Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Robinson Helicopter
'Robinson Helicopter Company —' Amerika şirkətidir. Torrance, Kaliforniya, dünyanın ən böyük kommersiya vertolyotları istehsalçısıdır. 1973-cü ildə Bell Helicopter and Hughes Helicopter Company-nin keçmiş işçisi Frank Robinson tərəfindən yaradılmışdır. İlk helikopter 1979-cu ildə təhvil verilib. 2017-ci ilin yanvar ayına olan məlumata görə, 12 min helikopter istehsal edilib. Bu gün üç model kütləvi istehsal olunur: iki nəfərlik R22, dörd nəfərlik R44, Rolls-Royce RR300 mühərrikli beş nəfərlik R66 – 2010-cu ildən istehsal edilmişdir.Helikopterlərdən əlavə, şirkət binaların damlarında standartlaşdırılmış "Robinson Helipad" helikopter sahəsi istehsal edir.
Bell Textron Helicopter
Əsas mərkəzi Texasın Fort-Uort şəhərində yerləşən ABŞ-yə məxsus olan hava-kosmik fəza məhsulları istehsalı ilə məşğul olan bir şirkətdir. Textron şirkətinin bir qanadı olan Bell şirkəti hərbi pərli qanadlı təyyarələr (rotorcraft) və mülki helikopterlərin istehsalı ilə məşğul olur. Bell şirkəti həmçinin dünya miqyasında müxtəlif ölkələrin hava qüvvələri üçün təlimlər keçir və onlara dəstək verir "Bell Helicopter Textron Inc." şirkəti ABŞ-nin aerokosmik avadanlıqlar istehsal edən çoxsaylı kompaniyalarından biridir. Şirkətin mənzil qərargahı Texas ştatının Fort Uert şəhərində yerləşir. Fort Uert və Amarillo şəhərində və onun ətrafında hərbi məqsədli, Kanadanın Kvebek şəhərin yaxınlığındakı Mirabel qəsəbəsində isə kommersiya məqsədli helikopterlər istehsal edilir. "Bell" bütün dünyada təlim və dəstək xidmətləri də göstərir. Şirkət 1935-ci il iyulun 10-da Nyu-Yorkun Buffalo şəhərində Lorens Dayl Bel tərəfindən "Bell Aircraft Corporation" kimi təsis edilib. Şirkət döyüş təyyarələrinin layihələndirilməsini və hazırlanmasını həyata keçirməyi nəzərdə tuturdu. Onların ilk məhsulları arasında bombardmançılara qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan iki mühhərikli XFM-1 "Airacuda" və P-39 "Airacobra" qırıcıları da yer alırdı. Sonradan XFM-1 "Airacuda" və P- 39 "Airacobra" qırıcılarını şirkətin istehsal etdiyi, ABŞ-nin ilk reaktiv "P-59 "Airacomet" və P- 63 "Kingcobra" kimi yeni nəsil qırıcılar əvəz etdi.
HAL Light Combat Helicopter
HAL Light Combat Helikopter, HAL tərəfindən istehsal olunan Hindistanın çoxməqsədli hücum helikopteridir. İlk uçuşunu 29 Mart 2010-cu ildə etmiş və 2017-ci ildən tam istehsalına başlanılmışdır. Əsas istifadəçisi Hindistan Quru Qoşunları və Hindistan Hərbi Hava Qüvvələridir. 2010-cu ildən hal-hazırkı dövrə qədər 4 ədəd istehsal olunmuşdur. Vahidinin qiyməti 20.2 milyon US$ təşkil edir. HAL Dhruv helikopterinin bazasında inkişaf etdirilmişdir.
Airbus Helicopters
Airbus Helicopters — Airbus şirkətinin helikopter istehsal edən hissəsi. Gəlirləri və turbin vertolyotların hazırlanması baxımından sənayedə ən böyüyüdür. Baş ofisi Marsel Provans Hava Limanında yerləşir.
MD Helicopters MD 500
MD Helicopters MD 500 MD Helicopters şirkəti tərəfindən istehsal olunan ABŞ istehsalı çoxməqsədli helikopterdir. Hughes OH-6 Cayuse helikopterinin əsasında inkişaf etdirilərək 1982-ci ildən xidmətə qəbul edilmişdir. Helikopter 1976-cı ildən istehsal olunur. Hal-hazırda təxminən 4700 ədəd istehsal edilmişdir. İlk uçuşunu 27 fevral 1963-cü ildə həyata keçirmişdir. Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında mövcuddur.
