Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dakiya
Roma Dakiyası (lat. Dacia Romana) — Roma imperatoru Trayanın 106-cı ildə dakların ərazisini işğal etdikdən sonra yaratdığı Roma əyaləti. == Tarixi == Roma işğalı sosial təbəqələşmə, quldarlıq münasibətlərinin inkişafı, digər əyalətlərdən gəlmələrin axını hesabına əhalinin etnik tərkibinin dəyişməsi ilə müşayiət olunurdu. Dakların romanlaşması nəticəsində kütləvi (xüsusilə taxılçılıq) intensivləşmiş, mədən işi və metal emalı inkişaf etmiş, dulusçuluq təkmilləşdirilmiş, ticarət artmışdı. Romanlaşma yeni şəhərlərin salınması və köhnələrinin (Apulum, Porolissum, Drobeta və s.) məskunlaşdırılması, koloniyalarda və pereqrinlərə məxsus torpaqların ixtisarı hesabına munisipilər səviyyəsinədək yüksəlmiş məskənlərdə latın dilinin və Roma hüququ normalarının yayılması ilə nəticələnmişdi. == Quruluşu == Dakiyada romanlaşmanın daşıyıcıları legionerlər və veteranlar, əsasən, Kiçik Asiyadan və şərq vilayətlərindən gəlmələr olmuşlar. Roma planı əsasında yenidən qurulmuş Sarmizegetusa Dakiyanın paytaxtı olaraq qalmaqda idi. Yaradılmış əyalət qonşu yaziqlər, bastarnalar, roksolanlar, karplar və azad dakların arasıkəsilməz basqınlarına məruz qalırdı. Bu çətinliklər Adrianı 118/119-ci illərdə Dakiyanı Aşağı Pannoniya ilə birləşdirməyə, sonradan isə Dakiya əyalətini iki hissəyə: Aşağı Dakiya (Olteniya və Banatın ş. hissəsi) və Yuxarı Dakiyaya bölməyə vadar etdi.
Hafizə
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Lakiya
Lakiya (həmçinin Lakistan; Lak: Lak, Lakral kanu, Lakku bilayat, Lakkuy) — Şərqi Avropada, Şimali Qafqazda, Dağıstandakı Lakların etnik ərazisinin adıdır. Kumux, Laki və Kulinskiy bölgələrindən ibarət Lakiyanın əsas tarixi, mədəni, mənəvi və siyasi mərkəzidir. == Ərazisi == === Coğrafi mövqeyi === Lakiya şimalda və qərbdə Avariya ilə, şərqdə Darqo, cənubda isə Aqul və Rutul ilə həmsərhəddir. Qafqazın o biri tərəfində Gürcüstan və Azərbaycandır (tarixi Tsaxur krallığı da daxil olmaqla). Lakiya, ucları şimalda, bazası cənubda olan bir az yuvarlaq tərəfləri olan üçbucaqdır. Bu üçbucağın zirvəsi Tsudaxar dərəsidir. Bu üçbucağın tərəfləri Qafqaz dağlarının eninə silsilələridir. Şərq tərəfinə Karinsko-Kundi dağları, Əli dağı, Şunudağ və Kulinsko-Xosrex silsiləsi daxildir. Yaylağın qərb tərəfinə Turçidağ, Şalı silsiləsi və Arçavar silsiləsi daxildir. Rus generalı və tarixçisi Komarov(1869) yazırdı: “Lak ölkəsi, Gümükün əsas kəndindən beş kilometr aşağıda bağlı olan bir çox kanyonlardan ibarətdir; Samur vadisindən yüksək bir silsilə ilə ayrılır.
