Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Milli Hesablar Sistemi
Milli hesablar sistemi — bаzаr iqtisаdiyyаtı şərаitində mаkrоiqtisаdi prоsesləri özündə əks etdirən bir-biri ilə qаrşılıqlı əlаqəli оlаn və 150-dən çох ölkədə tətbiq edilən ikitərəfli göstəricilər sistemidir. Bu sistemin metоdоlоji əsаslаrı tədiyə bаlаnsının və sаhələrаrаsı bаlаnsın metоdоlоji əsаslаrı ilə sıx bağlıdır. == Haqqında == Аzərbаycаndа bu sistemin tətbiqi beynəlхаlq stаtistikа təşkilаtlаrının Milli hesаblаr sisteminin prоblemlərinə dаir hаzırlаdıqlаrı metоdiki təlimаtlаr əsаsındа аpаrılır və hesаblаmаlаrın nəticələri vaxtaşırı İqtisаdi Əməkdаşlıq və İnkişаf Təşkilаtı Beynəlхаlq Vаlyutа Fоndu və statistika sahəsində fəaliyyət göstərən digər beynəlхаlq təşkilаtlаr tərəfindən ekspertizа оlunur. Milli hesаblаr sistemi (MHS) istehsаl ilkin və təkrаr bölgü və sоn istifаdə prоseslərini bir-biri ilə qаrşılıqlı əlаqəsi оlаn аyrı-аyrı hesаblаrdа (sаhələr və institusiоnаl bölmələr üzrə) qruplаşdırır. Tоplu MHS-ə аşаğıdаkı hesаblаr dахildir: Məhsul və хidmətlər hesаbı İstehsаl hesаbı İlkin gəlirlərin yаrаnmаsı hesаbı İlkin gəlirlərin bölüşdürülməsi hesаbı Gəlirlərin təkrаr bölüşdürülməsi hesаbı Sərəncamda qalan gəlirlərin istifаdəsi hesаbı Kаpitаllа əməliyyаtlаr hesаbı.Milli hesаblаr sistemində funksiyаlаrı və mаliyyələşmə mənbələri eyni оlаn iqtisаdi vаhidlər aşağıdakı sektorlar (bölmələr) üzrə qruplаşdırılır: Qeyri-mаliyyə korporasiyaları sektoru Mаliyyə korporasiyaları sektoru Dövlət idarəetməsi sektoru Ev təsərrüfаtlаrınа хidmət edən qeyri-kоmmersiyа təşkilаtlаrı sektoru Ev təsərrüfаtlаrı sektoru.Bundаn əlаvə MHS-də bu sektorların (bölmələrin) xarici ölkə rezidentləri ilə əlaqəsini əks etdirən "Qаlаn dünyа" sektoru və eyni аdlı hesаb mövcuddur. Bu sektor (hesаb) qeyri-rezident vаhidlərin ölkə rezidentləri ilə həyata keçirdikləri iqtisadi əməliyyatların nəticələrini özündə birləşdirir. == Tarixi == Milli hesabların inkişaf etdirilməsi və məşğulluğun sistematik şəkildə ölçülməsi üçün ilkin motiv ümumi iqtisadi fəaliyyətin dəqiq ölçülməsinə ehtiyac idi. Bu, Böyük Depressiya nəticəsində daha da gücləndi və Keynes siyasətinin makroiqtisadi sabitləşmə və müharibə dövründə iqtisadi planlaşdırma siyasətinə əsas oldu. Bu cür tədbirləri inkişaf etdirmək üçün ilk cəhdlər 1920-ci illərin sonu və 1930-cu illərdə, xüsusilə Kolin Klark və Simon Kuznets tərəfindən edildi. Böyük Britaniyalı Riçard Stoun, II Dünya Müharibəsi zamanı və sonrasında daha sonra töhfələr verdi.
Yeni hesablar planı
Yeni hesablar planı — Kommersiya təşkilatlari üçün 1 N-li Milli Muhasibat Uçotu Standartı, Əlavə 2.
