XƏLƏF

is. [ ər. ]
1. Sonradan gələn, birinin yerinə keçən və ya keçməli olan, onun işini davam etdirən, onu əvəz edən adam. M.F.Axundzadənin xələfləri. – Ya tələf olmalı, ya xələf. ( Ata. sözü ).
[Səttarzadə] təklikdə, ya evdə nə qədər sakit, sönük görünürsə, adam içində, ictimai yerlərdə öz xələflərini görür… Mir Cəlal.

2. Övlad, varis.
Gör qılsa onu tələf həvadis! Yox bir xələfi ki ola varis. Füzuli.
Derdim ki, gözəl xələf olarsan; Bir ailəyə şərəf olarsan. M.Ə.Sabir.
Oğlunun özünə layiq bir xələf olacağından fərəhlənib, xan qocalıq günlərini şad və rahat keçirmək ümidində idi. M.Rzaquluzadə.

// Nəsil, soy.
Öz xələfin gərək gözləyə kişi… Q.Zakir.
Sən də onun kimi qocalacaqsan, hörmət umacaqsan xələflərindən. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏLƏF xələf bax 1. övlad 1; 2. vərəsə
  • XƏLƏF varis — vərəsə
  • XƏLƏF nəsil — övlad

Antonimlər (əks mənalı sözlər)

  • XƏLƏF XƏLƏF – SƏLƏF Bütün yer üzünün əşrəfiydi o; Adəmin ən böyük xələfiydi o (Şəhriyar); Ehtiram olsa da, hamı əzəldən; “Sələfin yolundan mən uzaq!” – deyi
XƏLBİRVARİ
XƏLƏL
OBASTAN VİKİ
I Xələf
Vəlüddövlə Əmir Xələf bin Əbu Cəfər Əhməd Sistani (Farsca: خلف بن احمد doğ.noyabr, 937 - öl.mart,1009) — 963-1003-cü illərdə Sistanın Səfərilər sülaləsindən hakimi. == Həyatı == Xələf bin Əbu Cəfər Əhməd bin Əbu Leys Məhəmməd bin Xələf bin Leys bin Fərhad bin Səlim bin Mahan Sistan əmirlərindən idi. O, Samanilərin vassalı olaraq hər il xərac ödəyirdi. Müstəqillik ümidində olan Əmir Xələf bir neçə dəfə üsyan qaldırdı. Əmir Xələf bin Əhməd hac ziyarətinə yollanmaq fikrinə düşmüşdü. Sistandan ayrılırkən, yerinə vəkil olaraq Tahir bin əl-Hüseyn adındaki bir şəxsi təyin etmişdi. Xələf bin Əhmədin yoxluğundan istifadə eden Tahir, tamaha düşərək ona isyan etdi. Hacdan dönən Xələf, Buxaraya keçərək Əmir I Mənsura durumu anlatmış və onu Sistana göndərməsini istemişdi. Bu istəyi qəbul edilən Xələf, Buxaradan aldığı yardımçı qüvvələrlə Sistan üzərinə yürümüş, onun geldiyini xəbər alan Tahir də buradan ayrılmış və beləcə əyalət təkrar Xələfin hakimiyətinə keçmişdi. Ancaq Tahir geri dönərək Sistanı təkrar hakimiyətinə daxil etdi.
Xələf (Miyanə)
Xələf (fars. خلف‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 167 nəfər yaşayır (47 ailə).
Xələf Mançarov
Xələf Mançarov — inşaatçı 1940-cı illərdə Qubadan Sumqayıta komsomol putyovkası ilə gələn gənc Xələf əmək fəaliyyətinə məhz burada başlayır. O, əvvəlcə V.İ.Lenin adına boru-prokat zavodunun tikintisində çalışır. Sonra yaşayış yerlərinin tikintisinə cəlb olunub. 1957-ci ildə S.Vurğun adına mədəniyyət sarayının tikintisində çalışanda Sov.İKP üzvlüyünə qəbul edilib. Uzun illər idarə partiya təşkilatının katibi olub. Sumqayıt şəhərinin tikintisində böyük əməyi olmuş Xələf Mançarovun başçılıq etdiyi briqadanın üzvləri yüzlərlə yaşayış evi tikmiş, minlərlə sumqayıtlıya yeni mənzil almaq sevinci bəxş etmişdir. Onun başçılıq etdiyi briqada hər zaman sosializm yarışının önündə addımlamışdır. Əmək fəaliyyəti dövründə Xələf Mançarovun mükafatları, təltifləri çox olub. O, IX, X, XI beşilliklərin qalibi döş nişanlarını alıb. "Şərəf Nişanı" ordeninə və Lenin yubiley medalına layiq görülmüşdür.
