Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşağı Həzaran (Çaroymaq)
Aşağı Həzaran (fars. هزاران سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 33 nəfər yaşayır (6 ailə).
Yuxarı Həzaran (Çaroymaq)
Yuxarı Həzaran (fars. هزاران عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 45 nəfər yaşayır (12 ailə).
Bəzirgan
Bəzirgan — tacir. Bəzirgan (aşırım) — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m.
Gəgiran
Gəgiran — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == İqtisadiyyatı == Gəgiranda iqtisadi vəziyyət çox ağır olduğundan cavanların burdan köçməsinə səbəb olur. Kənddə 300 təsərrüfat var. Torpaq bölgüsü nəticəsində kənddə adambaşına 9 sot torpaq düşüb. Kəndə suyun çəkilişi isə 2015-ci ildə nəzərdə tutulub. == Din == Kənddə Gəgiran kənd məscidi dini icması fəaliyyət göstərir.
Nəzirvan
Nəzirəvan, Nəzərəvan, Nəzirvan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzidən 7 km şimal-qərbdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Nəzərocaq qışlağı kimi, Qafqazın 5 verstlik xirtəsində Nəzravan formasında qeyd edilmişdir.1728-ci ildən mə'lumdur == Toponimi == Toponim Nəzər şəxs adına urartu dilində "yer, ölkə" mənası bildirən ebani sözündən əmələ gələn van//avan topoformantının qoşulması yolu ilə formalaşmışdır. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 194 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 448 nəfər, 1897-ci ildə 467 nəfər, 1908-ci ildə 553 nəfər, 1914-cü ildə 613 nəfər, 1916-cı ildə 573 nəfər, 1918-ci il də 553 nəfər, 1919-cu ildə 322 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə əhalisi qovulmuş və kənd dağılmışdır. 1919-cu ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 94 nəfər, 1926-cı ildə 114 nəfər, 1931-ci ildə 152 nəfər azərbaycanlı yaşamışdır. Ermənilər kəndə 1923–1925-ci illərdə Türkiyədən köçürülmüşdür.
Qəziyan
Qəzyan, Qazyan – Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. == Toponimikası == Qəzyan kəndi Bərgüşad (Bazarçay) çayının sahilində, dağlıq ərazidədir. Düzgün adı Qaziandır (yəni “qazılar”). Ərəb dilində qazi “kafirlərə qarşı vuruşan döyüşçü və dəstə, qoşun başçısı” mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. “Kitabi-Dədə Qorqud”da qazı-ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardı. Respublika ərazisindəki Qazian adlı toponimlər bu tayfanın adı ilə bağlıdır.
Təzirkan
Təzərkoş, Təzirkan və ya Tərəzkəş (fars. طزركش‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 311 nəfər yaşayır (80 ailə).
Zaziran
Zaziran — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,670 nəfər və 2,003 ailədən ibarət idi.
Ləzran
Ləzran (Yardımlı) — Azərbaycanın Yardımlı rayonunda kənd. Ləzran (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Bəzirgan (aşırım)
Bəzirgan aşırımı — Qarabağ silsiləsində aşırım. Hün. 1633 m. Laçın və Şuşa rayonları sərhədində, Bəzirgansu çayının (Həkəri çayının qolu) mənbə hissəsindədir. Yamacları meşəlikdir. Bəzirgan orta əsrlərdə şərq ölkələrində ticarətlə məşğul olan adamlara verilən addır. Farsca bəzərgan "tacir, sövdəgər" deməkdir. Çox güman ki, vaxtilə bu aşırım karvan yolunun üstündə olmuş və ticarətə xidmət etdiyindən bu adı almışdır.
Cəmiran (Ərdəbil)
Cəmiran — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 25 km şimal-qərbdədir.
Gəgiran bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hərəkiyan (Şəpiran)
Hərəkiyan (fars. هركيان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər. yaşayır (96 ailə).
II Hayiran
II Hairan (ərəb. هيران إي‎) — Palmira şahzadəsi və kral Odenatın oğlu. == RTP 736 adlı möhür == Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur. Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur. == Kral Herodian və II Hairan == Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür. Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.Avqusta Tarixi, Odenatın Herod adlı (daha köhnə bir evlilikdən), Herenniyan adlı və daha bir çox oğlu olduğunu qeyd edir.
Zəmziran (Sərdəşt)
Zəmziran (fars. زمزيران‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (58 ailə).
