Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Halogen
Halogenlər (yun. ἁλός — duz və γένος — mənşə) — VII qrup elementləri (energetik səviyyələrini doldurmaq üçün 1 elektronları çatmayanlar). Halogenlər reaksiya zamanı daha çox elektron alırlar. Bu xassə daha çox flüora aiddir. Halogenlər təbiətdə sərbəst şəkildə tapılmır,yalnız birləşmə şəklində tapılırlar. Xlor ilk dəfə 1774-cü ildə xlorid turşusunun manqan oksidi ilə oksidləşməsindən alınmışdır. Flüor yalnız oksidləşdiricidir, onu duz məhlullarının elektrolizi yolu ilə almaq olar. Flüor yalnız −1 və 0 oksidləşmə dərəcəsi göstərir.Yerdə qalan elementlər isə- xlor, brom, yod −1 — +7 aralağında oksidləşmə dərəcəsi göstərir. Qrup üzrə yuxarıdan aşağı getdikcə (F->Cl->Br->J sırası boyunca); elektromənfilik, oksidləşdiricilik, qeyri-metallıq xassəsi, aktivlik azalır. atom radiusu, reduksiyaedicilik isə artır.
Halogenli üzvi birləşmələr
Halogenli üzvi birləşmələr - tərkibində Karbon - Halogen rabitəsi saxlayan birləşmələrə deyilir. == Halogenli törəmələrin nomenklaturası == Halogenli törəmələr R-Hal kimi (Alk-Hal-alkilhalogenidlər və Ar-Hal-arilhalogenidlər üçün) ümumi formulaya malikdirlər. Sistematik nomenklatura ilə ad verərkən müvafiq doymuş karbohidrogenin adının əvvəlinə halogen atomunun yerini göstərmək şətrilə "xlor", "brom", "yod" - sözləri yazılır. halogen karbohidrogen zəncirinin hansı ucuna yaxındırsa, nömrələmə də ordan başlanır. Əgər zəncirdə ikiqat və üçqat rabitələr varsa, onda nömrələmə ondan başlanır. Əgər halogen zəncirdə yeganə əvəzləyicidirsə, müvafiq radikalın adının sonunda "xlorid", "florid", "bromid" və "yodid" sözlərini əlavə edirlər. Əgər ilkin karbohidrogenin bütün hidrogen atomları halogenlə əvəz olunubsa onda halogenli törəmənin adının əvvəlinə "per-" sözü əlavə edilir. Bir sıra halogenli törəmələr üçün trival nomenklaturadan istifadə edilir. == Halogenidlərin fiziki xassələri == Struktur quruluşuna görə alkil və arilhalogenidlərin qaynama və ərimə temperaturları müvafiq karbohidrogenlərdən böyükdür. Normal şəraitdə, ancaq ən kiçik halogenidlər: CH3F, C2H5F, C3H3F, CH3Cl, C2H5Cl, CH3Br qazdır.
Halogenlər
Halogenlər (yun. ἁλός — duz və γένος — mənşə) — VII qrup elementləri (energetik səviyyələrini doldurmaq üçün 1 elektronları çatmayanlar). Halogenlər reaksiya zamanı daha çox elektron alırlar. Bu xassə daha çox flüora aiddir. Halogenlər təbiətdə sərbəst şəkildə tapılmır,yalnız birləşmə şəklində tapılırlar. Xlor ilk dəfə 1774-cü ildə xlorid turşusunun manqan oksidi ilə oksidləşməsindən alınmışdır. Flüor yalnız oksidləşdiricidir, onu duz məhlullarının elektrolizi yolu ilə almaq olar. Flüor yalnız −1 və 0 oksidləşmə dərəcəsi göstərir.Yerdə qalan elementlər isə- xlor, brom, yod −1 — +7 aralağında oksidləşmə dərəcəsi göstərir. Qrup üzrə yuxarıdan aşağı getdikcə (F->Cl->Br->J sırası boyunca); elektromənfilik, oksidləşdiricilik, qeyri-metallıq xassəsi, aktivlik azalır. atom radiusu, reduksiyaedicilik isə artır.
