Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmzəli
Həmzəli (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Həmzəli (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Mərəlik
Mərəlik (əvvəlki adı: Maralıq) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Sələsüz kənd inzibati ərazi dairəsi tərkibindəki Maralıq kəndi Mərəlik kəndi adlandırılmışdır. == Toponimikası və tarixi == Düzənlikdir. Oykonim ərəb dilindəki əra (otlaq, örüş) sözündən və -lıq yer məkan bildirən şək-dən ibarət olub, örüş yeri, otlaq yeri mənasındadır. == Əhalisi == Əhalisi 222 nəfərdir.
Dərəlik bulağı
Dərəlik bulağı — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Culfa-Naxçıvan avtomobil yolundan 2 km. aralıda yerləşir. Əlincəçayın sol sahilindədir. Suyun tərkibində natrium, hidrokarbon, kalsiumli-maqneziumludur. == Ələhi suyunun tərkibi == Suyun tərkibi karbon qazı ilə boldur. Həmçinin suda natrium, kalsium, maqnezium vardır. Kimyəvi tərkibi Şimali Qafqazda yerləşən "Pyatiqorck" suyuna yaxındır. Yerli əhali tərəfindən müalicəvi su hesab edilir. Mineral bulağın suyu ürək-damar və dəri xəstəliklərində müalicəvi vasitə kimi tanınır. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Fərzəli Əliyev
Fərzəli Fazil oğlu Əliyev — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aparıcı elmi işçisi. == Həyatı == Əliyev Fərzəli Fazil oğlu 1953-cü il mart ayının 12-də Azərbaycan Respublikasının Ağdaş rayonunun Aşağı Ləki kəndində anadan olmuşdur. 1961–1966-cı illərdə Aşağı Ləki kənd orta məktəbində və 1966–1971-ci illərdə Orta Ləki kənd orta məktəbində təhsilini davam etdirmişdir. 1971-ci ildə [[[Gəncə Dövlət Universiteti]]nə fizika-riyaziyyat fakultəsinin fizika ixtisasına daxil olmuş və 1975-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 1975–1981-ci illərdə Ağdaş rayonu Orta Ləki kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1981-ci ildə AMEA-nın Fizika İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1989-cu ildə "Gümüş tellur və selendə qalvano-termomaqnit hadisələr" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2005-ci ildə "Gümüş tellur və selendə elektron-fonon prossesləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. == Əsas elmi nailiyyətləri == Əsas elmi istiqamətləri: darzolaqlı yarımkeçiricilərdə elektron-fonon prossesləri, gümüş halkogenidlərdə və faza keçidinə (FK) məruz qalan bəzi materiallarda FK –nin mexanizminin öyrənilməsi. Əsas elmi nəticələri: 1. Ag2Te kristalının elektrikkeçirmə və termoelektrik əmsallarının temperatur asılılıqlarını köməyi ilə elektronların T≈65K-də aşqar səviyyələrindən rezonans səpilməsi müəyyənləşdirilmişdir; 2.
Həmzəli (Qubadlı)
Həmzəli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Həmzəli kəndi Həkəri çayının sahilindədir. Dəlilər Həmzəlisi adı ilə də tanınır. Yaşayış məntəqəsini vaxtilə indiki Qarakişilər kəndinə birləşmiş Həmzəli (Korlar Həmzəlisi) kəndindən çıxmış ailələr saldığı üçün belə adlanmışdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 40 evdə 174 şiə kürd yaşayırdı.
Həmzəli (Şərur)
Həmzəli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == Yaşlıların dediklərinə görə bu kənddə yaşayış yaxın vaxtlardan, yəni 200–250 il bundan əvvəl başlanmış, kənd salınmışdır. Həmzəli kəndini yuxarı Yayçı kəndinin adamları salmışlar. Həmzəli ilə Yuxarı Yaycı kəndi arasında məsafə çox olduğundan adamlar burada məskən salıb yaşamağa qərar versələr də, Yuxarı Yayçının bəyləri bunu qəbul etməmiş, dəfələrlə onları zorla geri, kəndə, yəni Yuxarı Yayçıya dönməyə məcbur etmişdilər. Axırda adamların ötkəmliyi qarşısında bəylər güzəştə getməyə məcbur olmuşdular. Adamların burada kənd salması da təsadüfi olmamışdır. Çünki burada geniş örüşlər, biзənəklər, əkin yerləri vardı. Əlbəttə, bu qeyd edilənlər olsa-olsa Həmzəli kəndinin yaxın tarixini özündə əks etdirir. Bəa onda kəndin neçə illik tarixi var? Bu suala cavab vermək ьзьnkənd ətrafındakı Albantəpəyə, qəbiristanlıqlara diqqət yetirmək lazımdır.