Avropa Milli Hesablar Sistemi
Avropa Milli Hesablar Sistemi (AMHS-1995) — Avropa İttifaqının üzvləri tərəfindən istifadə edilən milli hesablar və regional hesablar sistemi. Bu, ardıcıl, dəqiq və müqayisə edilə bilən statistik məlumatlardan istifadə etməklə üzv ölkələrin iqtisadiyyatının kəmiyyət baxımından ifadəsini təsvir etmək üçün zəruri uçot qaydalarını müəyyən edir. == Strukturu == AMHS-in strukturu sektor hesabları və xərclər-buraxılış olmaqla iki əsas cədvəllər qrupundan ibarətdir. Sektor hesabları institusional sektorlar üzrə iqtisadi prosesin müxtəlif mərhələlərinin sistemli təsvirini təqdim edir. Sektor hesablarına həmçinin hesabat dövrü ərzində aktivlərin, öhdəliklərin və şəxsi kapitalın xalis dəyərinin olub-olmamasını müəyyən etmək üçün aktiv və passiv balansı daxildir. Xərclər-buraxılış cədvəli və sahələr üzrə hesablardır. İstehsal prosesini, məhsul və xidmətlərin hərəkətini daha ətraflı təsvir edir. AMHS həmçinin əhali və məşğulluq anlayışlarını özündə birləşdirir. Bu anlayışlar həm sektor hesabına, həm də xərclər-buraxılış cədvəlinə uyğundur. AMHS illik milli hesablarla məhdudlaşmır, həm də rüblük və regional hesabları əhatə edir.
Mühasibat uçotunun hesablar planı
Mühasibat uçotunun hesablar planı — mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmusudur. Köhnə hesablar planı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 sentyabr 1995-ci il tarixli İ-94 saylı əmri ilə təsdiq olunmuş və 1 yanvar 1996-cı il tarixdən qüvvədədir. Yeni hesablar planı (Kommersiya təşkilatlari üçün 1 N-li Milli Muhasibat Uçotu Standartı, Əlavə 2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-ci il 18 aprel tarixli İ-38 nömrəli əmri ilə təsdiq edilmişdir). Yeni hesablar planında bölmələr, maddələr, balans hesabları və subhesablar nəzərdə tutulmayıb. Əsas hesablar üç rəqəmdən ibarət olur. Sonradan subhesablara xırdalana bilər.Məsələn 1-ci bölmə üzunmüddətli aktivlərdir. Həmin bölmədə artıq 10-cu maddə qeyri-maddi aktivlərdir. Həmçinin bu maddədə 101 qeyri-maddi aktivlər balans hesabı, 111 torpaq, tikili və avadanlıqlar adlı balans hesabları var. Dediyim kimi 3 rəqəmdən ibarət balans hesabları subhesablara bölünə bilər.
Hesabat
Hesabat (ing. Report, rus. отчет) – verilmiş mövzu üzrə informasiyanın, adətən, müəyyən çap blankı, yaxud forması şəklində verilməsi. Uyğun proqramın köməyilə hazırlanmış hesabatlarda mətn, qrafika və diaqram ola bilər. Verilənlər bazalarının idarəolunması proqramlarında hesabat formaları yaratmaq və onları generasiya etmək üçün xüsusi proqramlar ola bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hesabat (jurnal)
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. == Tarixi == Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
Hesabat generatoru
Report generator ~ генератор отчетов ~ rapor üreteçi ~ hesabat generatoru – verilənlər bazasından alınan informasiyanı çap etmək üçün istifadəçinin yaratdığı “formalar” şəklində hesabtlardan istifadə edən tətbiqi proqram növü (adətən, verilənlər bazasının idarəolunması proqramının bir hissəsi). Hesabat generatorundan avtomatik olaraq başlığı, kolontitulu, səhifə nömrələri və b. qoyulmuş rahat oxunan sənəd, yaxud blank yaratmaqan ötrü yazının müəyyən sahələrini, yaxud yazılar qrupunu seçmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Hesabat jurnalı
Hesabat jurnalı — 23 aprel, 2005-ci ildə təsis edilib. "Hesabat" jurnalında cəmiyyətdə mövcud olan problemlər: korrupsiya, rüşvətxorluq, vergi yayınmaları, məmur özübaşınalığı və s. barədə məqalə və şərhlər dərc olunur. == Tarixi == Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı. 2017-ci ildə jurnal fəaliyyətini dayandırıb.
