Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polis Hekayəsi
Polis əhvalatı (çin. 警察 故事 系列) altı rəsmi Honkonq cinayət hadisələri filmindən ibarətdir, rejissor Ceki Çan, Stenli Tonq, Benni Çan və Dinq Şen tərəfindən çəkilmiş və Reymond Çou, Leonard Ho, Ceki Çan, Barbi Tunq, Villiye Çan, Solon So və Yanq Du tərəfindən prodürserlik edilmişdir. İlk film Polis əhvalatı 14 Dekabr 1985-ci ildə yayımlandı. Filmin müvəffəqiyyəti beş seriala, rəsmi spin-offa (Super polis 2) və qeyri-rəsmi spin-offa (Detektiv) səbəb oldu. Çan, Amerika film bazarına girməsi üçün nəzərdə tutulan Himəyadarda rejissor Ceyms Qlikenhausla işləməkdə məyus bir təcrübədən sonra filmə başladı. İlk Polis əhvalatı filmi pərəstişkarları tərəfindən Çanın ən yaxşı filmlərindən biri hesab olunur. Asiyada böyük bir vuruş idi. Tərcümeyi-halına görə, mən Ceki Çanam, Çan filmi hərəkət və tryuk baxımından ən yaxşı hesab edir. Time Out-in kino tənqidçiləri, rejissorları, aktyorları və boyuk aktyorlar arasında keçirdiyi sorğuda ilk üç Polis Hekayəsi filmi səsləndirildi, Polis əhvalatı 4-cü, Polis əhvalatı 2 61-ci, və Super polis 75-ci sırada yer aldı.
Qulluqçunun hekayəsi
Qulluqçunun hekəyəsi — Kanadalı feminist yazıçı Marqaret Etvudun antiutopiya janrında yazıdığı gender bərabərsizliyi, qadın azadlığı, cəmiyyətdə və dünyada qadının yeri kimi problemlərə həsr olunmuş romanı. Əhatə etdiyi problemlərə görə tez-tez "feminist antiutopiyası" da adlanır. Əsərdə mifoloji elementlər, dini motivlər çox işlənmişdir. Süjet kimyəvi tullantılar səbəbindən çirklənmiş dünyada cərəyan edir. Hadisələrin baş verdiyi Amerikanın adı dəyişdirilərək "GİLEAD" adlı totalitar, patriarxal və dini dövlət qurulmuşdur. "Qulluqçunun hekayəsi"ni digər antiutopik romanlardan ayıran əsas fərq baş obrazın hər iki dünyanı, yəni, "Gilead"dan öncəki rejimi də görməsidir. Əksər antiutopiya janrında yazılan romanlarda obrazlar birbaşa qaranlıq dünyada doğulur. Offred isə köhnə dünyanı da gördüyü üçün hər iki rejimi müqayisə edə bilir. Bu səbəbdən süjet boyu obrazın keçmiş xatirələri və indiki zaman iç-içə təsvir olunmuşdur. Əsərin əsas mövzusu sonsuzluğun kəskin həddə çatdığı dövrdə uşaq dünyaya gətirmə qabiliyyətinə sahib qadınların dövlətin malı kimi mənimsənərək yüksək rütbəli komandirlərin evinə "damazlıq" kimi verilməsidir.
Gencinin hekayəsi
Gencinin Hekayəsi (Genji Monogatari 源氏物語), XI əsrin başlanğıcında Murasaki Şikibu tərəfından yazılmış, Yapon ədəbiyatının ilklərindən biri. Bu roman dünyanın ilk romanı kimi qəbul edilir. Şikibu "Gencinin hekayəsi"ni təxminən 1010-cu ildə, yapon sarayında saray xanımı olaraq tamamladı. Yapon sarayının akademik dili Çincə idi və saraydakı qadınlar tərəfindən gündəlik qeydlər aparmaqda işlədilən Yaponca əhəmiyyətsiz sayılırdı. Həm də nəsr, nəzm ilə bərabər sayılmırdı. Ancaq Gencinin Hekayəsi, Çincə və Yaponca nəzmə hakim olduğu gözə çarpan bir yazarın, zərif və yaradıcı xəyal gücünün məhsulu olduğu üçün fərqli reaksiya ilə qarşılaşdı. 54 bölümdən meydana gələn əsər, qəhrəmanın əfsanəsini axıcı bir dillə anladır. Əsas obrazın dilindən söylənən və saray dili ilə yazılmış 800 şeiri özündə birləşdirir. Gencinin Hekayəsi, erkən dövr (Heyan dövrü) aristokrasiyası haqqında daha çox məlumat almağa imkan verir. Əsərdə dövrün əyləncə mədəniyyəti , geyim, gündəlik həyat və əxlaq anlayışı kimi mövzular önə çıxarılır.
