Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hündürboylu acılıqotu
Hündürboylu acılıqotu (lat. Ephedra procera) - acılıqotu cinsinə aid bitki növü.
Hündürboy traxikarpus
Hündürboy traxikarpus (lat. Trachycarpus excelsa) — palmakimilər fəsiləsinin traxikarpus cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Yaponiya da və Çin də yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatan həmişəyaşıl bitkidir. Gövdəsi qəhvəyi-qonur liflərlə (yarpaq qınlarının qalıqları) örtülüdür. Çətiri yelpikvaridir. Çoxsaylı yarpaqları sərt, dik dayanan seqmentlərə bölünmüşdür. Yarpaqların uzunluğu 80 sm, eni 3 sm olur. Yarpaq saplağının kənarlarında, gövdənin yan tillərində, dişli, sərt tikanları vardır, üstdən tünd-yaşıl, alt tərəfdən bozumtul-göydür. Saplağının uzunluğu 70-75 sm-dir.