Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hoşimin
Hoşimin və ya Xoşimin (vyet. Thành phố Hồ Chí Minh) — Vyetnamın Dong Nam Bo əyalətində şəhər. Hanoydan 1730 km cənubda yerləşir. Bu Vienam ən böyük şəhəri. 1975-ci ilə qədər Sayqon (Sài Gòn) adlandırılmışdır. Əhalisi 7240 min nəfər (2002), sahəsi 2093 km²-dir. Dong Nam Bo əyalətinin inzibati mərkəzi. Şəhərdə hava limanı var. Vyetnamın neft sənayesi mərkəzidir.
Zosimea məktəbi
Zosimea məktəbi (yun. Ζωσιμαία Σχολή, Zosimaía Scholí) — Osmanlı hakimiyyəti dövründə (1828–1913) Yunanıstandakı ən əhəmiyyəli orta təhsil müəsisəsi. Zosimea məktəbi 1828-ci ildə Zosimas qardaşlarının şəxsi vəsaiti ilə təsis edilib və hal-hazırda Yunanıstan Təhsil Nazirliyinin standartları altında ali məktəb olaraq fəaliyyət göstərir. Yunanıstan İstiqlaliyyət müharibəsi (1821-1830) və Epirus bölgəsində hələ də dəvam edən qarşıdurmalar zamanı mədəniyyət və təhsili ilə tanınan və Yunan Maarifçiliyinin böyük mərkəzi olan İoannina şəhəri qısa müddətli bir tənəzzülə uğradı. Bu zaman Rusiyaya köçən, tacir olan beş Zosimas qardaşı yeni bir təhsil müəssisəsinin təməlini qoyaraq vətənlərinə əhəmiyyətli bir töhfə vermək qərarına gəldilər. Zosimea məktəbi 1828-ci ildə qurulmuş və əvvəlcə dörd sinifli məktəb kimi fəaliyyət göstərmişdir. Şəhərin təhsil müəssisələrinin rəhbərliyinə cavabdeh olan İoanninanın Məktəblər Komitəsi, Zisimaslar ailəsinin maddi köməyi ilə Zosimea rəhbərliyinin tam məsuliyyətini daşıyırdı. == Anastasios Sakellariosun idarəçiliyi, 1833-1862 == 1833-ci ildə Zaqori bölgəsindən olan Anastasios Sakellarios məktəbin direktoru seçilir. O Yunan Maarifçisi və Əli Paşanın müşaviri olan Afanasios Psalidasun tələbəsi idi. 1840-cı ildə məktəbin təhsil proqramına daha üç sinif əlavə edilir.
Hoşimin məqbərəsi
Hoşimin məqbərəsi (vyet. Lăng Chủ tịch Hồ Chí Minh) — Şimali Vyetnamın ilk prezidenti Ho Şi Min məqbərəsi. Memarlıq abidəsi 2 sentyabr 1945-ci ildə Vyetnamın Hanoy şəhərinin Badin meydanında Ho Şi Min tərəfindən Vyetnamın müstəqilliyini elan etdiyi yerdə yerləşir. Məqbərə Prezident Ho Şi Min məqbərəsi memarlıq ansamblının bir hissəsidir, onun ərazisində Ho Şi Minin dirəkli evi və muzey də var. Həmçinin, ansamblın ərazisində birsütunlu paqoda yerləşir. == Tarixi == 1967-ci ildə, Ho Şi Minin ölümündən iki il əvvəl Vyetnam Kommunist Partiyası öz liderindən gizli olaraq cəsədləri balzamlamağı öyrənmək üçün Moskvaya göndəriləcək üç həkim seçmişdir. Ho Şi Min 2 sentyabr 1969-cu ildə vəfat etmiş və külünü Vyetnam üzərinə səpərək yandırılmağı vəsiyyət etmişdir, lakin onun varisi Le Zuan fərqli qərar almışdır. Əvvəlcə Ho Şi Minin mumiyalanmış cəsədi onu Vyetnam müharibəsi zamanı Amerikanın bombardmanlarından qorumaq üçün gizli bir yerdə saxlanılırdı və ABŞ 1973-cü ildə müharibədən çıxdıqdan sonra məqbərənin tikintisinə başlanılmışdır. Məqbərənin baş memarı Leninin xatirə layihəsinin müəlliflərindən biri və daha sonra Hanoyda Ho Şi Min Muzeyinin dizayneri kimi tanınan sovet memarı Harold İsakoviç olmuşdur. 28 avqust 1975-ci ildə açılışı keçirilmişdir.
Osiyek Universiteti
Osiyek Universiteti və ya tam adı Yosip Yuray Ştrosmayer adına Osiyek Universiteti (xorv. Sveučilište J. J. Strossmayera u Osijeku) — Xorvatiyanın Osiyek şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Zeljko Turkaljdır. == Tarixi == Osiyek Universitetinin əsası Xorvatiya parlamentinin 26 mart 1975-ci il tarixli qərarına əsasən qoyulmuşdur. 2 ay sonra isə 31 may 1975-ci ildə universitetin qurulması ilə bağlı Zaqreb Universiteti ilə və bir sıra başqa qurumlarla anlaşma imzalandı. Belə ki, 1959-cu ildən Osiyek şəhərində Zaqreb Universitetinin İqtisadiyyat fakültəsinin tədqiqat mərkəzi yerləşirdi. Bütün bunlar Universitetin qurulması üçün mühüm baza roluna malik idi. Universitetin əsas binası 1895-ci ildə inşa edilmişdir. Hazırda bu universitet 1815-1905-ci illərdə yaşamış katolik ilahiyyatçısı və siyasətçi Yosip Yuray Ştrosmayerin adını daşıyır. == Tədris == Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Hoşimin Texnologiya Universiteti
Hoşimin Texnologiya Universiteti (vyet. Trường Đại học Bách khoa, Đại học Quốc gia Thành phố Hồ Chí Minh) — Vyetnamın Hoşimin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üzvüdür.