II Hairan
II Hairan (ərəb. هيران إي‎) — Palmira şahzadəsi və kral Odenatın oğlu. == RTP 736 adlı möhür == Hairanın varlığının sübutu RTP 736 adlı bir qurğuşun möhürlə tapılmışdır. Möhürdə iki keşiş təsvir edilmişdir. Bir tərəfdə Odenatın oğlu və xələfi Vaballatın adı, digər tərəfdə isə Hairanın adı oyulmuşdur. Odenatın adı hər iki tərəfə də həkk olunmuşdur. Ana adı və tarixi haqda heç bir məlumat yoxdur. == Kral Herodian və II Hairan == Odenatın 251-ci ildən daha irəli vaxtlara aid bir çox kitabələrdə görünən II Hairan adlı başqa bir oğlu var idi. Qurğuşun möhürdə, krallar kralı Septim Herodianın adı görünür. Alimlər Septimius Herodianın I Hairan ya da II Hairan olduğu haqda mübahisə edirlər.Avqusta Tarixi, Odenatın Herod adlı (daha köhnə bir evlilikdən), Herenniyan adlı və daha bir çox oğlu olduğunu qeyd edir.
Ləzran (Cəlilabad)
Ləzran — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Cəngan i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçən əsrdə Lənkəran r-nu ərazisində mövcud olmuş Ləzran kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 349 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ləzran (Yardımlı)
Ləzran — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Ərus kənd Sovetinin Ləzran kəndi Ərsilə kənd Sovetinin tərkibinə verilmişdir. == Tarixi == === Tarixi abidələri === Ləzran kəndinin yaxınlığında XIII-XIV əsrlərə aid edilmiş Abi-Dərdə türbəsi yerləşir. Türbə ilkin forması saxlanmaqla 1985 və 2000-ci illərdə təmir olunub. Yardımlı şəhər sakini Hacı Sabir İsmayılovun şəxsi vəsaiti hesabına 2011-ci ildə ziyarətgahın yanında istirahət otağı və 17 metr uzunluğunda məscid tikilmişdir. Abi-Dərdə türbəsi ən çox ziyarət olunan pirlərdən biridir, buraya müxtəlif yerlərdən insanlar ziyarətə gəlir. Abi-Dərdə türbəsi 4471 invertar sayı ilə XIV əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınaraq mühafizə olunur. === Deportasiya === 1944-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin hərbi sərhəd zonasından kəndlərin köçürülməsi haqqında qərarına əsasən 20-yə yaxın kəndin köçürülməsi prosesi başlanıldı. Köçürülənlərin bir hissəsi Yardımlının Çayüzü, Ünəç, Əsədabad kəndlərində yerləşdirilib. Kəndlərin torpaq sahələri dövlət fonduna daxil edilib.
Əsiran (Xudafərin)
Əsiran (fars. اسيران‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 42 nəfər yaşayır (9 ailə).
Aşağı Həmziyan (Çaypara)
Aşağı Həmziyan (fars. حمزيان سفل‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (15 ailə).
Yuxarı Həmziyan (Çaypara)
Yuxarı Həmziyan (fars. حمزيان عليا‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər yaşayır (23 ailə).
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Əmir Əmiran Ömər
Əmir Əmiran Ömər — Eldəniz şəhzadəsi Məhəmməd Cahan Pəhləvan və İnanc xatunun oğlu. == Həyatı == Cahan Pəhləvan ölümündən əvvəl öz övladları arasında hakimiyyəti bölüşdürmüşdü. Azərbaycan və Arranın idadəsini oğlu Əbu Bəkrə tapşırmış, qardaşı Qızıl Arslanı da onun atabəyi təyin etmişdi. Rey, İsfahan və Əcəm İraqının idarəsi Qutluq İnanc ilə Əmir Əmiran Ömərə, Həmədanı isə Özbəyə vermişdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu. Varisi Qızıl Arslan yalnız sultan III Toğrulun deyil, eləcə də qardaşının dul arvadı İnanc xatunun və onun İraq Səlcuq əmirləri arasındakı tərəfdarlarının müqavimətləri ilə üzləşməli oldu.Cahan Pəhləvanın əmrindəki məmlüklər və əmirlər də taxt iddiaçıları arasında üçə bölünmüşdülər. Ordunun böyük bir hissəsi Qızıl Arslanın tərəfində idi. Əmirbar Mahmud Anasıoğlu, Qəzvin əmiri Nurəddin Qara, Natanz hakimi Nurəddin Qıran Huvan, Rey əmiri Siracəddin Qaymaz, Qarac valisi Əbu Duləf, Fərrazin hakimi və Atabəy Pəhləvanın məlikül-ümərası Cəmaləddin Uluq Barbəy Ay-Aba əl-Fərrazin Qızıl Arslanın atabəyliyini dəstəkləyirdilər. Cəmaləddin Ay-Aba, Seyfəddin Rus və Cəmaləddin Öz-Aba Qutluq İnanc ilə Əmir Əmiran Ömərin, İzzəddin Miyak əl-Atabəyi, Qaragöz əl-Atabəyi, Bəşir və Sevinc Aba sultan III Toğrulun tərəfini tuturdular.Oğulları Qutluq İnancın və Əmir Əmiran Ömər hakimiyyətə gəlməsini istəyən İnanc xatunun narazılığına baxmayaraq, əmirlərin əksəriyyəti belə bir nəticəyə gəldilər ki, Cahan Pəhləvanın varisi məhz Qızıl Arslan olmalıdır. 1186-cı ildə Onlar sədaqətlərini Qızıl Arslana bildirərək, ondan Həmədana gəlməyi və dövlətin idarəsini öhdəsinə götürməyi xahiş edirlər.
