Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hibridləşmə anlayışı
Hibridləşmə anlayışı — ümumiləşmə anlayışıdır. Hibrid anlayışının əsasını atomun valent halında (atomun birləşmənin tərkibindəki halı) ayrı-ayrı ilkin orbitalların müəyyən prinsiplər üzrə hibridləşməsi (ümumiləşməsi) təşkil edir. Karbon atomu adi halda iki açıq elektrona malikdir. Lakin o asanlıqla həyəcanlı hala keçir və bu vaxt elektron cütü (2s2) açılır və onlardan biri 2p-yarımsəviyyədə olan boş xanaya keçir. Buna müvafiq olaraq, karbon atomu həyəcanlı halında dörd kimyəvi rabitə yaradır. Yəni birləşmələrdə onun oksidləşmə dərəcəsi dördə bərabər olur. Karbon atomunun həyacanlı halında valent elektronları müxtəlif yarımsəviyyələrdə yerləşdiyi üçün onların əsasında əmələ gələn kimyəvi rabitələr öz təbiətinə görə bir-birindən fərqlənməlidir.Yəni, p-elektronların əsasında yaranan üç rabitə bir cür təbiətə, s-elektron əsasında yaranan rabitə isə başqa cür təbiətə malik olmalıdır. Lakin son illər aparılan dəqiq tədqiqatlar yuxarıda göstərilən məntiq əsasında çıxarılan nəticələrin heç birinin düzgünlüyünü təsdiq etməmişdir. Müəyyən olunmuşdur ki, metan molekulu düzgün tetraedr formasına malikdir. Molekulda kimyəvi rabitələr tetraederin mərkəzindən onun təpələrinə istiqamətlənmişdir.