Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hurri
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.
Harriet Leyn
Harriet Leyn (ing. Harriet Rebecca Lane Johnston; 9 may 1830 – 3 iyul 1903) — 1857-ci ilin 4 mart tarixindən 1861-ci ilin 4 mart tarixinə kimi ABŞ-nin Birinci xanımı. ABŞ tarixində prezidentin arvadı olmayaraq Birinci xanım olmuş 13 şəxsdən biri. Valideynləri vəfat etdikdən sonra onun qəyyumu dayısı Ceyms Byukenen olmuşdur. Ceyms Byukenen ABŞ prezidenti olarkən subay olmuşdu. Buna görə də həmin dövrdə Harriet Leyn ölkənin Birinci xanımı olmuşdur.
Harriet Martino
Harriet Martino (ing. Harriet Martineau; 12 iyun 1802[…], Noric – 27 iyun 1876[…], Emblsayd[d], Kambriya[d]) — ingilis ilk qadın sosioloq. == Həyatı == Martino səkkiz uşağın altıncısı olaraq 12 iyun 1802-ci ildə İngiltərənin Noriç şəhərində anadan olmuşdur. Martinonun atası Tomas (1764–1826) sahibkar idi. Anası Elizabet Renkin (1772–1848) isə kiçik biznes sahibi idi. == Ölümü == Harriet Martino 27 iyun 1876-cı ildə "The Knoll"da bronxitdən öldü. O, Key Hill qəbiristanlığında anası ilə birlikdə dəfn edildi.
Harriet Namusoke
Yurrien Timber
Yurrien David Norman Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Kvinten ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Yurrien atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 2 noyabr 2018-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Yurrien Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Harriet Tabmen
Harriet Tabmen (6 mart 1822 – 10 mart 1913, Obern, Nyu-York ştatı) — Amerikalı abolitisionist və ictimai fəal idi. Əmlak köləliyində doğulan Tabmen qaçdı və sonradan Yeraltı Dəmiryolu kimi tanınan köləliyə qarşı fəallar şəbəkəsindən və təhlükəsiz evlərdən istifadə edərək, ailəsi və dostları da daxil olmaqla təxminən 70 oxşar köləlikdə olan insanları xilas etmək üçün təxminən 13 missiya etdi. Amerika Vətəndaş Müharibəsi zamanı o, Birlik Ordusu üçün silahlı kəşfiyyatçı və casus kimi xidmət etdi. Sonrakı illərdə Tubman qadınların seçki hüququ uğrunda hərəkatda fəal idi. Merilend ştatının Dorçester qraflığında köləlikdə doğulan Tabmen uşaq ikən müxtəlif qul sahibləri tərəfindən döyülüb və qamçılanıb. 1849-cu ildə Tabmen Filadelfiyaya qaçdı, ancaq tezliklə ailəsini xilas etmək üçün Merilendə qayıtdı. Yavaş-yavaş qohumlarını özü ilə əyalətdən çıxardı və nəticədə onlarla başqa kölə insanı azadlığa apardı. Gecələr və həddindən artıq məxfilik şəraitində səyahət edən Tubman heç vaxt sərnişin itirməmişdir. 1850-ci il Qaçaq Qul Aktı qəbul edildikdən sonra o, qaçanların daha şimalda Britaniya Şimali Amerikasına (Kanada) bələdçiliyinə kömək etdi və yeni azad edilmiş insanlara iş tapmağa kömək etdi. Tabmen 1858-ci ildə John Brown ilə tanış oldu və ona 1859-cu ildə Harpers Feridə basqını üçün planlar hazırlamağa və tərəfdarları işə götürməyə kömək etdi.
