HÖVSƏLƏ

is. [ ər. hövsələ – çinədan] Səbir, dözüm, dözmə. Hövsələsi çatmır.
– Elə dərd var ki, dəxi onun qabağında səbir, hövsələ mümkün deyil… C.Məmmədquluzadə.
[Əlimuxtar:] Eh, çox mənim hövsələm var! C.Cabbarlı.

◊ Hövsələdən çıxmaq – bax hövsələsi daralmaq.
…Qaş qaralanda adamlar artıq hövsələdən çıxdılar. S.Rəhman.
[İlyas:] Axırda dayım, Tərlanın hövsələdən çıxdığını görüb, mənə tərəf döndü. Ə.Məmmədxanlı.

Hövsələsi çatmamaq – bax hövsələsi daralmaq.
[Maral:] Mənim hövsələm çatmaz, sən oxu, qulaq asım. S.Rəhman.

Hövsələsi daralmaq (darıxmaq) – səbir edə bilməmək, dözə bilməmək, özünü saxlaya bilməmək.
[Sona xanım:] Hövsələm daralıb, ağzıma gələni söyləyirəm. M.F.Axundzadə.
[Qız] danışmaq istəyirdi, hövsələsi darıxırdı… M.S.Ordubadi.

Hövsələsi gəlməmək – səbri çatmamaq, səbir edə bilməmək, dözə bilməmək.
Hərçənd orucağız adamın çox danışmağa hövsələsi gəlmir, amma, bu da var ki, bir az yazı-pozuya məşğul olsaq, günü yubadarıq, bir də görərik ki, gün batıb. C.Məmmədquluzadə.

Hövsələsi tükənmək – səbri tükənmək, daha dözməmək.
Qara Kərəmoğlunun adını eşidən kimi Rüstəm kişinin hövsələsi tükəndi. M.İbrahimov.

Hövsələsini basmaq – dözmək, özünü saxlamaq, səbir etmək, toxtamaq.
Zamanovun tapşırığı çox çəkdiyindən o, hövsələsini basa bilməyib, özünü kabinetin qapısına verdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÖVSƏLƏ HÖVSƏLƏ [Fatma:] Ancaq bayırda gözləməyə səbrim, hövsələm çatmadı (H.Abbaszadə); ƏRDƏM Səndən hərəkət, məndən bərəkət; Təki səndə ərdəm olsun (S
  • HÖVSƏLƏ səbir — dözüm

Etimologiya

  • HÖVSƏLƏ Ərəb mənşəlidir (həvsalət; kök samitləri, h,v,s –dır) və bir neçə mənada işlədilir: səbir; dözüm; sümük (hövsələ sümüyü); çinədan (quşların qida boru­
HÖVLNAK
HÖVSƏLƏLİ

Digər lüğətlərdə

изруби́ться мо́крядь розоволи́кий улётный шерсточеса́лка нерви́рование прони́кнуться стро́паль израдца сарина тевяк цитадель action card bookstore camp stove dry pruning junior school nu body overarch police dog stirrup leather widdershins войлок периметр польстить