Hologen süxurlar
Hologen süxurlar- (rus. галогенные породы, ing. halogen rocks) / yun. hals-duz və genes-doğuran, doğulmuş/- arid iqlim şəraitində duzlu göl və laqunlarda suyun buxarlanması nəticəsində yaranan kimyəvi / xloridlər, sulfatlar/ mənşəli süxurlar / daş-duz, kalium və maqnezium duzları, gips və s./.
Tarya Halonen
Tarja Kaarina Halonen (24 dekabr 1943-cü il təvəllüdlü), Finlandiyanın 11-ci prezidenti və 2000–2012-ci illərdə bu vəzifəni tutan ilk qadın kimi fəaliyyət göstərən bir Fin siyasətçisidir. İlk öncə fəaliyyətinə Finlandiya Həmkarlar İttifaqlarının Mərkəzi Təşkilatı (SAK) ilə vəkil kimi başlamış və fəaliyyətindəki uğurlar nəticəsində bu sahə üzrə məşhurlaşmışdır sonra isə Baş nazirin parlament katibi (1974–1975) və Helsinki Şəhər Şurasının üzvü (1977–1996) olmuşdur. Xanım Halonen 1979-cu ildən 2000-ci ildə prezidentliyə seçilənə qədər parlamentdə Sosial Demokrat Partiyasının üzvü olmuşdur. 1987–1990-cı illərdə Sosial İşlər və Səhiyyə Nazirliyində nazir, 1990–1991-ci illərdə Ədliyyə Naziri və 1995–2000-ci illərdə Xarici İşlər Naziri vəzifələrində çalışmışdır. Halonen, Finlandiyanın son dərəcə populyar bir prezidenti olmuş, 2003-cü ilin dekabrında təsdiqləmə reytinqi ilə yüzdə 88 səviyyəsinə qalxmışdır. İkinci turda Milli Koalisiya Partiyası namizədi Sauli Niinistöyü 51–48% ilə məğlub edərək 2006-cı ildə yenidən seçilmişdir. Müddət məhdudiyyəti səbəbindən 2012 prezident seçkilərində iştirak etmək hüququ olmayan Halonen, 1 Mart 2012-ci ildə vəzifəsindən ayrılmış və yerinə Niinistö gəlmişdir. İnsan hüquqları məsələlərinə marağı ilə geniş tanınan Halonen 1980-ci illərdə Finlandiya LGBT hüquq təşkilatı Seta-nın sədri vəzifəsində çalışmış və prezidentliyi dövründə qadın hüquqları və qloballaşma problemləri kimi məsələlərin müzakirəsində fəal iştirak etmişdir. 2006-cı ildə, müxtəlif şərhçilər tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibi seçimi üçün potensial bir namizəd olaraq göstərilmiş, lakin o, digər karyera seçimləri haqqında düşünmədən əvvəl prezidentlik müddətini bitirmək istədiyini ifadə edərək, rədd etmişdir. 2009-cu ildə Forbes onu dünyanın ən güclü 100 qadını sırasına daxil etmişdir.
