Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İbn Hövqəl
İbn Hövqəl (ərəb. ابن حوقل‎), Əbülqasım ibn Hövqəl Nəsibi yaxud Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi (943, Nüseybin – 988) — X əsr ərəb coğrafiyaşünas-səyyahı. Əslən bağdadlı idi. 30 il müxtəlif ölkələrə səyahət edib. 951-ci ildə İstəxrinin "Kitab məsalik əl məmalik" ("Məmləkətlərin yolları") əsərini təzədən işləmiş və zənginləşdirmişdir. 977-ci ildə yazdığı "Kitab əl-məsalik və-l-məmalik" ("Yollar və məmləkətlər haqqında kitab") əsəri bəzən "Kitab surət əl-ard" ("Yerin surəti kitabı") adlanır. Kitab xilafət ilə yanaşı, həm də ətrafındakı ölkələrin tarixinə və toponimikasına dair məlumatlarla zəngindir. O cümlədən burada Azərbaycanın təbiəti, karvan yolları, Xəzər dənizi, onun adaları haqqında da məlumatlar var. == Ədəbiyyat == Абуль-Касим Мухаммад ибн Хаукаль // «Казахстан». Национальная энциклопедия.
Kristian Ponsele
Kristian Ponsele (fr. Christian Poncelet; 24 mart 1928[…] – 11 sentyabr 2020[…]) — konservativ fransız siyasətçisi, 1998-2008-ci illərdə Fransa Senatının Prezidenti. Fransa prezidenti Nikola Sarkozinin rəhbəri olduğu Xalq Hərəkatı İttifaqının üzvü.
Hevsel bağları
Hevsel bağları — Dəclə çayı sahilində, Diyarbəkir qalası ilə çayın sahili arasında yerləşən təxminən 700 hektarlıq ərazi. Müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şəraitə malik Hevsel bağları Cənub-Şərqi Anadolunun ən böyük quş cənnətidir. Burada 180-dən çox quş növü ilə yanaşı kirpi, susamuru, tülkü, sincab kimi məməli heyvanlar da var. Hevsel bağları 2013-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına girməyə namizəd göstərildi, 2015-ci ildə isə siyahıya salındı.
Hevsel bağçaları
Hevsel bağları — Dəclə çayı sahilində, Diyarbəkir qalası ilə çayın sahili arasında yerləşən təxminən 700 hektarlıq ərazi. Müxtəlif heyvan növlərinin yaşaması üçün əlverişli şəraitə malik Hevsel bağları Cənub-Şərqi Anadolunun ən böyük quş cənnətidir. Burada 180-dən çox quş növü ilə yanaşı kirpi, susamuru, tülkü, sincab kimi məməli heyvanlar da var. Hevsel bağları 2013-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına girməyə namizəd göstərildi, 2015-ci ildə isə siyahıya salındı.
Jan Viktor Ponsele
Jan Viktor Ponsele (ing. Jean-Victor Poncelet; 1 iyul 1788[…], Mets – 22 dekabr 1867[…], Paris) — Fransa riyaziyyatçısı və mexaniki; proyektiv həndəsənin əsasını qoymuşdur.
Kabildə hotelə hücum (2018)
Kabildə otelə hücum — Kabildəki Qitələrarası Otel Kabilə edilən silahlı hücum. Hücum 4 və ya 5 silahlı qrup tərəfindən törədilib. Hücum oteldə 12 saatlıq döyüşə səbəb olub. == Arxa plan == Kabil NATO tərəfindən dəstəklənən Əfqan hökuməti tərəfindən tutulur, ancaq həm Taliban, həmdə İslam Dövləti əvvəlki aylarda paytaxta canlı bomba ilə hücum etmişdilər. == Hücum == 20 yanvar, 2018-ci ildə çox sayda xəbər mənbəyi bildirmişdir ki, yerli vaxtla saat 21:00-dək yüngül silah və raket ilə silahlanmış bir sıra silahlılar Kabildəki Qitələrarası otelə atəş açaraq girov götürmüşdülər. Hesabatlardan bəziləri otelin qonaqlarının çarşafları bir-birinə bağlayaraq, binanın yuxarı mərtəbələrindən çıxaraq, silahlı adamlardan qaçmağa çalışdığını irəli sürdülər. Əfqan xüsusi qüvvələri hücumçuları neytrallaşdırmaq cəhdi ilə otelin damına vertolyot endirdi. Daha sonra məlumat verildi ki, Əfqanıstan Silahlı Qüvvələrindən olan Norveçli xüsusi qüvvələrdən ibarət olan Marinejegerkommandoen əsgərləri hücuma cavab verdilər və oteldə silahlı adamlarla atışma aparıblar. Bu 2011-ci ildən bəri bu otelə ikinci hücumdur. Əfqan rəsmiləri, hücumun 21 yanvarın səhər saatlarından etibarən başa çatdığını, 4 hücumçunun və ən az 18 adamın öldüyünü deyirlər.