Xələf Safullin
Xələf Safullin (20 mart 1921, Ufa quberniyası – 13 aprel 1965, Bakı, Azərbaycan SSR) — məşhur balerin, pedaqoq və rəqqas 1921-ci il mart ayının 20 anadan olub, 1965-ci il aprel ayının 13-də Bakı şəhərində rəhmətə gedib. O SSRi-nin və BASSR-nın xalq artisti idi. == Tərcümeyi-halı == O, 1912-ci ildə Ufim quberniyasında 4 uşaqlı ailədə dünyaya göz açıb. 20-ci illərin sonunda onun ailəsi Ufaya köçürlər. 1941-ci ildə Leninqrad xoliqrafiya məkktəbini bitirir. Onun müəllimləri Pisarev A.A,, Puşkin A.İ., Şiryayev A.R. olmuşdur.Məktəbi bitirdikdən sonra Ufada Başqırdıstan opera və bolet teatrında solist kimi işləməyə başladı.1960-1964-cü illərdə BTOB-da müəllim kimi işləməyə başlayır.1960-cı ildə "Jurav mahsı" əsərində Aslanbəyov rolunu ifa edir.Rejissor kimi Klyuçarevanın "Dağlıq həyatı" (1951), Sabitovanın "Buratina" (1960) səhnəyə qoyub.1965-ci ildə Bakıda rəhmətə gedir və Ufa da dəfn edilir. == Partiya == Yumaqul, Arslanbəy (L.B. Stepanovun "Jurav mahnısı"), Nur (NG Zhiganov tərəfindən "Zyuqra"), Timergol (A.Q. Klyucharevin "Dağlıq janrları"), Siegfried (P.İ. (Çaykovski), Jean de Brien ("Raymonda" AK Glazunov), İvanushka, Phoebus ("Keçmiş At", "Esmeralda" C. Puni), Albert, Conrad ("Giselle", "Corsair" A. Adana) , Franz (J. Strauss "Blue Tuna"), Vaclav ("Bakhchisarai Fountain" BV Asafyev), Frondoso (Laurence AA Keri), Li Shang Fu (RM Gliere tərəfindən "Qırmızı Poppy" ). == Ədəbiyyat == Xəyrulla R.Başkirin balet ustası. Ufa, 1963 Qaleyeva E. Başqırstanın baletinin ürəyi Xələf Safullin, Rodnik 2007,11 avq,4.s. Davıdova E.Artistin abidəsi Xələf Safulllin 2005 == Mükafatları == RSFSR-nın xalq artisti (1955) , BASSR (1949) Qürur ordeni (1946) == İstinadlar == == Xarici keçidlər == http://kulturarb.ru/people/?ELEMENT_ID=8457 http://www.getmovies.ru/stars/?id=141251 http://www.ural.ru/spec/ency/encyclopaedia-17-1781.html Жиленко Н. Душа башкирского балета Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine // Ватандаш.
Məzrayə-i Xələf (Meşkinşəhr)
Məzrayə-i Xələf (fars. مزرعه خلف‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,144 nəfər yaşayır (268 ailə).
