Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həştpər
Həştpər — İranın Gilan ostanında yerləşən şəhər. Həştpər əhalisinin çoxluğunu azərbaycanlılar və talışlar təşkil edir. == Əhalisi == Şəhərdə 2016-cı il siyahıya alınmaya görə 54,178 nəfər yaşayır (15,688 ailə).
Həştpər şəhristanı
Talış Şəhristanı və ya Təvaleş Şəhristanı (keçmiş adı Həştpər Şəhristanı) (Farsca:(شهرستان تالش (طوالش) - İran İslam Respublikasında Gilan Osatanında 16 şəhristandan biri . Şəhristanın inzibati mərkəzi Həştpər şəhəridir . == Ərazi == == Əhali == Rəsmi olaraq Astara şəhristanının əhalisi :1996 s.a. əsasən 180,485 nəfər 2006 s.a. əsasən 179,499 nəfərŞəhər əhalisi 50,150 nəfər Kənd əhalisi 129,349 nəfər === Etnik tərkib === Əhali əsasən tatilərdən (Azərbaycan Respublikasında yaşayan farsdilli tatlardan fərqli) və talışlardan, qismən azərbaycanlılardan və giləklərdən ibarətdir. Təvaleşin bir çox şəhərlərində Azərbaycandan kütləvi immiqrasiya nəticəsində gilək və talış dilləri öz mövqelərini sürətlə itirirlər. Asalem bəxşində əsasən talışlar, qismən azərbaycanlılar yaşayırlar. Buradakı talışlar Kərgənrud və Talışdulabda danışılan talış dialektərinə çox yaxın bir dialektdə danışırlar. Bölgədə yaşayan azərbaycanlılar şiə məzhəbində, talışlar isə sünni məzhəbindədirlər. == Bəxşlər == Mərkəzi (Talış) bəxşiəhali : 85,258 nəfər (2006 s.a.)şəhər əhalisi : 41,486 nəfər (2006 s.a.) kənd əhalisi : 43,772 nəfər (2006 s.a.)Asaləm bəxşiəhali : 39,089 nəfər (2006 s.a.)şəhər əhalisi : 3,347 nəfər (2006 s.a.) kənd əhalisi : 35,742 nəfər (2006 s.a.)Həviq bəxşiəhali : 30,348 nəfər (2006 s.a.)şəhər əhalisi : 2,718 nəfər (2006 s.a.) kənd əhalisi : 27,630 nəfər (2006 s.a.)Kərgənrud bəxşiəhali : 24,804 nəfər (2006 s.a.)şəhər əhalisi : 2,599 nəfər (2006 s.a.) kənd əhalisi : 22,205 nəfər (2006 s.a.) == Şəhərlər == Mərkəzi (Talış) bəxşində :Həştpər şəhəriƏhalisi :1996 s.a.
Husilər
Husilər və ya Ənsarullah (anṣār allāh أنصار الله "Allahın köməkçiləri") — Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş dəstəyə verilən addır.Onlara bu ad 2004-də öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husi yə görə verilmişdir.2015-ci ildə paytaxt Sananı və parlamenti ələ keçirən bu qrup ilk dəfə 2004`cü ildə silahlı ixtişaş törətmişdir. Həmin ildən İrandan və Hizbullah qruplaşmasından hərbi və maliyyə yardımları almaqdadır.
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.
Sent-Heliyer
Sent Helier (bəzən Sent-Helyer deyə qeyd olunur; ing. Saint Helier, fr. Saint-Hélier, norm. Saint Hélyi, 49°11′ şm. e. 2°07′ q. u.) — şəhər və liman, Böyük Britaniya taxt-tac ərazisi olan Cersinin paytaxtı, onun iqtisadi mərkəzi. Cersinin on iki dairəsindən biri. Sent Helier Cersi adasının cənubundakı kiçik körfəzdə yerləşir. Ərazisi — 10,6 кm².
Sent Helier
Sent Helier (bəzən Sent-Helyer deyə qeyd olunur; ing. Saint Helier, fr. Saint-Hélier, norm. Saint Hélyi, 49°11′ şm. e. 2°07′ q. u.) — şəhər və liman, Böyük Britaniya taxt-tac ərazisi olan Cersinin paytaxtı, onun iqtisadi mərkəzi. Cersinin on iki dairəsindən biri. Sent Helier Cersi adasının cənubundakı kiçik körfəzdə yerləşir. Ərazisi — 10,6 кm².
Şeyx Həsinə
Şeyx Həsinə Vazid (benq. হাসিনা ওয়াজেদ, 28 sentyabr 1947[…], Pakistan) – Banqladeşin Baş naziri (1996–2001, 2009-dan bəri), 2009-cu ildən "Avami Liq" partiyasının lideri == İlkin tərcümeyi-hal == Fəridpur vilayətində (dəqiqliklə, 1995-ci ildə yaradılmış Tonqiparə əyaləti) anadan olub. Müstəqil Banqladeşin ilk başçısı (1971–1975-ci illər), ölkədə "millət atası" adlanan Şeyx Mucibur Rəhmanın qızıdır. 1969-cu ildə Dəkkə şəhərində tələbə iğtişaşlarında iştirak edib. 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda gedən müharibə zamanı Pakistan işğalçı ordusu tərəfindən həbs edilib. 15 avqust 1975-ci ildə hərbi çevriliş zamanı Şeyx Mucibur Rəhman və onun 20-yə yaxın ailə üzvləri sui-qəsdçilər tərəfindən öldürülmüşdür; Şeyx Həsinə həmin vaxt Almaniya Federativ Respublikasında olmuş, bütün ailə üzvlərindən təkcə o və çevriliş zamanı Banqladeşdə olmayan bacısı da sağ qalmışdır. 1981-ci ildə, hələ xaricdə ikən atasının əvvəllər rəhbərlik etdiyi – "Avami Liq" partiyasının başçısı seçilmişdir. Həmin ildə Banqladeşə qayıtmışdır. Əvvəl hərbi rəhbər, sonra isə ölkənin başçısı olmuş Ərşad pejiminə və onun idarəçiliyuinə qarşı qatı müxalifətdə kütləvi etiraz aksiyasının təşkilatçısı olmuş, dəfələrlə həbs edilmişdir. 1991-ci ildə Ərşad hakimiyyətdən getdikdən və demokratik idarəetmə sisteminin bərpasından sonra, onun rəhbərlik etdiyi "Avami Liq", Halidə Ziyanın başçılıq etdiyi Bangladeş Milli Partiyasının parlament seçkilərində uduzdu.