HACIXAN

Həcc ziyarətinə getmiş xan.
HACIƏMİ
HACIXƏLİL
OBASTAN VİKİ
Hacıxan
Anbaq-i Hacıxan (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Təzəkənd-i Hacıxan (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Anbaq-i Hacıxan (Əhər)
Anbaq-i Hacıxan (fars. انباق حاجي خان‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Təzəkənd-i Hacıxan (Meşkinşəhr)
Təzəkənd-i Hacıxan (fars. تازه كندحاجي خان‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 33 nəfər yaşayır (7 ailə).
Hacıxanlı
Hacıxanlı (əvvəlki adı: Zorkeşiş) — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetinin Zorkeşiş kəndi Hacıxanlı kəndi adlandırılmışdır. Hacıxanlı kəndi Şəlvə kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacıxanlı kənd Soveti yaradılmışdır. == Etimologiyası == Kənd XIX əsrin əvvəllərində gəlmə ermənilər yerləşdirildikdən sonra salındığı ərazinin adı ilə Zorkeşiş adlandırılmışdı. Kəndin ərazisi əvvəllər mənşəcə qarabayramlı tayfasının hacıxanlı tirəsinin qışlaqlarından biri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Hacıxanlı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Hacıxanlı Laçın rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Hacıxanlı oymağı
Hacıxanlı oymağı — Şahsevən elinin qolu. == Hacıxanlı oymağının tarixi == Bu oymağın ilk patronu Hacı xan Səlim xan oğlu Şəkilidir. Əvvəlcə Şəki hakimi Səlim xan haqqında bilgi verək. Səlim xan Məhəmmədhüseyn xan oğlu Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. 1795-ci ildə Səlim xan hakimiyyəti ələ keçirdi. Səlim xan Ibrahimxəlil xanın qızı Tuti bəyimlə evləndiyindən Qarabağ xanlığı ilə dostluq münasibəti qurmuşdu. Bu dostluq "kəbin diplomatiyası"na əsaslanırdı. 1797-ci ildə Məhəmmədhəsən xan Şirvanlı Mustafa xanla birləşib Səlim xanın üzərinə hücum edir. Səlim xan duruş gətirə bilməyib Qarabağa qaçdı.
Qışlaq-i Hacıxanhüseynsamid (Biləsuvar)
Qışlaq-i Hacıxanhüseynsamid (fars. قشلاق حاج خان حسين صميد‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 29 nəfər yaşayır (8 ailə).