MD Helicopters MD 600
MD Helicopters MD 600 MD Helicopters şirkəti tərəfindən istehsal edilən ABŞ istehsalı olan çoxməqsədli helikopterdir. Beş oturacağı olan MD 520N helikopterinin altı oturacaqlı uzunluğu artırılmış bir modelidir.
Helikopter
Vertolyot, helikopter və ya dikuçar — şaquli hərəkət edən, havada dayana bilən və istənilən istiqamətdə hərəkət etmək imkanına malik olan aerodinamik uçuş aparatı. Lazımi qaldırıcı qüvvə reaktiv və ya porşenli mühərriklə hərəkətə gələn pərlər vasitəsilə əldə edilir. == Adının etimologiyası == Vertolyot sözü ilk dəfə 1929-cu ildə Nikolay Kamov tərəfindən istifadə edilmişdir. "Vertikal" və rus dilində uçmaq mənasını verən "letat" (летать) sözlərinin birləşməsindən yaranmışdır. Həmçinin, "helikopter" sözü XIX əsrin sonlarında fransız dilində istifadə olunmağa başlamış və öz növbəsində yunan dilindəki hélikos — spiral, vint və pterón — qanad sözlərinin birləşməsindən yaranmışdır. Yazıçı Anar "helikopter" sözünə "dikuçar" azərbaycanca qaşılığı təklif eləmişdir. == Uçuş prinsipi == Təbii ki, vertolyotun icadından bu yana uçuşu asanlaşdıracaq bir çox sistem inkişaf etdirilmişdir, lakin mahiyyət etibarilə bütün vertolyotların uçuş prinsipi eynidir. Pərlər süni burulğan yaradaraq vertolyotu yuxarı qaldırır. Pərlər vertolyotun mühərrikinin təsiri ilə fırlanır, təyyarə qanadlarında da olduğu kimi onların altından və üstündən keçən hava axınlarının qət etdiyi məsafə fərqlidir. Üstdən keçən hava daha sürətli, altından keçən hava daha yavaş hərəkət etmək məcburiyyətində qalır.
Helikopter gəmisi
Helikopter daşıyıcısı və ya Helikopter gəmisi əməliyyat baxımından vertolyotdan istifadə edən bir təyyarədaşıyıcı növüdür. Helikopter daşıyıcılarında gəminin çox hissəsini əhatə edən və gəminin uzununa uzanmış olan uçuş göyərtəsi mövcud olur. Bu gəmilərə misal olaraq Britaniya Kral Donanmasının HMS Ocean, Sovet Donanmasının Moskva sinfi və ya Çin Hərbi Dəniz Qüvvələrindin Tip 0891A gəmilərini vermək mümkündür. Bu gəmilərdə adətən təyyarələrin saxlanması üçün anqarlar da mövcud olur. XXI əsrdə sırf helikopter daşımaq üçün nəzərdə tutulmuş olan helikopter daşıyıcılarından danışmaq çətindir. Harrier və F-35 kimi şaquli qalxan və enən STOVL təyyarələrinin yaranması təsnifatı daha da çətinləşdirmişdir. Məsələn, ABŞ Hərbi Dəniz Qüvvələrindəki Wasp sinifli gəmilər altı-səkkiz Harrier və 20-dən çox helikopter daşıya bilər. Müasir dövrdə yalnız təyyarə daşıya bilməyən kiçik helikopter daşıyıcıları və köhnə helikopter daşıyıcıları əsl helikopter daşıyıcıları sayıla bilərlər. Bir çox hallarda, şaquli qalxma və şaquli enmə həyata keçirdə bilən STOVL təyyarələrini daxilində yerləşdirən gəmilər "yüngül təyyarə daşıyıcıları" kimi təsnif edilirlər. Wasp sinfi kimi gəmilər həmçinin dəniz piyadaları kimi qoşun növləri ilə desant əməliyyatlarını həyata keçirmək qabiliyyətinə malikdirlər.
