Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Harare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Harab (Bostanabad)
Harab (fars. هراب‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 276 nəfər yaşayır (68 ailə).
Baraba
Baraba (tatar. Бараба, Baraba, Sibirtatarca: Бараба, Baraba) ― Rusiyanın Novosibirsk vilayətinə bağlı Baraba rayonunun mərkəzi olan şəhərdir. Şəhər, Baraba Çöllərindənda yer almaqdadır. sahəsi 69.48 km² olan şəhərin əhalisi 2010 ilə görə 30,394'dür.
Haramı
Birinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 1 №-li Qayıdış adlanır. İkinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 6 №-li Qayıdış adlanır. Haramı düzü — Füzuli rayonunda böyük bir sahəni əhatə edən ərazi. "Haramı" yarımstansiyası — Füzuli SES-ə aid elektrik yarımstansiyası. Haramı (İran) — İranda kənd. Haramı dağı — Ordubad rayonu ərazisində dağ. (Hünd. 1316,7 m.) Haramı aşırımı — Ordubad rayonu ərazisində aşırım.
Karate
= Dərəcələr = Karatedə dərəcəni kəmərlər təmsil edir.Bunlar ağ, sarı, narıncı, yaşıl, göy, qəhvəyi və qaradır.Dərəcələr ''Kyu" adlanır.Qara kəmərdə isə alınan dərəcələr dan adlanır. 1-ci dan,2-ci dan və s. 10 kyu və 10 dan dərəcəsi vardır. === Karate, tam adı karate-do (Yaponca: kara - "boş", te - "əl", do - "yol", yəni "boş əlli yol") - yapon əlbəyaxa döyüş sənəti. 1929-cu ildə Funakosi Gitin tərəfindən dzen buddizmin təsiri altında yaradılmışdır. === Karatenin vətəni Yaponiyanın Okinava adasıdır. XX əsrin əvvəllərində adanın ağır iqtisadi vəziyyəti okinavalıların digər yapon adalarına köçməsinə gətirib çıxarmış, onlar isə öz növbəsində bu idmanın bütün Yaponiyaya yayılmasına yol açmışlar. Karate hazırda olimpiya oyunları siyahısında olan idman növlərindən biridir. Karatenin bir çox növü mövcuddur.Bunlardan biri Goju-ryu;Shotokahan və s.
Marabu
Marabu — leyləkkimilər fəsiləsinə aid olan quş növü. Marabuların 2 cinsi Asiyanın cənubunda və bir cinsi isə Saxaranın cənubunda, Afrikanın böyük bir hissəsində rast gəlinir. Boyu 110-150 sm və qanadlarının uzunluğu isə 210-250 sm-dir. Hər üç cinsin nümayəndələrinin üst lələkləri və qanadları qara, qarınları və quyruqları ağ-dır. Marabuların əsas yeməyi gəmiricilər və kərtənkələlərdir. Marabu əsasən leşlə də qidalanır.
Xaraba
Xaraba Gilan (film, 1991)
Xarare
Harare (ing. Harare, 1982-dək Solsberi) — Zimbabvenin paytaxtı və ən böyük şəhəri. Əhalisi 2006-cı ilin hesablamalarına görə 1 600 000 nəfər, şəhərətrafı ilə birlikdə 2 800 000 nəfərdir. Şəhərin əsası 1890-cı ildə ingilislər tərəfindən hərbi istehkam kimi qoyulmuş və sonradan Böyük Britaniyanın baş naziri olan 3-cü Solsberi markizinin şərəfinə Fort Solsberi adlandırılmış və daha sonra sadəcə Solsberi adlanmağa başlamışdır. 1923-cü ildə şəhər Britaniya Cənubi Rodeziyasının paytaxtı olmuşdur. 1965-ci ildə müstəqilliyin elanından sonra Zimbabvenin paytaxtı olmuş və 1982-ci ildə isə şəhərin adı dəyişdirilərək Harare adlandırılmışdır. == İqtisadiyyatı == Şəhər, iqtisadi həyatın olduqca canlı olduğu bir şəhərdir. Bu ölkədən bütün dünyaya, tütün, qarğıdalı, pambıq və.s. satılır. Ölkədə tekstil sənayesi inkişaf etmişdir.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Darab
Darab — İranın Fars ostanınında şəhərlər və Darab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 54,513 nəfər və ya 13,279 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti baharlı və inanlı ellərindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Haram
