Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Histoloji terminologiya
h1.00: Sitologiya [1]
Ramiz Məmmədov (okeanoloq-hidroloq)
Ramiz Mahmud oğlu Məmmədov (4 fevral 1950, Qaracalar, Qardabani rayonu – 7 iyun 2021, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), Doktorluq Dissertasiyası Şurasının sədri (2002), Xəzər dənizi Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının sədri (2005), Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) (2002), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış Təmiz su beynəlxalq mərkəzin direktorlar şurasının üzvü (2001), Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzün təsis etdiyi Beynəlxalq Ekoloji Mərkəzin (Tbilisi) Konsultativ Şurasının prezidenti Körpü Azərbaycan-Gürcüstan dostluq və mədəni əlaqələr cəmiyyətinin sədri, Respublika Dövlət Mükafatı Laureatı (2016) ,Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur. 1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır. Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır. 1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.