Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həvazin
Həvazin (ərəb. هوازن‎, Hawāzin) — əvvəlcə Nəcdin qərbində və Hicazda, Taif şəhəri ətrafında məskunlaşmış ərəb qəbiləsi. Onlar daha böyük Qeys qəbilə qrupunun bir hissəsini təşkil edirdilər. Həvazinlər Bənu Səid və Bənu Cuşəm, həmçinin hər ikisi çox vaxt həvazindən ayrı sayılan Bənu Səqif və Bənu Əmir alt qəbilələrindən ibarət idi. Qəbilə tez-tez qətafanilər ilə toqquşurdu və bəzən həvazinilərin alt qəbilələri bir-biri ilə vuruşurdular. Qəbilə 630-cu ildə Hüneyn döyüşündə Məhəmmədin qüvvələri tərəfindən məğlub edilmişdi. Həvazin qəbiləsi 632-ci ildə Məhəmmədin ölümündən sonra baş verən Riddə müharibələri zamanı Mədinədə ilk müsəlman dövlətinə qarşı üsyan edən və mübarizə aparan ilk qəbilələrdən biri idi. Şifahi ənənə və şəcərə araşdırmalarına görə, Səudiyyə Ərəbistanında yaşayan müasir uteybə qəbiləsi həvazinilərin nəslindəndir.
Hədis
Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. == Tarixi == Müsəlmanlara görə İslam iki əsas sütunun – Qurani-Kərim və sünnənin əsasında duran sonuncu dindir. İslamın əsaslandığı ikinci sütundan – sünnədən – hədislərin tarixi haqqında. Doğrudur, bir çox alimlərə görə, Sünnə hədisdən daha geniş mənaya malikdir. Ancaq bunların arasında fərqin olmadığını düşünənlər də az deyildir. Hədis dedikdə Məhəmməd peyğəmbər barəsində rəvayət edilən şey nəzərdə tutulur. Ümumiyyətlə, hədis Məhəmməd peyğəmbərin dediklərini, davranışlarını və ətrafında olanların hərəkətlərinə olan münasibətini ehtiva edən bir anlayışdır. Bunun üçün hədisləri çox vaxt [əl-əhədis əl-qavliyyə] – ( Məhəmməd peyğəmbərin dediyi, sözlə ifadə etdiyi hədislər), [əl-əhədis əl-filiyyə] – (Məhəmməd peyğəmbərin davranışını, etdiyi işləri, əməlləri, hərəkətlərini ifadə edən hədislər) və [əl-əhədis ət-təqririyyə] – Məhəmməd peyğəmbərin ətrafında olan insanların davranışlarına, hərəkətlərinə, dediklərinə olan təqriredici münasibətini bildirən hədislər) deyə üç qismə ayırırlar. Bəzən Məhəmməd peyğəmbərin fitri xüsusiyyətlərini, əxlaqı xarakterini də hədis məfhumuna daxil edirlər.
Həvari Andrey
Andrey (q.yun. Ἀνδρέας Andréas) — İsanın on iki həvarisindən biri. Simonun qardaşı, Cəliləli balıqçı. X şəklindəki çarmıxda ölmüşdür. Şotlandiya və Rusiyanın baş əzizi. 30 noyabr Əziz Andrey günüdür.
Həvari Barnaba
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Həvari Bartalmay
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Həvari Filipp
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Həvari Foma
Həvari Foma (yun. Θωμάς Thōmás) — xristianlıqda on iki həvaridən biri.
Həvari Matfey
Həvari Matfey (yun. Ματθαίος Matthaíos) — xristianlıqda on iki həvaridən biri.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, təq. 64 və ya təq. 65, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Həvari Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Həvari Varfolomey
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Yuhənna
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari İoann

