Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hepatosit böyümə faktoru
Hepatosit böyümə faktoru (HBF) — spesifik olaraq, hepatositlərin proliferasiyasını sürətləndirən zülal təbiətli maddədir və təsiri hepatositlərin membranında yerləşən spesifik reseptorlar — HBFr — vasitəsilə həyata keçirilir. HBF-nin c-met onkogeninin məhsulu olduğu bildirilir. HBF-in bir neçə yerdə: ağciyərlərdə, böyrəklərdə, dəridə, leykositlərdə, Kuppffer hüceyrələrində sintez olunduğu guman edilir. Hesab edilir ki, HBF başlıca olaraq, retikuloendotelial sistem tərəfindən sintez edilir və bu sistemin aktivləşmə dövründə leykosit və limfositlərdən ifraz olunan böyümə faktorları qrupundandır. HBF-nin ifraz olunmasının başlıca səbəbi kimi, qaraciyərdə hüceyrə zədələnməsi göstərilir. Rezeksiya və toksiki hepatitlərdə qanda HBF-nin artmasını bu fikri təstiqləyən dəlil kimi göstərirlər. Rezeksiyadan sonra HBF və HBFr-in 15-ci dəqiqədən başlayaraq 24 saat ərzində artığı müşahidə edilmişdir. HBF-nin neoplastik proseslərdə də aktiv rol oynadığı bildirilir.