Oyuncaqların hekayəsi
Oyuncaqların hekayəsi (ing. Toy Story) — Walt Disney Pictures və Pixar Animasiya Studiyasında istehsal edilmiş 1995-ci il Amerikan kompüter animasiyası, dostluq, macəra filmi. Oyuncaqların hekayəsi, Con Lasseterin rejissor kimi debütü, ilk tammetrajlı kompüter-animasiyası filmi və Pixar tərəfindən istehsal olunmuş ilk cizgi filmdir. Antropomorf oyuncaqlar canlıdırlar. == Səsləndirənlər == == Xarici keçidlər == Oyuncaqların hekayəsi — Internet Movie Database saytında.
Evlilik hekayəsi
Evlilik hekayəsi (ing. Marriage Story) — Noa Baumbaxın 2019-cu ildə rejissorluğu ilə çəkilmiş dram filmi. Film boşanan cütlükdən bəhs edir. Baş rollarda Skarlet Yohansson və Adam Drayver çəkilib.
Gencinin hekayəsi (roman)
Gencinin Hekayəsi (Genji Monogatari 源氏物語), XI əsrin başlanğıcında Murasaki Şikibu tərəfından yazılmış, Yapon ədəbiyatının ilklərindən biri. Bu roman dünyanın ilk romanı kimi qəbul edilir. Şikibu "Gencinin hekayəsi"ni təxminən 1010-cu ildə, yapon sarayında saray xanımı olaraq tamamladı. Yapon sarayının akademik dili Çincə idi və saraydakı qadınlar tərəfindən gündəlik qeydlər aparmaqda işlədilən Yaponca əhəmiyyətsiz sayılırdı. Həm də nəsr, nəzm ilə bərabər sayılmırdı. Ancaq Gencinin Hekayəsi, Çincə və Yaponca nəzmə hakim olduğu gözə çarpan bir yazarın, zərif və yaradıcı xəyal gücünün məhsulu olduğu üçün fərqli reaksiya ilə qarşılaşdı. 54 bölümdən meydana gələn əsər, qəhrəmanın əfsanəsini axıcı bir dillə anladır. Əsas obrazın dilindən söylənən və saray dili ilə yazılmış 800 şeiri özündə birləşdirir. Gencinin Hekayəsi, erkən dövr (Heyan dövrü) aristokrasiyası haqqında daha çox məlumat almağa imkan verir. Əsərdə dövrün əyləncə mədəniyyəti , geyim, gündəlik həyat və əxlaq anlayışı kimi mövzular önə çıxarılır.
Hekayəti-Yusif şah
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Hekayəti Xırsi-Quldurbasan
Hekayəti xırsi-quldurbasan — Azərbaycan dramaturqu, yazıçısı, maarifçisi, şair Mirzə Fətəli Axundovun ədəbiyyat tariximizə qızıl hərflərlə həkk olunmuş dram əsərlərindən biridir. Əsərin yaranma tarixi 1851-ci ilə təsadüf edir. == Məzmunu == Azərbaycanın ilk dramaturqu Mirzə Fətəli Axundovun "Hekayəti xırsi-quldurbasan" əsərində kənd həyatından bəhs olunur. M. F. Axundov bu dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir. Dramın mövzusu kənd həyatından alınmışdır. Əsərin fabulası Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur. Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızdır. Onlar bir-birini sevirlər. Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə onun qızını öz oğlu Tarverdiyə nişanlayır və onlar toy etməyə hazırlaşır. Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün Tarverdini öyrətdirib quldurluğa göndərir.
Uğursuzun hekayəti (roman)
Uğursuzun hekayəti — Çingiz Abdullayev tərəfindən yazılmış roman.