Holosen
Holosen – geoloji epoxalardan biridir. Pleystosendən sonra gəlir və təxminən 11.7 min il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. "Resent" (adətən böyük hərflə) termini tez-tez "Holosen" terminin dəqiq sinonimi kimi istifadə olunurdu, baxmayaraq ki, bu cür istifadə 21-ci əsrdə işlənmir. Holosen Dördüncü dövrün bir hissəsidir. Onun adı yunan dilindəki ὅλος (holos, tam və ya bütöv) və καινός (kainos, yeni) sözlərindən götürülüb, mənası "ən yeni" deməkdir. O hazırkı mülayim dövr ilə müəyyən olunmuşdur (Dəniz İzotopları mərhələsi kimi tanınır). Holosen həmçinin insanın artımını və Yerdəki növlərə təsirini, o cümlədən əsas sivilizasiyaların inkişaf tarixini əhatə edir. == İcmal == Beynəxalq Stratiqrafia Komissiyası tərəfindən Holosenin təxminən 11.7 min il əvvəl başladığı qəbul olunmuşdur. O Pleystosen və gec buzlaşma dövründən (gec buzlaşma dövrünə Şimali Amerikada Viskosinan, Avropada Veiçselia, Böyük Britaniyada Devensia, Çilidə Llanuihue və Yeni Zellandiyada Otria daxil edilir) sonra gəlir. Holosen əsas iqlim dəyişgənliyinə əsasən beş vaxt interalına və ya xronozonaya bölünür: • Preboreal (10 ka–9 ka) • Boreal (9 ka–8 ka) • Atlantik (8 ka–5 ka) • Subboreal (5 ka–2.5 ka) • Subatlantik (2.5 ka–indiyə qədər) ~ Qeyd: "ka" mənası "min il"-dir.
Paleogen
Paleogen və ya paleogen dövrü — kaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasir Pireney, Alp, Karpat, Krım, Qafqaz, Kopetdağ, Pamir, Atlas, habelə Himalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma döv­rüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər.
Hagen
Hagen (alm. Hagen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Amzberq inzibati dairəsində şəhər. Sahəsi 160.4 km2, əhalisi 185 996 nəfərdir (2013).
Hemogen çöküntülər
Hemogen çöküntülər – dib çölüntülərinin tərkib hissəsi olub kimyəvi reaksiya nəticəsində gölün dibinə çökən duzlar.
Hipogen minerallar
Hipogen minerallar — yer qabığıdərinliklərində əmələ gələn minerallardır. == Ümumi məlumat == Hipogen minerallara slikatlı və sulfitli-oksidli maqmatik ərintilərin soyuması zamanı kristallaşan bütün minerallar (çöl şpatları, pirokesenlər, olivin, xromit və s.), qazabənzər birləşmələrlə zəngin qalıq (parmatili) ərintilərin mineralları (mikalar, topaz, berill və s.) kontakt-metasomatik proseslərin mineralları (qranatlar, vezuvian, maqnetit, piroksenlər, şeyelit və s.) hidrotermaln filiz damarlarının mineralları (flüorit, volframit, dəmir, sink, qurğuşun, mis və s.) və s.daxildir. Yer səthində Hipogen minerallaın çoxu davamsızdır, aşınma prosesinin təsiri ilə parçalanaaq Hiporgen minerallara çevrilir.
Holosen təqvimi
Holosen təqvimi, həmçinin Holosen erası və ya İnsan erası — asrtronomik ilə (ing. Astronomical year numbering) yaxın olub, ona buz dövründən sonra başlanğıc kimi insan erasının başlanğıcı (insan sivilizasiyası) olaraq 10 000 il əlavə edilməklə hesablanan təqvim sistemidir. İstifadə etdiyimiz Qriqorian ilinin üzərinə 10 000 il gəlməklə Holosen ilinə çevirmək olar (məsələn eramızın 2023-cı ili holosen təqviminin 12023-cı ilidir). İnsan erası termini ilk dəfə olaraq 1993-cü ildə (11993 h. e.) Çesare Emiliane tərəfindən təklif edilib. == Motivasiya == İddia edilir ki, holosen erası insanın yaradılışından bəri tarixi hadisələrin qeydə alınması üçün istifadə etdiyimiz təqvimdən daha rahatdır, çünki istifadə etdiyimiz təqvimin çətinliyi "bizim eradan əvvəl" və "bizim eraya" bölünməsidir. == Çevirmə yolu == İstifadə etdiyimiz tarixi Holosen təqviminə çevirmək çox sadədir, bunun üçün dörd rəqəmli il rəqəmlərinin qarşısına bir əlavə etmək lazımdır. Məsələn: b.e. 2023-ci ili h.e.12023-ci ilə uyğundur. == Həmçinin bax == David Ewing Duncan.
