DELIVER

v 1. vermək, təhvil vermək, təqdim / təslim etmək, to ~ a bill to smb. bir kəsə hesab təqdim etmək; to ~ oneself up to smb. özünü bir kəsə təslim etmək; to ~ smb. into the enemy’s hands bir kəsi düşmənin əlinə vermək; 2. aparıb paylamaq / paylaşdırmaq, çatdırmaq; to ~ letters məktubları aparıb paylamaq; Letters are delivered every day Məktubları hər gün gətirib paylayırlar; 3. oxumaq, söyləmək; to ~ a lecture mühazirə oxumaq; to ~ a speech nitq söyləmək; 4. azad / xilas etmək, qurtarmaq; to ~ smb. from captivity bir kəsi əsirlikdən azad etmək; to ~ smb. from death bir kəsi ölümdən xilas etmək; 5. doğmaq, hamiləlikdən azad olmaq; to ~ a child uşaq doğmaq; to be ~ ed of a child hamiləlikdən azad olmaq; 6. uşaq tutmaq, doğuzdurmaq; The doctor delivered her baby Həkim onun uşağını tutdu; 7. endirmək (zərbə); to ~ a blow zərbə endirmək

DELIRIUM
DELIVERANCE
OBASTAN VİKİ
Kiki's Delivery Service (anime, 1989)
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. == Məzmun == Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Content delivery network
Məzmun çatdırılma şəbəkəsi (ing. Content delivery network; CDN) — coğrafi olaraq paylanmış proksi serverlər şəbəkəsi və onların data mərkəzləri. Məqsəd xidməti son istifadəçilərə nisbətən məkan baxımından çatdırmaqla yüksək əlçatanlıq və performans təmin etməkdir. CDN-lər 1990-cı illərin sonlarında İnternetin insanlar və müəssisələr üçün iş baxımından kritik bir mühitə çevrilməyə başladığı vaxtda İnternetin performans boğazlarını (bottleneck) yüngülləşdirmək üçün bir vasitə kimi meydana çıxdı. O vaxtdan bəri CDN-lər veb-obyektlər (mətn, qrafika və skriptlər), yüklənə bilən obyektlər (media faylları, proqram təminatı, sənədlər), proqramlar (e-ticarət, portallar), canlı yayım və sosial media saytları da daxil olmaqla bu gün İnternet məzmununun böyük bir hissəsinə xidmət etmək üçün böyüdü.CDN-lər internet ekosistemində bir təbəqədir. Media şirkətləri və e-ticarətçilər kimi məzmun sahibləri məzmunlarını son istifadəçilərinə çatdırmaq üçün CDN operatorlarına pul ödəyirlər. Öz növbəsində CDN də öz serverlərini məlumat mərkəzlərində yerləşdirmək üçün İnternet xidmət provayderlərinə (ISP), daşıyıcılara və şəbəkə operatorlarına pul ödəyir. CDN müxtəlif məzmun çatdırılması xidmətlərini əhatə edən ümumi termindir: video striminqi, proqram yükləmələri, veb və mobil məzmunun sürətləndirilməsi, lisenziyalı/idarə olunan CDN, şəffaf keş və CDN performansını ölçmək üçün xidmətlər, yük balansı, çoxlu CDN keçidi, analitika və bulud kəşfiyyatı. CDN satıcıları təhlükəsizlik, DDoS qorunması və veb tətbiqi qoruyucu divarları (WAF) və WAN optimizasiyası kimi digər sənaye sahələrinə keçə bilər. == Həmçinin bax == == İstinadlar == === Əlavə ədəbiyyat === Buyya, R.; Pathan, M.; Vakali, A. Content Delivery Networks: State of the Art, Insights, and Imperatives // Content Delivery Networks.