İki şəhərin hekayəsi
İki şəhərin hekayəsi — Çarlz Dikkensin ilk dəfə 1859-cu il 30 apreldə çap etdirdiyi əsəri olmaqla, yaradıcılığının özəyi sayılır. Roman üç kitabdan ibarətdir. 200 milyon nüsxədən çox satılan əsər dünyada ən çox satılan romandır. Dikkens, əsəri kitab şəklində çap etməzdən öncə qurucusu olduğu "All the year round" həftəlik qəzetində bölümlər şəklində nəşr etmişdir. Dikkens kitabın son bölümünü qəzetdə nəşr etməzdən üç həftə öncə irlandiyalı yazıçı Vattz Flippsin mövzu və quruluş olaraq Dikkensin əsərinə çox bənzəyən "Ölü ürək" pyesi tamaşaya qoyuldu. Kimin plaqiatlıq etdiyini demək mümkün olmasa da hər ikisinin Eduard Bulver-Littonun "Zanoni" (1842) əsərindən təsirləndiyi aydın görünür. Tarixi roman sayılan əsərin başlıca mövzusu Böyük Fransa inqilabıdır. Baxmayaraq ki, əsər 1775-ci il həkim Manettin Bastiliya həbsxanasından azad olunması ilə başlayır, ümumilkdə, roman daha geniş bir periodu, 1757-1794-cü illəri əhatə edir.Uilki Kollinsin "Dondurulmuş" pyesində baş rollardan biri olan Riçard rolunda çıxış edən yazıçı bu əsərin təsiri ilə yeni kitabına "özünüqurbanetmə" motivləri qatmaq qərarına gəlir, Frederikə bənzər Sidney obrazını yaradır. Əsərin əsas mövzusunun Fransa inqilabı olması qərarını isə Tomas Karlinin 1837-ci ildə yazdığı eyniadlı kitabın təsiri ilə qəbul edir və onunla məktublaşdıqdan sonra əsərin iki əsas obrazını- həkim Manett və Markis obrazlarını formalaşdırır. == Mövzusu == === Birinci kitab- "Yaşama qayıtmış" === Birinci bölüm Çarlzın dövr haqda təsviri ilə başlayır:"Bu dövrlərin ən yaxşısı idi, həm də ən pisi, ağıl dövrü idi, həm də axmaqlıq, ümidlərin baharı idi, həm də ümidsizliyin qışı, həm hər şey qabaqda idi, həm də bizi gözləyən heç nə yox idi, hamımız bir başa cənnətə, ya da tam əksi olan yola gedəcəkdik-qısaca, hər şey bugünə o qədər oxşayırdı ki, səs-küylü ixtiyar sahibləri müqayisələrin yaxşı, ya pis olsun üstünlük göstərməyə edilməsi üçün dirəşirdilər." İlk hissədə hadisələr 1775-ci il həkim Aleksandr Manettin azadlığa buraxılması ilə başlayır və ancaq bu dövrü əhatə edir.
Oyuncaqların hekayəsi 2
Oyuncaqların hekayəsi 2 (ing. Toy Story 2) — 1999-cu ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. == Məzmun == Endinin tətil üçün bir kovboy düşərgəsinə getməsi əsnasında, onun oyuncaqları öz başına qalırlar. Bu müddətdə puldan başqa heç nə düşünməyən MakVuicin adlı kolleksiyaçı, Vudini qaçırır. Qaçırılan Vudi keçmişiylə bağlı bəzi gerçəklərlə üz-üzə gələrək köhnə və yeni yoldaşları arasında bir seçim etmək məcburiyyətində qalır. Dostları isə onu tapmağa qərara gəlirlər… == İstinadlar == == Xarici keçidlər == Oyuncaqların hekayəsi 2 — Internet Movie Database saytında.
Oyuncaqların hekayəsi 3
Oyuncaqların hekayəsi 3 (ing. Toy Story 3) — 2010-cu ildə "Pixar" tərəfindən istehsal olunmuş animasiya filmi. == Məzmun == Endinin oyuncaqlarını "Göyqurşağı"-ında çoxlu oyuncaqlar salamlayır və ayı Lotso, Böyük Körpə və Ken. Oyuncaqların hamısı özlərini yeni evlərinə heyran oldular. Endiyə geri qayıtmağa cəhd etmək üçün yalnız Vudi cəh etdi.Buna baxmayaraq, Vudinin qurtulma cəhdi uğursuz olur və o kiçik qız Bonni tərəfindən bağçanın çölündə tapılır.O onula yaxşı davranır və onunla öz oyuncaqları ilə birlikdə oynayır. Vudinin əhval-ruhiyyəsi yüksək idi,o qəmgin klonun istehzalı gülməyini və Lotso haqqında eşidənə qədər. Böyük Körpə,Klon və Lotso onların əsl sahibləri Deyzi tərəfindən təsadüfən itirildi.Onların üçüdə Deyzini evinə gedən yolu tapdı, lakin Lotso gördü ki, onların hər üçü eyni oyuncaqlarla əvəz olunub. Baxmayaraq ki, Klon həqiqəti başa düşmüşdü,amma Losto qəzəbləndi və o Böyük Körpəni inandırdı və onlar "Göyqurşağı"-nı tapıb həpsxanaya çevirdilər. Vudi indi tez bağçaya getmək üçün tələsir və onun dostlarını tezacıqlanan uşaqlar tərəfindən oynanmamaq üçün onlara kömək etməlidir... == İstinadlar == == Xarici keçidlər == Oyuncaqların hekayəsi 3 — Internet Movie Database saytında.
