Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Happiness Begins
Happiness Begins ("Xoşbəxtlik Başlayır") — Jonas Brothers-in 5-ci studiya albomu. 7 iyun 2019-cu ildə Republic Records tərəfindən işıq üzü görmüşdür. Bu onların 2013-cü ildəki Live albomundan və 2009-cu ildəki Lines, Vines and Trying Times studiya albomundan sonrakı ilk albomlarıdır. Albomdan əvvəl qrupun qayıdış sinqlları "Sucker" və "Cool" buraxılmışdır. Albom ABŞ-nin Billboard 200 siyahısına 2017-ci ildən bəri həftənin ən çox satılan albomu olaraq zirvədən debüt etmişdir.