Harriet Ceykobs
Harriet Ceykobs (1813 – 7 mart 1897[…], Vaşinqton) — afro-amerikalı abolisionist və yazıçı. Onun tərcümeyi-halı olan Kölə Qızın Həyatında Hadisələr 1861-ci ildə Linda Brent təxəllüsü ilə nəşr edilmişdir və hal-hazırda "Amerika klassiki" hesab olunur. == Bioqrafiya == Harriet Ceykobs 1813-cü ildə Şimali Karolina ştatının Edenton şəhərində yerli meyxana sahibi olan Horniblou ailəsinin köləliyində olan Delila Hornibloun ailəsində anadan olub. Partus sequitur ventrem prinsipinə əsasən, həm Harriet, həm də onun qardaşı Con doğulanda meyxanaçının ailəsi tərəfindən kölə edildi, çünki ananın statusu onun uşaqlarına ötürülməli idi. Bununla belə, Delillanın anası Molli Horniblou eyni zamanda onun sahibi olan ağ atası tərəfindən azad edildiyinə görə yenə eyni prinsipə görə, ana və uşaqlar azad edilməli idilər. Lakin Molli sonradan qaçırılmışdı və qaradərili olduğuna görə hüquqi müdafiə olunmaq şansı yox idi. Harriet və Conun atası olan İlyas Noks kölə olsa da, təcrübəli dülgər kimi məharətinə görə bəzi imtiyazlardan istifadə edirdi. Noks 1826-cı ildə vəfat etmişdir. Harrietin anası və nənəsi sahibinin Horniblou soyadı ilə tanınsa da, Harriet uşaqlarının vəftiz olunma fürsətindən istifadə edərək Ceykobsu öz soyadı kimi qeyd edib. Onunla birlikdə qardaşı Con da köləlikdən qaçdıqdan sonra bu addan istifadə etmişdirlər.
Harriet Biçer-Stou
Harriet Biçer-Stou (ing. Harriet Elizabeth Beecher Stowe; 1811–1896) — yazıçı. == Həyatı == Harriet Biçer 1811-ci il iyunun 14-də ABŞ-nin Konnektikut ştatının Litçfeld (Litchfield) qəsəbəsində dindar bir ailədə anadan olmuşdur. Harrietin atası Liman Biçer Konqresin üzvü idi. Liman Biçer tanınmış teoloq və Amerika İncil Cəmiyyətinin əsasını qoyanlardan biri hesab edilirdi. O köləliyə qarşı açıq şəkildə mübarizə aparırdı. Harrietin anası Roksana Fut (Roxana Foote) da dindar bir qadın idi və uşaqlarının qəlbinə ilahi sevgi və insanlara xidmət duyğularının salınmasını dönə-dönə dua edirdi. Hadisələrin gedişi göstərdi ki, onun bu duaları qəbul edilib. Amma Harriet 4 yaşında olanda anası dünyadan köçdü. Atası bundan sonra yenidən evləndi.
Hawker Siddeley Harrier
Hawker Siddeley Harrier, Hawker Siddeley tərəfindən buraxılmış Böyük Britaniya istehsalı olan reaktiv V/STOL hücum təyyarəsidir. Təyyarə Harrier Jump Jet seriyasının ilkidir və VSTOL dizaynına malik ilk əməliyyat məqsədləri üçün nəzərdə tutulmuş yaxın hava dəstəyi və kəşfiyyat təyyarəsidir.
British Aerospace Sea Harrier
British Aerospace Sea Harrier STOVL/VTOL/V/STOL tipli hərbi reaktiv təyyarədir. O, ilk dəfə 1980-ci ilin aprelində Krallıq Donanması tərəfindən xidmətə qəbul edilmişdir. Sea Harrier Folklend müharibəsində, iki Körfəz müharibəsində və NATO-nun Bosniya və Herseqovinaya müdaxiləsində xidmət etmişdir. Əvvəlcə Hawker Siddeley adlı bir şirkət tərəfindən istehsal edilmişdir. Pegasus mühərrikinə malikdir. O, təyyarədaşıyan gəmilərin göyərtələrindən enə və qalxa bilir. Onun sürəti saatda 1120 km-dir.