İllik hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat — şirkətin nağd pul vəsaitlərinin mənbələri və hesabat dövründə istifadəsi haqqında hesabatı, birbaşa və ya dolayı yolla , şirkətin əsas mənbələrə görə təsnifləşdirilən nağd pul daxilolmaları və onun pul vəsaitlərini göstərin. dövr ərzində əsas istifadə istiqamətləri üzrə təsnifləşdirilmiş ödənişlər. Hesabat əməliyyat nəticələrinin, qısamüddətli likvidliyin, uzunmüddətli kredit qabiliyyətinin ümumi mənzərəsini təqdim edir və şirkətin maliyyə təhlilinin aparılmasını asanlaşdırır. == Tarixi == Uzun tarixə malik olan balans və mənfəət və zərər haqqında hesabatdan fərqli olaraq, pul vəsaitlərinin hərəkəti haqqında hesabat XIX əsrin 60-cı illərində maliyyə istifadəsinə verilmişdir . XIX əsrin 60-cı illərinin ortalarında vəsaitlərin istifadəsi və mənbələri haqqında sənəd olan pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib edilməsinə ümumi yanaşma formalaşdı. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tarixi 1863-cü ilə, böhrandan çıxan Dowlais Ironworks-in hesablarda mənfəət göstərdiyi, lakin yeni domna sobası almaq üçün kifayət qədər nağd pulu olmadığı vaxta təsadüf edir. Vəsait çatışmazlığını izah etmək üçün şirkətin menecerlərindən biri hesabat tərtib etdi və onu müqayisəli balans adlandırdı. Hesabata əsasən məlum oldu ki, şirkətdə həddən artıq inventar var (görünür, onların alınmasına xeyli vəsait xərclənib). Bu hesabat müasir pul vəsaitlərinin hərəkəti hesabatının yaradıcısı oldu. Cari formatda pul vəsaitlərinin hərəkəti haqqında hesabat 1988-ci ildə ABŞ-da pul vəsaitlərinin hərəkəti əməliyyat, maliyyə, investisiya fəaliyyətlərindən hərəkətlərə bölünməyə başladığı zaman hazırlanmışdır .
Daşnaksutyun Partiyasının edəcəyi bir şey yoxdur (hesabat)
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur (erm. Դաշնակցությունը անելիք չունի այլևս) — Ermənistan Demokratik Respublikasının ilk baş naziri olmuş Hovannes Kaçaznuninin 1923-cü ildə Buxarestdə, "Daşnaksütyun" partiyasının baş qurultayında SSRİ və Avropa nümayədəliyinin qarşısında, Paris Konfransına təqdim etdiyi 128 səhifəlik, partiyanın keçmişi ilə kəskin hesablaşma və özünütənqid səciyyəsi daşıyan hesabatdır. == Hovanes Kacaznuni == Hovannes Kaçaznuni 1867-ci ildə Gürcüstana aid Axalsıxs bölgəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu şəhərdə, orta təhsilini Tiflisdə başa vurduqdan sonra,1887-ci ildə Sankt-Peterburqdakı Memarlıq İnstitutuna daxil olaraq, 1893-cü ildə birinciliklə bitirdi. Təhsilini başa vurduqdan sonra, 1893-1895 və 1899-1906-cı illərdə Bakıda, 1895-1897-ci illər arasında Batumi və 1897-1899-cu illərdə Tiflisdə memar işləyib. 1899-1906 illəri arasında Bakıda memar olaraq çalışaraq xəstəxanalar və çoxmərtəbəli binalar dizayn etdi,ən diqqətəlayiq işi 1911-ci ildə tamamlanan Müqəddəs Faddey və Varfolomey kilsəsi oldu. 1906-cı ildən sonra həyatını siyasi və ictimai fəaliyyətə həsr etdi. Bir müddət Bakıda da işləyən Kaçaznuni daşnaklarla da Bakıda tanış olub. 1917-ci ildə Erməni Milli Şurasına üzv qəbul edilib, 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasında dövlət xeyriyyəsi naziri kimi çalışıb. Elə həmin il yaradılan Ermənistan Respublikasının baş naziri olan Daşnaksütyun Partiyasının lideri kimi də şöhrət qazanıb.