Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bipediya
Qədim dövrə aid olan tapıntılar içərisində düzqamətliliyin yaranması problemi mövcud olmuşdur. Hesab olunur ki, Miosen dövrü Hominidlərində tədricən ilkin düzqamətlilik əlamətləri mövcud olmuşdur. Tədqiqatçı Neyper hesab edir ki, lokamasiyanın ilkin mərhələsində şaquli dayanmaqla yanaşı, şaquli tullanmaq vərdişi də formalaşmışdır. Avstrolopiteklər də ikiayaqlı lokamasiya prosesi təqribən dörd milyon il bundan əvvələ aid edilir. Tanzaniyadan əldə edilmiş tapıntılar bu prosesin 5–7 milyon il bundan əvvəl başlandığını göstərir. 1977-ci ildə tədqiqatçı Filipp Liki Afrikada Avstralopiteklərin ayaq izlərini aşkar edərək, bu ayaq izlərini 3,7 milyon il bundan əvvələ aid etmişdir. Tədqiqatçıların fikrincə bipediyanın yaranması ilə aşağı ətraf əzələlərdə də dəyişkənlik əmələ gəlmiş, bu isə bütün orqanizm də skelet sümüyünün tamamilə dəyişməsinə səbəb olmuşdur. Qalıqların analizi nəticəsində bipediyaya malik olan hominidlərdə çanaq sümüyünün müasir insanlara yaxın olduğu müəyyənləşdirilmişdir. Erkən hominidlərin yaşadığı dövr də atmosferdə tropik iqlim şəraiti üstünlük təşkil edirdi. Belə iqlimə və temperatura adaptasiya olan canlılar da bədən konstruksiyasının tropik iqlim tipi formalaşmışdır.
Hiperemiya
Hiperemiya (yun. ὑπερ- "super-" + αἷμα "qan") — bədənin müxtəlif toxumalarına qan axınının artması. Kliniki olaraq toxumaların hiperemiyası qan damarlarının oksigenli qanla dolması nəticəsində eritema (dərinin qızarması) ilə özünü göstərir. == Növləri == Aktiv və ya arterial hiperemiya (artan arterial qan axınından asılı) Venoz (passiv) hiperemiya - venoz qanın çıxışına maneə törədilməsi nəticəsində yaranan. === Aktiv hiperemiyanın səbəbləri === Mexaniki - ürəyin fəaliyyətinin artması, atmosfer təzyiqinin azalması (dəri hiperemiyası); Sinir mənşəli - damarları genişləndirən sinirlərin qıcıqlanması (tonik hiperemiya) və ya damarları daraldan sinirlərin iflici (paralitik hiperemiya). Aktiv hiperemiya zamanı toxuma şişir və onun temperaturu yüksəlir. Bu, limfa dövranının artması ilə də baş verə bilər. === Venoz hiperemiyanın səbəbləri === böyük damarların gövdələrinin sıxılması və ya daralması; müxtəlif mexaniki təsirlər (məsələn, ayaqlarin və əllərin uzun müddət hərəkət etməməsi); ürəyin nasos fəaliyyətinin zəifləməsi ilə bədəndə venoz qanın ümumi durğunluğu baş verir, şiş görünür, bütün orqanların funksiyalarının zəifləməsi və tez-tez qanaxma olur. Venoz hiperemiya zamanı toxumanın həcmi artır, temperaturu azalır və tünd mavi rəng alır. == Funksional hiperemiya == Funksional hiperemiya, metabolik hiperemiya, arterial və ya aktiv hiperemiya, toxuma aktiv olduqda baş verən qan axınının artmasıdır.
Hipatiya
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi. == Həyatı və elmi == Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır. Hipatiya riyaziyyatçı, astronom və filosof idi.
İsgəndəriyyəli Hipatiya
İskəndəriyyəli Hipatiya (yun, Ὑπᾰτία ἡ Ἀλεξάνδρεῖα; d. 370 – ö. 415) — yunan soylu filosof, riyaziyyatçı və astronom. İskəndəriyyə kitabxanasında fəlsəfə, riyaziyyat və astronomiya üzərinə dərslər vermişdir. Yeni-platonçuluğun İskəndəriyyə məktəbinin ardıcılı idi. Hipatiyanın atası Teon (yun. Θέων, 335 – 405) məşhur İskəndəriyyə kitabxanasının sonuncu başçısı olmuşdur. Onun zamanında bu kitabxananın fəaliyyətinə imperator fərmanı ilə son qoyulmuşdur. Teon Evklidin "Başlanğıclarını" redaktə edib dərc etmiş və Ptolemeyin "Almagets" əsərinə şərhlər yazmışdır. Hipatiya riyaziyyatçı, astronom və filosof idi.