Stels helikopter
Stels helikopterlər stels texnologiyasının tətbiq olunduğu hərbi helikopterlərdir. Bu azaldılmış aşkarlığa nail olmaq üçün istifadə olunan müxtəlif texnologiyalar mövcuddur: bunlara adətən rotorlu təyyarələrin yaratdığı səs-küy, radar və infraqırmızı şüalar daxil olmaqla bir neçə fərqli zəiflədilmələr daxildir. Bir çox cəhətdən, helikopterlər stels texnologiyaya sabit qanadlı təyyarələrə nisbətən daha az uyğundur. Belə sahələrdən biri də helikopter rotor sistemidir. Bir çox helikopterdə radar bucağını (RCS) azaltmaq üçün profilli gövdələr mövcuddur. HAL Light Combat Helicopter kimi Silahlı helikopter və hücum helikopteri növləri, döyüş meydanlarında yaşamaq qabiliyyətlərini artırmaq üçün dizaynlarına çox sayda varlıq azaltma texnologiyası əlavə edilmişdir.
Çoxməqsədli helikopter
Çoxməqsədli helikopter — çoxsaylı vəzifələr üçün dizayn edilmiş olan bir helikopter. Çoxməqsədli hərbi helikopterlər qurudan edilən hücumlarda, havadan edilən hücumlarda, yardım, tibbi təxliyə, komanda qərargah məntəqəsi və nəzarət, əsgərlərin daşınması və digər vəzifələrdə işlədilə bilər. Bu termini bəzən nəqliyyat helikopteri termini ilə də əvəz edirlər.
Qaraheybət helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır.Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur. Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsilə gedilir. Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir.
Helikopter daşıyan dok gəmisi
Helikopter daşıyan dok gəmisi və ya LHD gəmisi (ing. Landing Helicopter Dock) daxilində helikopterlər olan və çıxarma vasitələri üçün hovuzlu göyərtəsi olan çoxməqsədli amfibiya hücum gəmisinin bir növüdür. ABŞ Hərbi Dəniz Qüvvələri və NATO bu tip gəmiləri təsvir edərkən bu termindən gövdə təsnifatı simvolu kimi istifadə edirlər. LHD gəmiləri, təyyarə daşıyıcılarına oxşar formada helikopterlərlə hücum etməyi bacaran tam uçuş göyərtəsinə sahib olacaq formada tikilirlər. Bəzi versiyalarında MV-22 Osprey kimi əyri rotorlu təyyarələr və AV-8 Harrier və F-35B Lightning II kimi VSTOL təyyarələri də yerləşdirilə bilər. ABŞ Hərbi Dəniz Qüvvələrinin Wasp sinfi, Fransa Donanmasının Mistral sinfi, İspaniya Hərbi Dəniz Qüvvələrinin I Xuan Karlos sinifi, Avstraliya Kral Donanmasının Kanberra sinfi və Türk Dəniz Qüvvələrinin TCG Anadolu gəmisi buna misal olaraq göstərilə bilər. Koreya Respublikası Hərbi Dəniz Qüvvələri də bu təsnifatdan Dokdo sinif gəmiləri üçün istifadə edirlər. LHD gəmi sinfindən əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrində LHA (Landing Helicopter Assault) sinifli gəmilər var idi. Bu gəmilərdən, ilk iki Amerika təsnifatlı gəmi olan, LHA-6 və LHA-7 istisna olmaqla, bütün digərləri LHD tipli gəmilərdə mövcud olan dok eniş göyərtələrinə malikdirlər və təyyarələr üçün böyük göyərtələri olur.
