Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hertia
Hertia (lat. Hertia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hertia alata (Thunb.) Kuntze Hertia angustifolia (DC.) Kuntze Hertia cheirifolia (L.) Kuntze Hertia ciliata (Harv.) Kuntze Hertia cluytiifolia (DC.) Kuntze Hertia intermedia (Boiss.) Kuntze Hertia kraussii (Sch.Bip.) Fourc.
Pectis
Pectis (lat. Pectis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Hetit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Arctic Monkeys
Arctic Monkeys — 2002-ci ildə Şeffilddə qurulan ingilis rok qrupu. Qrup üzvləri Aleks Törner, Ceymi Kuk, Nik O'Melli və Mett Heldersdir. Qrupun üzvü Endi Nikolson ilk albom çıxdıqdan qısa müddət sonra 2006-cı ildə qrupu tərk etdi. Arctic Monkeys internet vasitəsilə məşhurlaşan ilk qruplardan biri kimi bilinir, onların 2006-cı ildə buraxdığı ilk albomu "Whatever People Say I Am, That's What I'm Not" Birləmiş Krallığın hit-parad tarixində ən tez satılan debüt albomu oldu və ən böyük debüt albomlarından biri kimi qarşılandı. Onlar 2007 "BRIT" mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatını qazandılar. Qrupun 2007-ci ildə yayımladığı ikinci albomu "Favourite Worst Nightmare" tənqidçilər tərəfindən bəyənildi və 2008 "BRIT Mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatına layiq görüldü. Onlar 2009-cu ildə "Humbug" və 2011-ci ildə "Suck It and See" albomlarını buraxaraq uğur qazanmağa davam etdilər. Qrupun məşhurluğu tənqidçilər tərəfindən bəyənilən 2013-cü ildə işıq üzü görmüş beşinci albom "AM" ilə daha da artdı, bu albom qlobal hit olan "Do I Wanna Know?" ilə tanınır. Mahnı dörd Billboard hit-paradında birinci pillədə qərarlaşdı və ABŞ-də platin sertifikatına layiq görüldü. Onlar 2014 "BRIT" mükafatlarında Britaniyada üçüncü dəfə "İlin Albomu" mükafatını qazandılar.
Celtic FC
"Seltik" (ing. Celtic Football Club) — Şotlandiyanın Qlazqo şəhərini təmsil edən peşəkar futbol klubu. Oyunlarını 60,830 nəfərlik Seltik Park stadionunda oynayan Seltik yaşıl-ağ rənglərə malikdir. == Tarixi == == Rəqabətləri == Daim prinsipiallığı ilə seçilən matçda komandalar arasında ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi Reyncersin "Protestant və Kraliçə klubu", Seltikin isə kraliçəyə boyun əyməyən katoliklərın komandası olmasıdır.
Pectis bracteata
Leucactinia (lat. Leucactinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Meksikanın şimal şərqi hissələrində bitir.
Herti Kirxner
Herti Kirxner (3 Sentyabr 1913 – 1 May 1939) — Almaniyalı film aktrisası. O, 1932-ci il ilə 1939-cu il arasında 25-dən çox film və televiziya şousunda rol oynamışdır.
Musculus rectis femoris
Heçlik
Heç və ya Yox, söz mənasıyla heç bir varlığın olmadığını ifadə edən bir işarə əvəzliyi. Yəni olmayanı amma mütləq mənada olmayanı işarə edər. Heçlik və ya Yoxluq isə Heç əvəzliyinin hakim olduğu vəziyyəti ifadə edər. Fəlsəfi və texniki olmayan gündəlik istifadə mənasında, Heç və ya Yox sözü varlıqdakı bir əskikliyi ifadə edər.. Bu mütləq mənadakı heçlik / yoxluq qavramından fərqlidir. Mütləq mənada yoxluq və heçlik, suyun əslində heç olmadığı, su deyə bir varlığın yox olduğunu ifadə etməkdədir.
Hərtiz
Hərtiz, Hərtis — Azərbaycan Respublikasının Qubadlı rayonunun Fərcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Hərtis kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi öz adını ərazidəki Hərtis dağının adından almışdır.