Oyuncaqların hekayəsi 4
Oyuncaqların hekayəsi 4 (ing. Toy Story 4) — 2019-cu ildə çəkilmiş ABŞ animasiyasıdır. == İstinadlar == == Xarici keçidlər == Oyuncaqların hekayəsi 4 — Internet Movie Database saytında.
Oyuncaqların hekayəsi (film, 1995)
Oyuncaqların hekayəsi (ing. Toy Story) — Walt Disney Pictures və Pixar Animasiya Studiyasında istehsal edilmiş 1995-ci il Amerikan kompüter animasiyası, dostluq, macəra filmi. Oyuncaqların hekayəsi, Con Lasseterin rejissor kimi debütü, ilk tammetrajlı kompüter-animasiyası filmi və Pixar tərəfindən istehsal olunmuş ilk cizgi filmdir. Antropomorf oyuncaqlar canlıdırlar. == Səsləndirənlər == == Xarici keçidlər == Oyuncaqların hekayəsi — Internet Movie Database saytında.
Qərb tərəfin hekayəsi (dəqiqləşdirmə)
Qərb tərəfin hekayəsi (film, 1961) — 1961-ci ildə çəkilmiş Amerika musiqili filmidir.Qərb tərəfin hekayəsi (film, 2021) — Stiven Spilberqin rejissoru olduğu və Kristie Macosko və Krieger Kevin McCollum ilə müştərək prodüserlik etdiyi, 10 dekabr 2021-ci ildə nümayişi planlaşdırılan musiqili ABŞ filmi
Sevgi hekayəsi (film, 2005)
Sevgi hekayəsi, Əlaqə və ya Zəncirlər (Rom: Silsiilay; ingiliscə: Chains) — 2005-ci ildə Xalid Məhəmmədin ssenari xəttini yazdığı və rejissoru olduğu hind dilində çəkilmiş olan romantik filmdir. Filmdə baş rollarda Tabu, Bhumika Çavla, Riya Sen, Celina Ceytli, Anita Hassanandani, Divya Dutta, Rahul Bose, Cimmi Şeirgill, Aşmit Patel və Kay Kay Menon iştirak edir, eyni zamanda filmdə xüsusi geniş obrazı Şah Rukh Khan canlandırır. Film 17 iyun 2005-ci ildə buraxılmışdır. == Süjet xətti == Film üç qadının hekayəsi ətrafında cərəyan edir. Sürətlə yüksələn Bollivud aktrisası olan Zianın, onu kino karyerası üçün yetişdirmiş şəxs olan Neel ilə olan isti münasibətləri pozulmaq üzrədir. Ondan uşaq istəyir, amma uşağa görə heç bir məsuliyyət də daşımaq istəmir. Tezliklə o öz yoluna davam edir və özünə başqa bir sevgili tapır. Anuşka varlı Nikhillə münasibətlərində sevgi tapmaq istəyən telefon operatorudur. Bu vaxt ofisdəki həmkarı Tarun da onu sevir və onu səssizcə izləyir. Əməksevər bir qız olan Anuşkanın sevgi hekayəsində bir dönüş nöqtəsi baş verir və bundan sonra qız iki oğlandan birini seçməlidir.
Aldanmış Kəvakib (Hekayəti-Yusif şah)
Aldanmış kəvakib ("Hekayəti-Yusif şah") — Mirzə Fətəli Axundovun 1857-ci ildə yazdığı əsər. Yazıçı bu əsərlə Azərbaycan ədəbiyyatında realist nəsrin banisi olmaqla yanaşı, həm də milli ədəbiyyatımızda povest janrının əsasını qoyur. Povestdə Avropa maarifçilərinin "dünyanı sağlam aqil idarə edir" konsepsiyasından çıxış edən müəllif, İran feodal üsul-idarəsinin ictimai nöqsanlarını, ölkənin ali feodal dövlət başçılarını kəskin satira atəşinə tutur və maarifçi, humanist hakim ideyasını qızğın təbliğ edir. Odur ki, "Aldanmış kəvakib" povesti dünya maarifçi nəsrinin orijinal, parlaq nümunələrindən biri kimi dəyərləndirilir. Axundzadə bu əsərində fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, rüşvətxorluğu, özbaşınalığı, haqsızlığı da ifşa edir. Yazıçı XV əsrdə yaşamış İran tarixiçi İskəndər bəy Munşinin əl yazmaları əsasında bu povesti yazıb, amma o İran hökümdarı Nəsrəddin şahı tənqid etmək üçün, müasir həyatla əsəri əlaqələndirib, amma povestdə şah obrazında I Şah Abbas göstərilib. == Qısa məzmun == Povest ardıcıl inkişaf edən süjet xəttinə və aydın kompozisiyaya malikdir və o, başlanğıcdan, bağlamadan və iki hissədən ibarətdir. Povestin başlanğıcı cəmi iki sətirdə yazılıb. Artıq 7 ildiki Şah Abbas ölkəni idarə edir. Novruz bayramından cəmi 3 gün sonra baş münəccim xəbər verir ki, novruzdan 15 gün keçmiş ulduzların toqquşacağı və bu toqquşma zamanı şaha xətər toxunacağını deyir.
Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası
Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası (ing. American Horror Story: Asylum) - FX telekanalında yayımlanan, Bred Falçuk və Rayan Mörfi tərəfindən yaradılmış “Amerikan Qorxu Hekayəsi” teleserialının ikinci mövsümüdür. İkinci mövsüm 17 oktyabr 2012-ci ildən 23 yanvar 2013-cü ilə kimi yayımlanmışdır. İkinci mövsümdə yeni məkanlar və yeni personajların istifadə edilməsi ilə “Amerikan Qorxu Hekayəsi” antologiya serialı kimi təqdim edilmişdir. İkinci mövsümdə hadisələr 1964-cü ildə Briarkliff Manorda uydurma psixi xəstəxanada baş verir və tədricən xəstəxana sakinlərinin keçmiş həyatları ilə qarışır. Birinci mövsümdə rol almış Frensis Konroy, Cessika Lanc, Dilan MakDermott, Sara Polson, Evan Piters, Zaxari Kuinto və Lili Reyb ikinci mövsümdə də rol almışlar. Birinci mövsüm kimi, ikinci mövsüm də həm televiziya tənqidçiləri, həm də izləyicilər tərəfindən yaxşı qarşılanmışdır. Xüsusilə Cessika Lanc, Ceyms Kromvel, Zaxari Kuinto, Sara Polsin və Lili Reybin ifası yüksək qiymətləndirilmişdir. İkinci mövsüm bütün seriallardan çox – on yeddi nominasiyada Emmi mükafatına namizəd göstərilmiş, bunların arasında Əlamətdar miniserial nominasiyası, həmçinin Lanc, Polson, Kromvel və Kuinto üçün Miniserial və ya Filmdə Ən Yaxşı İkinci Dərəcəli Aktyor nominasiyaları da olmuşdur. Bundan əlavə, Kuinto və Polson müvafiq kateqoriyada 3-cü Tənqidçilərin Seçimi Televiziya Mükafatına da layiq görülmüşdür.
Amerikan qorxu hekayəsi: Qatil ev
Amerikan qorxu hekayəsi: Qatil ev (ing. American Horror Story: Murder House, orijinal adı ilk dəfə Amerikan qorxu hekayəsi (ing. American Horror Story) kimi elan edilmişdi) FX telekanalında yayımlanan "Amerikan qorxu hekayəsi” serialının 5 oktyabr 2011-ci ildən 21 dekabr 2011-ci ilə kimi efirdə olmuş birinci mövsümüdür. “20th Century Fox Television” tərəfindən istehsal edilmiş mövsümün icraçı prodüsseri Dante Di Loreto, yaradıcıları isə Bred Falçuk və Rayan Mörfi olmuşdur. Birinci mövsümdə baş verən hadisələrin mərkəzində Ben, Vivyen və onların qızı Vayaletdən təşkil olunmuş Harmonlar ailəsi durur. Vivyenin uşaq düşürməsi və Benin ailəsinə xəyanət etməsindən sonra, Harmonlar yeni həyata başlamaq üçün Bostondan Los-Ancelesə keçir və Viktorian dövrünə aid malikanədə məskunlaşırlar. Serialın birinci mövsümü televiziya tənqidçiləri və fanatlar tərəfindən müsbət qarşılanmışdır. Serialın aktyor heyəti, xüsusi Cessika Lanc və Frensis Konroyun oyunu yüksək qiymətləndirilmişdir. Serial FX kabel televiziyası üçün sabit yüksək reytinq gətirməklə, birinci mövsümdə ən böyük kabel serialı olmuşdur. Ən Yaxşı Teleserial – Drama nominasiyasında Qızıl Qlobus Mükafatı da daxil olmaqla bir çox mükafatlara namizəd göstərilmiş birinci mövsüm Emmi mükafatı da daxil olmaqla on yeddi mükafata layiq görülmüşdür.