Vəlüddövlə I Əmir Xələf
Vəlüddövlə Əmir Xələf bin Əbu Cəfər Əhməd Sistani (Farsca: خلف بن احمد doğ.noyabr, 937 - öl.mart,1009) — 963-1003-cü illərdə Sistanın Səfərilər sülaləsindən hakimi. == Həyatı == Xələf bin Əbu Cəfər Əhməd bin Əbu Leys Məhəmməd bin Xələf bin Leys bin Fərhad bin Səlim bin Mahan Sistan əmirlərindən idi. O, Samanilərin vassalı olaraq hər il xərac ödəyirdi. Müstəqillik ümidində olan Əmir Xələf bir neçə dəfə üsyan qaldırdı. Əmir Xələf bin Əhməd hac ziyarətinə yollanmaq fikrinə düşmüşdü. Sistandan ayrılırkən, yerinə vəkil olaraq Tahir bin əl-Hüseyn adındaki bir şəxsi təyin etmişdi. Xələf bin Əhmədin yoxluğundan istifadə eden Tahir, tamaha düşərək ona isyan etdi. Hacdan dönən Xələf, Buxaraya keçərək Əmir I Mənsura durumu anlatmış və onu Sistana göndərməsini istemişdi. Bu istəyi qəbul edilən Xələf, Buxaradan aldığı yardımçı qüvvələrlə Sistan üzərinə yürümüş, onun geldiyini xəbər alan Tahir də buradan ayrılmış və beləcə əyalət təkrar Xələfin hakimiyətinə keçmişdi. Ancaq Tahir geri dönərək Sistanı təkrar hakimiyətinə daxil etdi.
Xələf Xələfov
Xələf Alı oğlu Xələfov (21 sentyabr 1959, Cil, Çəmbərək rayonu) — Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi (2023-cü ildən); Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə sabiq xüsusi nümayəndəsi. == Həyat və fəaliyyəti == 21 sentyabr 1959-cu ildə Ermənistan SSR-də Krasnoselsk rayonunun Cil kəndində anadan olmuşdur. 1977–1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır. 1983–1990 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor, bölmə rəisi. 1990–1991 SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır. 1991–1992 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi. 1992–1997 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi. 1997–2018 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini.2018–2019 Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini.Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir. 2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.24 iyul 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.Alman və rus dillərini bilir.
İbrahim Xələf
İbrahim Xələf (9 iyul 1986) — İordaniyalı cüdoçu. İbrahim Xələf İordaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İbrahim Xələf birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/32 final mərhələsində Çexiyanın nümayəndəsi Tomaş Briçeno ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:11 hesabı ilə uduzdu.
Xələf bəy Süfrəçi
Xələf bəy Süfrəçi (?-1638)—I Şah Abbas Səfəvinin süfrəçibaşısı, Qızılbaş sərkərdəsi, qurucu. == Həyatı == Xələf bəy I Şah Abbas Səfəvinin süfrəçibaşısı, həm də Qızılbaş sərkərdəsi idi. Bir çox döyüşlərdə iştirak etmişdi. O, əslən Arazbardan olub, Qaracadağ sufilərindən idi. Gənc yaşında Fərhad xan Qaramanlının mülazimi olmuş, bacarıq və qabiliyyətinə görə süfrəçibaşı məqamına yüksəlmiş, əsgəri təşkilatda çərxçibaşı kimi məsul hərbi vəzifədə də olmuşdu.Xələf bəy Süfrəçi 1622-ci ildə I Şah Abbasın Qəndəhar səfərinə qatılmışdı.Məhəmməd Məsumun məlumatına əsasən, türklər ciddi müqavimət göstərdiyinə görə mühasirə uzanmış və Səfəvi ordusu İrəvan altında dörd ay dayandıqdan sonra I Şah Səfi ramazan ayının 25-də (5 mart 1636) qalaya hücum əmrini vermişdi. Orduya yeni komandan təyin edilmiş Xələf bəy üç gün davam edən ağır döyüşdən sonra şəhərə əsas ordunun yolunu aça bilmişdi.1636-cı ildə İrəvanın fəthindən sonra Xələf bəy süfrəçibaşı Hillə qalasına yol çəkmək üçün göndərildi. Burada yol çəkilişində bir çox evlər plana düşüb sökülmüş və əhaliyə məxsus xeyli xurma ağacı kəsilmiş, nəticədə ev və bağ sahiblərinə külli miqdarda ziyan dəymişdi. Təxminən ev və xurma ağacı sahiblərinə 4300 tümən zərər dəymişdi. Şahın göstərişi ilə ev və bağ sahiblərinə dəymiş zərər tam ödənildi. İsfahandan Şah Səfinin ordusu Bağdada yola düşür.