Həçəti
Həçəti (erm. Ոչեթի; Voçeti) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd. Kənd Qafan şəhərindən 38 km şimal-qərbdə, Gərd və Qazangölçayın sağ sahilində, dəniz səviyyəsindən 2200 m yüksəklikdə, kollu-meşəli dağ döşündə yerləşir. Hal-hazırda kənd dağıdılıb və heç kim yaşamır. == Adı == Kəndin adı «İrəvan əyalətinin icmal dəftəri»ndə «Hacatı», Qafqazın 5 verstlik xəritəsində «Haçaatı» («Гачааты»), Azərbaycan mənbələrində «Həçəti», erməni mənbələrində «Hacatin formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində «bucaq şəklində ayrılan», «haça» mənasında işlənən haca (<haça) sözünə -tı şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. == Tarixi == Kənd XX əsrdə 4 dəfə dağıdılmış sonra yenidən bərpa olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox azərbaycanlı kəndləri kimi Həçəti kəndinə də xeyli ziyan dəymişdir. 1918-ci ildə daşnak silahlıları Həçəti kəndini dağıtmış, kənd əhalisi Zəngəzur dağlarını aşaraq Naxçıvana pənah aparmışlar.
Hərtis (dağ)
Hərtis — Azərbaycan Respublikası Qubadlı rayonunun ərazisində, Bərguşad silsiləsinin cənub-şərq qurtaracağında yerləşən dağ. Hündürlüyü 1279 metrdir. Hərtiz kəndinin cənubundadır. Qartikiz, Xartıüz variantlarında qeydə alınmışdır. Oronim metal alətləri itiləmək üçün istifadə edilən xart və ya qart (bülöv) daşının adından və üz sözlərindən ibarət olub, xart daşı olan dağ mənasında olması ehtimal edilir.
Mariya Şestiç
Mariya Şestiç (d. 5 may 1987, Banyaluka) — Bosniyalı musiqiçi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı təmsil edib.
Olivera Yevtiç
Olivera Yevtiç (24 iyul 1977, Uziçe, Yuqoslaviya) — Serbiyanı təmsil edən marafonçu. Olivera Yevtiç müxtəlif bayrağlar altında 2004, 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarına qatıldı. == Karyerası == Sarah Attar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Həmin il Londonda baş tutan yarışlarda Sarah Attar 800 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 2:44.95 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı. Sarah Attar növbəti Olimpiadasına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 16 dəqiqə 11 saniyəyə qət edərək 157 marafonçu sırasında 132-ci yeri tutdu.
Heçi
Heçi (çin. 河池市) — Çinin Quansi-Çjuan muxtar rayonunda 4 milyona yaxın əhalisi olan şəhər.
Həcc
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Vida həcci
Vida həcci – hicrətin onuncu ilinin Zülhiccə ayında Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdikdən sonra Məkkəyə ilk dönüşü, eyni zamanda ilk və sonuncu həccidir. Məhəmməd peyğəmbər cüməyə düşən bu ayın onuncu günündə minlərlə müsəlmanın qarşısında məşhur xütbəsini oxumuşdur. Peyğəmbər həcc mərasiminin son qaydalarını bu həcc zamanı yerinə yetirmişdir. Sonralar müsəlmanlar həcci bu qaydalara uyğun icra etməyə başlamışdırlar. == Xütbənin mətni == Peyğəmbərin Vida həccincə oxuduğu xütbə "Yəqubi tarixi"ndə daha geniş formada verilib. Digər kitablarda bu xütbə nisbətən müxtəsər şəkildə rəvayət edilib. == Mənbələr == A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 272.
Boyan Letiç
Boyan Letiç (21 dekabr 1992, Brçko[d]) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın futbolçusu.
Həccac ibn Yusif
Həccac ibn Yusif (1 iyun 661, Taif, Hicaz, Əməvilər xilafəti – 1 iyun 714, Vasit, Əməvilər xilafəti) — Əməvilər xilafətinin sərkərdəsi. == Həyatı == Məsudi "Mürucuz-zəhəb" və İbn əl-Əsirin "əl-Kamilu fit-tarix" kitablarında yazılmışdır: "Elə ki Həccac ibn Yusif İraqın hakimi vəzifəsinə təyin olunaraq öz hakimiyyətinin qərargahı olan Kufəyə daxil oldu, ilk nitqini (müraciətini) bismillahsız, qorxutma, çoxlu hədə ilə başladı və bununla da özünün qaniçən olduğunu göstərdi. Ilk nitqində işlətdiyi cümlələrdən biri də bu idi: "Ey Iraq xalqı! Ey təfriqəçi, nifaqçı və ən pis sifətlərə malik olanlar! And olsun Allaha ki, mən sizin aranızda ucalmış boyunlar və biçilmək vaxtı yetişmiş çoxlu başlar görürəm! Və bu mənim işimdir! Ey Iraq əhalisi! Bilin, and olsun Allaha mən nə sizin səhvinizi bağışlayacağam, nə də sizin üzrünüzü qəbul edəcəyəm."; Sonra göstəriş verdi ki, gərək sizin hamınız şəhərin kənarında toplaşasınız və Bəsrədə hökumət əleyhdarları ilə döyüşən Məhləbə kömək etməyə tələsəsiniz. Hər kəs bu əmrdən boyun qaçırsa, boynunu vuracaq, evini viran edəcəyəm. Üç gün sonra Həccac şəxsən Kufə əhalisinin Bəsrəyə tərəf hərəkətini müşahidə etdiyi vaxt Kufə qəbilələrinin başçılarından olan Ümeyr ibn Zabi adlı bir qoca onun yanına gəlib dedi: Əmir!