Həvari İohann

Həvari Yəhya

Bəhaullahın 19 həvarisi
Bəhaullahın 19 həvarisi (fars. نخستین پیروان بهاءالله‎) — Bəhaullah tərəfindən yayılmış təlimin ilk 19 ardıcılı və dinin 19 həvarisi olaraq qəbul edilən şəxslər.
Hədis Hacıyev
Hədis Hacıyev - Azərbaycan kino rəssamı. == Həyatı == Hədis Hacıyev 14 fevral 1964-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1983) və ÜDKİ-də təhsil alıb (1991). 1991-ci ildən Moskvada çalışır. Çox sayda filmdə, tamaşada, tv verilişində, reklam və kliplərdə rəssam kimi çalışıb. Rusiya istehsalı olan "Qaçırılma" (2005), "Pis həmkar" (rej: Ceyms D.Dek, Mosfilm, Ramko (Rusiya-ABŞ), 2005), "Qaranlıq otaq" (kinoalmanax, REN TV, 2000-2001), "Yay yağışı" (rej: Aleksandr Atanesyan, Angel film – Rusiya, 2000), "Prezident və onun qadını" (rej: Yelena Rayskaya, Evrasiya film – Rusiya, 1996), "Ev" (rej: Leonid Kvinixidze, 10 seriyalı, NTV, 1995), "Ötən ömrə məktub" (rej: Aleksandr Aravin, 1994) filmlərinin rəssamı olub. 2014-ci ildən Moskva Film Məktəbinin Bədii Quruluş programının rəhbəri 2012-1022 Rusiya Kinematografçılar Idarə Heyətinin üzvü 2016-ci ildən - Rusiya Kinematografçılar Kino və TV rəssamlar qildiyasının vitse-prezidenti seçilip 2021-ci ildən Moskva Film Məktəbinin Bədii Programlar bölümünün rəhbəri.
Hədis Nəcəfi
Hədis Nəcəfinin öldürülməsi (5 yanvar 2000, Kərəc, Tehran ostanı – 21 sentyabr 2022, Kərəc) — Məhsa Əminin öldürülməsindən sonra İranda başlayan etirazlarda iştirak edən 22 yaşlı azərbaycanlı Hədis Nəcəfinin İranın təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə güllələnməsi. == Haqqında == Hədis Nəcəfi 5 yanvar 2000-ci ildə Kərəc şəhərində anadan olub. Anası və atası Miyanədən olan azərbaycanlılardır. Ailədə özündən böyük 3 bacısı və bir kiçik qardaşı var. Valideynləri Şərqi Azərbaycan ostanının Miyanə şəhərində anadan olublar. Hədis Nəcəfi dizayn üzrə təhsil alsa da Kərəcdə Mehrşəhr bölgəsində bir restoranda kassir kimi işləyib. Bəzi mənbələrə görə şairə və ədəbiyyatçı kimi tanınıbŞəxsi instaqram səhifəsində yerləşdirdiyi son videosunda "Hazırda etirazlara gedirəm ki, bir neçə il keçdikdən sonra sevinəm ki, etiraz aksiyalarında iştirak etmişəm və artıq indi hər şey dəyişib" deyib. Ölümündən əvvəl etiraz aksiyasında hicabsız dayanaraq sarı saçlarını yığıb önə atıldığını göstərən video ilə məşhurlaşıb. == Ölümü == 21 sentyabr 2022-ci ildə Kərəc şəhərində baş vermiş etiraz aksiyasında iştirak edən Hədis Nəcəfi sinəsindən, üzündən və boynundan 6 güllə yarası aldıqdan sonra yerindəcə keçinib 25 sentyabr 2022-ci ildə dəfn edilib. Ölümündən sonra İranda davam edən etiraz aksiyalarının simvollarından birinə çevrilib.
Quo Vadis?
Quo Vadis? ( Latın: [kʷoː ˈwaːdɪs]) latınca Hara gedirsən? mənasına gələn ifadədir.Dini mənbələrdə qeyd edirilir ki,Müqəddəs Pyotr İsa peyğəmbəri görərkən ona bu sualı verib.Və "yenidən çarmıxa çəkilmək üçün Romaya" cavabını verir.
Səhih hədis
Səhih hədis (ərəb. صَحِيحٌ‎) — islamda sağlam, düzgün, möhkəm mənalarına gəlir. == Etimologiyası == Səhih (صحيح) sözü lüğətdə sağlam, düzgün, möhkəm mənalarına gəlir. Eyni zamanda xəstəlikli, qüsurlu, üzürlü kimi mənfiliyin yoxluğuna işarə edən mənalara gəlir. Hədis elmində terminoloji mənası isə “Ədalət və zəbt sahibi ravilərin kəsiksiz (müttəsil) bir sənədlə rəvayət etdikləri, şaz və illəli olmayan hədis” deyə tərif edilmişdir. == Xüsusiyyətləri == Yuxarıdakı tərifdən sonra bu xüsusiyyətləri ayrı-ayrılıqda ələ alaq və bu xüsusiyyətlərin nə kimi mahiyyət daşıdığına diqqət yetirək. 1)Səhih hədisin raviləri adildir: a) Müsəlman olmalıdır, ancaq bu şərt onun hədisi eşidərkən müsəlman olması üçün qoşulmur. Belə ki, ravinin hədisi rəvayət edərkən müsəlman olması şərtdir. b) Həddi bulluq yaşına çatmış olmalıdır. c) Ağıllı olmalıdır.
Qırx hədis
Qırx hədis — hədis ədəbiyyatının alt janrı. Adından da göründüyü kimi, bu hədislər tərtibçinin məqsədindən asılı olaraq bir və ya bir neçə mövzuya aid qırx hədisdən ibarət toplulardır. Buna ən məşhur nümunə indiyə qədər İmam Nəvəvinin islam şəriətinin bütün əsaslarını özündə ehtiva edən "Qırx hədis"idir. == İstinadlar == == Xarici keçidlər == Forty Hadith Nawawi – English and Arabic. Translation of Imam An-Nawawi's Forty Hadiths. Forty Hadith al-Nawawi in English and Arabic (hadith qudsi) 40 Hadith Nawawi by the Muslim American Society. An Exposition on 40 Ahadith by Imam Ruhullah al-Musawi al-Khumayni (Shia). Turath Publishing's series “Collections of Forty Hadiths”.
Hədis (animasiya)
Hədis ― 2023-cü ildə Azərbaycanda çəkilmiş animasiya filmi. Film 2022-ci il sentyabrın 21-də İranda baş vermiş etiraz aksiyaları zamanı Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib və bu ölkədə gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. == Haqqında == Hədis animasiya filmi 2023-cü ildə çəkilib. Film 2022-ci il sentyabrın 21-də İranda baş vermiş etiraz aksiyaları zamanı Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib. Bununla yanaşı film həm də İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. Müddəti 9 dəqiqədir. Filmin rejissoru Nəzrin Ağamalıyeva ssenarini İsmayıl İmanla birlikdə yazıb. Filmin məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesova, montajçısı Xorxe Sançez Kalderon prodüseri isə Rəşid Ağamalıyevdir. Filmə musiqini Ondrej Zavadil yazıb. Filmin partiturasında Sevda Ələkbərzadənin musiqisi də səslənir.
Hədis (dəqiqləşdirmə)
Hədis
Hədis (film)