Əmir Xələf Sistani
Vəlüddövlə Əmir Xələf bin Əbu Cəfər Əhməd Sistani (Farsca: خلف بن احمد doğ.noyabr, 937 - öl.mart,1009) — 963-1003-cü illərdə Sistanın Səfərilər sülaləsindən hakimi. == Həyatı == Xələf bin Əbu Cəfər Əhməd bin Əbu Leys Məhəmməd bin Xələf bin Leys bin Fərhad bin Səlim bin Mahan Sistan əmirlərindən idi. O, Samanilərin vassalı olaraq hər il xərac ödəyirdi. Müstəqillik ümidində olan Əmir Xələf bir neçə dəfə üsyan qaldırdı. Əmir Xələf bin Əhməd hac ziyarətinə yollanmaq fikrinə düşmüşdü. Sistandan ayrılırkən, yerinə vəkil olaraq Tahir bin əl-Hüseyn adındaki bir şəxsi təyin etmişdi. Xələf bin Əhmədin yoxluğundan istifadə eden Tahir, tamaha düşərək ona isyan etdi. Hacdan dönən Xələf, Buxaraya keçərək Əmir I Mənsura durumu anlatmış və onu Sistana göndərməsini istemişdi. Bu istəyi qəbul edilən Xələf, Buxaradan aldığı yardımçı qüvvələrlə Sistan üzərinə yürümüş, onun geldiyini xəbər alan Tahir də buradan ayrılmış və beləcə əyalət təkrar Xələfin hakimiyətinə keçmişdi. Ancaq Tahir geri dönərək Sistanı təkrar hakimiyətinə daxil etdi.
Xələf bəy Yağləvəndli-Cavanşir
Xələf bəy Yağləvəndli-Cavanşir (1791–1835) — Qarabağ bəyi, Mehdiqulu xan Cavanşirin sarayında keşikçibaşı. == Həyatı == Xələf bəy Şirin Kələntər oğlu 1791-ci ildə Qarabağın Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Atasının kələntərliyi dönəmində mahal mirzəsi olmuşdu. Atasının vəfatından sonra (1812) Yağləvənd obasının kədxudası vəzifəsində çalışmışdı. 1817-ci ildə Mehdiqulu xan Cavanşirin keşikçibaşısı təyin olunmuşdu. Xələf bəy 1822-ci ildə xanla bərabər İrana qaçmışdı. Abbas mirzə Qovanlı-Qacar Xələf bəyi qohum-əqrabası ilə birlikdə Qaradağ vilayətinin Kərmədüz mahalında yerləşdirmişdi. Hazırda həmin mahalın ərazisində Xələfbəyli adlı qışlaq var.
Abuzər Xələfov
Abuzər Alı oğlu Xələfov (25 dekabr 1931, Cil, Basarkeçər rayonu – 27 aprel 2020, Bakı) — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor. == Həyatı == Abuzər Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. == Fəaliyyəti == A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. Professor Xələfov uzun illər ərzində Sovet İttifaqında – Moskva şəhərində fəaliyyət göstərmiş doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də fəaliyyət göstərmişdir. O, Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvu kimi iştirak etmişdir. A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur.