Amerikan qorxu hekayəsi (teleserial, 2011)
Amerikan qorxu hekayəsi (ing. American Horror Story) – Rayan Mörfi və Bred Felçak tərəfindən yaradılmış ABŞ istehsalı qorxu-triller teleserialı. Serialın hər mövsümündə müxtəlif qorxu hekayələrinə yer verilir, eyni aktyor heyəti hər mövsüm fərqli rolları ifa edir.Serialın birinci mövsümü "Qatil Ev" adlanır. Burada hadisələr 2011-ci ildə Los-Ancelesdə cərəyan edir. Hekayədə bir ailənin yeni evə köçməsi ilə başlarına açıqlanmaz hadisələr gəlməsindən bəhs edir. İkinci mövsüm olan "Psixiatriya Xəstəxanası" 1964-cü ildə Massaçusetsdə dəlixanada xəstələrin və işçilərin başına gələn hadisələrdən bəhs edilir. Üçüncü "Cadugərlər məclisi" adlı mövsümdə 2013-cü ildə Nyu-Orleanda cadugərlar və onları məhv etmək istəyən şirkətdən danışılır. Dördüncü "Anormallar Şousu" adlı mövsümdə hadisələr 1952-ci ildə cərəyan edir və burada qəribə görünüşdə doğulmuş insanlardan bəhs olunur. Beşinci mövsüm olan "Otel"-də hadisələr 2015-ci ildə sirli qətllərin baş verdiyi oteldən bəhs edilir. Altıncı mövsüm "Roanoke"-da hadisələr 2014–2016-ci illərdə Şimali Karolinada cərəyan edir.
Ceyn Mensfild hekayəsi (film, 1980)
Ceyn Mensfild hekayəsi (ing. The Jayne Mansfield Story) — 1980-cı ildə Dik Lauri tərəfindən çəkilmiş ABŞ filmidir. Film real hadisələr əsasında hazırlanmışdır. == Xarici keçidlər == Ceyn Mensfild hekayəsi — Internet Movie Database saytında.
Erotik Kabus hekayəsi (film, 1987)
Erotik Kabus hekayəsi (ing. Erotic Ghost Story) — 1987-ci ildə çəkilən filmdir. == İstinadlar == == Xarici keçidlər == Erotik Kabus hekayəsi — Internet Movie Database saytında.
Hekayəti Molla İbrahim-Xəlil Kimyagər
Hekayəti Molla İbrahim-Xəlil kimyagər — dramaturq Mirzə Fətəli Axundovun 1850-ci ildə yazdığı ilk komediyası sayılır. Elə ilk komediya da müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati hadisələrini və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları bütün tipik səciyyələri ilə təqdim edib. Komediyada qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha kəskin konfliktlər əsasında işlənib. "Dərviş Məstəli şah" dramının qəhrəmanı mənəvi baxımdan Molla İbrahimxəlillə qohumdur, ona doğmadır. Dramaturq bu bənzərliyi mənəvi cəhətdən götürüb, obrazın bədii təsvirinə görə isə fal qurub cadu-piti ilə cibləri soyan Məstəli şah milli dramaturgiyamızda orijinal dramaturji obrazdır. == Məzmun == Şəhər əhli eşitdiyi xəbərdən başını itirib: misi gümüşə döndərən kimyagər "peyda" olub. Var-dövlətini itirən, yüngül yolla qazanc əldə etmək istəyən, hər cür alçaqlığa razı olan cahillər yalançı kimyagərin "möcüzəsinin işığına" yığışırlar. Molla İbrahimxəlil camaatın sadəlövhlüyündən istifadə edərək, soyğunçuluğa başlayır və qarşısında yaltaqlıq, ikiüzlülük edib, onun rəğbətini qazanmağa can atan nadanları asanlıqla toruna salır. == Personajlar == Əfradi-əhli-məcalis: Molla İbrahimxəlil — kimyagər, kəldəkli.
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Mürafiə vəkillərinin hekayəti — Rejissor Ramiz Həsənoğlunun filmi. == Məzmun == Hacı Qafur təbrizli varlı tacirdir. O öldüyü təqdirdə vəsiyyətində var-dövlətinin bacısı Səkinə xanıma çatacağını bildirir. Onun siğə arvadı Zeynəb isə bununla razılaşmır və adə keçən var-dövlətə yiyələnmək məqsədilə məhkəməyə şikayət edir. Bu məsələdə Zeynəbi müdafiə edən vəkil Ağa Mərdan Halvaçı oğlu rüşvətə baş vuraraq yalançı şahidlər tutur. Vəkil yalançı şahidlər tutaraq sübut etmək istəyir ki, Hacı Qafurun Zeynəbdən 7 aylıq oğlu var. Amma məhkəmə sona çatanda yalan üzə çıxır. Film Səkinə xanımın qələbəsi ilə sona yetir. == Film haqqında == Film görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin eyniadlı komediyası əsasında çəkilmişdir.İki hissədən ibarətdir. Film-tamaşa Azərbaycan Respublikası prezidenti İlham Əliyevin "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" 13 aprel 2010-cu il tarixli sərəncamı əsasında çəkilib.