McDonnell Douglas AV-8B Harrier II
AV-8B Harrier II sözün əsl mənasında bütün V/STOL təyyarələri içərisində ən məşhur olan hərbi təyyarədir Onun bir ədəd Rolls Royce Pegasus II mühərriki vardır. Mühərrik təyyarənin tam mərkəzində yerləşir və təyyarənin hər iki tərəfində görünən hava girişləri təyyarənin mərkəzində yerləşən Rolls Royce Pegasus II mühərrikini hava ilə təmin edir. İlk Harrier II uçuşunun 1981-ci ilin payızında baş verdiyini nəzərə alaraq, orijinal Hawker P.1127-nin ilk uçuşunun üstündən çoxlu illərin keçdiyini görmək mümkündür. P.1127 1957-ci il dizaynlı olub, bir fransız mühərrik konsepsiyasının əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Layihənin maliyyələşdirilməsi Britaniyanın Bristol Engine Co. şirkəti və ABŞ Hökuməti tərəfindən “Müştərək Silahların İnkişafı Proqramı” (MWDP) çərçivəsində həyata keçirilmişdir. Mühərrikin konfiqurasiyası müəyyən edildikdən və mühərrikin inkişafı üçün tədqiqat işləri qaydasına salındıqdan sonra Hawket Aircraft Ltd. mühəndisləri diqqətlərini bu mühərrikdən istifadə edəcək V/STOL təyyarəsini yaratmağa yönəltmişdirlər. Onlar hökumətin və ordunun dəstəyi olmadan tək mühərrikli hücum-kəşfiyyat təyyarəsi istehsal etməyi bacarmışdırlar. Mühərrikin fırlanan eqzoslarından başqa, reaksiya idarəetmə sistemi də V/STOL qabiliyyəti üçün tələb olunan yeganə komplikasiya olmuşdur.
Hurrilər
Hurrilər vəya Hurri dövləti ― e.ə III minillikdən etibarən, Şumer, Akkad, Hitit, Ugarit və Misir qaynaqlarında haqqında bilgilər olan, Mesopotamiya və Yuxarı Dəclə bölgələrində hökm sürən, danışdıqları dil etibarilə (Hurricə) Asiya kökənli olduğunu qəbul edilən və e.ə VII əsrə qədər varlığını davam etdirən dövlət.
Hürriyet
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir. Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.
A Corpse is Buried Under Sakurako's Feet
Beautiful Bones: Sakurako's Investigation (azərb. Gözəl sümüklər: Sakurakonun tədqiqatı‎), A Corpse is Buried Under Sakurako's Feet və ya Yaponiyada tanınan adı ilə Sakurako-san no Ashimoto ni wa Shitai ga Umatteiru (櫻子さんの足下には死体が埋まっている, azərb. Cəsəd Sakurakonun ayaqları altında basdırılıb‎) – Tetsuonun rəssamlığı ilə Şiori Ota tərəfindən yazılan ranobe seriyası. Kadokawa Shoten 2013-cü ildən bəri 9 cildini buraxmışdır və bir milyon nüsxəsini nəşr etmişdir. Troyca tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və 2015-ci ildə yayımlanmışdır. 23 aprel 2017-ci ildə Fuji TV-də ranobe əsasında çəkilən dorama yayımlanmağa başlamışdır. == Məzmun == Sakurako Kuco 20 yaşlarının ortalarında olan gözəl, dahi qadındır. Lakin onun bütün həyatı bir şeylə bağlıdır: sümüklər. Belə ki, Sakurako osteoloqdur. Sümüklər və skeletlərlə vaxt keçirməyi çox sevir.
Hürriyət (qəzet)
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir. Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.
Hürriyet (qəzet)

Hürrəm Sultan
Xürrəm Sultan (Osmanlı türkcəsi: خُرَّم خاصيكي سلطان; əsl adı Aleksandra Lisovska; təq. 1505, bilinmir – 15 aprel 1558, Konstantinopol) — Osmanlı imperiyasının 10. padşahı və 89. İslam xəlifəsi I Süleymanın nikahlı qadını və Sultan II. Səlimin anasıdır. Maraqlı həyatı, intriqaları, zəkası, cəsarəti və sevgisi ilə məşhurlaşan bir Xanım Sultandır. Siyasətdə və dövlət işlərində önəmli rol oynayaraq, Osmanlı tarixində "Qadınlar səltənəti" adlanan bir mərhələni başlatmışdır. Bununla yanaşı, Osmanlı tarixinin ən güclü və ən təsirli qadın sultanı olaraq qəbul edilir. Dövlət məsələlərindəki önəmli rolu və təsiri ilə ona qarşı olan paşaları, dövlət adamlarını və hətta hərəmxanadakı rəqiblərini aradan qaldırmışdır. == Əsli == Osmanlı sarayına qədərki həyatı haqqında müxtəlif fikirlər mövcuddur. Lehistan Krallığı ərazisinə daxil olan Rutenya (indiki Ukrayna) ərazisində 1504 tarixində provaslav bir ailədə dünyaya gəldiyi söylənilir.