Ayvaz Xələfli
Xələfli Ayvaz Alı oğlu — coğrafiya elmləri doktoru, professor. == Həyatı == Ayvaz Xələfli 1942-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1949-cu ildə Cil kəndində birinci sinifə getmiş, oranı bitirdikdən sonra 1959-cu ildə Ardanış kənd orta məktəbini bitirmiş, həmin ildə də təhsilini davam etdirmək üçün Bakıya getmiş və Bakı dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1965-ci ildə təhsilini başa vurub, təyinatla öz kəndlərinə qayıdıb fizika müəllimi işləmişdir. 1965-ci ilin noyabrında hərbi xidmətə çağrılmış, bir ilik hərbi xidmətdən sonra Bakı şəhərinə qayıdıb Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstititu nəzdində olan Yer fizikası bölməsində paleomaqnetizm və Yer maqnetizmi laboratoriyasında baş mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Bir il işlədikdən sonra aspiranturaya daxil olub Leninqrad şəhərinə oxumağa getmiş, aspiranturanı bitirdikdən sonra Leninqrad şəhərində elmi tədqiqat institunda elmi işini davam etdirərək orada yaşamışdır. 1977-ci ilin noyabrına qədər orada yaşamışdır. Həmin ildə Leninqrad şəhərindən evini dəyişib Bakıya gəlmiş, akademyanın Geologiya İnstitutunda elmi işlərini davam etdirmişdir. Azəbaycanda aparılan paleomaqnit tədqiqatlarını davam etdirimş, ilk olaraq aparılan tədqiqatların nəticəsi olaraq Azərbaycan, eləcədə bütün Qafqaz ərazisinin qonşu ölkələrin ərazisində aparılan paleomaqnit tədqiqatların nəticələri ilə müqayisəli şəkildə paleotektonik bərpasını vermişdir. 100 çap vərəqi elmi iş yazmışdır, o cümlədən 6 monoqrafiya, 90 dan çox məqalə 15 elmi məruzə etmişdir.
Aşağı Xələfbəyli (Xudafərin)
Aşağı Xələfbəyli (fars. خلف‌بیگلوی سفلی‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanının Gərmədüz bəxşində qışlaq. == Tarixi == İran şahının vəliəhdi Abbas mirzə naibəssəltənə Mehdiqulu xan Cavanşirin küşikçibaşısı Xələf bəy Yağləvəndli-Cavanşirə yurd yeri vermişdi. 1828-ci ildə Xələf bəy Qarabağa dönəndən sonra bu yurdda Hacıəlili elinin Gəncəli oymağı yerləşdi. Aslanduz-Xumarlı yolunun sağ tərəfində qərar tutur. == Coğrafiyası == Araz çayının sahilində, Xumarlı şəhərindən 42 km aralıda yerləşir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (36 ailə).
Cəmil Xələfov
Cəmil Fikrət oğlu Xələfov (25 fevral 1997, Quba rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Xələfov 1997-ci il fevralın 25-də Quba rayonunun Nərimanabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Cəmil Xələfov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Kəşfiyyatçı-pulemyotçu idi. Azərbaycan Ordusunun əsgəri olan Cəmil Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmil Xələfov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Xələfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Xələfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fəxriyyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985-1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.
Fəxriyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985-1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.
Hacı Xələfbəyov
Süleyman Xələfbəyov (azərb. Süleyman Həsənqulu oğlu Xələfbəyov‎; d.1858, Füzuli r. Dördçinar k. - ö.7 iyul 1930) — Repressiya qurbanı. == Həyatı == 1858-ci ildə Karyagin (indiki Füzuli) rayonunun Dördçinar kəndində bəy nəslində anadan olmuş, Xələfbəyov (Hacı) Süleyman Həsənqulu oğlu (nədənsə, cinayət işində təhrifə yol verilərək "Hacı" dini titulu onun öz adı, özünün əsl adı isə, atasının adı kimi göstrilərək səhvə yol verilmiş və şəxsiyyəti yanlış olaraq Xələfbəyov Hacı Süleyman oğlu kimi göstərilmişdir). Ona görə də onun barəsindəki cinayət işini arxivdən tapmaq uzun illər mümkün olmamışdır. Yalnız 2019-cu ilin dekabr ayında belə bir təhrifə yol verildiyini bilməklə,işin Azərbaycan Respublikasının DTX-nın arxivində tapılması mümkün olmuş və onun başına nələrin gəldiyi müəyyən edilmişdir. Bu günə kimi onun nəyə görə həbs olunması və sonrakı taleyhi barədə ailəsinin heç bir xəbəri olmamış, yalnız oradan-buradan eşitmişlər ki, Nargin adasına aparılıb güllələnmişdir. İndiyə kimi dəfn olunduğu yer də məlum deyildir. === Ailəsi === Həbs olunarkən Süleyman Xələfbəyovun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: həyat yoldaşı- Nabat, 60 yaşında (1870-ci il); həyat yoldaşı – Səməngül, 35 yaşında (1895-ci il); Oğulları: Kərim-24 yaşında, Rəhim- 12 yaşında, Məmməd-6 yaşında və Əmir-3 yaşında.