Makina
== Çap maşını == Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsi ilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. == Daktilo yazısı == Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Yakuza
Yakudza (yap. ヤクザ) — Yaponiya mafiya qruplaşması. Ginnesin rekordlar Kitabına görə dünyanın ən əhəmiyyətli cinayət fenomendir. Əsası 17-ci əsrdə qoyulmuş Yakudzanın fəaliyyət dairəsinə ölkəyə Avropa və Amerikadan senzurasız pornoqrafiya importu, bədən alveri, reket və qanunsuz immiqrasiyanın təşkili aiddir. Çeçələ barmağının yoxluğu mafiya üzvü olmağın işarəsi sayılır. Dəstə üzvləri başçıdan üzr istəmək məqsədi ilə bu qurbana yol verirlər. Yakudzanın yuxarı ranqında duran üzvlərinin bir çoxunun bədəni tamamilə tatuaj ilə örtülmüşdür. Hazırda cinayətkar qrupun 2.500 ailəni təmsil edən 110.000 fəal üzvü vardır. == Etimologiya == == Yakudzanın tarixi == === Tekiya və bakuto === === İlk patron və ilk müharibə === === XX əsrin birinci yarısı === === Qurentay === === Osaka müharibəsi və Yamaquchi-Quminin yüksəlişi === === Yoşio Kodama dövrü === === Sokaya === === 1990-cı illər === === 2000-cı illər === === 2010-cı illər === == Yakudzanın strukturu == === Ən böyük qruplar === == Yakudzanın fəaliyyət dairələri == === Coğrafi yayınması === == Submədəniyyət və yakudzanın xüsusiyətləri == === Daxili atributları === == Yakudza ilə mübarizə == == Yakudza populyar mədəniyyətdə == == İstinadlar == == Xarici keçidlər == "YAKUZA Wiki" (yapon). YAKUZA Wiki.
Şakira
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Akira
Akira — ad. Akira Kaci — keçmiş Yaponiya futbolçusu.
Akita
Akita (şəhər) — Yaponiyada yerləşən şəhər. Akita (it) — Yapon işçi it növü. Akita prefekturası — Yaponiyada yerləşən prefektura.
Hafiz
Hafiz (ərəb. حافظ‎) — Quranı əzbər bilən şəxs. Qadın cinsindən olan insanlara hafizə deyilir. == Hədis == Hafiz ərəb dilində "əzbərləyən, mühafizə edən" mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir. == Həmçinin bax == Hədis == İstinadlar == == Xarici keçidlər == Hədis elmi.
Hakim
Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Yarğıc (hüquq) - yrğılayan kimsə Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Hakim (rəhbər) — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Baykar Makina
Baykar Makina — 1984-cü ildə əsası Özdemir Bayraktar tərəfindən qoyulmuş Türkiyə təyyarə düzəltmə şirkəti. == Ümumi məlumat == Əsası qoyulduqdan sonra ilk illərdə şirkət mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələrin istehsalı ilə məşğul idi. 1986-cı ildə Özdemir Bayraktar tərəfindən Baykar Makina olaraq yerliləşdirməyə tabe olan həssas mühərrik, nasos və sürət qutusu hissələrinin istehsalında avtomobil sənayesinə xidmət etmək üçün yaradılmışdır.2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başladı. Özdemir Bayraktarın oğulları - Haluk, Səlçuk və Axmet ​​Bayraktar - bu işlərdə fəal iştirak edirlər.Şirkətin tədqiqat və elmi inkişaf qrupu 800 nəfərdən ibarətdir. Bunların arasına mühəndislər və texniki işçilər daxildir. == Fəaliyyəti == 2007-ci ildə şirkət ilk Türk pilotsuz kəşfiyyat dronu "Kale-Baykar Mini"ni hazırladı. Türk Quru Qoşunları Komandanlığı, şirkətlə 19 ədəd PUA sistemi almaq üçün müqavilə imzaladı. Baykar Makina, xarici müştərilərə pilotsuz uçan aparatları ixrac etməyə başlayan ilk Türkiyə şirkəti oldu. "Kale-Baykar Mini"nin ilk alıcısı Qatar oldu.Bayraktar Taktiki Sinifi PUA-ların düzəldilməsi və istehsalına görə Baykar Makina 2010-cu ildə 9-cu texnologiya mükafatını aldı. Baykar Makinanın "Taktiki uçuş idarəetmə sisteminin üç ehtiyat proqramının komponentinin inkişafı" layihəsi 2015-ci ildə Yıldız Texniki Universitetinin Texnoparkı tərəfindən təşkil edilən Texnologiya Ulduzları Mükafatları proqramında "Project Star" mükafatına layiq görülmüşdür.