Oyuncaqların hekayəsi (cizgi filmi, 1995)
Oyuncaqların hekayəsi (ing. Toy Story) — Walt Disney Pictures və Pixar Animasiya Studiyasında istehsal edilmiş 1995-ci il Amerikan kompüter animasiyası, dostluq, macəra filmi. Oyuncaqların hekayəsi, Con Lasseterin rejissor kimi debütü, ilk tammetrajlı kompüter-animasiyası filmi və Pixar tərəfindən istehsal olunmuş ilk cizgi filmdir. Antropomorf oyuncaqlar canlıdırlar. == Səsləndirənlər == == Xarici keçidlər == Oyuncaqların hekayəsi — Internet Movie Database saytında.
Hekayət
Hekayə — yazılı ədəbiyyatın və epik növün olduqca geniş yayılmış janrı. Süjetli nəsrin üç - hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsiylə fikirlərdən ibarət olur. == Tarixi == Qədim Yunanıstandakı “Ərəb gecələri” adlı nağıl və qısa romanslar hekayənin xəbərçisidir. Lakin romantizm və realizm cərəyanlarının təsiri altında povestdə psixoloji və metafizik problemlər yalnız 19-cu əsrdə nağılvari povestlə əks olunmağa başladı.Rusiyada Qoqolun, Dostoyevskinin, Turgenevin, Çexovun hekayələri ədəbi əsərlər arasında hekayə janrının yaranmasına böyük töhfə verib. İlk məlum hekayə nümunəsi italyan yazıçısı Covanni Bokkaççionun “Dekameron” əsəridir. Əsər əsasən 1348-ci ildə İtaliyada ortaya çıxan “vəba” epidemiyasından bəhs edir. 10 gün ərzində danışılan 100 hekayədən ibarətdir. Xoşbəxtlik, kişi-qadın münasibətləri, ürək ağrıları, uyğun cavablar, din xadimlərinin maraq dalınca qaçması hekayələrin əsas mövzusudur. Hekayə zamanla iki yerə bölünür; hadisə hekayəsi və vəziyyət hekayəsi.
Hekayə

Bomba (hekayə)
Bomba — Əbdürrəhim bəy Haqverdiyevin ən məşhur novellalarından biri. == Təhlili == Əsər epik növdə, hekayə janrındadır. Hekayənin novella formasında yazılıb. Hadisələrin təsvirində təhkiyə üsulundan istifadə olunub. Əsərdə əsas obraz kimi çıxış edən Kərbəlayı Zal avamlığı, səriştəsizliyi və fərasətsizliyi ilə seçilir. Kərbəlayı Zal qarodovoy kimi xidmət edirdi, xidmət müddətində, pristava görə, yararlı olmayıb. Onun vəzifədə qalmaq niyyəti özünün şəxsi mənafeyinə görədir, xalqın mənafeyinə görə deyil. Yerli camaatdan qulluğa götürülən Kərbəlayı Zal kimi insanlar dövrün hakimiyyətinə xəbərçilik etməyə təhrik edilirdilər. Arvadı ona baqqaldükanı açmağı desə də, Kərbəlayı Zal dövlət qulluğunun önəmini, maaşı bəhanə edərək öz işində qalmaq istəyir. Kərbəlayı Zalın Usta Feyzulla ilə ədavəti olmur.
Palto (hekayə)
"Palto" (rus. Шинель) 1842-ci ildə nəşr olunan Ukrayna əsilli rus müəllif Nikolay Qoqolun qısa bir hekayəsidir. Hekayə və müəllifinin rus ədəbiyyatı üzərində böyük təsiri olmuşdur. Ejen Melxior de Voqyue (tez-tez Fyodor Dostoyevski ilə səhv salınıb) Rus realist yazıçıları haqqında bir sitatda ifadə edildiyi kimi: "Hamımız Goqol'un" Palto"sundan çıxdıq." 1941-ci ildə yazıçı Vladimir Nabokov bunu "İndiyə qədər yazılmış ən böyük rus hekayəsi" adlandırdı. Hekayə müxtəlif səhnə və film süjetinə uyğunlaşdırılmışdır. == Xülasə == Hekayə Rusiyada Sankt-Peterburqdakı yoxsul hökumət katibi Akaki Akakiyeviç Başmaçkının (rus. Акакий Акакиевич Башмачкин) həyat və ölümündən bəhs edir. Akaki işinə bağlı olsa da, şöbəsində zəhməti ilə az tanınır. Bunun əvəzinə, kiçik katiblər onu ələ salırlar və bacardıqları vaxt onu yayındırmağa çalışırlar. Onun iplik paltoları tez-tez zarafatların əsası olur.