Larisa Xələfova
Larisa Xələfova (20 yanvar 1950, Bakı) ― aktrisa. == Həyatı == 29 yanvar 1950-ci ildə Bakıda anadan olmuşdur. 1972-ci ildə B. V. Şukin adına teatr peşə məktəbini bitirmişdir. 1972–1974-cü illərdə Sverdlovsk dram teatrının aktrisası, 1975-ci ildən S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Kinoda 1966-cı ildən çəkilir. İlk rolu "İstintaq davam edir" filmində Dilarədir. 30-a qədər filmdə çəkilmişdir. == Filmoqrafiya == Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Eldarın rəfiqəsi Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — rol: vunderkindin anası Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — rol: Fikriyyə Bağlı qapı (film, 1981) Bir ailəlik bağ evi (film, 1978) Cansıxıcı əhvalat (film, 1988) Çalışan adam (film, 1996) De ki, məni sevirsən! (film, 1977) Əlavə iz (film, 1981) Günlərin bir günü...
Mahir Xələfli
Mahir Muxtar oğlu Xələfli (8 aprel 2001; Sumqayıt, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mahir Xələfli 8 aprel 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Qubadlı rayonunun Qiyaslı kəndindən idi. Subay idi. == Hərbi xidməti == Mahir Xələfli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncədə və Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Mahir Xələfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mahir Xələfli 27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Mədət Xələfov
Xələfov Mədət Teymur oğlu (1934, Qaryagin rayonu – 25 dekabr 1980, Bakı) — Azərbaycan SSR-nin “Əməkdar mühəndis”i (1980), SSRİ Nazirlər Şurasının mükafatı laureatı (1972, 1978). == Həyatı == Mədət Xələfov 1934-cü il aprelin 16-da Füzuli rayonunda anadan olmuşdur. Pedaqoq Teymur Xələfovun oğludur. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun tikinti fakültəsini bitirdikdən sonra Mədət Xələfov təyinatla Özbəkistan SSR-na göndərilmiş və 1959-cu ilədək tikinti sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-cu ildən başlayaraq əmək fəaliyyətini Kirovabad (Gəncə) şəhərinin Tikinti və arxitektura şöbəsində davam etdirmişdir. 1963-cü ildə Bakıya köçmüş və “AzərDövlətLayihə” Dövlət Baş layihə İnstitutunda işə başlamışdır. Mədət Xələfov ömrünün sonunadək bu təşkilatda çalışmış və qrup rəhbəri vəzifəsindən həmin İnstitutun baş mühəndisi vəzifəsinə yüksəlmişdir. Mədət Xələfov 25 dekabr 1980-ci ildə vaxtsiz vəfat etmişdir. == Fəaliyyəti == Əmək fəaliyyəti dövründə Mədət Xələfov Bakı, Kirovabad (Gəncə), Sumqayıt şəhərlərində bir sıra hündür mərtəbəli binaların, o cümlədən “Azərbaycan”, “Abşeron” və “Moskva” mehmanxanalarının, hazırda Azadlıq meydanında yerləşən 10-16 mərtəbəli yaşayış evlərinin layihələndirilməsi və inşasında müəllif və icraçı kimi iştirak etmişdir. Mədət Xələfov bir neçə inzibati binaların da aparıcı konstruktoru olmuşdur, onların sırasında hazırkı "Prezident Sarayı"nı (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin inzibati binası), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi binasını (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin yanında Partiya Tarix institutu), Azərbaycan Respublikası Milli Məclisinnin binasını (keçmiş Azərbaycan SSR-nin Ali Soveti), keçmiş “Rabitə evi”ni (hazırda burada Baş poçtamt və Azərpoçt yerləşir) qeyd etmək olar.