Fakiya Tuquzbayeva
Fakiya Tuquzbayeva (başq. Туғыҙбаева Факиһа Һаҙый ҡыҙы 1 yanvar 1950, Buzdək rayonu, Başqırd MSSR – 20 mart 2021, Ufa) — Başqırdıstan Respublikasının xalq şairi, Salavat Yulaev adına Başqırdıstan Dövlət mükafatı laureatı (1995), Başqırdıstan Respublikasının (1992) və Rusiya Federasiyasının (2000) əməkdar mədəniyyət işçisi, Başqırdıstan Respublikasının təhsil əlaçısı. Başqırdıstan Respublikası və Rusiya Federasiyası Yazıçılar Birliyinin üzvü. == Bioqrafiyası == Tuquzbayeva Fakiya 1 yanvar 1950-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Buzdək rayonunun Kiçik Kanlı kəndində anadan olmuşdur. 1972-ci ildə Başqırdıstan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Təhsilini bitirdikdən sonra Başqırdıstan Pionerləri qəzetində ədəbi işçi kimi çalışmışdır. 1979-1989-cu illərdə "Pioner" jurnalında çalışır. 1990–2010-cu illərdə. "Akbuzat" jurnalının baş redaktoru olur. == Yaradıcılığı == XX əsrin 70-ci illərindəN şeirLƏR yazmağa başlayır.
Futbol hakimi
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Hafizə Əsgərova
Hafizə Əsgərov Hüseyn qızı (d.1950-ci ildə 20 mart Cəbrayıl rayonunun Soltanlı kəndi) coğrafiya elmlər doktoru, Coğrafiya və ÇH fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti. == Həyatı == Əsgərova Hafizə Hüseyn qızı 1950-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1967-ci ildə ADPU-nun Coğrafiya fakültəsinə qəbul olmuş, 1971-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1971-ci ildən 1979-cu ilə kimi təyinatla Xırdalan şəhərində 2 saylı orta məktəbdə müəllim işləmiş, 1979-cu ildə Pedoqoji Universitetin coğrafiya fakültəsində ümumi coğrafiya kafedrasında baş laborant vəzifəsinə qəbul olunmuşdur. 1992-ci ildən kafedrada müəllim, baş müəllim işləmişdir. 1999-cu ildə AMEA ak H.Əliyev adına Coğrafiya İnstitutunun “Fiziki coğrafiya” şöbəsinin “landşaftşünaslıq” bölməsində “Landşaftların səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi Kiçik Qafqazın şimal-şərq və Ceyrançöl alçaq dağlığı timsalında” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adını almışdır. == Elmi əsərləri == O, bir ixtisasçı kimi səhralaşma sahəsi üzrə 34 məqalə, 4 tezis çap etdirmişdir, 4 tədris proqramı, 2 metodik göstərişin müəllifidir. “Landşaftın geokimyası” kursunun proqramı. Pedaqoji universitet və institutlarda magistr hazırlığı üçün. Bakı, ADPU, 2005, səh 24-28.Landşafşünaslığın əsasları.
Hakikat (qəzet)
Hakikat (avar. XӀакъикъат) - Dağıstan Respublikasının Mahaçqala şəhərində avar dilində nəşr olunan qəzet. Qəzet 1917-ci ildə təsis edilmişdir. === Keçmiş adları === 1979-1918: XӀакъикъат - (azərb. Həqiqət‎) 1918-1920: ХӀалтӀулел чагӀи - (azərb. İşləyən insanlar‎) 1920-1921: БагӀараб байрах - (azərb. Qırmızı bayraq‎) 1921-1934: БагӀарал мугӀрул - (azərb. Qırmızı dağlılar‎) 1934-1951: МагӀарул большевик - (azərb. Bolşeviklər dağlarda‎) 1951-1957: Дагъистаналъул правда - (azərb. Dağıstan həqiqətləri‎) 1957-1990: БагӀараб байрах - (azərb.
Hakuna matata
Hakuna matata — "kədərlənmə" və "problem deyil" mənasını verən suahili ifadəsidir. Zənzibar, Tanzaniya və Keniyada yaşayan insanlar bu deyimdən geniş istifadə edirlər. İdiom tez-tez tətil kəndlərində, otellərdə və turizm sənayesində istifadə olunur. Bu deyimin yayılmasında ən böyük amillərdən biri Kral Şir cizgi filmində bu deyimin fəlsəfəsindən istifadə edilməsidir.