Raşomon (hekayə)
Raşomon (羅生門) – yapon yazıçısı Ryunosuke Akutaqavanin 1915-ci ildə yazdığı hekayə. == Süjeti == Son 2-3 il ərzində baş vermiş müxtəlif fəlakətlər: zəlzələ, qasırğa, yanğın, aclıq və epidemiya səbəbindən Kioto şəhərinin inkişafında dayanma müşahidə olunmuşdur. Şəhər həyatının nizamlanmasına heç bir nəzarət olmadığından şəhər getdikcə boşalmağa başlamış, küçələrdə soyğunçu və quldurların sayı artmışdır. Belə ki oğrular Budda heykəllərini, müqəddəs əşyaları sındıraraq onları oduncaq kimi satırdılar. Baxımsız qalan Rasyomon darvazası ilə də heç kim maraqlanmır və darvaza bura atılmış cəsədlərin məskəninə çevrilmişdir. Bir gün sahibi tərəfindən qovularaq evsiz qalan bir qulluqçu bərk yağış yağdığından Raşomonun altında gözləmək qərarına gəlir. Onu daima bir fikir düşündürür: yaşaması üçün nə etməlidir? O ya acından ölməli, ya da oğurluqla məşğul olmağa başlamalıdır. Bu zaman artıq qaranlıq düşmüş, güclü külək əsirdi. O, qızınmaq üçün yerin olmasını axtararkən qırmızı boya ilə rənglənmiş qülləyə uzanan iri bir pilləkan görür.
Sağsağan (hekayə)
Sağsağan (pyes) — 1956-cı ildə Abbas Zamanov Azərnəşrdə çap etdirdiyi "Seçilmiş əsərləri" kitabına daxil edilmişdir. Yazıçı Əbdürrəhim Bəy Haqverdiyev "Sağsağan" pyesini 1931-ci ildə yazmışdır. İki pərdə və beş şəkildən ibarət olan "Sağsağan" müəllifin uşaqlara hədiyyə etdiyi ilk səhnə əsəridir. Müəllifin bu pyesi didaktikdir və köhnə düşüncəli insanları tənqid etmək üçün yazılmışdır. Pyesdə, Qədim adlı bir uşağın əvvəlcə anasının xurafatlarına inanıb atasının öldüyünü düşünərək əzab çəkməsindən, sonradan ətrafındakı təhsilli insanların köməyi ilə bu fikirlərindən dönməsindən bəhs olunur. O, dostlarının dəstəyi ilə atasının yaşadığına inanır və onu gözləyir. Atası qayıtdıqdan sonra onu məktəbə göndərməsini xahiş edir. Tamaşa Azərbaycan Sovet dövrü uşaq ədəbiyyatında yazılmış ilk və vacib əsərlərdən biridir. Əsər o dövrdə Azərbaycan teatr səhnəsində tez-tez nümayiş olunur. == Məzmunu == Əsərdəki hadisələr Tanrıqulunun evində başlayır.
Korlar haqqında hekayət
Korlar haqqında hekayət (nid. De parabel der blinden) - Holland İntibah Dövrü rəssamı Böyük Piter Breygel tərəfindən 1568-ci ildə çəkilmiş rəsm əsəri. Tabloda bir-birindən zəncir kimi tutub yeriyən altı korun təsviri verilmişdir. Ən irəlidə yeriyən birinci kor bələdçi büdrəyir və əl ağacı ilə birlikdə xəndəyə düşür. Ardınca gələn kor da onun üstünə yıxılır. İkinci əl ağacına bağlı olan üçüncü kor da özündən qabaqkıların üzərinə aşacaq. Beşinci və altıncı korların hələ heç nədən xəbəri yoxdur, lakin onları da mütləq özlərindən əvvəlki yol yoldaşlarının ardınca xəndəyə yuvarlanmaq aqibəti gözləyir. Həmin altı fiqurda yıxılmanın altı müxtəlif anları (fazaları) təsvir olunmuşdur.
Amontiladon çəlləyi (hekayə)
Amontillado çəlləyi (ing. The Cask of Amontillado) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1846-ci ildə Godey's Lady's Book nəşriyyatında nəşr edilmişdir.
Amontillado çəlləyi (hekayə)
Amontillado çəlləyi (ing. The Cask of Amontillado) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1846-ci ildə Godey's Lady's Book nəşriyyatında nəşr edilmişdir.