DÖŞƏMƏK

f.
1. Salmaq, sərmək, bir şeylə üstünü örtmək.
[Cahangir bəy:] İldırım, sən də yapıncıları döşə yerə… N.Vəzirov.
Tərgül qazanın altında od yandırdı, samovara köz saldı, masanın üstünə ütülənmiş ağ süfrə döşədi. Ə.Vəliyev.

// Yerə xalça, palaz, həsir və s. salmaq. Evi döşəmək. Otağı döşəmək.
– …Onlar da durub, mənim yanımda şeylərini açıb evi döşəməyə başladılar. M.S.Ordubadi.
Həyətdə toyxana tikib, xalı, xalça, palaz, fənər tanış evlərdən yığıb toyxananı döşərlər. R.Əfəndiyev.

// Qoymaq.
Rüxsarə cavab vermədən çarpayıya yaxınlaşıb bankaları bir-bir Sübhanverdizadənin kürəyinin o biri yarısına döşədi. S.Rəhimov.

2. məc. dan. Vurmaq, döymək, çəkmək.
Fərraş sağa-sola çubuqdan döşəyirdi. Çəmənzəminli.

3. məc. dan. Bərk tənqid etmək.
Müşavirədə ona yaman döşədilər. İ.Əfəndiyev.

4. məc. dan. Demək, söyləmək (düşünmədən, fikirləşmədən), danlamaq. Ağzına gələni döşəmək.
– Məşədi Qulam məlumat vermək istəyən Cavahirin sözünü kəsib, döşəməyə başladı. T.Ş.Simurq.

// Çox danışmaq, usandıracaq dərəcədə danışmaq, durmadan danışmaq (bəzən “cəmdəyinə”, “qabırğasına” sözləri ilə).
[Bürcəliyev:] Bu qoca bizə leksiya açıb, hey döşəyir. S.Rəhimov.

5. məc. vulq. Acgözlüklə, iştaha ilə, doyunca yemək.
Xanım gündə üç yol plov döşəyir. Çoban Əfqan.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖŞƏMƏK döşəmək bax 1. sərmək 1; 2. vurmaq 1
  • DÖŞƏMƏK salmaq — sərmək — tökmək — qoymaq
  • DÖŞƏMƏK vurmaq — döymək — çəkmək
  • DÖŞƏMƏK demək — söyləmək — danlamaq
  • DÖŞƏMƏK yemək — tıxamaq

Antonimlər (əks mənalı sözlər)

  • DÖŞƏMƏK DÖŞƏMƏK – TƏRİFLƏMƏK Müşavirədə ona yaman döşədilər (İ.Əfəndiyev); Bütün məktublarında qarını tərifləyirsən (Ə
DÖŞƏMƏ₁
DÖŞƏMƏLİ₂

Digər lüğətlərdə