Haram (ərəb. حرام‎) — yerinə yetirildikdə günah yazılan, ondan çəkindikdə isə axirət savabı yazılan əməl, yaxud böyük günah. Hər dində haramın nə olduğu haqqında fərqli görüşlər var. Bəzən eyni bir dinin məzhəbləri arasında belə bir şeyin haram olub-olmaması mübahisə doğura bilir. Bununla belə, əksər dinlərdə yalan, cinayət, əxlaqsızlıq, paxıllıq, oğruluq, sehr kimi şeylər günah sayılır. Bəzi əməllər isə bir dində savab sayıldığı halda digərində haramdır. Məsələn, bütü sındırmaq islamda böyük savab olduğu halda bütpərəslikdə haramdır. == İslamda haram == Allahın qəti şəkildə, açıq dəlillərlə bildirdiyi və qəti qadağan etdiyi əməllərdir. Qumar oynamaq, yalan danışmaq, içki içmək, qeybət etmək, başqalarının haqqını tapdalamaq, dedi-qodu etmək kimi, Qadağan olunmuş əməlləri işləmək günahdır, bu günahı tərk etmək (işləməmək) isə savabdır, Haram buyurulmuş bir işi inkar edib halal hesab edən insan dindən çıxmış olur. == Xristianlıqda haram == Yəhudilikdən fərqli olaraq Xristianlıqda haram anlayışına o qədər də önəm verilməmişdir.
Haran
Haran — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 85 nəfərdir. == Relyefi == Lerik rayonunun Kirəvud inzibati ərazi vahidində yerləşən bu kənd dağətəyi ərazidədir.
Harar
Harar (Harer) — Efiopiyanın əsas islam şəhəri, daş divarlarla əhatə olunmuş məscidlər və rəngarəng bazarlar şəhəri, müsəlman elmi və məktəbləri mərkəzi. == Tarixi == Əsrlər boyu Harardan Şərqi Afrikanı ərəb dünyası ilə əlaqələndirən ticarət karvanları keçib.Bu şəhərin çiçəklənmə dövrü XVI əsrdir. Şəhər o zaman böyük əraziyə malik, bugünkü Şərqi Efiopiyanı əhatə edən müstəqil Somali Sultanlığı olan Adalın paytaxtı olub, lakin vaxt ötdükcə Adal mövqelərini itirib. Hazırda Harara Efiopiya hökuməti nəzarət edir. === Cuqol === Şəhərin "Cuqol" adlandırılan köhnə hissəsi son 400 il ərzində çiçiəklənmə vaxtı qonşuların hücumlarından müdafiə üçün dörd metr hündürlüyə malik divarlarla əhatə olunub.2006-cı ildə 82 məscidə malik Cuqol YUNESKO-nun Dünya irsi siyahısına daxil edilib.300 ildən çox müddət ərzində köhnə şəhərə giriş qeyri-müsəlmanlar üçün bağlı olub. Burada mövcud ənənəyə əsasən, köhnə şəhərdə sakinlər evlərin xarici divarlarını müxtəlif əlvan rənglərə boyayırlar. Evlər üç növdə tikilib; bəziləri Qırmızı dəniz sahilindəki ənənəvi ərəb şəhərləri memarlığını xatırladır. Evlərin divarlarını kasalar, boşqablar və hörmə səbətlər bəzəyir. == Turizm == Hararın əsas özünəməxsus cəhətlərindən biri ev kaftarlarıdır. Turistlər buraya qəlbləri dəhşətə bürüyən mənzərəyə — kaftarların gecə qidalanmasına baxmaq üçün gəlirlər.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı.
Harpe
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Sarab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. == Etimologiyası == Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır.Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir. İstəxrinin coğrafi xəritəsində bu şəhərin adı Sərah, Yaqut Həməvidə Sərav kimi göstərilmişdir.
Badabe Surt
Badabe Surt bulaqları İranın Mazandaran ostanında Sari şəhristanının Orost kəndindədir.2009-cu ildə İranın ikinci milli təbiət abidəsi kimi qeydə alınmışdır.
Baraba dili
Baraba dili və ya Baraba tatar dili - Sibirdə təxminən 8000 nəfərin danışdığı türk dili. Sibir-tatar dilinə çox yaxındır. Bu səbəbdən bəzi dilçilər bu dilin tatar dilinin bir qolu olduğunu iddia edirlər.