Məmməd Xələfov
Məmməd Süleyman oğlu Xələfov (20 oktyabr 1922, Dördçinar, Qaryagin rayonu – 12 aprel 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın əməkdar hüquqşünası. == Həyatı == Məmməd Xələfov 1922-ci ilin 20 oktyabrında Füzuli rayonunun Dördçinar kəndində dünyaya gəlib. Atası dövrün bəylərindən Hacı Süleyman repressiya qurbanı olub. Gəncədəki 20 nömrəli dəmir yolu məktəbini qızıl medalla bitirdi, amma universitetə qəbul olunub ali təhsilini davam etdirmək ona dərhal müyəssər olmadı. Gənc Məmməd Xələfovu 1940-cı ildə ordu sıralarına çağırdılar. Hərbi xidmətdə olduğu vaxtda isə XX əsrin ən böyük fəlakətlərindən biri — İkinci Dünya müharibəsi başlandı. Məmməd Xələfov onda cəbhənin ən ağır bölgəsində — Stalinqradda döyüşürdü. 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb hərbi hospitalda yerləşdirildi. Sol qolundakı dərin çapıq ömrünün sonuna qədər o dəhşətli illərdən xəbər verirdi. Sağaldıqdan sonra Gəncəyə qayıtdı, şəhərdəki 28 nömrəli məktəbə hərbi rəhbər təyin olundu.
Məmməd bəy Xələfbəyov
Xələfbəyov Məmməd Xələf bəy oğlu (20.6.1898, Şamaxı -9.12.1939) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Şamaxı realnı məktəbini bitirib (1917), Petroqrad elektrotexnika institutuna daxil olmuş, Fevral inqilabından (1917) sonra Rusiyada baş verən hadisələrlə əlaqədar-təhsilini yarımçıq qoyaraq vətənə qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini fizika-riyaziyyat sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycana dönmüş, 1930-cu illərdə Semaşko adına xəstəxananın cərrahiyyə şöbəsində professor M.Ə.Mirqasımovun yanında işləmişdir. 1930-cu illərin sonlarında repressiyaya məruz qalmış, Kolıma (Rusiya, Maqadan vilayəti) həbs düşərgəsinə göndərilmiş, düşərgə xəstəxanasında həkim işləmişdir. Ölümündən sonra bəraət almışdır.
Nicat Xələfov
Nicat İlqar oğlu Xələfov (4 avqust 2001; Siyəzən, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Xələfov 2001-ci il avqustun 4-də Siyəzən şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Nicat Xələfov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Xələfov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Siyəzən şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nərmin Xələfova
Nərmin İlqar qızı Xələfova (doğ. 12 yanvar 1994, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2017). == Şahmat karyerası == 2010-cu ildə Yunanıstanın Saloniki şəhərində keçirilmiş məktəblilərin şahmat üzrə V Avropa çempionatında birinci yerə çıxıb.2013-cü ildə qadınlar arasında Bakı çempionatının qalibi olub.2016-cı ilin sentyabrında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət ikinci komandasının heyətində üçüncü lövhədə çıxış edib. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Gino Di Felice. Chess International Titleholders, 1950-2016. Cefferson, Şimali Karolina: McFarland & Company, Inc. 2017. ISBN 9781476671321.
Rafiq Xələfov
Rafiq Rəsul oğlu Xələfov (5 iyul 1939, Bakı – 11 oktyabr 1998, Bakı) — mühəndis, Əməkdar mühəndis, dövlət xadimi. == Həyatı == Rafiq Rəsul oglu Xələfov 1939-cu ildə anadan olmuşdur. Rafiq Xələfov 1979–1989-cu illərdə avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur.Rafiq Xələfov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirəndən sonra müxtəlif sahələrdə çalışmışdır. 1962–1965-ci illərdə "Azərtəsərrüfat" Dövlət Layihə İnstitutunda iqtisadçı, iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdı. Sonra "Azərdəniznefttikinti" trestinin baş mühəndisi vəzifəsinə irəli çəkilmişdi. 1969-cu ildə Suriyanın neft yataqlarında tikinti işlərinin aparılmasında iştirak etmək üçün bu ölkəyə ezam olunmuşdu. Sonralar neft sənayesi tikintisi üzrə səriştə və təcrübəsini nəzərə alaraq R.Xələfovu keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin "Xəzərdənizneft" İstehsalat Birliyi baş direktorunun müavini, "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyi rəisinin müavini vəzifələrinə irəli çəkmişdilər. Rafiq Xələfov Tovuzda və Zərdabda Kür, İmişlidə Araz, Naxçıvanda Naxçıvançay, Laçında Pircahançay, Qazaxda Ağstafaçay üzərində körpülərin salınmasında bilavasitə rəhbərlik və iştirak edib. Həmin illərdə Lökbatan-Ələt, Bakı- Sumqayıt-H.Z.Tağıyev-Giləzi magistrallarında hərəkəti tənzimləyən körpülər də salınıb. Azərbaycanın yol tarixində ilk dəfə olaraq şose yollarının uzunmüddətli inkişaf proqramı da (1981–2000-ci illər üçün) onun rəhbərliyi ilə işlənib hazırlanmışdı.
