HƏLƏLİK


1. zərf Bir müddət, bir qədər, bir müddətə qədər. Hələlik burada otur. Hələlik gözləməli olacaqsan. Hələlik bunu özündə saxla.
– Sonudur qış gününün, toplayaraq var gücünü; Saxlamaq fikrinə düşmüş hələlik öz gücünü. S.Rüstəm.
Murad öz sualına özü cavab verir, hələlik arvadına məsələni bildirmirdi. Ə.Vəliyev.

// Müvəqqəti (olaraq). Hələlik onun yanında yaşa. Pulu hələlik cibində saxla.
[Leytenant:] Hələlik ev-zad düzəldənəcən burada qalarsınız. İ.Əfəndiyev.

// Hazırda, bu saat, indi. Hələlik evə tələsirəm, məşğul ola bilməyəcəyəm. Hələlik işini gör, söhbət sonraya qalsın.
2. Hələlik! – xudahafiz! görüşənədək! sağ ol!
[Tahir:] Hələlik, – deyə, gülə-gülə uzun-caydaq qıza əl elədi və sürətlə uzaqlaşdı. M.Hüseyn.
Sənubər havanın qarışmağına … əhəmiyyət verə bilmədi, mövsümi paltosunu geydi, anasına “hələlik” demədən çıxdı. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏLƏLİK hələlik bax 1. müvəqqəti; 2. əlvida
  • HƏLƏLİK müvəqqətilik

Antonimlər (əks mənalı sözlər)

  • HƏLƏLİK HƏLƏLİK – HƏMİŞƏLİK Hələlik onlar öz aralarında barışa bilmirdilər (M.S.Ordubadi); Qızım, onların qanadları həmişəlik deyildir, onlar töküləcəkdir (S
HƏLƏ-HƏLƏ
HƏLƏM-HƏLƏM

Digər lüğətlərdə

натреща́ться обма́рывать пога́шенный прее́мственность сте́льность всеми́лостивейший перепоста́вка плева́ подложи́ть работорго́вец судово́дительский авдотька пяло beehive oven desinent diphtherian i Kabardino-Balkaria pulsative slicker sort out vouchsafe нумератор скитание скупать