Kəlbəcərdə helikopter qəzası (1989)
Kəlbəcərdə helikopter qəzası — 14 iyul 1989-cu ildə Kəlbəcər şəhər stadionunda helikopter qəzası. == Hadisə == Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcər rayonunun Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər. Həmin erməniləri Xankəndiyə aparmaq üçün gələn hərbi helikopter havaya qalxarkən qəza törədib. Helikopter yerə yaxın olduğundan stadiondakı 8 uşağı vertolyotun pəri tikə-parça edib. Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar. == Həlak olanların siyahısı == Məmmədov Sahib Sultan oğlu (10 yaş), Salmanov Razim Tofiq oğlu (8 yaş), Valehov Anar Qardaşxan oğlu (7 yaş), İbişov Cahid Telman oğlu (10 yaş), Əsgərov Səxavət Dəmir oğlu (14 yaş), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaş), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaş), Orucov Azər Zakir oğlu (7 yaş). == Hadisədən sonra == 1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulmuşdur. Kəlbəcər işğal olunandan sonra həmin abidə ermənilər tərəfindən dağıdılmışdır.2022-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı "Gizli qalsın" adlı sənədli film hazırlayıb. Film iyulun 17-də saat 21:30-da AzTV-də yayımlanıb.
Mil Moskva Helikopter Zavodu
Mil Moskva Helikopter Zavodu (rus. Московский вертолётный завод им. М.Л. Миля) baş qərargahı Moskva vilayətinin Tomilino bölgəsində yerləşən helikopter dizaynı və istehsalı ilə məşğul olan şirkətdir. Şirkət adını Sovet mühəndisi Mixail Mildən alır. == Tarixi == 1947-ci ildə Moskva vilayətinin Jukovski şəhərində yerləşən Mərkəzi Aerohidrodinamik İnstitutunun helikopter laboratoriyasında Mixail Milin rəhbərliyi altında "Mil" şirkətinin əsası qoyulmuşdur.Bu şirkət tərəfindən dizayn olunmuş Mil Mi-1 genişmiqyaslı şəkildə istehsal olunmuş ilk Sovet helikopteri olmuşdur. 1960-cı illərin əvvəllərində dizayn olunmuş həm hərbi, həm də mülki məqsədlər üçün uğurla istifadə olunan Mi-8 helikopteri isə hələ də dünyada ən çox istismar olunan helikopterlərdən biri hesab olunur. 2006-cı ildə Mil şirkəti özü kimi helikopter istehsalı ilə məşğul olan Kamov və Rostvertol şirkətləri ilə birləşdi nəticədə "Rusiya Helikopterləri"nin əsası qoyuldu. == İstehsalat == Mil Moskva Helikopter Zavodu fəaliyyətə başladığı müddətdən indiyə qədər 15-dən çox baza modeli və 200-dən çox helikopter modifikasiyası istehsalı həyata keçirmişdir. 2017-ci ilə olan məlumata əsasən istehsal olunan helikopterlərdən bəziləri aşağıdakılardır: Mil Mi-1 Mil Mi-2 Mil Mi-4 Mil Mi-6 Mil V-7 Mil Mi-8 Mil Mi-10 Mil Mi-12 Mil Mi-14 Mil Mi-24 Mil Mi-26 Mil Mi-28 Mil Mi-34 Mil Mi-38 == Həmçinin bax == Mixail Mil Helikopter == İstinadlar == == Xarici keçidlər == Сайт вертолётов МИ LTd «Helitage» Arxivləşdirilib 2020-10-26 at the Wayback Machine Московский вертолётный завод имени М. Л. Миля. Издательство «Вертолёт» Arxivləşdirilib 2014-12-20 at the Wayback Machine Московский вертолётный завод имени М. Л. Миля.
Villa Kastelli helikopter qəzası
Villa Kastelli helikopter qəzası (isp. Accidente aéreo de Villa Castelli) — 2015-ci ilin 9 mart tarixində Argentinanın şimal-qərbində yerləşən La Rioja bölgəsinin Villa Kastelli kəndi ərazisində baş vermiş helikopter qəzası. İki helikopterin toqquşması nəticəsində 10 nəfər həlak olmuşdur. == Arxa plan == Helikopterlər, fransız televiziya kanalı TF1 də yayımlanan "Dropped" adlı yarışma verlişinin çəkimlərini həyata keçirmək üçün istifadə edilməkdə idi. Yarışmada iştirak etmələri üçün səkkiz tanınmış fransız idmançı müəyyənləşdirilmişdi: Florens Arthaud, Alan Bernard, Filip Kandeloro, Jan Lonqo, An-Flor Marker, Kamilla Muffat, Aleksis Vastin və Slavin Viltord. İdmançılardan sadəcə Bernard və Viltord hadisə baş verən an helikopterdə deyildilər.Qəza Argentinanın paytaxtı Buenos Ayres şəhərinin 1170 km şimal-qərbində yerləşən Villa Kastelli kəndində baş vermişdir. Qəzada həyatını itirən idmançıların hər biri fransız vətəndaşları idi. İmdançılarla yanaşı iki nəfəri yerli pilot olmaqla toplam 10 nəfər həlak olmuşdur. Qəzada həlak olanlar əsasən Fransa idman dünyası üçün önəmli olan simalardır. Bunlardan dünyaca tanınmış yelkən ustası Florens Arthaud, 2012 Yay Olimpiya Oyunları zamanı qadınlar arasında keçirilən üzmə yarışlarında qızıl medal qazanmış Kamilla Muffat və 2008 Yay Olimpiya Oyunları zamanı boks üzrə keçirilən yarışlarda gümüş medal qazanmış Aleksis Vastini göstərmək olar.