St.Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Stansiya Xələfli
Xələfli (qəsəbə, Cəbrayıl)
Süleyman Xələfbəyov
Süleyman Xələfbəyov (azərb. Süleyman Həsənqulu oğlu Xələfbəyov‎; d.1858, Füzuli r. Dördçinar k. - ö.7 iyul 1930) — Repressiya qurbanı. == Həyatı == 1858-ci ildə Karyagin (indiki Füzuli) rayonunun Dördçinar kəndində bəy nəslində anadan olmuş, Xələfbəyov (Hacı) Süleyman Həsənqulu oğlu (nədənsə, cinayət işində təhrifə yol verilərək "Hacı" dini titulu onun öz adı, özünün əsl adı isə, atasının adı kimi göstrilərək səhvə yol verilmiş və şəxsiyyəti yanlış olaraq Xələfbəyov Hacı Süleyman oğlu kimi göstərilmişdir). Ona görə də onun barəsindəki cinayət işini arxivdən tapmaq uzun illər mümkün olmamışdır. Yalnız 2019-cu ilin dekabr ayında belə bir təhrifə yol verildiyini bilməklə,işin Azərbaycan Respublikasının DTX-nın arxivində tapılması mümkün olmuş və onun başına nələrin gəldiyi müəyyən edilmişdir. Bu günə kimi onun nəyə görə həbs olunması və sonrakı taleyhi barədə ailəsinin heç bir xəbəri olmamış, yalnız oradan-buradan eşitmişlər ki, Nargin adasına aparılıb güllələnmişdir. İndiyə kimi dəfn olunduğu yer də məlum deyildir. === Ailəsi === Həbs olunarkən Süleyman Xələfbəyovun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: həyat yoldaşı- Nabat, 60 yaşında (1870-ci il); həyat yoldaşı – Səməngül, 35 yaşında (1895-ci il); Oğulları: Kərim-24 yaşında, Rəhim- 12 yaşında, Məmməd-6 yaşında və Əmir-3 yaşında.
Teymur bəy Xələfov
Teymur bəy Xələfov (1897, Dördçinar, Qaryagin rayonu – 1966, Dördçinar, Füzuli rayonu) — müəllim, Zaqafqaziya (Qоri) Müəllimlər Sеminariyasının məzunu. == Həyatı == Tеymur bəy Məşədi Mirzə Məmmədqulu bəy оğlu 1897-ci ildə Cəbrayıl qəzasının Dördçinar kəndində dünyaya pənah gətirmişdi. Təhsilini Gəncə (Yеlizavеtpоl) kişi gimnaziyasında, sоnra Zaqafqaziya (Qоri) Müəllimlər Sеminariyasında almışdı. 1931-ci ilədək ibtidai məktəb müəllimi işləmişdi. Tеymur bəy Xələfоv 1966-cı ildə Füzuli şəhərində vəfat еdib. Tеymur bəy Nənəş xanımla ailə qurmuşdu. Əşrəf, Mədət, Əbülhəsən adlı оğulları var. == Mənbə == Ənvər Çingizoğlu, Xələf bəyin xələfləri-I yazı, "Soy" dərgisi, 1 (1) Bakı, 2003; Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.

Digər lüğətlərdə

во сла́ву гни́лостно на фо́не наплёскиваться перенаполня́ть пи́скать по-сво́йски правове́дение прови́нчивать ремни́ скрёбка будьте уверены! мяте́ж неустро́енный нея́рко поню́шка уве́ренный лис baggage room bondslave eme excogitation sailor-man доработка неприемлемый