Güzik (Şepiran)
Güzik (fars. گوزيك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı, Şəpiran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 286 nəfər. yaşayır (42 ailə).
Şeyx Məhəmmədəli Həzin
Şeyx Məhəmmədəli Həzin (1692, İsfahan, -1766) — İran şairi və ensiklopediyaçı-alimi. == Həyatı == Şeyx Məhəmmədəli Həzin Hindistanda fars ədəbiyyatının yayılmasında mühüm rol oynamışdı. Dehli şəhərində yaşamışdı. == Əsərləri == Куллияте Хазин, Лакноу, 1292 с. г. х. (1913); Тарихе Хазин, Исфахан, 1332 с. г. х. (1953); Тазкере-йе Хазин..., 2 изд., Исфахан, 1334 с.
Helian Dinq
Helian Dinq — son Hsia şanyüsü. Qardaşı Helian Çanqın əsir götürülməsindən sonra imperator olmuşdur. 430-cu ildə Sonq sülaləsi imperatoru Vei ilə müttəfiq olan Dinq 431-ci ildə Qərbi Qin krallığını dağıdaraq onun torpaqlarına köçdü. Həmin il paytaxt Piqnlianqı müdafiə edən qardaşları Helian Duluqu və Helian Şeqan Şimal Veyə təslim oldu. Helian Dinq əmisi Helian Veifanı müharibə üçün göndərdi və Qərbi Qin dövlətinin qalan torpaqlarını da tutdu. Helian Dinq gözlənilmədən Tuyuhun dövləti tərəfindən hücuma məruz qaldı və əsir edilərək Şimal Veyə göndərildi. Dinq orda edam olundu və üçüncü hun dövlətinin də sonu gəldi.
Helian Çanq
Helian Çanq 2-ci Hsia şanyüsüdür. Cəmi 3 il hakimiyyətdə qalmışdı amma gözlənilmədən Şimal Vey ordularının hücumuna məruz qaldı. Tonqvan güclü qala olsa da qapıları gec bağlandığı üçün düşmən ordu içəri girmişdi. Vey ordusunu qovmağı bacaran Çanq qardaşı Dinqi onlara qarşı göndərdi. Özü Vey ordusuna məğlub olaraq Tonqvana yox, Şanqiyə qaçdı. Tonqvan ələ keçirildi. Helian Çanq 428-ci ildə əsir götürülərək Şimal Vey torpaqlarına aparıldı. 434-cü ildə Çanq qaçmağa çalışarkən edam olundu. Şimal Vey onun digər qardaşlarını da edam etdi.
Heyran (Astara)
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Heyran əhalisi talışlardan ibarətdir. Kənddə Onlar talış dilinin Ərdəbil ləhcəsində danışırlar. Bu kənd tətil günlərdə Təbriz və Ərdəbil dən çoxlu qonaq və turist qəbul edir. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır.
Heyran (Qoşaçay)
Heyran (fars. حيران‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 274 nəfər yaşayır (67 ailə).
Heyran dehestanı
Heyran dehestanı (fars. دهستان حیران‎) — İranda, Gilan ostanının Astara şəhristanının Mərkəz bəxşində inzibati ərazi vahidi. 2011–ci il siyahıyaalınmasına əsasən dehestan inzibati cəhətdən 20 kəndi əhatə edir, onlardan 2–sində əhali yaşamır.
Heyran gədik
Heyran — İranın Astara şəhristanının inzibati ərazi vahidində kənd. Heyran əhalisi talışlardan ibarətdir. Kənddə Onlar talış dilinin Ərdəbil ləhcəsində danışırlar. Bu kənd tətil günlərdə Təbriz və Ərdəbil dən çoxlu qonaq və turist qəbul edir. Kənd əhalisinin əsas qazanc mənbəyi turizmdir. İndiki Heyran kəndi Qədim Heyran Təpə, Heyran Dərə və Ortaca Heyran kəndlərinin birləşdirilməsi nəticəsində yaranmışdır.
Heyran xanım
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.