Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hüdud əl-aləm
Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372–ci (miladi 982–983–cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir. Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142-145-ci səhifələrində yerləşir. Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir.
Mühüd Orucov
Mühüd Qurban oğlu Orucov (d. 13 iyul 1984; Qazax, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər,Talış,Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitan).Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri. 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində doğulub. == Təhsili == 1991-ci ildə K.Kərimov adına orta məktəbin 1-ci sinifinə daxil olub. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub və 2002-ci ilədək təhsilini həmin liseydə davam etdirib. 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. == Ailəsi == Mühüd Orucov ailəli idi, Anar və Vüqar adlarında əkiz oğlanları yadigar qalıb. == Hərbi xidməti == 2006–2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib.
Hunud
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Hunud (dəqiqləşdirmə)
Hunud — tarixi Zəngəzur mahalının Qafan bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Hünüt — tarixi Zəngəzur mahalının Meğri/Mığrı bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Yuxarı Hımud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Aşağı Hunud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Günnüt — Naxçıvan MR-nın Şərur rayonu ərazisində kənd (Kömürlüdağ yaxınlığında).
Vəhdətüş-Şühud
Vəhdətüş-Şühud (şahidlik vəhdəti, görmə birliyi) – sufi təlimi. == Haqqında == Bu təlimin müəllifi Əhməd Fəruqi olmuşdur. Onun dövründə mənsub olduğu Nəqşibəndi təriqətinin ardıcılları mənəvi yollarında İbn Ərəbinin vəhdəti-vücud təliminə üstünlük verirdilər. Ancaq bu təlim bəzi müəmmalı məqamlarına görə bir çox hallarda ənənəvi müsəlmanların etirazlarına gətirib çıxarmışdır. Buna görə Əhməd Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin (736/1336-cı ildə vəfat etmişdir) vəhdəti-şühud təlimini inkişaf etdirmişdir. == Simnani təlimi == Simnani yaradılmış varlıqda Allahın təcəlli etməsi ideyasını rədd etmişdir. Allahın yaratdığı varlıqların həqiqi və müstəqil mahiyyətləri vardır. Simnaniyə görə mənəviyyatın təkmilləşdirilməsini istəyən hər bir kəs vəhdəti-vücudda olduğu kimi Allahla qovuşmağa deyil, onunla görüşməyə və onun yaxınlığını duymağa can atmalıdır. Buna çatmaq üçün hər bir sufi, ilk olaraq şəriətin bütün qanunlarına tabe olmalıdır. Onun fikrincə yalnız şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara bilər.
Hudul (Astara, İran)
Hudul (fars. هودول‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 388 nəfər yaşayır (84 ailə).
Uhud döyüşü
Uhud döyüşü — 23 Mart 625-ci ildə (Hicri təqvimlə 3 Şəvval 3-cü il) hal-hazırkı Ərəbistan yarımadasının şimal-qərbində yerləşən Uhud dağında, Mədinədə məskunlaşan Müsəlmanlar ilə Məkkəli Əbu Süfyanın başçılıq etdiyi ordu arasında baş vermişdir. Döyüşün gedişində baş verən ən önəmli hadisələrdən biri də İslam peyğəmbərinin əmisi Hz. Həmzənin öldürülməsidir. == Səbəbi == Döyüşün baş tutma səbəbi Məkkəli Müşriklərin Bədr döyüşündə aldıqları məğlubiyyətin qisasını almaq istəmələri, verdikləri itkiləri unutdurmaq və müsəlmanların aldıqları qələbədən sonra yüksələn döyüş əhval-ruhiyyəsini aşağı salmaq idi. == Döyüş barədə == Məkkə ordusu 11 mart 625-ci ildə Məkkədən Mədinəyə doğru hərəkət etdi. Müsəlmanlar da döyüş üçün hazır idilər. Qısa müddət sonra hər iki ordu Uhud dağının yamaclarında üz-üzə gəldi. Məhəmməd peyğəmbər iki ordunun qarşılaşdığı Uhud dağındakı dar keçidin hər iki tərəfinə də oxçuları yerləşdirdi. Bu Məkkəlilərin dağın ətrafını dolanaraq arxadan müsəlmanlara hücüm etməsinin qarşısını almaq üçün idi. Oxçulara xəbərdarlıq edilmədən yerlərini tərk etməmək əmrini verdi.