Hatiya adası
Bhola adası (benq. Hatia) — Banqladeşin Bhola adasından sonra ölkənin ikinci ən böyük adası. Meqhna çayının deltasında yerləşir. Sahəsi 371 km² təşkil edir. == Coğrafiyası == Qanq çayının mənsəbindən şərqdə, Sandvip adasından isə qərbdə yerləşir. Ada ərazisinin böyük hissəsini bataqlıqlaşmış sahələr tutur ki, bununda böyük hissəsini manqrov meşələri tutur. Ada ərtafı ərazilər dayazlıqlardan ibarətdir. Mussonlar zamanı isə ada bütünlüklə suyun altında qalır. == Tarixi == 1508-ci ildə adanı Alvares de Dominqo Hindistan sahilləri ilə üzərkən aşkar etmişdir. Ancaq adada yaşayış olmasını görsə də oranı işğal etməmişdir.
Haşima (şəhər)
Haşima (羽島市, Hashima-shi) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər 1 aprel 1954-cü ildə qurulmuşdur. 1 iyul 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Şəhərin sahəsi 53,64 km²-dir. == Coğrafiya == Şəhər Yaponiyanın Honşu adasında, Çubu regionunun Gifu prefekturasında yerləşir. Şəhərə qonşu olan şəhərlər Gifu, Kayzu, Oqaki, İçinomiya və İnazava, qonşu olan kəndlər Kasamatsu, Ampati və Vanouçidir. == Əhali == 2014-cü ilin məlumatına görə şəhərin əhalisi 66.758 nəfərdir, hər km² ərazidə 1245 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: == Simvolika == Şəhərin simvolik ağacı Çin ardıcı, simvolik gülü Chrysanthemum × glabriusculum hesab olunur.
Haşima adası
Haşima yap. 端島 — Sakit okeanın Şərqi Çin dənizidə Naqasaki şəhərindən 15 km aralıda yerləşir. Bəzən Qunkancima (yap. 軍艦島)<. adlandırılır, bu isə adanın quruluşu ilə əlaqədardır. Ada hərbi "Kreyser" gəmisini xatırladır. == Coğrafiya == Adanın şərqindən qərbinə olan məsafə 160 metr, şimaldan cənuba isə 480 metr təşkil edir. Sahil xəttinin uzunluğu 1 kilometrdir. == Tarixi == Ada XIX əsrin əvvələrinə qədər yaşılıqlarla örtülü olan və dəniz quşlarının yumurta qoyduğu adi ərazi idi. Bəzi hallarda isə ada Naqasakinin Takişima adasından olan balıqçıların əsas düşərgəsi rolunu oynayırdı.
Makina boğazı
Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.
Qaziza Abdinabiyeva
Qaziza Abdinabiyeva (rus. Газиза Абдинабиева; 3 yanvar 1948 – 18 aprel 2021, Almatı) — Sovet-qazax teatr aktyoru. == Həyatı == Abdinabiyeva 3 yanvar 1948-ci ildə Sovet İttifaqı (indiki Qırğızıstan) Syrdariya Bölgəsində anadan olub. 1968-ci ildə başladığı teatr karyerasına 2021-ci ildə vəfat edənə qədər davam etdi. Müvəffəqiyyətli oynadığı üçün Kurmet və Parasat ordenləri ilə mükafatlandırıldı. == ölüm == Abdinabiyeva 18 aprel 2021-ci ildə Qazaxıstanın Almatı şəhərində 73 yaşında öldü.
Seyiçi Sakiya
Seyiçi Sakiya (d. 1 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Şakira Ripoll
Şakira (isp. Shakira; 2 fevral 1977[…], Barrankilya) — Livan əsilli kolumbiyalı müğənni, bəstəkar, rəqqasə və aktrisa == Həyatı == 90-cı illərin sonlarına doğru böyük bir partlama edən Latın pop və Latın rock musiqi furyasındaki ən əhəmiyyətli adlardan biridir. Xüsusilə yarı ərəb yarı latın fiquru rəqsləriylə insanların bəyənisini yığmışdır. Eyni zamanda bəstə də edən sənətçi 2 dəfə Grammy, 8 dəfə Latın Grammy, 14 dəfə Billboard Latın Musiqi Mükafatı qazanmışdır. Şakira 140 milyon dollarlıq dəqiq sərvəti ilə dünyanın ən varlı Latın pop müğənniləri arasındadır. Ən çox satan Kolumbiyalı sənətçidir. "Hips Dont Lie" mahnısı günümüzə qədər 10 milyon sataraq son 10 ilin ən çox satan mahnısı olmuşdur. 2010–ci ildə səsləndirdiyi Dünya Kuboku mahnısı "Waka Waka" 5 milyon sataraq, dünya kuboku tarixinin ən çox satan mahnısı olmuşdur. Həmçinin mahnı Youtube'da 600 milyondan çox izlənilərək ən çox izlənilən 4–cü klip olmuşdur. Şakira; Amerikada, Avstraliyada və İngiltərədə 1 nömrəyə yüksələn tək Cənubi Amerikalı sənətçi olmuşdur.