Müslim ibn Həccac
Əbu-l-Hüseyn Müslim ibn Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi (ərəb. أبو الحسين مسلم بن الحجاج القرشي النيشابوري‎) (821 (hicri-qəməri 204)-875 (hicri-qəməri 261)—İslam alimi. == Həyatı == Müslim hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur. Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir. Müslim hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir. == Onun haqqında deyilənlərdən == Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılar". Əbu Qüreyş demişdir: "Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir".
Müslüm ibn Həccac
Əbu-l-Hüseyn Müslim ibn Həccac ibn Müslim ibn Vard əl-Quşeyri ən-Nisaburi (ərəb. أبو الحسين مسلم بن الحجاج القرشي النيشابوري‎) (821 (hicri-qəməri 204)-875 (hicri-qəməri 261)—İslam alimi. == Həyatı == Müslim hicrətin 204-cü ilində (821) Nişapur şəhərində anadan olmuşdur. Uşaq ikən hədis elmini çox sevirdi. Təhsilini ilk dəfə yaşadığı şəhərdə olan alimlərdən mənimsəmişdir. Sonralar o, Məhəmməd peyğəmbərin hədislərini toplamaq üçün İraq, Şam, Misir, Hicaz, Xorasan, Bağdad və bir çox başqa yerlərə səyahət etmişdir. Müslim hicrətin 261-ci ilində (875) Rəcəb ayının 2-si Nişapur şəhərində vəfat etmişdir. == Onun haqqında deyilənlərdən == Əbu-l-Fadl Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zura və Əbu Hatimin Müslimə qarşı olan münasibətini gördüm. Onlar hədis elmində Müslim ibnu-l-Həccacı əsrinin alimlərindən üstün sayırdılar". Əbu Qüreyş demişdir: "Dörd hafiz mövcuddur: bunlar Əbu Zura, Məhəmməd ibn İsmail, əd-Dərimi və Müslimdir".
Məhəmməd Əl-Həcri
Məhəmməd Əl-Həcri (23 sentyabr 1991) — Omanlı atıcı. Məhəmməd Əl-Həcri Omanı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Əl-Həcri birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tüfəng yarışında iştirak etdi. Ümumilikdə 612.2 xal toplayaraq 14-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Həcc surəsi
22-ci surə
Həcc ziyarəti
Həcc (ərəb. حَجّ‎) – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: "Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər." == Həccin hökmləri == Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: "Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.". Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
Həci Hüseynov
Həci Kərim oğlu Hüseynov (12 iyun 1996, Sumqayıt, Azərbaycan — 25 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həci Hüseynov 13 iyun 1996-cı ildə Sumqayıt şəhərində anadan olub.. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Həci Hüseynov Füzulinin azad edilməsində savaşıb. Oktyabrın 23-dən 24-nə keçən gecə maşınında əsgərləri apararkən düşmən öndəki maşının qabağına minamyot atıb qəhrəmanımız maşının istiqamətini dəyişmək istəyəndə maşın dərədən aşıb və elə oradaca Şəhidlik zirvəsinə ucalıb. Həci Hüseynov Xocasən kənd qəbiristanlığında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Live at the Royal Albert Hall (Arctic Monkeys albomu)
"Live at the Royal Albert Hall" – ingilis rok qrupu Arctic Monkeys-in 7 iyun 2018-ci ildə Londonda yerləşən Royal Albert Hall-da etdiyi çıxışdan ibarət canlı albomu. Albom 4 dekabr 2020-ci ildə Domino Recording Company tərəfindən buraxıldı və bütün gəlirlər War Child xeyriyyə fonduna bağışlandı. == Mahnı siyahısı == Bütün mahnıların sözlərini Aleks Törner yazıb, musiqiləri Arctic Monkeys bəstələmişdir.