" (Böyük Alman Marşalı) rütbəsi verir. Gerinq 1939-cu il sentyabrın 30-da "Cəngavər Dəmir Xaçı" medalına da layiq görülür. 1940–45-ci illərdə müharibənin iqtisadiyyatını idarə edib.
Qrinq adası
Qrinq adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada norveçli bəstəkar Edvard Qrinqin şərəfinə adlandırılmışdır. Şikotan adasının yaxınlığında yerləşir. Şikotan adasından 400 metrlik boğazla ayrılır.
Boris Lvoviç Rozinq
Boris Lvoviç Rozinq(Boris Lvovich Rosing) (23 aprel (5 may) 1869- 20 aprel 1933) Rusiyanın alimi və televiziya sahəsində ixtiraçı == Həyatı == Boris Lvoviç Rozinq 23 aprel (5 may) 1869-cu ildə Sankt-Peterburqda anadandan olmuşdur. Boris 1879-1887-ci illərdə Sankt-Peterburqun Vvdensky gimnaziyasında təhsil almış, oranı qızıl medal ilə bitirmişdir. == Fəaliyyəti == Boris Lvoviç Rozinq 30 oktyabr 1907-ci ildə rus fiziki Boris Lvoviç Rozinq “Təsvirlərin məsafəyə elektrik vasitəsilə ötürülmə üsulu”na, yəni televiziyaya patent almışdır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.