Paleogen dövrü
Paleogen və ya paleogen dövrü — kaynozoy erasının birinci geoloji dövrü; davamiyyəti 40-42 milyon il. Paleogen dövrü alp qırışıqlıq strukturlarının və müasir Pireney, Alp, Karpat, Krım, Qafqaz, Kopetdağ, Pamir, Atlas, habelə Himalay dağlarının mərkəzi hissələrinin geomorfoloji formalaşma döv­rüdür. Paleogen dövrü yerüstü onurğalı heyvanlardan məməlilər inkişaf etmişdir. Qədim yırtıcılar (kreodontlar) səciyyəvidir. Dövrün axırında xüsusiləşmiş cütdırnaqlılar və təkdırnaqlılar, xortumlular və primatlar meydana gəlmişdir. Cənub Amerikada kisəli, natamamdişli və ibtidai meymunların, Avstraliyada isə monotermlərin və kisəlilərin sərbəst inkişaf mərkəzləri yaranmışdır. Primitiv məməlilərin əksəriyyəti dövrün axırında məhvolmuşdur. Dəniz faunasında qarınayaqlı (qastropoda) və ikitayqabıqlı molluskalar inkişaf etmiş, braxiopodlar isə kəskin şəkildə azalmışdır. İri foraminiferlərin (nummulitlər, diskotsiklinlər və orbitoidlər) yeni qrupları xüsusilə geniş inkişaf tapmışdır. Kiçik plankton foraminiferlərin tərkibində əsaslı dəyişikliklər baş vermişdir: tipik qlobigerina və onlara yaxın olan cinslər (qloborotalilər, akarininalar və b.) daha da inkişaf etmişlər.
Homogen sistem
Homogen - yunan sözü olan "qomos"dan götürülmüşdü ki, o da, "eyni" mənasını verir. Sistemin daxilində fiziki halına və ya kimyəvi xassələrinə görə fərqlənən sistem hissəciklərini bir-birindən ayıran səth bölgüsü olmursa, belə sistem "homogen" sistem adlanır. == Nümunələr == Homogen sistemlərə misal qazlar qarışığı, birincili maye məhlul, individual kristal maddə. == Komponent == Sistemin asılı olmayan tərkib hissəsini təşkil edən individual maddələrə komponent deyilir. Komponent sistemdən ayrıla bilir və təcrid olunmuş halda mövcud olur. Məsələn, NaCl-in suda məhlulunda komponentlər H2O və NaCl-dir. Lakin həmin məhlulda sərbəst hissəciklər şəklində olan, məhluldan kənarda isə mövcud ola bilməyən Na+ və Cl- ionları komponent sayıla bilməz. Sistemin termodinamik xassələri onun komponentlərinin sayı ilə müəyyən edilir. Sistemin komponentlərinin sayı müəyyən edilərkən aşağıdakı qayda əsas götürülür: kimyəvi reaksiya getməyən sistemlərdə komponentlərin sayı tərkib hissələrinin sayına bərabər olur. Kimyəvi reaksiya gedən sistemləedə isə komponentlərin sayı, tərkib hissələrinin sayı ilə onların arasında mövcud olan kimyəvi reaksiyaların sayı fərqinə bərabər olur.
Halden həbsxanası
"Halden" həbsxanası (norv. Halden fengsel) — Norveçdə həbsxana; dünyanın "ən humanist və lüks" həbsxanası sayılır. Norveçin paytaxtı Oslo yaxınlığında yerləşən "Halden" həbsxanası 252 məhbus üçün nəzərdə tutulmuşdur. Həbsxananın ətrafında 6 metr hündürlüyündə hasar var. Layihə müəllifləri beton-blok inşaatından imtina edərək ağacla üzlənmiş ikimərtəbəli kərpic korpuslar tikiblər. Bu həbsxanada hər məhbusun vanna otaqlı əlahiddə kamerası var və bu kameralar üç ulduzlu otel otaqlarına bənzəyir. Kameralarda DVD pleyerlər, internetə qoşulmuş kompüter də var. Hər 12 məhbus üçün ayrıca qonaq otağı da nəzərdə tutulub. Həbsxana nəzarətçilərinin yarısı qadınlardır. Üstəlik, nəzarətçilərə silah verilməyib və onlar çox vaxt məhbuslarla birlikdə nahar edir, idmanla məşğul olurlar.