Həmzəli bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Həmzəli nekropolu
Həmzəli nеkrоpоlu — Həmzəli kəndinin şimаl-şərqində yеrləşir. == Haqqında == Tədqiqatlar zamanı təpənin ətəyində kаnаl qаzılаrkən bir nеçə küp qəbir dаğıdılmışdır. Dаğıdılmış küplərin qаlıqlаrı təpənin ətəyinə səpələnmişdir. Küp qəbirlərin yеrləşdiyi təpə nаlşəkilli fоrmаdа оlub şimаlа dоğru еnsizləşir. Tədqiqаt zаmаnı iri küp pаrçаlаrı ilə bərаbər qəbir аvаdаnlığınа аid bir nеçə gil qаbın pаrçаsı dа əldə еdilmişdir. Kеrаmikа məmulаtınа əsаsən nеkrоpоlu I-III əsrlərə аid еtmək оlаr. == Əhəmiyyəti == Nekropolda aparılan tədqiqatlar burada I-III ərslərə aid nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Həmzəli (Qəbələ)
Həmzəli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Həmzəli kəndi çox qədim tarixə malikdir. Kəndin Həmzəli adlandırılması haqqında müxtəlif rəvayətlər mövcuddur. Bir rəvayətə qədim Albaniya dövründə Həmzə adlı bir qoşun başçısının öz əlli nəfərlik qoşunu ilə Qul çayı kənarında məskunlaş və Kəndin adı Həmzə və əlli sözləri birləşdirilərək yaradılmış və illər ərzində Həmzəli kimi formalaşmışdır. Başqa bir rəvayətə görə kəndin tarixi daha qədimə gedir. Həmzə və Əli adlı iki qardaş Böyük qafqaz dağlarının ətəyində çoxlu sayda çayları, səfalı bulaqları, gözəl təbiəti və havası olan bu yerdə özlərinə yaşamaq üçün məskən salır. Kəndin adı isə bu iki qardaşın adları birləşdirilərək Həmzəli adlandırılır. Kəndin ən qədim evləri məhz Qul çayı ətrafında olmuş daha sonra kənd əhalisi artıqca kənd böyüməyə başlamış daha böyük ərazini əhatə etmişdir. == Coğrafi məlumat == Həmzəli haqqında mənbələrdə yazılır ki, ərazidə Şahna və Yurd yerləri olub. Müxtəlif kəndlərdən gələn ailələr burada məskunlaşıblar.
Gül Mərzənik (Bükan)
Gül Mərzənik (fars. گل مرزنيك‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 434 nəfər yaşayır (79 ailə).
Şeyx Həmzəli (Poldəşt)
Şeyx Həmzəli (fars. شيخ حمزه لو‎) - İranın Qərbi Azərbaycan ostanının Poldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qışlaq-i Bərzəliq (Miyanə)
Qışlaq-i Bərzəliq (fars. قشلاق برزليق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 262 nəfər yaşayır (58 ailə).
Herzeleid
Herzeleid - Rammstein qruppunun debut albomudur.
Perelik burnu
Perelik burnu (bolq. нос Перелик, ‘Nos Perelik’ \'nos pe-re-'lik\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şərqdə yerləşən burundur. Burun Qarinya buxtasından cənub-şərqdə, Kozloduy buxtasından şimalda yerləşmişdir.Burun Nelson boğazından 900 m şimal-qərbdə, Kitçen burnundan 1.4 km şimal-qərbdə, Smirnenski burnundan 1.2 km cənub-şərqdə yerləşmişdir. Burun cənubi Bolqarıstanda yerləşən Rodof dağlarının Qolyam Perelik zirvəsinin adını daşıyır. == Yerləşməsi == Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.