Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aydan Höccətova
Aydan Höccətova (doğ. 6 aprel 1999, Bakı) — Azərbaycan şahmatçısı. Qadınlar arasında Beynəlxalq qrosmeyster (2018). == Erkən illəri == Aydan 1999-cu ildə aprelin 6-da Bakı şəhərində anadan olmuşdur. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil alıb. Televizorda şahmat haqqında veriliş gördükdən sonra onda bu oyuna maraq yaranıb.. Şahmat məşqçisi qrosmeyster Fərid Abbasovdur. == Şahmat karyerası == Aydan iki yaş yarımından şahmat oynamağa başlamış, üç yaşında dördüncü dərəcəli şahmatçı normasını yerinə yertirmişdir. Dörd yaşında artıq Bakı çempionatında iştirak etmişdir. Beş yaşında ikən Azərbaycanda ilk dəfə 10 yaşlı qızlar arasında Respublika çempionatına vəsiqə qazanmışdır.