Əşrəf Hakimi
Achraf Hakimi Mouh (4 noyabr 1998, Madrid) Liqa 1-də çıxış edən PSJ klubunun futbolçusudur. == Karyerası == === Real Madrid === Real Madriddə ilk dəfə 28 iyul 2016-cı ildə keçirilən Real Madrid-PSJ matçında çıxış edib. Həmin matç Real Madridin 1–3 hesablı məğlubiyyəti ilə başa çatıb. Real Madriddə ilk dəfə 9 dekabr 2017-ci ildə İspaniya Laliqasının 15-ci turun oyunu Real Madrid-Sevilya matçının 42-ci dəqiqəsində fərqlənib. Matç Real Madridin 5 cavabsız qolla qələbəsi ilə nəticələnib. 11 iyul 2018-ci ildə Borussiya Dortmunda icarəyə verildi. 1 sentyabr 2020-ci ildə Real Madriddən ayrıldı. === Borussiya Dortmund === 11 iyul 2018-ci ildə Real Madriddən icarəyə gəldi.Borussiya Dortmundun heyətində ilk matçı 26 iyul 2018-ci ildə keçirilən Borussiya Dortmund-Benfika matçıdır.Matça 61-ci dəqiqədə daxil olub.Matç 2–2 hesabı ilə bitib.İlk qolunu isə 26 sentyabr 2018-ci ildə keçirilən Borussiya Dortmund-Nürnberq matçının 49-cu dəqiqəsində vurub. Matç Borussiya Dortmundun 7–0 hesablı qələbəsi ilə başa çatıb. === İnter === 1 sentyabr 2020-ci ildə İnter ilə 30 iyun 2025-ci ilə kimi müqavilə imzaladı.
Haka
Haka — Yeni Zelandiya maorilərin mərasim rəqsi və ya maori mədəniyyətində çağırış. Qrup tərəfindən həyata keçirilən duruş rəqsi, güclü hərəkətlər və ayaqların ritmik möhürlənməsi ilə müşayiət olunur.
Хаditа
Xadita (ərəb. حَدِيثَةٌ‎, al-Ḥadīthah) — İraqın Anbar mühafazasında şəhər.
Bakıda mədəniyyət
Bakı şəhərinin əsası V əsrdə qoyulmuşdur. Azərbaycanın paytaxtı olan bu şəhər müxtəlif dövrlərdə Şirvanşahlar dövləti, Bakı xanlığının və Rusiyanın Bakı quberniyasının mərkəzi olmuşdur. Bakıda dövrümüzə çatmış ən qədim tikili Qız qalasının təməl hissəsi hesab edilir. Şirvanşahlar dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra şəhərin “Qala” adlandırılan qədim hissəsinin həyatında “kristallaşma” dövrü başlamışdır. XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir.
Hacırza Rzayev
Hacırza Fikrət oğlu Rzayev — İkinci Qarabağ müharibəsinin şəhidi. Ölümündən sonra "Vətən Uğrunda" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. == Həyatı == Rzayev Hacırza Fikrət oğlu 7 yanvar 1992-ci ildə Bakı şəhərində anadan olub. 1999-2009-cu illərdə Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == 2010-2012 -ci illərdə Gədəbəydə "N" saylı hərbi hissədə qulluq edib.İkinci Qarabağ müharibəsi başlayandan könüllü olaraq müharibədə iştirak edib. Füzulidə, Cəbrayılda,Hadrutda döyüşlərdə olub. 26 noyabr 2020-ci ildə Şuşada qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020- ci il Sərəncamına əsasən "Vətən Uğrunda" medalı,25 dekabr 2020- ci il Sərəncamına əsasən isə "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.