HAMISI
HAMİ
OBASTAN VİKİ
Hamının hamıya qarşı müharibəsi
"Hamının hamıya qarşı müharibəsi" (lat. Bellum omnium contra omnes) — Tomas Hobbsun sosial fəlsəfəsində cəmiyyətin "ictimai müqavilə"nin bağlanmasından və dövlətin formalaşmasından əvvəlki təbii vəziyyətini təsvir edən konsepsiya. Dövlət haqqında fikirlərini əsaslandırmaq üçün Hobbs "təbii vəziyyəti" təsvir etmək üçün artıq sübut edilmiş texnikaya müraciət edir. Burada bütün insanlar bərabərdir və hər kəs öz ehtiyac və maraqlarını rəhbər tutur. İnsan eqoistdir, bu ona güclü ehtiraslar verir və insan hakimiyyət, sərvət, ləzzətlər arzulayır. Onun davranış prinsipi son dərəcə sadədir: insan mümkün qədər çox fayda əldə etməyə, əziyyətdən isə qaçmağa çalışır. İnsan azaddır: hər kəsin hər şeyə, hətta başqa bir insanın həyatına belə haqqı var. Bu, daimi münaqişələrə, ictimai rifahı təmin edə və özümüzü şərdən qoruya bilməməyə gətirib çıxarır. Beləcə, hamının hamıya qarşı müharibəsi yaranır. Bu ideya ilk dəfə "Leviafan" traktatında təqdim edilmişdir: Birincisi, sübut edirəm ki, vətəndaş cəmiyyətinə malik olmayan insanların vəziyyəti (bu vəziyyətə biz düzgün şəkildə təbii vəziyyət deyə bilərik) hamının hamıya qarşı sadə müharibəsindən başqa bir şey deyildir; və bu müharibədə bütün insanlar hər şeyə bərabər hüquqa malikdirlər.Belə bir fikir var ki, Hobbs üçün bu konsepsiyanın mənbəyi İngiltərədəki vətəndaş müharibəsi təcrübəsidir.
Bir nəfər hamıya görə (film, 1989)
Bir nəfər hamıya görə qısametrajlı bədii filmi rejissor Murad İbrahimbəyov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yalançı liderin iç üzünü açıb göstərir. Əsas rolları İqor Kostalevski, Mixail Filippov, Vladimir Yermolayev, Yelena Romanova və Aleksandr Şarovski ifa edirlər. == Məzmun == Səhvə yol verilir. Əllərində etibarsız biletləri olan bir qrup təyyarə sərnişini yersiz qalır. Onlardan biri təşəbbüsü əlinə alıb şuluqluq salır. Bərk hiddətlənmiş cavan oğlan hamı üçün ədalət tələb edir... Lakin təyyarədə onun üçün yer tapılan kimi qəhrəmanın xeyirxahlıqdan coşmuş qəzəbi ani olaraq soyuyur. Film yalançı liderin iç üzünü açıb göstərir.