Baraba tatarları
Barabalar, Baraba — Sıbırlarnın bir hissəsi.
Benaia Barabi
Benaia Barabi (ivr. ‏בניה ברבי‏‎; 4 aprel 1989, Tiberiya, İsrail şimal dairəsi) — İsrail müğənnisi, mahnı müəllifi, bəstəkar və musiqiçidir. Barabi bir çox tanınmış İsrail musiqiçiləri və sənətçiləri ilə əməkdaşlıq etmiş və Müəlliflər, Bəstəkarlar və Musiqi Cəmiyyəti tərəfindən 2019-cu il üçün "İlin kəşfi" elan edilmişdi.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Fukusaburo Harada
Fukusaburo Harada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Qızılca-i Xarabə (Heris)
Qızılca-i Xarabə (fars. قزلجه خرابه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (24 ailə).
Harald Kristensen
Yens Harald Kristensen (dan. Jens Harald Christensen, 4 yanvar 1884, Kopenhagen – 8 avqust 1959, ABŞ), sonradan Harold Mayk Hovard (ing. Harold Mike Howard) kimi tanınmışdır — Danimarka və ABŞ Yunan-Roma güləşçisi, Dünya və Avropa çempionu. == Həyatı == 1884-cü ildə Kopenhagendə doğulmuşdur. 1907-ci ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi olmuşdur, bundan əlavə həmən ildə Dünya çempionluğunu qazana bilmişdir. 1908-ci ildə Dünya Çempionatının gümüş medalçısı oldu, lakin London Olimpiya Oyunlarında ancaq 17-ci yeri tutdu. 1909-cu ildə qeyri-rəsmi Avropa Çempionatının qalibi oldu. 1910-cu ildə Dünya və qeyri-rəsmi Avropa çempionatlarının gümüş medalını qazandı. 1911-ci ildə ilk rəsmi Avropa Çempionatının qalibi oldu. 1912-ci ildə Stokholm Olimpiya Oyunlarında uğursuz iştirak etdi.
Harald Loudon
Harald von Loudon (alm. Harald Georg Gideon von Loudon‎;11 aprel 1876, Liflyand quberniyası[d] – 1 yanvar 1959, Berlin) – Alman, rus, latviya ornitoloqu. == İşləri == Die Brutvögel der «Ostseeprovinzen». Korrespondenzblatt des Naturforscher-Vereins zu Riga 1895; 38: 45-54. Tetrao tetrix L. Lagopus lagopus (L.), Tetrao lagopoides Nilss. juv in Livland. Ornith. Jahrbuch 1897; 8(1): 37-38. Ankunftdaten in Keysen Livland. Ornith.
Qarabəy
Kiçik Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd. Ulu Qarabəy — Azərbaycanın Tərtər rayonunda kənd.
Hirbə
Hirbə – Midiyanın ən böyük şəhərlərindən biri. Təxminən Midiyanın gücləndiyi dövrlərdə inşa edilmiş şəhər hökmdar şəhəri qədər zəngin və dəbdəbəli olmuşdur. Şəhərin yeri haqqında mənbələrdə məlumat verilmədiyindən onun harda yerləşməsi hələ də naməlumdur. Dəməşqli Nikolayın əsərinn dövrümüzə çatmış hissələrində Hirbə Midiyanın Persiaya yaxın ərazisində yerləşən şəhər kimi təsvir olunur. Hər halda Dəməşqli Nikolay şəhərin nəhəng imperiyanın məhz Midiya ərazisində yerləşdiyini qeyd edir. Şəhərin davam edən axtarışları hələ də uğurlu bir nəticə verməmişdir. Tarixçilərin əksəriyyəti Hirbə şəhərinin də digər Midiya şəhərləri kimi mühüm strateji ərazidə salındığını güman edirlər. Madaylar və farslar arasında Harpaq və II Kirin rəhbərliyi ilə keçirilən ilk döyüş də məhz Hirbə şəhəri yaxınlğında olmuşdur. Ktesi qeyd edir ki, II Kir maday qoşununu bilərəkdən Hirbə şəhərinə yönəltmişdi. Ola bilsin ki, Kir Hirbə döyüşündə Midiya Persia sərhəddində yerləşən mühüm strateji əhəmiyyəti olan bu şəhəri ələ keçirməyi planlaşdırmışdı.