Qaraheybət aviasiya poliqonunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır.Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur. Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsilə gedilir. Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir.
"Qaraheybət" aviasiya poliqo­nunda helikopter qəzası

Kəlbəcərdə helikopter qəzası (14 iyul, 1989)
Kəlbəcərdə helikopter qəzası — 14 iyul 1989-cu ildə Kəlbəcər şəhər stadionunda helikopter qəzası. == Hadisə == Hadisədən bir müddət əvvəl 8 erməni təxribatçı Kəlbəcər rayonunun Ağdaban kəndinə basqın edib, onlar sakinlər tərəfindən tutulublar. Tərk-silah edilən terrorçular Kəlbəcər milisinə təhvil veriliblər. Həmin erməniləri Xankəndiyə aparmaq üçün gələn hərbi helikopter havaya qalxarkən qəza törədib. Helikopter yerə yaxın olduğundan stadiondakı 8 uşağı vertolyotun pəri tikə-parça edib. Helikopterin pilotları 366-cı motoatıcı alayın sərxoş hərbçiləri olublar. == Həlak olanların siyahısı == Məmmədov Sahib Sultan oğlu (10 yaş), Salmanov Razim Tofiq oğlu (8 yaş), Valehov Anar Qardaşxan oğlu (7 yaş), İbişov Cahid Telman oğlu (10 yaş), Əsgərov Səxavət Dəmir oğlu (14 yaş), Əsgərov Natiq Məhəmməd oğlu (14 yaş), Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaş), Orucov Azər Zakir oğlu (7 yaş). == Hadisədən sonra == 1991-ci ildə Kəlbəcər Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə rayon mərkəzində həlak olan 8 uşağın xatirəsinə abidə qoyulmuşdur. Kəlbəcər işğal olunandan sonra həmin abidə ermənilər tərəfindən dağıdılmışdır.2022-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi Kəlbəcərin ilk şəhidləri olan 8 uşağın başına gətirilən faciə ilə bağlı "Gizli qalsın" adlı sənədli film hazırlayıb. Film iyulun 17-də saat 21:30-da AzTV-də yayımlanıb.
Kəlbəcərdə helikopter qəzası (14 iyul 1989)

Qaraheybət aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır.Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur. Sərhəd zastavaları müxtəlif relyef quruluşuna malik ərazilərdə olduğu üçün, ucqar nöqtələrə məhz sözügedən helikopter vasitəsilə gedilir. Hadisə nəticəsində yaralanan Emil Cəfərova görə, "Mİ-17" dünyada ən universal helikopterlərdən biridir.
Hücum helikopteri
Hücum helikopteri, düşmənə məxsus olan piyadaların döyüş maşınlarını, zirehli maşınları, tanklarını, haubitsalarını məhv etmək üçün istifadə edilən silahlı helikopterdir. Əsil vəzifəsi quru qoşunlarını yaxın məsafədən havadan dəstək ilə təmin etməkdir. Hücum helikopterlərində istifadə edilən silahlar, top, pulemyot, raket, tank əleyhinə idarə ediləbilən raketlərdən ibarət olur. Bir çox hücum helikopteri, ayrıca olaraq özünü digər düşmən helikopterlərinin və təyyarələrinin hücumlarından qorumaq üçün hava-hava tipli döyüş raketi ilə təmin olunurlar.