Hürriyət (Türkiyə qəzeti)
Hürriyet — Türkiyədə çap olunan gündəlik qəzet. 1 may 1948-ci ildə Sədat Simavi tərəfindən təsis edilmişdir. Hal-hazırda Dəmirörən Holdinqin tərkibindədir. 6 noyabr 2016-cı il etibarilə Türkiyədə ən çox tiraja sahib olan qəzetdir. Hürriyətin İstanbul, Ankara, İzmir, Adana, Antalya və Trabzonda regional ofisləri, o cümlədən Türkiyədə və xaricdə 52 ofisi və 600 müxbirdən ibarət xəbər şəbəkəsi var. Əvvəllər Doğan Media Qrupunun (Doğan Yayın Holdinq) idarəçiliyində olub.
Bahçelievler Hürriyet FK
Bahçelievler Hürriyet FK — Türkiyənin Bahçelievler şəhərində yerləşən futbol klubu. == Tarix == Klub 1990-cı ildə "Samandıraspor" adı ilə yaradılıb və 2008-ci ildə adını "Sancaktepe Gençlikspor" olaraq dəyişdirdikdən sonra növbəti mövsüm Türkiyə 3-cü Liqasına yüksəlib. 2016–17 mövsümündə klub eyni ad altında Türkiyə 2-ci Liqasına yüksəlmişdir. 2019–20 mövsümünün əvvəlində bələdiyyəni tərk edərək səhmdar cəmiyyət quruluşuna keçdiyi üçün komanda adını Sancaktepe FK olaraq dəyişib.
İnsanlara hürriyət, millətlərə istiqlal
İnsanlara hürriyət, millətlərə istiqlal (az-əbcəd. اینسانلارا هورریت، میللتلره ایستیقلال‎) — Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin irəli sürdüyü şüar və fəlsəfə. Bu nitq azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanlara ruh və ruh vermək üçün istifadə olunurdu. İlk dəfə 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi zamanı istifadə edilmişdir. Məmmədəmin Rəsulzadə Azərbaycanın milli-azadlıq hərəkatının liderlərindən biri olub və ölkəsinin müstəqilliyini Rusiya imperiyasından qorumuşdur. Şüar Azərbaycanın müstəqillik mübarizəsində çox mühüm yer tutmuş və Azərbaycanın milli kimliyi üçün mühüm simvol hesab olunur. Şüardan indiki dövrdə də Rəsulzadənin anılması məqsədilə, elçibəyçilik simvolu kimi və Yeni Azərbaycan Partiyası hakimiyyətinə müxalif olanlar tərəfindən istifadə edilir.
İnsanlara hürriyət, millətlərə istiqlal!

Seyidə Əl Hürrə
Seyidə Əl Hürrə (tam adı Seyidə əl-Hürrə bint Əli ibn Rəşid əl-Aləmi; ərəb. السيدة الحرة‎) — Tetuan hakiməsi, (1485–1542-ci ildən sonra), 1515–1542-ci illərdə Tetuanın kraliçası və XVI əsrin əvvəllərində dəniz quldurlarının şahzadəsi. O, müasir dövrdə islam qərbinin ən mühüm qadın şəxslərdən biri kimi tanınır. Türk dəniz qulduru Əlcəzair hökmdarı Oruc Barbarossa ilə birləşərək, Əl Hürrə Aralıq dənizinin qərb hissəsinə nəzarət edirdi. Oruc Barbarossa isə şərq hissəsini öz nəzarəti altında saxlayırdı. Həmçinin Seyidə Əl Hürrə Tetuanın məmuru idi. 1515-ci ildə, ərinin ölümüdən sonra, o, islam tarixində Əl Hürrə (şahzadə) adını əldə edən son şəxs olmuşdur. Sonra o, Mərakeş sultanı Əhməd əl-Outtasi ilə evlənir, lakin bunu etmək üçün Tetuanı tərk etməyə razılaşmır. Mərakeş tarixində bu ilk və yeganə Sultan izdivacı idi ki, paytaxt Fəs şəhərindən kənarda qeyd olunurdu. Seyidə Əl Hürrə "Hökumət qarşısında baş əyməyən azad, müstəqil, suveren xanım".