Pleystosen-Holosen epoxası
== Pleystosen-Holosen epoxası == Pleystosen-Holosen epoxası Bakı, Xəzər (Gürgan), Xvalın və Yeni kaspi əsrlərini əhatə edir. Abşeron əsrində, xüsusilə onun axırlarında tektonik hərəkətlərin canlanması və relyefin inkişafının qalxan istiqamətinin güclənməsi pleystosenin əvvəllərində, daha doğrusu Bakı əsrinin əvvəllərində morfotektogenez proseslərin nisbi sakitliyi ilə əvəz olunur. Bu zaman Xəzər dənizi səviyyəsinin qısa müddətli qalxması nəticəsində Kür və qismən də Qusar-Dəvəçi çökəkliklərinə transqressiyası baş verir. Bununla yanaşı dənizin transqressiyası bəzi yerlərdə abşeron əsrinin sonlarındakı transqressiya sahələrini örtsə də onun maksimal transqressiyası hüdudlarına çatmır. Dənizin Bakı əsrinin sonundakı qısa müddətli reqressiyası Xəzər (Gürgan) əsrinin əvvəllərində transqressiya ilə əvəz olunur. Dəniz Samur-Dəvəçi ovalığını bütünlüklə örtür və ensiz körfəzlər şəklində Sital, Germian və b. çayların dərələri boyu quruya soxulur. Bu zaman Böyük və Kiçik Qafqazıda qalxmaının güclənməi ilə əlaqədar olaraq Kür çökəkliyinin kənar sahələri quruya çevrilir, ox hissəi isə Acınohur öndağlığının cənub tirəsi boyu uzanır. Gürgan əsrinin ortalarından etibarən Kür-Araz depressiyası intensiv çökməyə məruz qalır. Abşeron yarımadası ilə Girovdağ-Babazənan antiklinal zonası arasında mövcud olmuş, dayaz dənizdə, əsasən, palçıq vulkanlarının əmələ gətirdiyi adalar və tirələr yayılmışdır.
Nikolas Hagen
Nikolas Hagen (isp. Nicholas Hagen; 2 avqust 1996, Qvatemala) — Qvatemala futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" FK və Qvatemala milli futbol komandasının qapıçısı. == Karyerası == Nikolas Hagen 4 sentyabr 2020-ci il tarixində Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" FK ilə 2020/2021 mövsümünün sonuna qədər müqavilə imzalamışdır.
Homogen və heterogen sistemlər
Paul Andre Hagen
Paul Andre Hagen (26 may 1992) — Norveçli oxatan. Paul Andre Hagen Norveçi 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Paul Andre Hagen birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 152-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Haqen
Hagen (alm. Hagen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Amzberq inzibati dairəsində şəhər. Sahəsi 160.4 km2, əhalisi 185 996 nəfərdir (2013).
Haqen Bover
Haqen Bover (10 iyun 1972) — Yeni Zelandiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Haqen Bover Yeni Zelandiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Haqen-Berçum kilsəsi
Hagen-Berchum (alm. Berchum‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, Hagen şəhərinə bağlı inzibati bölgə. XIII əsrdən etibarən qeydlərə keçdi. Protestant Kilsəsinə bağlı, cəmi 3 binaya dağılmış və 140 yataqlı Berchum Gənclik Təhsil Mərkəzi, səmtin qeydə dəyər təşkilatları arasındadır.